Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə26/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   22   23   24   25   26   27   28   29   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 3: 

Təsirin Qiymətləndirilməsi üzrə Metodologiya 

 

Dekabr 2011 



3/6 

Yekun variant

 

 

3.2.4 Təsirlərin Dərəcəsinin Qiymətləndirilməsi 



 

ISO14001:2004 standartında verilmiş tərifə uyğun olaraq, təsir: 

 

“Təşkilatın ekoloji aspektlərindən (fəaliyyətindən, məhsullarından və ya xidmətlərindən) 

bütövlükdə  və ya qismən irəli gələn hər hansı ekoloji dəyişiklikdir (istər mənfi, istərsə  də 

müsbət)”. 

 

Layihə fəaliyyəti və reseptorlar arasında qarşılıqlı əlaqələr baş verdiyi hallarda təsir müəyyən 



olunur. ƏMSSTQ prosesi çərçivəsində, təsirlər layihə fəaliyyətləri üzrə “hadisənin miqyası” və 

“reseptorların həssaslığı” nəzərə alınmaqla müəyyənləşdirilən “dərəcələrinə” uyğun olaraq 

kateqoriyalara bölünür. Hadisənin miqyasının müəyyənləşdirilməsi üçün, müntəzəm və qeyri-

müntəzəm layihə fəaliyyətləri nəticəsində ətraf mühitə və sosial sahəyə təsir göstərə biləcək 

potensial mənbələrin təyin edilməsi və miqdarının dəqiqləşdirilməsi (praktiki baxımdan 

mümkün olduğu qədər) tələb olunur. Reseptorların həssaslığının müəyyənləşdirilməsi üçün  

biofiziki mühitin başa düşülməsi tələb olunur.  

 

Aşağıdakı bölmələrdə  həm  ətraf mühitə, həm də sosial-iqtisadi sahəyə  təsirin 



qiymətləndirilməsi üçün metodologiya müəyyənləşdirir. 

 

3.2.5  Ətraf Mühitə Təsirlər 

 

Hadisənin Miqyasının Müəyyənləşdirilməsi Metodu  

 

Hadisənin miqyası  hər biri bərabər  şəkildə ölçülən və  hər birinə “1”, “2”, yaxud “3” qiyməti 



təyin edilən aşağıdakı parametrlər əsasında müəyyən olunur: 

 

 



Dərəcə / miqyas: Hadisələr: 

 

1 - mənbədən 500 m-dək məsafədə olan əraziyə  və ya 50 hektardan kiçik 

əraziyə təsir edən hadisələrdən;  



2 - mənbədən 500 m-dən çox və 1 km-dək məsafədə olan əraziyə  və ya 50 – 

100 hektar arasındakı əraziyə təsir edən; 



3 - mənbədən 1 km-dən çox məsafədə olan əraziyə və ya 100 hektardan böyük 

əraziyə təsir edən hadisələrədək dəyişir. 

 

 

Təkrarlanma tezliyi: Hadisələr:  



1 - bir dəfə baş verən hadisədən;  

2 - 50 dəfəyədək baş verən;  

3 - 50 dəfədən artıq, yaxud davamlı surətdə baş verən hadisələrədək dəyişir. 

 

 

Davametmə müddəti: Hadisələr:  

 

1 – bir həftəyədək müddət ərzində baş verən hadisələrdən;  

2 – bir həftədən çox və bir ayadək müddət ərzində baş verən;  

3 - bir aydan çox və daimi müddətlər ərzində baş verən hadisələrədək dəyişir. 

 

 



İntensivlik: Yol verilmə mümkünlüyünə dair standartlara, o cümlədən qüvvədə olan 

qanunvericiliyə  və beynəlxalq təlimatlara münasibətdə emissiyanın və ya atqının 

konsentrasiyası  və yaxud səs-küyün səviyyəsi. Fiziki təsirin/narahatlıq doğuran 

amillərin dərəcəsi/davamlılığı (məsələn: növlərə narahatlıq, təbii yaşayış mühitlərinin 

itkisi və ya mədəni irsə ziyan). 

 

1 - az intensivliyə malik hadisədən;  



2-  orta intensivliyə malik;  

3 - yüksək intensivliyə malik hadisəyə qədər dəyişir. 

 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 3: 

Təsirin Qiymətləndirilməsi üzrə Metodologiya 

 

Dekabr 2011 



3/7 

Yekun variant

 

Bundan sonra, hadisənin ümumi miqyası ayrı-ayrı parametrlər üzrə qiymətləri toplamaqla 



aşağıdan (1) yuxarıya (12) doğru spektr üzərində qiymətləndirilir: 

 

 



 

Nəticədə alınmış ayrı-ayrı göstəricilər cəmlənir və hadisənin miqyası üzrə ümumi kateqoriya 

əldə olunur. Cədvəl 3.1-də “Aşağı”, “Orta” və “Yuxarı” miqyas kateqoriyaları üzrə qiymət 

diapazonları təqdim olunur. 

 

Cədvəl 3.1  Hadisə miqyasının kateqoriyaları 

Hadisənin miqyası 

Qiymət (parametrlər üzrə cəmlənmiş 

göstəricilər) 

Aşağı 


Orta 


5-8 

Yuxarı 


9-12 

 

Reseptorların həssaslığının müəyyənləşdirilməsi metodu



  

 

Reseptorların həssaslığı  hər biri bərabər  şəkildə ölçülən və  hər birinə “1”, “2” yaxud “3” 



qiyməti təyin edilən aşağıdakı parametrlər əsasında müəyyən olunur: 

 

 



Bioloji/ekoloji reseptorlar: 

 

 



Mövcudluq:   

 

3 - Əks ardıcıllıqla, nadir, yox olma təhlükəsi altında olan, yaxud mühafizə 

olunan;  



- Regional miqyasda nadir, yaxud əsas etibarilə ŞD2 İnfrastruktur Layihəsinin 

ərazisi ilə  məhdudlaşmış, yaxud sənaye emissiyalarına/narahatlıq doğuran 

amillərə həssas olan;  

1 - Yuxarıdakıların heç birinə aid olmayan, buna görə  də yalnız toplum 

səviyyəsində qiymətləndirilən hər hansı növün adi, müntəzəm, yaxud etibarlı 

surətdə proqnozlaşdırıla bilən mövcudluğu. 

 

 

Davamlılıq (müəyyən edilmiş stress yaradıcı amilə qarşı):   

 

1 - Təsirə məruz qalmayan, yaxud minimum səviyyədə məruz qalan növlərdən,   

yaxud toplumlardan;  



2 - Ekoloji funksionallıq qorunub saxlanılmaqla növlərin, təsir mənbəyinin daimi 

mövcudluğu  şəraitində stabilləşən orta, lakin davamlı xarakter daşıyan 

dəyişikliklərə məruz qalması ehtimalına;  

3 - Ekoloji funksionallığın  əhəmiyyətli surətdə itirilməsi (misal üçün, əsas 

qruplarda növ itkisi, bolluq və müxtəliflik səviyyəsinin əhəmiyyətli dərəcədə daha 

aşağı olması) ehtimalına qədər dəyişir. 

 

 



İnsan reseptoru: 

 

 



Mövcudluq:   

 

3 - Təsirin gözlənildiyi coğrafi  ərazidə insanların daimi mövcudluğundan (misal 

üçün, yaşayış məqsədli mülkiyyət); 

2 - Təsirin gözlənildiyi coğrafi  ərazidə müəyyən vaxtlarda mövcudluğa (misal 

üçün kommersiya yönümlü mülkiyyət); 



1    -  Təsirin gözlənildiyi coğrafi  ərazidə insanların səciyyəvi olmayan 

mövcudluğunadək dəyişir. 

 

 

Yuxarı 



Aşağı 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə