Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə19/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   15   16   17   18   19   20   21   22   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/5 



Cədvəl 2.1  Beynəlxalq konvensiyalara dair xülasə  

Konvensiya 

Məqsədi 

Statusu 

BMT-nin “İqlim Dəyişmələri haqqında Çərçivə 

Konvensiya”sı 

İstixana qazı emissiyalarına dair informasiyanı tutuşdurub müqayisə və planlaşdırma 

sahəsində əməkdaşlıq etmək  

Azərbaycandan qeyri-rəsmi surətdə emissiyaların 

azaldılması hədəflərinə cavab vermək tələb 

olunmur 


Bern Konvensiyası Yabanı bitkilərin və vəhşi heyvanların qorunması və onların təbii məskunlaşma yerlərinin 

mühafizəsi 

Azərbaycanda 2002-ci ildən qüvvəyə minib 

YUNESKO-nun Beynəlxalq əhəmiyyətə malik su-

bataqlıq ərazilərin (xüsusən də su quşlarının təbii 

məskənlərinin) qorunmasına dair konvensiyası / 

RAMSAR Konvensiyası 

Su-bataqlıq ərazilərin və su quşlarının mühafizəsini təşviq etmək. Bundan əlavə, bir sıra 

su-bataqlıq ərazilər beynəlxalq Əhəmiyyətli Su-Bataqlıq Əraziləri təyin olunub  və əlavə 

mühafizə əldə edib. 

Azərbaycan RAMSAR konvensiyasını 2001-ci 

ildə imzalayıb 

Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm 

Konvensiyası 

Dioksinlərin, furanların, heksaxlorbenzolun və PXB-lərin minimuma endirilməsi və 

bütövlüklə aradan qaldırılması məqsədilə onların atqısını azaltmaq. 

Azərbaycan bu konvensiyaya 2004-cü ildə 

qoşulub 


BMT-nin Ozon Təbəqəsinin Qorunmasına dair 

Konvensiyası (Vyana Konvensiyası) 

Ozon təbəqəsinin qorunması üçün beynəlxalq səylərin cəmlənməsi üzrə mexanizm təmin 

edir, o cümlədən Konvensiyanın Monreal Protokolunda müəyyənləşdirilmiş ozondağıdıcı 

maddələrin istehsalını və istifadəsini məhdudlaşdıran məcburi hüquqi tələbləri əks etdirir. 

Azərbaycan bu konvensiyaya 1996-cı ildə 

qoşulub 

BMT-nin  Bioloji Müxtəlifliyə dair Konvensiyası Bioloji 

müxtəlifliyi qorumaq, o cümlədən onun komponentlərindən davamlı istifadə etmək 

və meydana çıxan faydaları ədalətli və bərabər şəkildə bölüşdürmək 

Azərbaycan 2000-ci ildə bu konvensiyaya tərəf 

olmuşdur 

FAO-nun  (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı 

Təşkilatının) Bitkilərin Mühafizəsinə dair 

Konvensiyası 

Bitkilərin və bitki məhsullarının ziyanvericilərinin yayılmasının və gətirilməsinin qarşısını 

almaq və onlarla mübarizə üçün müvafiq tədbirləri təşviq etmək məqsədilə bağlanmış 

sazişdir. 

Azərbaycanda 2000-ci ildə qüvvəyə minib 

Səhralaşma ilə Mübarizə haqqında Konvensiya 

Səhralaşma ilə mübarizə aparmaq və quraqlığın təsirlərini azaltmaq 

Azərbaycanda 1998-ci ildə qüvvəyə minib 

Kökü Kəsilmək Təhlükəsi Qarşısında Olan Vəhşi 

Fauna və Yabanı Flora Növləri ilə Beynəlxalq  

Ticarət Haqqında Konvensiya (CITES) 

Seçilmiş heyvan və bitki növlərinin ticarətinə nəzarəti təmin edir 

Azərbaycanda 1999-cu ildə qüvvəyə minib 

"Arxeoloji irsin qorunması haqqında" Avropa 

Konvensiyası 

Konvensiyanın tərəfi olan hər bir dövlətdən tələb olunur ki, dövlət vəsaitlərindən və ya 

şəxsi vəsaitlərdən (vəziyyətdən asılı olaraq) istifadə etməklə arxeoloji tədqiqatlara maliyyə 

yardımı göstərsin və arxeologiyanı təşviq etsin. 

Azərbaycan 2000-ci ildə bu konvensiyanı 

ratifikasiya edib 

YUNESKO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin 

Qorunması və Təşviqi haqqında Konvensiyası 

Konvensiya tərəflərinin öz mədəni siyasətlərini formalaşdırmasını və həyata keçirməsini və 

mədəni özünüifadə müxtəlifliyini qoruyacaq və təşviq edəcək tədbirlər qəbul etməsini və 

beynəlxalq əməkdaşlığı gücləndirməsini təşviq edir. 

Azərbaycan bu konvensiyaya 2010-cu ildə 

qoşulub. 

 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 2: 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 

 

Dekabr 2011 



Yekun variant

 

2/6 



Cədvəl 2.2  Regional konvensiyalara dair xülasə 

Konvensiya  

Məqsədi  

Statusu  

Orhus Konvensiyası * 

Ətraf mühit ilə bağlı  məsələlərdə  məlumatın  əldə edilməsi, qərar qəbul edilməsində 

ictimaiyyətin iştirakı və ədalət mühakiməsinin açıq keçirilməsi hüquqlarını təmin etmək 

 

Azərbaycan bu konvensiyaya 2000-ci ildə 



qoşulub 

Espoo Konvensiyası* 

ƏMSSTQ-nin xüsusən də ətraf mühitin transsərhəd kontekstində korlanmasına qarşı 

qabaqlayıcı tədbir kimi tətbiq olunması vasitəsilə ekoloji baxımdan zərərsiz və davamlı 

inkişafı təşviq etmək. 

Azərbaycan bu konvensiyaya 1999-cu ildə 

qoşulub. Bu sənəd hazırlanan zaman 

Azərbaycan Ətraf Mühitin Strateji 

Qiymətləndirilməsinə dair protokolu 

imzalamamışdı.  

Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin 

Mühafizəsi və İstifadəsi üzrə Konvensiya (Helsinki 

Konvensiyası) * 

İnsan fəaliyyəti nəticəsində transsərhəd suların çirklənməsindən yaranan transsərhəd 

təsirin qarşısını almaq, həmin təsiri nəzarətdə saxlamaq və ya azaltmaq. 

Azərbaycan bu konvensiyaya 2002-ci ildə 

qoşulub 

BMT-nin Təhlükəli Tullantıların Sərhədlərarası 

Daşınmasına və Kənarlaşdırılmasına Nəzarət 

haqqında Konvensiyası 

Təhlükəli tullantıların sərhədlərarası daşınmasını tənzimləyir və konvensiya Tərəflərinin 

üzərinə bu cür tullantıların ekoloji baxımdan məqsədəuyğun şəkildə idarə edilməsini və 

kənarlaşdırılmasını təmin etmək öhdəlikləri qoyur.  

Azərbaycan bu konvensiyanı 2001-ci ildə 

ratifikasiya edib 

Su və Sağlamlıq haqqında Protokol * 

Su ehtiyatlarını daha yaxşı idarə etməklə və su ilə əlaqədar xəstəliklərin qarşısını almaqla, 

onları nəzarətdə saxlamaqla və azaltmaqla insan sağlamlığını və rifahını qorumaq 

Azərbaycan bu konvensiyaya 2003-cü ildə 

qoşulub 


UNECE-nin böyük məsafələrdə havanın 

transsərhəd çirkləndirilməsi haqqında Cenevrə 

Konvensiyası * 

Havanın transsərhəd çirkləndirilməsinin nəzarətdə saxlanılması və azaldılması üçün 

çərçivə təmin edir 

Azərbaycanda 2002-ci ildə qüvvəyə minib. 

Konvensiyaya 8 protokol əlavə edilib və həmin 

protokollardan heç biri bu sənəd hazırlanan 

zaman Azərbaycan Respublikası tərəfindən 

ratifikasiya olunmamışdı 

Sənaye Qəzalarının Transsərhəd Təsiri haqqında 

Konvensiya * 

Transsərhəd təsirə malik ola bilən sənaye qəzalarının qarşısını almaq, bu cür qəzalara 

hazır olmaq və onlara qarşı cavab tədbirləri görmək 

Azərbaycan bu konvensiyaya 2004-cü ildə 

qoşulub 


Təhlükəli Yüklərin Avtomobil Yolları ilə Beynəlxalq 

Daşımaları * 

Təhlükəli yüklərin qablaşdırılması və üzərinə yarlıqların vurulması, habelə istifadə olunan 

nəqliyyat vasitələrinin konstruksiyası, avadanlıq təchizatı və istismarı üzrə tələbləri ehtiva 

edir. Texniki tələblərə dair müfəssəl məlumat əlavələrdə verilir. 

Azərbaycanda 2000-ci ildə qüvvəyə minib 

Xəzər dənizi üzrə Tehran Çərçivə Konvensiyası 

Hər beş sahilyanı dövlət tərəfindən ratifikasiya edilmiş və 2006-cı ildə qüvvəyə minmişdir. 

Üzv dövlətlərdən Xəzər dənizində çirkləndirilmə ilə mübarizə aparmaq üçün bir sıra ümumi 

tədbirləri həyata keçirməyi tələb edir. Dörd protokolun layihə variantı hazırlanmışdır ki, 

bunlar qəbul edildiyi zaman milli qanunvericilik və normalar üçün əsas təşkil edəcək. 

Konvensiya ratifikasiya olunub, lakin protokollar 

bu sənəd hazırlanan zaman hələ layihə 

variantında idi və ona görə də hal-hazırda 

qanunvericiliyin işlənib hazırlanması üçün 

məcburi tələb irəli sürmür. 

* UNECE sazişi; Azərbaycan 1993-cü ildə BMT-nin Avropa üzrə  İqtisadi Komissiyasına (UNECE) üzv dövlət olmuşdur. UNECE komissiyasının  əsas məqsədi normaların, standartların və 

konvensiyaların yaradılması ilə Ümumavropa məkanına inteqrasiyanı təşviq etməkdir. 

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə