Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə18/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   14   15   16   17   18   19   20   21   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/3



cı ilin oktyabr ayının 17-də Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə minmişdir. “BP 

Exploration (Şhah Deniz) Limited” şirkəti, Birgə  Əməliyyat Müqaviləsinə  və Operator 

Xidmətləri üzrə Müqaviləyə müvafiq olaraq, ŞD HPBS tərəfdaşları adından Texniki Operator 

kimi fəaliyyət göstərir.  

 

HPBS-də qeyd edilir ki, əməliyyatlar ümumi ətraf mühit, digər təbii ehtiyatlar və əmlak nəzərə 



alınaraq insan həyatının,  ətraf mühitin və  əmlakın mühafizəsinə üstünlük verilməklə  həyata 

keçirilməlidir.  

 

HPBS-nin 26.1-ci Maddəsində qeyd olunur ki: 



 

“Podratçı ARDNŞ  və Azərbaycan Respublikası Dövlət Ekologiya və  Təbiətdən  İstifadəyə 

Nəzarət Komitəsi (DEK) ilə birlikdə Neft-qaz Əməliyyatlarının tənzimlənməsi üçün uyğun olan 

təhlükəsizlik texnikası  və  ətraf mühitin mühafizəsi standartlarını  və üsullarını  işləyib 

hazırlayacaq”

1

 

 

HPBS-nin 26.1-ci Maddəsində həmçinin tələb olunur ki, müvafiq standart və texnologiyaların 



işlənib hazırlanmasında  ətraf mühitin keyfiyyəti, texniki imkanlar, iqtisadi qabiliyyət və 

rentabellik kimi məsələlər nəzərə alınmalıdır (bax: ŞD HPBS-dən çıxarış, Əlavə 2A) və daha 

sonra belə bəyan edilir: 

 

 “26.4  Maddəsinin birinci cümləsinə  əsasən, qüvvəyə minmə tarixindən etibarən Neft 



Əməliyyatlarına tətbiq olunacaq standartlar, Tərəflər və DEK arasında müəyyən edilmiş 

tarixdə Podratçı, ARDNŞ  və DEK arasında işlənib hazırlanmış  və razılaşdırılmış yeni 

təhlükəsizlik və  ətraf mühitin mühafizəsi standartları ilə  əvəz edilməyincə,  Əlavə IX-un II 

hissəsində    nəzərdə tutulan standartlar və  təcrübələrdən ibarət olmalı  və belə tarixdən 

etibarən belə razılaşdırılmış standartlar və  təcrübələr bütünlüklə Müqavilədə  nəzərdə 

tutulubmuş kimi qanuni qüvvəyə malik olmalıdır.” 

 

HPBS-in 26.1-ci Maddəsinin tələblərinə cavab kimi xüsusi olaraq Ətraf Mühitin Mühafizəsi 



Standartları (ƏMMS) işlənib hazırlanmışdır və 1998-ci ildə ARDNŞ və ETSN-nin imzalanmış 

məktubları  əsasında rəsmi surətdə  təsdiqlənmişdir.  Ətraf Mühitin Mühafizəsi Standartlarının 

işlənib hazırlanması üzrə texniki iş 2001-ci ildə başlanmışdır.  İstehsalat Standartları  Şah 

Dəniz Layihəsi Tərəfdaşları tərəfindən təsdiqlənmişdir. Onların hüquqi qüvvəyə minməsi üzrə 

protokol ŞD tərəfdaşları və ARDNŞ adından BP tərəfindən imzalanmış, lakin ETSN tərəfindən 

hələ imzalanmamışdır. Aşağıda göstərilmiş ŞD ƏMMS sənədləri işlənib hazırlanmışdır: 

 

 

ŞD  ƏMMS sənədi: Təsdiqləmə  və  İcazələrin alınması - ətraf mühitə potensial 



təsirlərlə  nəticələnən  ŞD layihələri və  fəaliyyətləri üçün icazələrin alınması  və 

təsdiqləmə prosesinin təfərrüatları   

 

ŞD  ƏMMS sənədi: Ekoloji Planlaşdırma və  Ətraf Mühit – ŞD layihələri üçün ətraf 

mühit məsələlərinin idarə edilməsinə dair tələblərin xülasəsini təmin edir 

 

ŞD  ƏMMS sənədi: Ekoloji risklərin qiymətləndirilməsi və idarə edilməsi -  ŞD 

layihələrinin icrası ilə  əlaqədar ekoloji risklərin qiymətləndirilməsini (ERQ) aparmaq 

üçün Operatorun riayət etməli olduğu ƏMMS-nin təfərrüatı. 

 

ŞD  ƏMMS sənədi: Ekoloji Keyfiyyət Standartları - ətraf mühitə atqılara və 

emissiyalara tətbiq edilən ƏMMS standartların işlənməsi üçün əsas kimi istifadə edilən 

çirkləndiricilərin ilkin  MYQH-nin (maksimum yol verilən qatılıq həddi) təfərrüatı  

 

ŞD  ƏMMS sənədi: Atqılar və emissiyalar - ətraf mühitə atqılara və emissiyalara 

nəzarət məqsədilə  ŞD layihələrinin icrasına cəlb olunmuş Operator və bütün 

podratçılar tərəfindən riayət olunmalı ƏMMS-lərin təsviri  

 

ŞD  ƏMMS sənədi: Kimyəvi maddələrin seçilməsi və idarə edilməsi – kimyəvi 

maddələrin seçilməsi və idarə edilməsi məqsədilə  ŞD layihələrinin icrasına cəlb 

olunmuş Operator və bütün podratçılar tərəfindən riayət olunmalı ƏMMS-lərin təfərrüatı 

                                                      

1

 HPBS-də neft qaz əməliyyatlarının tərifi bu cür verilir: “Neft-qaz  əməliyyatları  -  Karbohidrogenlərin  kəşfiyyatı, 



qiymətləndirilməsi, işlənməsi, çıxarılması, hasilatı, sabitləşdirilməsi, hazırlanması (o cümlədən təbii qazın 

hazırlanması), oyadılması, təzyiq göstərilməsi, toplanması, saxlanması, yüklənib göndərilməsi, çatdırılma 

məntəqəsinədək nəql edilməsi və Kontrakt sahəsində hasil edilmiş karbohidrogenlərin marketinqi və Kontrakt 

sahəsində ləğvetmə işləri ilə bağlı bütün əməliyyatlar deməkdir”. 


Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/4



 

ŞD  ƏMMS sənədi: Kondensat və Kimyəvi Maddələrin Dağılmasına Qarşı 

Fövqəladə  Fəaliyyətin Planlaşdırılması -  kondensat və kimyəvi maddələrin 

dağılmasına qarşı fövqəladə  fəaliyyət planının (KKMDQFFP) hazırlanması  məqsədilə 

ŞD layihələrinin icrasına cəlb olunmuş Operator və bütün podratçılar tərəfindən riayət 

olunmalı ƏMMS-lərin təfərrüatı   

 

ŞD  ƏMMS sənədi: Tullantıların idarə edilməsi – tullantıların  əmələ  gəldiyi yerdən 

onların zərərsizləşdirildiyi yerədək ekoloji baxımdan təhlükəsiz qaydada idarə 

edilməsini təmin etmək məqsədilə ŞD layihələrinin icrasına cəlb olunmuş Operator və 

bütün podratçılar tərəfindən riayət olunmalı ƏMMS-lərin təfərrüatı. 

 

Müvafiq olaraq, İstehsalat Standartlarının hüquqi qüvvəyə minməsinə dair protokol bütün 



tərəflər tərəfindən imzalanmayınca, HPBS-ya Əlavə IX-un II hissəsində  nəzərdə tutulmuş 

standartlar və təcrübələr istehsalat əməliyyatlarına tətbiq edilməkdə davam etməlidir. 

 

HPBS-nin 26.4 Maddəsinə görə,  “BP Exploration  (Azerbaijan) Limited” şirkətindən tələb 



olunur ki: “...səhiyyəyə, təhlükəsizlik texnikasına, ətraf mühitin mühafizəsinə və bərpasına dair 

Azərbaycan Respublikasının hamılıqla tətbiq edilə bilən mövcud və  gələcək qanunlarına, 

yaxud qərarlarına tabe olur, bu şərtlə ki, həmin qanunların və ya qərarların tələbləri  Ətraf 

mühitin mühafizəsinin standartlarından sərt olmasın”. 

 

HPBS-nin 9-cu Əlavəsində HPBS-nin imzalandığı vaxtda beynəlxalq neft sənayesi üçün 

ümumi qəbul edilmiş standartları  və  təcrübələri açıqlayır.  Cədvəl 2.1 və 2.2-də  mövcud 

beynəlxalq neft sənayesi üzrə  əsas prinsiplərin tərkib hissəsini təşkil edən beynəlxalq və 

regional konvensiyalara dair xülasə verilir. 

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə