Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4:
Qiymətləndirilmiş Variantlar
Dekabr 2011
Yekun variant
4/8
Marşrut
Qrupu
Üstünlükləri
Çatışmazlıqları
Ümumi Qiymətləndirmə
İlkin Baxışdan və
Marşrut
Variantının İlkin
Seçilməsindən
sonra Aradan
Qaldırılıb
Baş planlaşma üçün
seçilib
tələb edəcək – mövcud
obyektlərin vəziyyətinə dair
qeyri-müəyyənlik.
Bənövşəyi
Mövcud
avtomagistral
qovşağından istifadə
edir.
Boru
kəməri ilə
kəsişmə tələb
olunmur.
Terminal üçün gələcəkdə
daimi giriş imkanı təmin etmir.
Nəqliyyat axınının qərbdən
girişi səfərin müddətini
uzadacaq.
İcmaya/ qəsəbəyə təsirlər.
Mövcud
dövlət avtomagistral
körpüləri təmir /
modernləşdirmə tələb edəcək
Dövlət Mühafizə Xidməti
tərəfindən ciddi qeyd-şərtlər.
Texniki
cəhətdən mümkündür.
Texniki
təhlükəsizlik tələblərinə cavab verir.
Ətraf mühitə və sosial-iqtisadi sahəyə əhəmiyyətli potensial
mənfi təsirlər aşağıdakılar ilə bağlıdır:
- Ümid
qəsəbəsi yaxınlığında
yolu genişləndirmək üçün
torpaq sahəsinin əldə olunması.
- sakinlərin/biznes subyektlərinin mümkün köçürülməsi.
- tikinti
fazasındakı nəqliyyat axını ilə bağlı qəsəbəyə qısa-
orta müddətli təsirlər (məsələn: səs-küy, toz, narahatlıq).
Sarı
Mövcud
avtomagistral
qovşağından istifadə
edir.
Boru
kəməri ilə
kəsişmə tələb
olunmur.
Terminal üçün gələcəkdə
daimi giriş imkanı təmin etmir.
Səngəçal Terminalının
nəqliyyat axını üçün
təhlükəsiz keçid imkanı
yaradacaq dörd hərəkət
zolağının formalaşdırılmasını
tələb edir.
Əhəmiyyətli dərəcədə
torpaqdan istifadəyə tələbat
duyur.
Qərb tərəfdən nəqliyyat
axınının girişi 12km əlavə
səfər etmək ehtimalı yaradır.
İcmaya/qəsəbəyə təsirlər.
Mövcud
dövlət avtomagistral
körpüləri
təmir/modernləşdirmə
tələb
edəcək.
Dövlət Mühafizə Xidməti
tərəfindən ciddi qeyd-şərtlər.
Texniki
cəhətdən mümkündür.
Texniki
təhlükəsizlik tələblərinə cavab verir.
Ətraf mühitə və sosial-iqtisadi sahəyə əhəmiyyətli potensial
mənfi təsirlər aşağıdakılar ilə bağlıdır:
- Ümid
qəsəbəsi yaxınlığında yolu genişləndirmək üçün
torpaq sahəsinin əldə olunması.
- sakinlərin/biznes subyektlərinin mümkün köçürülməsi.
- tikinti
fazasındakı nəqliyyat axını ilə bağlı qəsəbəyə qısa-
orta müddətli təsirlər (məsələn: səs-küy, toz, narahatlıq).
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4:
Qiymətləndirilmiş Variantlar
Dekabr 2011
Yekun variant
4/9
Yuxarıdakı Cədvəl 4.3-də sadalanmış qiymətləndirmə nəticəsində üç giriş marşrutu qrupu
(Qəhvəyi, Mavi və Yaşıl) baş planlaşdırma mərhələsinə keçmişdir. Texniki
məqsədəuyğunluğa əsasən və müvafiq maraqlı tərəflər ilə məsləhətləşmə nəticəsində
müəyyənləşdirilmişdir ki, qəhvəyi marşrut qrupu giriş yolu üçün ən münasib variantdır.
Bundan sonra isə, aşağıdakı bölmələrdə nəzərdən keçirilən elementlərin ümumi yerləşmə
planı daha da dəqiqləşdikcə və boru kəmərlərinin və elektrik xətlərinin yeri ilə bağlı əlavə
məlumatlar məlum olduqca qəhvəyi marşrut daha da təkmilləşdirilmişdir. 11-ci Fəslin 11.4-cü
Bölməsində boru kəmərləri ilə bağlı potensial qəza hallarının təsirini azaltmaq məqsədilə
yolun layihələndirməsinə daxil edilən tədbirlər nəzərdən keçirilir. Drenajın idarə olunması və
daşqından mühafizə tədbirlərinin yolun layihələndirməsinə daxil edilməsi üçün görülən işlər
aşağıdakı Bölmə 4.1.5-də nəzərdən keçirilir.
4.1.3 Tikinti
Düşərgəsinin və Obyektlərinin Yerləri
Tikinti düşərgəsi və tikinti obyektlərinin yerləri giriş yolu marşrutları ilə paralel şəkildə
qiymətləndirilib. ŞD2 üzrə İnfrastruktur Layihələndirmə Qrupu tərəfindən terminalın
şərqindəki, qərbindəki və şimalındakı, eləcə də kənarındakı ərazilərdə yeddi potensial tikinti
düşərgəsi və tikinti obyektlərinin yeri nəzərdən keçirilib. Qiymətləndirmənin ilkin mərhələsi
öncədən müəyyənləşdirilmiş aspektlər (məsələn: ətraf mühitə təsirlər [səs-küy, toz və işıq
emissiyaları], texniki mümkünlük, giriş imkanı və təhlükəsizlik) ilə müqayisədə hər bir yerin
müsbət və mənfi cəhətlərini nəzərdən keçirməkdən ibarət olmuşdur.
İlkin qiymətləndirməyə əsasən, tikinti düşərgəsi və tikinti obyektləri ilə bağlı aşağıdakı
seçimlərdən imtina olunması müəyyənləşdirilmişdir:
Sahə xaricindəki yerlər – Sahə xaricindəki yerin təhlükəsizliklə bağlı tələbləri və
işçilərin sahəyə gündəlik daşınmasına olan zərurət səbəbindən;
Terminalın şərq tərəfindəki yerlər – Sarı və Bənövşəyi marşrut qruplarının rədd
edilməsindən sonra qeyri-mümkündür;
Terminalın şimal tərəfindəki yerlər – Ərazidə mövcud olan məhdudiyyətlər (məsələn:
topoqrafiya və təhlükəsizlik) səbəbindən və BTC, CQBK və digər neft ixrac boru
kəmərlərinin üzərindən şimala tərəf keçən giriş yolu marşrutunun qəbul edilməsindən
çəkinməyə üstünlük verildiyinə görə; və
Şahqaya vadisinin qərb tərəfindəki yerlər – Ərazi subasar sahədə yerləşdiyinə görə
və sahə daşqın riskinə məruz qalacağına görə qeyri-mümkündür.
Qəhvəyi marşrut qrupunun seçilməsindən sonra müəyyənləşdirilmişdir ki, tikinti düşərgəsi və
inşaat obyektləri ŞD2 Genişlənmə Sahəsinə yaxın yerləşməli və ərazinin ümumi yerləşmə
planı müvafiq texniki təhlükəsizlik zonasının tələbini nəzərə almalıdır (baxın: Cədvəl 4.1).
Yaşayış bölmələri və sexlər arasında müəyyən dərəcədə təcridi təmin etmək (işçilərin rifahı
nəzərə alınmaqla) məqsədilə qərara alınmışdır ki, tikinti düşərgəsi (o cümlədən yaşayış,
istirahət, yeməkxana və digər köməkçi obyektlər) və tikinti obyektləri (o cümlədən ofislər, işçi
qüvvəsi və materiallar üçün sahələr) bir-birindən ayrılsın. Yekun layihələndirmədə tikinti
düşərgəsi və tikinti obyektləri müvafiq qaydada ŞD2 İnfrastruktur sahəsinin şimal və
cənubunda yerləşdirilib (sxematik yerləşmə planları üçün baxın: Fəsil 5, Şəkil 5.10).
4.1.4 Boru
Kəmərinin Sahilə Çıxma Sahəsi
Boru Kəmərinin Sahilə Çıxma Sahəsinin yeri ŞD2 İxrac Boru Kəmərlərinin həm dənizdəki,
həm də sahildəki marşrutunu nəzərə almaqla ayrıca tədqiqatın bir hissəsi kimi
müəyyənləşdirilmişdir. Nəzərdən keçirilmiş marşrut variantları ŞD2 Layihəsinin ƏMSSTQ
sənədində nəzərdən keçiriləcək.