Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə29/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   25   26   27   28   29   30   31   32   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 3: 

Təsirin Qiymətləndirilməsi üzrə Metodologiya 

 

Dekabr 2011 



3/12 

Yekun variant

 

Hazırkı sənədin hazırlanması zamanı aşağıdakı yeni layihələr təklif olunurdu və ya Səngəçal 



Terminalı ətrafında onların tikintisi aparılmaqda idi: 

 

 



Qızıldaş Sement Zavodu – gücü 5000 ton olan yeni sement zavodu (şimala doğru 

təxminən 4km məsafədə); 

 Qaradağ Quruducu Soba Layihəsi – mövcud Qaradağ sement zavodunda yeni 

quruducu soba texnologiyasının quraşdırılması üçün aparılan modernləşdirmə  işləri 

(şərqə doğru təxminən 6km məsafədə); və 

 

Yeni Avtomagistral Qovşağı – Terminalın bilavasitə  cənubunda və  ŞD2  İnfrastruktur 



işlərinin bir hissəsi hesab edilən terminalın yeni giriş yoluna birləşdirilməsi planlaşdırılır. 

 

Bundan  əlavə, anlaşılıb ki, şimal (Sahil qəsəbəsinə  tərəf) və  cənub (Ələtdə) istiqamətində 



aparılan sənaye tikintisi səbəbindən nəqliyyatın axınında gözlənilən  əhəmiyyətli artım 

nəticəsində Bakı-Salyan  şosesinin uzunluğu boyunca hər istiqamətdə sözügedən  şosenin 

genişləndirilərək 4 hərəkət zolağına malik olması planlaşdırılır. 

 

Təsirin qarşılıqlı əlaqəsi potensialı olan yerlərdə, layihə kifayət dərəcədə müəyyənləşdirilib və 



kifayət qədər məlumat mövcuddur və eləcə  də  kəmiyyət qiymətləndirilməsi aparılıb. Kifayət 

qədər məlumatın olmadığı yerlərin kəmiyyət qiymətləndirilməsi təqdim olunub (baxın: Fəsil 

11). 

  

3.4 Təsirazaldıcı Tədbirlər və Monitorinq 



 

ƏMSSTQ və layihənin işlənilməsi proseslərinin təkrarlanan və kompleks xarakterli olması o 

deməkdir ki, nəzərdə tutulan əlavə  təsirazaltma tədbirlərinin və strategiyaların  əksəriyyəti 

əsas kimi qəbul edilmiş layihə variantına daxil edilmişdir (“Layihənin Təsviri” adlı 5-ci Fəsildə 

müəyyən edildiyi kimi). Sözügedən tədbirlərə/strategiyalara  əvvəllər digər AÇG və  ŞD 

layihələri çərçivəsində  qəbul olunmuş  və  ŞD2  İnfrastruktur Layihəsi üçün müvafiq olan 

təsirazaltma tədbirləri və qüvvədə olan öhdəliklər daxil edilmişdir. Buraya, məsələn 

emissiyalara və atqılara görə monitorinq və hesabat vermə öhdəlikləri, habelə AGT üzrə Ətraf 

Mühitin İdarə Olunması Sisteminin bir hissəsini təşkil edən siyasətlər və prosedurlar daxildir. 

 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4: 

Qiymətləndirilmiş Variantlar 

 

Dekabr 2011 



Yekun variant

 

4/1



4 Qiymətləndirilmiş Variantlar 

Mündəricat 

 

4.1 Giriş ..............................................................................................................................2



 

4.1.1 Layihənin Əhatə Dairəsinin Müəyyənləşdirilməsi ...................................................2

 

4.1.2 Marşrut Variantlarının Qiymətləndirilməsi ...............................................................4



 

4.1.3 Tikinti Düşərgəsinin və Obyektlərinin Yerləri ..........................................................9

 

4.1.4 Boru Kəmərinin Sahilə Çıxma Sahəsi.....................................................................9



 

4.1.5 Layihələndirmənin İşlənib Hazırlanmasında Hidroloji Modelləşdirmə ..................10

 

 

Şəkillərin Siyahısı 



 

Şəkil 4.1 

Əsas Məhdudiyyətlər .............................................................................................. 3 

Şəkil 4.2 

Giriş Yolunun Marşrut Variantları............................................................................ 5 

 

Cədvəllərin Siyahısı 

 

Cədvəl 4.1  Mövcud Fiziki, Ekoloji və Texniki Təhlükəsizlik Məhdudiyyətləri ............................ 3 



Cədvəl 4.2  Marşrut Qruplarının Təsviri ..................................................................................... 4 

Cədvəl 4.3  Marşrut Variantının Qiymətləndirilməsi ................................................................... 6 

 

 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4: 

Qiymətləndirilmiş Variantlar 

 

Dekabr 2011 



Yekun variant

 

4/2 



4.1 Giriş 

 

Şahdəniz 2 (ŞD2) Layihəsinin məqsədi dənizdəki ŞD Müqavilə Sahəsi daxilində yerləşən qaz 



və kondensat yataqlarını  əlavə istismar etməkdən ibarətdir. Səngəçal Terminalındakı 

Şahdəniz Mərhələ 1 (ŞD1) üzrə mövcud texnoloji qurğular  ŞD2 Layihəsindən gələn  əlavə 

hasilatı  qəbul edəcək həcmə malik deyil. Ona görə  də,  ŞD2 Layihəsi üçün sahildə yeni 

qurğular tələb olunur.  

 

Mövcud Terminalın yaxınlığında  ŞD2 üçün yeni sahil qurğularının yerləşdirilməsi qərarına 



gəlinmişdir. Yaxınlıqdakı ərazilərin nəzərdən keçirilməsi nəticəsində müəyyən olunmuşdur ki, 

Terminalın qərb tərəfindəki yer ən münasib sahədir. 

  

ŞD2 İnfrastruktur Layihəsi ŞD2 Layihəsinə məxsus yeni sahil qurğularının tikintisindən əvvəl 



lazım olan işlərdən ibarətdir. Bu Fəsildə aşağıdakı əsas aspektlərin yeri və layihələndirməsi 

ilə bağlı qərarvermə prosesi nəzərdən keçirilir: 

 

 

Terminala yeni giriş yolu; 



 Tikinti 

düşərgəsi və inşaat obyektləri; və 

 Drenaj 

və daşqından mühafizə üzrə layihələndirmə tədbirləri. 

 

Bu Fəsildə  ŞD2  İnfrastruktur Layihəsinin layihələndirmə  mərhələləri  ərzində verilən  əsas 



qərarların xülasəsi təqdim olunur və xüsusi olaraq ekoloji və sosial-iqtisadi məsələləri nəzərə 

almaqla qiymətləndirilmiş variantlar təsvir edilir. 



4.1.1 Layihənin Əhatə Dairəsinin Müəyyənləşdirilməsi 

 

ŞD2 Genişlənmə Sahəsi daxilində ŞD2 sahil qurğularının tikintisindən əvvəl tələb olunan işlər 



ŞD2  İnfrastruktur Layihəsinin iş həcmini formalaşdırır. Layihənin elementləri aşağıdakı əsas 

tələblərə əsasən müəyyənləşdirilmişdir: 

 

 

ŞD2 Layihəsinin tikinti işləri ilə bağlı  nəqliyyat axını  və  gələcək  əməliyyatlarla bağlı 



nəqliyyat axını üçün Bakı-Salyan  şosesindən giriş yolu müəyyənləşdirmək. Marşrut 

aşağıdakılara imkan yaratmalıdır: 

o

 Mövcud Terminal əməliyyatlarının və tikinti ilə bağlı  nəqliyyat axınının mümkün 



olduğu qədər bir-birindən təcrid edilməsi; və 

o

 Tikinti ilə bağlı nəqliyyat axınının şoseyə birbaşa giriş/çıxış imkanına malik olması. 



 

ŞD2 Layihəsinin  əsas işləri üçün tikinti düşərgəsi (600 nəfərə  qədər işçi qüvvəsini 

qəbul etmək iqtidarında olan), inşaat obyektləri (məsələn: sexlər, açıq anbar sahələri 

və s.) və əlaqədar kommunikasiya xətlərini müəyyənləşdirmək; 

 

ŞD2 Genişlənmə Sahəsinin hazırlanması üçün işlərin tamamlanması, o cümlədən 



təmizlik və yamacın terraslanması işləri; 

 Layihələndirməyə daxil ediləcək drenaj/daşqından mühafizə 

tədbirlərini 

müəyyənləşdirmək; və 

 

ŞD2 dəniz qurğularından gələn yeni ŞD2 sualtı ixrac boru kəmərləri üçün boru 



kəmərinin sahilə çıxma ərazisini hazırlayacaq işləri tamamlamaq. 

 

Layihə elementlərinin potensial yerləri fiziki, ekoloji və texniki təhlükəsizlik məhdudiyyətləri ilə 



bildirilmişdir (baxın: Cədvəl 4.1). Şəkil 4.1-də əsas nəzərə alınmış fiziki, ekoloji və təhlükəsiz 

məhdudiyyətlərin yeri göstərilir. 

 

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə