Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə28/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   24   25   26   27   28   29   30   31   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 3: 

Təsirin Qiymətləndirilməsi üzrə Metodologiya 

 

Dekabr 2011 



3/10 

Yekun variant

 

 

İnsanların məşğulluq, kommersiya, istirahət, mədəniyyət və sosial xidmətlər və 



obyektlərdən istifadə imkanlarında dəyişikliklər və ya bu cür xidmət və 

obyektlərin vəziyyətində dəyişikliklər; 

 Torpağın birbaşa itkisi və ya insanların torpaq sahəsinə giriş imkanında 

dəyişiklik; 

 Sosial 

sahəyə aid xüsusiyyətlər və əlaqələr: sosial qarşılıqlı əlaqə səviyyələri ilə 

bağlı olaraq ərazilərin icma kimi funksiya göstərməsində  dəyişikliklər; fərdi 

əlaqələr; əraziyə və ya həmrəyliklə bağlı aspektlərə aidlik düşüncəsi; və 

 Ümumi 

məişət rahatlığı (hiss olunan və faktiki) və  ətraf mühitin və  məişət 

rahatlığının keyfiyyətinə təsir edən fiziki şəraitlərdə dəyişiklik; estetik dəyərlərdə 

dəyişiklik; rekreasiyanın inkişafında və rekreasiya imkanlarında dəyişiklik. 

 

Sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi ehtimala, miqyasa və reseptorun həssaslığına 



əsasən potensial birbaşa təsirlərin dərəcəsini qiymətləndirir. 

 

 



Ehtimal:  Aşağıdakı meyarlara əsasən təsirin baş verəcəyi ehtimalı (və qeyri-

müəyyənlik dərəcələri): 

 

 

Yüksək dərəcə ehtimal olunur – baş verməsi və artıq baş vermiş olduğu 



demək olar şübhəsizdir. 

 

Ehtimal olunur – təsirin baş verə biləcəyinə  və ya oxşar kontekstdə  əvvəllər 

artıq baş vermiş olduğuna dair bəzi əsaslandırılmış faktlar mövcuddur. 

 

Mümkündür – müdaxiləsiz olaraq baş verə bilər. 

 

Ehtimal olunmur – təsirin baş verə biləcəyinə dair müəyyən dəlillər var, lakin bu 

cür hadisə regionda deyil, hər hansı başqa yerdə ola bilər. 

 

Yüksək dərəcədə ehtimal edilmir – Təsirin baş verəcəyini göstərən  əlamətlər 

yoxdur. 


 

 

Miqyas: Aşağıdakılara əsasən müəyyənləşdirilir: 

 

 

Məkan baxımından əhatə dairəsi: Yerli icma reseptorlarına münasibətdə təsirin 



coğrafi əhatə dairəsi: 

o

  Yerli – Terminalın  bilavasitə yaxınlığındakı icmalara (yəni Səngəçal 



qəsəbəsi, Ümid, Əzimkənd və 3-cü Massiv) qədər uzanan təsirlər; 

o

  Regional – Qaradağ rayonuna qədər uzanan təsirlər; və 



o

  Milli - Azərbaycan ərazisi boyunca uzanan təsirlər. 

 

 

Zaman və müddət:  Təsirin güman edilən zamanı  və müddəti (o cümlədən, 



təsirin xarakter etibarilə müvəqqəti yoxsa daimi olmasa) və bunun, ŞD2 

İnfrastruktur Layihəsi tərəfindən həyata keçirilən fəaliyyətlər ilə necə  əlaqədə 

olması; 

 

 



Reseptorun Həssaslığı: Təsirə məruz qalacağı ən çox güman edilən insan və ya əhali 

qrupları  və xüsusən də,  həssas qrupların  təsirlər qeyri-proporsional şəkildə  təsirə 

məruz qalıb-qalmaması. 

 

Təsirlərin dərəcəsi Cədvəl 3.4-də verildiyi kimi qiymətləndiriləcək.  

 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 3: 

Təsirin Qiymətləndirilməsi üzrə Metodologiya 

 

Dekabr 2011 



3/11 

Yekun variant

 

Cədvəl 3.4  Sosial-iqtisadi Sahəyə Təsirlərin Dərəcəsi  

Miqyas 

Hadisə 

Məkan 

baxımından 

əhatə 

dairəsi 

Zaman və 

müddət 

Ehtimal 

Reseptorun 

həssaslığı 

Təsir dərəcəsi 

 

 



 

 

 



 

 

Təsirin dərəcəsi təsirin ehtimalını və miqyasını və eləcə də təsirə məruz qala biləcək əhalinin 



və ya insan qrupunun həssaslığını  nəzərə almaqla verilən rəyə  əsaslanır. Təsirin dərəcəsi 

(mövcud nəzarət tədbirlərin nəzərə almaqla) aşağıdakı kateqoriyalara bölünür: 

 

 

Böyük müsbət –  əhəmiyyətli müsbət dəyişiklik 



 

Müsbət – müəyyən dərəcədə müsbət dəyişiklik 

 

Cüzi – çox kiçik dəyişiklik və ya dəyişikliyin olmaması 

 

Mənfi – ölçülə bilən mənfi dəyişiklik; 

 

Böyük mənfi - nəzərəçarpan dərəcədə mənfi dəyişiklik. 

 

“Böyük Mənfi” kimi təsnif olunan hər hansı  təsirin  əhəmiyyətli olacağı hesab edilir və  əlavə 



təsirazaltma tədbiri tələb edir. “Cüzi”, “Böyük Müsbət” və ya “Müsbət” dərəcədə olan təsirlərin 

təsirazaltma tədbirləri tələb edəcəyi hesab olunmur.  

 

Dolayı təsirlər, yəni törəmə təsirlər, eyni metoddan istifadə etməklə asanlıqla qiymətləndirilə 



bilməz. Ona görə də, kəmiyyət qiymətləndirməsi rəyə əsaslanır və mövcud nəzarət tədbirlərini 

nəzərə alır. 

 

3.3 Transsərhəd və kumulyativ təsirlər 

 

Transsərhəd təsirlər layihənin yerləşdiyi ölkənin yurisdiksiya hüdudlarından xaricdə baş verən 



təsirlərdir.  ŞD2 İnfrastruktur Layihəsinin mümkün transsərhəd təsirlərinə aşağıdakıların daxil 

olacağı hesab edilir: 

 

 Beynəlxalq bazardan işçi qüvvəsinin, malların və xidmətlərin  əldə olunması ilə bağlı 



sosial və iqtisadi məsələlər; və 

 Havaya 

atılan İXQ emissiyaları. 

 

Kumulyativ təsirlər aşağıdakılardan meydana çıxır: 



 

 Layihə ilə bağlı ayrı-ayrı qalıq təsirlər arasında qarşılıqlı əlaqələr; və 

 Layihə ilə bağlı qalıq təsirlərin digər layihələrdən və onların əlaqədar fəaliyyətlərindən 

meydana çıxan təsirlər ilə birlikdə qarşılıqlı əlaqəsi. 

 

Bunlar ya əlavə, ya da sinergetik təsirlər ola bilər ki, bu da layihəyə aid qalıq təsirlərlə 



müqayisə olunarkən daha böyük  (həddi və ya davametmə müddəti baxımından) və ya fərqli 

(təsirin qarşılıqlı əlaqəsindən asılı olaraq) təsirlərə səbəb olur. 

 

“Kumulyativ və Transsərhəd Təsirlər və  Qəza Halları” adlı 11-ci Fəsildə  təqdim edilən 



kumulyativ qiymətləndirmədə ilkin olaraq təsirin qarşılıqlı  əlaqəsinin və akkumulyasiyasının 

mümkünlüyü aşağıdakılar baxımından nəzərə alınır: 

 

 

Zamana görə üst-üstə düşmə - təsirlər zaman etibarilə elə yaxın olur ki, biri növbəti 



təsir baş verənə kimi yox olmur; 

 

Məkana görə üst-üstə düşmə - təsirlər məkan baxımından elə yaxın olur ki, onların 

yaratdıqları effektlər üst-üstə düşür. 

 

 



 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə