Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə20/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   16   17   18   19   20   21   22   23   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə  və Sosial-iqtisadi Sahəyə  Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/7



2.4  Ətraf mühitin mühafizəsi haqqında milli qanunvericilik 

 

Hökumət  ətraf mühitin mühafizəsi üzrə milli qanunvericiliyin Avropa İttifaqının  ətraf mühitin 



mühafizəsi haqqında qanunvericiliyinə  əsaslanan beynəlxalq səviyyədə  qəbul olunmuş 

qanunvericiliyə uyğunlaşdırılması prosesini həyata keçirməklə bağlı öhdəlik götürmüşdür. 

Həmin proses hazırda davam etdiyi üçün ŞD2  İnfrastruktur Layihəsi qüvvədə olan milli 

qanunvericilik tələblərinə riayət edəcək, bir şərtlə ki, həmin tələblər HPBS müddəalarına 

uyğun olsun və beynəlxalq neft-qaz sənayesi standartları və təcrübəsi ilə ziddiyyət və yaxud 

digər şəkildə uyğunsuzluq təşkil etməsin. 

 

Azərbaycanda  ətraf mühitin mühafizəsi üzrə milli qanunvericiliyin əsasını  aşağıdakı 



məsələlərin həllinə yönəlmiş “Ətraf mühitin mühafizəsi haqqında” Qanun (1999) təşkil edir: 

 

 Dövlətin, vətəndaşların, ictimai birliklərin və yerli özünüidarəetmə orqanlarının hüquq 



və vəzifələri; 

 

Təbii sərvətlərdən istifadə; 



 Monitorinq, 

standartlaşdırma və sertifikatlaşdırma; 

 

Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimləmə; 



 Dövlət Ekoloji Ekspertiza İdarəsi (DEEİ); 

 

İqtisadi fəaliyyət üzrə ekoloji tələblər; 



 

Təhsil, elmi tədqiqatlar, statistika və informasiya; 

 Fövqəladə ekoloji şərait və ekoloji fəlakət zonaları; 

 

Ətraf mühitin mühafizəsinə nəzarət; 



 

Ekoloji auditin keçirilməsi; 

 

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət; və 



 Beynəlxalq əməkdaşlıq. 

 

Qanunun 54.2 Maddəsinə müvafiq olaraq, ƏMTQ sənədləri DEEİ-dən keçməlidir, yəni  ətraf 



mühit məsələləri üzrə  səlahiyyətli orqan (ETSN) tərəflərin hazırlayıb təqdim etdiyi ƏMTQ 

sənədlərinin nəzərdən keçirilməsi və  təsdiq edilməsi üzrə cavabdehlik daşıyır. Qanun DEEİ 

prosedurunun  əsasını qoyur ki, bu, nəzərdə tutulan Layihənin  ətraf mühitin mühafizəsi üzrə 

müvafiq standartlara uyğunluğunun (misal üçün, çirklənmə  səviyyələri, atqılar və  səs-küy) 

ayrıca yoxlanılması hesab edilə bilər. Bundan əlavə, qanunla müəyyən olunur ki, layihələr 

DEEİ tərəfindən müsbət rəy olmadan icra oluna bilməz.  

 

DEEİ yanaşması  dövlət orqanlarından  təqdim olunan bütün hesabatları  ətraf mühitə 



potensial təsirlər baxımından rəsmi olaraq yoxlayıb təsdiq etmələrini tələb edir. Hazırda 

beynəlxalq miqyasda qəbul edilmiş  təcrübə  təsirlərin qiymətləndirilməsi üçün mütənasib, 

məsləhətləşmə və ictimai məsuliyyət xarakteri daşıyan bir yanaşmaya üstünlük verir. 

 

Cədvəl 2.3-də ətraf mühit və sosial sahə ilə bağlı əsas milli qanunların xülasəsi təqdim olunur. 




Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/8 



Cədvəl 2.3  Ətraf mühit və sosial sahə ilə bağlı əsas milli qanunlar

 2

 

Mövzu 

Adı 

Tarixi 

Təsviri / ŞD2 İnfrastruktur Layihəsi  üzrə ƏMSSTQ-yə aidiyyəti 

Azərbaycan Respublikasının “Ətraf mühitin 

mühafizəsi haqqında” 678-IQ saylı Qanunu  

08/06/1999 (son 

düzəliş 

30/03/2001) 

Ətraf mühitin mühafizəsi üzrə əsas prinsipləri, habelə Dövlətin, ictimai birliklərin, vətəndaşların ətraf mühitin 

mühafizəsi ilə bağlı hüquq və öhdəliklərini müəyyən edir. 

(yuxarıda təsvir olunub) 

Avtomobil Yolları Haqqında Qanun, Maddə 

39: Ətraf Mühitin Qorunması 

10/03/2000 Tələb edir ki, avtomobil yollarının hər hansı tikintisi və ya yenidən qurulması üçün Dövlət Ekolojİ 

Ekspertizasından rəsmi icazə alınsın və bu zaman isə layihə nümayiş etdirməlidir ki, praktiki cəhətdən 

mümkün ən yaxşı texnologiyalardan istifadə olunur və layihə zamanı istifadə edilən bütün kimyəvi maddələr 

ekoloji cəhətdən məqsədəuyğun olmalıdır. 

SNIP 2.05.02-85 Avtomobil Yolları üçün 

Tikinti Normaları və Qaydaları, Maddə 3: 

Ətraf Mühitin Mühafizəsi 

1987 – son 

düzəliş 2000 

Yolu effektiv şəkildə layihələndirməklə  və eləcədə  aşağıdakılar vasitəsilə  ətraf mühitə  mənfi təsirlərin 

azaldılmasını təşviq edir: 

  Qruntun üst qatının çıxarılması və təkrar istifadə edilməsinə dair təlimatlar verməklə (maddə 3.4); 

  Avtomobil yolu ilə insanların məskunlaşdığı sahələr arasında bufer zonanın təmin olunması  zərurətini 

müəyyənləşdirməklə; 

 Müvafiq 

səs-küy normalarına riayət olunmasını təmin etmək üçün səs-küyün azaldılması tədbirlərini tələb 

etməklə (maddə 3.9); və 

 Artıq materialların boşaldılması prosesini müəyyənləşdirməklə (maddə 3.12).  

Avtomobil Yollarının Tikintisi, İdarə 

Olunması və Layihələndirilməsi üzrə 

Təlimatlar:  

Hissə I: Avtomobil yollarının planlaşdırılması 

Hissə II: Avtomobil yollarının tikintisi 

07/02/2000 Avtomobil 

yollarının layihələndirilməsində, tikintisində  və texniki xidmətində ekoloji problemləri nəzərə alır. 

Avtomobil yollarının tikintisində  ətraf mühitin mühafizəsi tədbirlərinə dair əhatəli müddəalar təmin edir 

(məsələn: torpaqdan istifadə; səth və qrunt suyu ehtiyatlarının mühafizəsi; flora və faunanın mühafizəsi; yol 

tikinti maşınlarının və materiallarının istifadəsi, hazırlanması  və saxlanılması; tikinti maşın-mexanizmlərinə 

texniki qulluq; müvəqqəti konstruksiyalar; müvəqqəti yollar; yanğından mühafizə; qrunt karxanaları  və 

materialın daşınması; toza yol verilməməsi; torpağın çirklənməyə qarşı mühafizə olunması; torpağın 

eroziyasının qarşısını alma və  s.).  Bu  sənədə qoşulmuş  əlavələrdə  həmçinin toksik maddələrin maksimum 

yolverilən konsentrasiyaları üzrə; səs-küyə nəzarət tədbirləri üzrə; tikinti avadanlığından sızan yağ və yanacaq 

nəticəsində torpağın çirklənməsi üzrə; və səth sularının keyfiyyəti üzrə standartlar müəyyənləşdirilib. 

Ümumi 

Azərbaycan Respublikasının “Ekoloji 



təhlükəsizlik haqqında” 677-IQ saylı Qanunu  

08/06/1999 Ölkənin  ətraf mühitin mühafizəsinə dair qanunvericiliyinin əsas iki qanunundan biridir (“Ətraf mühitin 



mühafizəsi haqqında” Qanun ilə birlikdə). Qanunun məqsədi həyat və sağlamlığın, cəmiyyətin, ətraf mühitin, o 

cümlədən atmosfer havasının, fəzasının, su tutarlarının, mineral ehtiyatların, təbii landşaftların, bitkilərin və 

heyvanların təbii və antropogen təhlükələrdən mühafizə edilməsi üçün hüquqi baza müəyyən etməkdən 

ibarətdir. 

Qanunda Dövlətin, vətəndaşların və ictimai birliklərin ekoloji təhlükəsizlik, o cümlədən informasiya və öhdəlik 

baxımından hüquq və vəzifələri müəyyən edilir. Qanunda həmçinin iqtisadi fəaliyyətin tənzimlənməsini, ərazi 

rayonlaşdırılmasını və ekoloji fəlakətlərin fəsadlarının azaldılmasını əhatə edir.  

Azərbaycan Respublikasının “Xüsusi 

mühafizə olunan təbiət əraziləri və obyektləri 

haqqında” 840-IQ saylı Qanunu  

24/03/2000 Azərbaycandakı mühafizə olunan təbii ərazilər və obyektlər üzrə hüquqi bazanı müəyyən edir.

  

Ekosistemlər  



Azərbaycan Respublikasının “Fauna 

haqqında” 675-IQ saylı Qanunu  

04/06/1999 Heyvanlar 

aləmi, fauna üzərində mülkiyyət hüququ və  tərəflər arasındakı hüquqi münasibətlər müəyyən 

olunur. Qanunda həmçinin Dövlət tərəfindən inventarlaşdırma və monitorinq ilə bağlı  məsələlər, habelə 

iqtisadi normalar və cəzalandırma normaları təsvir olunur.  

                                                      

2

 Bu cədvəl müxtəlif mənbələr əsasında tərtib olunmuşdur, o cümlədən: Birləşmiş Millətlər Təşkilatı 2004, Ekoloji Göstəricilərin Nəzərdən Keçirilməsi Silsiləsi №19 – Azərbaycan; Kyuri və Braun, 



2008, Abşeron yarımadası layihəsi üçün bərk tullantıların kompleks idarə olunması sistemi, və Popov 2005, Azərbaycanda şəhər ekologiyasına dair qısa məlumat (AİB nəşri). 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə