Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/9
Mövzu
Adı
Tarixi
Təsviri / ŞD2 İnfrastruktur Layihəsi üzrə ƏMSSTQ-yə aidiyyəti
Azərbaycan Respublikasının Su Məcəlləsi
(418-IQ saylı Qanun ilə təsdiq olunub)
26/12/1997 Sututarlardan
istifadəni tənzimləyir, mülkiyyət hüquqlarını müəyyən edir, habelə inventarlaşdırma və
monitorinq məsələlərini əhatə edir. Məcəllədə sututarların içməli və texniki su üçün, habelə tibbi müalicə,
mineral bulaqlı kurortlar, istirahət və idman, kənd təsərrüfatı ehtiyacları, istehsalat ehtiyacları və hidroenerji,
nəqliyyat, balıqçılıq və ovçuluq, tullantı suların axıdılması, yanğından mühafizə məqsədləri üçün istifadəsini və
xüsusi mühafizə olunan sututarları tənzimləyir. Burada rayonlaşdırma, zərərli maddələrin yol verilən
maksimum konsentrasiya hədləri və sənayedə/istehsalatda əsas davranış qaydaları barədə məlumatlar verilir.
Azərbaycan Respublikasının “Su təchizatı və
tullantı suları haqqında” Qanunu №723-1Q
28/10/1999 Tətbiq sahəsi qurudakı əməliyyatlarla məhdudlaşır. İstehsalat tullantılarının çirkab su sisteminə axıdılmasını
məhdudlaşdırır, yağış sularının və istehsalat tullantılarının çirkab sularından ayrılmasına dair, habelə çirkab su
təmizləmə qurğularının istismar olunması üçün hüquqi şəxslər tərəfindən icazələrin alınmasına dair tələblər
müəyyən edir.
Xüsusi mühafizə olunan su obyektlərinin
ayrı-ayrı kateqoriyalara aid edilməsi
Qaydaları, Nazirlər Kabinetinin 77 saylı
Qərarı
01/05/2000 Xəzər dənizi xüsusi mühafizə olunan su tutarıdır. Qərara əsasən, tullantı sularının axıdılması üzrə digər
variantların olmadığı təqdirdə onların yerləşdirilməsi üçün xüsusi icazələrin alınması tələb olunur. Qərarda
xüsusi mühafizə olunan su tutarlarından istifadəyə məhdudiyyətlərin qoyulması, habelə gələcəkdə həmin su
tutarları ilə əlaqədar normativ aktların işlənib hazırlanması nəzərdə tutulur. Qərara əsasən, xüsusi mühafizə
olunan sututarların təbii şəraitini dəyişən fəaliyyətlər üçün ETSN-nin razılığı tələb olunur. Suya qarşısı alına
bilməyən hər hansı atqılar üçün icazələrin verilməsinə dair müddəalar nəzərdə tutulmuşdur. Həmçinin,
istirahət və idman məqsədləri üçün nəzərdə tutulmuş sututarların (bunlara Xəzər dənizi də aiddir) mühafizəsi
üzrə xüsusi tələblər daxil edilmişdir.
Su
Səth sularının tullantı suları ilə
çirklənməsindən
mühafizəsi üzrə qaydalar,
Dövlət Ekologiya Komitəsinin 1 saylı Qərarı
04/01/1994
Bu qanunvericilik aktı çərçivəsində “Balıqçılıq üçün əhəmiyyətli olan su tutarlarına zərərli təsirin icazə verilən
normaları”na əsasən, atqılar asılı maddələr, üzən maddələr, rəng, iy və dad, hərarət, həll olunmuş oksigen,
pH, Oksigenə Bioloji Tələbat (OBT) və zəhərli maddələr baxımından müəyyən olunmuş su tutarları üzrə bir
neçə xüsusi standartlara cavab verməlidir. Hədlər Sovet dövrünün standartlarına əsaslanır və “boru çıxışı”
hədlər ilə müqayisədə obyektin hüdudlarında təmin olunmalıdır (xüsusi “sanitar mühafizə zonası üzrə hədlər”).
Atqı borusunun çıxışı üzrə hədlər konkret obyektə aid “ekoloji pasportlarda” göstərilir və qüvvədə olan ətraf
mühitin keyfiyyət standartlarına uyğunluğun təmin olunması məqsədilə müəyyən edilir.
Azərbaycan Respublikasının “Atmosfer
havasının mühafizəsi haqqında” 109-IIQ
saylı Qanunu
27/03/2001 Havanın mühafizəsi, bununla da əhalinin sağlam mühitdə yaşamaq ilə bağlı konstitusiya hüququnun həyata
keçirilməsi üçün hüquqi bazanı müəyyən edir. Qanunda bu baxımdan hakimiyyət orqanlarının, hüquqi və fiziki
şəxslərin və QHT-lərin hüquq və öhdəlikləri qeyd olunur, iqtisadi fəaliyyət zamanı havanın mühafizəsi üzrə
ümumi tələblər müəyyən olunur, atmosferə fiziki və kimyəvi təsirlərin azaldılması üçün normalar
müəyyənləşdirilir, zərərli atmosfer tullantılarının və onların mənbələrinin dövlət tərəfindən inventarlaşdırılması
üzrə qaydalar müəyyənləşdirilir və cəzalandırma tədbirlərinin görülməsinə səbəb olacaq qanun pozuntularının
ümumi kateqoriyaları təqdim olunur.
Hava
Təhlükəli maddələrin tullantı səviyyələrindən
asılı olaraq obyektlərin təhlükə
kateqoriyalarının müəyyən edilməsi
metodikası və layihələr üzrə maksimum yol
verilən atmosfer tullantıları üzrə göstəricilərin
işlənib hazırlanması zərurəti.
04/09/1990
Bu metodika çərçivəsində zərərli maddələrin maksimum yol verilən konsentrasiya hədləri və onların təhlükələr
üzrə təsnifatı verilir. Hədlər Sovet dövrünün standartlarına əsaslanır.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/10
Mövzu
Adı
Tarixi
Təsviri / ŞD2 İnfrastruktur Layihəsi üzrə ƏMSSTQ-yə aidiyyəti
Tullantılar Azərbaycan Respublikasının “İstehsalat və
məişət tullantıları haqqında” 514-IQ saylı
Qanunu
30/06/1998
Ətraf mühitin istehsalat və məişət tullantılarından, o cümlədən zərərli qazlardan, tullantı sulardan və radioaktiv
tullantılardan mühafizəsinə dair dövlət siyasətini təsvir edir. Dövlətin və digər subyektlərin hüquq və
vəzifələrini müəyyən edir, tullantı təmizləmə qurğularının layihələndirilməsi və tikintisi, tullantıların əmələ
gəlməsinə səbəb olan fəaliyyətlərin lisenziyalaşdırılması, habelə tullantıların saxlanması və daşınması (o
cümlədən transsərhəd daşınması) üzrə tələbləri müəyyənləşdirir. Qanun həmçinin sənaye müəssisələri
tərəfindən tullantıların əmələ gəlməsinin minimuma endirilməsi üçün texnologiyaların tətbiq olunmasını
dəstəkləyir. Qanun pozuntularına qarşı cavab tədbirlərinin ümumi təsviri verilir. Bu qanun, Nazirlər Kabinetinin
Azərbaycanda təhlükəli tullantıların sertifikatlaşdırılması qaydaları, təhlükəli tullantıların idarə olunması üzrə
dövlət strategiyası haqqında qərarları, habelə ETSN tərəfindən təsdiq olunmuş “İstehsalat prosesləri
nəticəsində və xidmət sahələrində formalaşan tullantıların inventarlaşdırılması qaydaları və təsnifat sisteminə
dair təlimatlar”ı ilə tamamlanır.
İnformasiya Azərbaycan Respublikasının “Ətraf mühitə
dair informasiya almaq haqqında” 270-IIQ
saylı Qanunu
12/03/2002
Ətraf mühitə dair informasiyanın təsnifatlaşdırılmasını müəyyənləşdirir. İnformasiya açıq-aydın şəkildə
“məhdud istifadə üçün” təsnifatına aid olmadığı təqdirdə ictimaiyyət ondan istifadə edə bilər. Məhdudiyyətlərin
tətbiq olunmasına dair prosedurlar təsvir olunmuşdur. Qanunun məqsədi Orhus Konvensiyasının (Azərbaycan
tərəfindən 1999-cu ildə ratifikasiya olunmuşdur) müddəalarını Azərbaycan qanunlarında əks etdirməkdir.
”Sanitar-epidemioloji xidmətlər haqqında”
Qanun (371 saylı Prezident Fərmanı ilə
təsdiq olunub)
10/11/1992 Sənaye obyektləri üzrə layihələndirmə, tikinti və istismar mərhələlərində, habelə digər iqtisadi fəaliyyətlər üzrə
yerinə yetirilməli sanitar-epidemioloji tələbləri müəyyən edir. Məqsədi əhalinin sağlamlığını qorumaqdır.
Vətəndaşların təhlükəsiz mühitdə yaşamaq, habelə sanitar-epidemioloji şərait, ətraf mühit və ictimai səhiyyə
barədə tam və pulsuz məlumat almaq hüquqlarından bəhs edir.
Azərbaycan Respublikasının “Əhalinin
sağlamlığının qorunması haqqında” 360-IQ
saylı Qanunu
26/06/1997
Əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin əsas prinsiplərini müəyyən edir. Qanunda əhalinin
sağlamlığına zərərli təsirə görə öhdəlik müəyyən edilir və nəzərdə tutulur ki, ətraf mühitin çirkləndirilməsi
nəticəsində sağlamlığa dəymiş ziyan həmin ziyana səbəb olmuş hüquqi və ya fiziki şəxs tərəfindən
kompensasiya olunmalıdır.
Azərbaycan Respublikasının “Əhalinin
radiasiya təhlükəsizliyi haqqında” 423-IQ
saylı Qanunu
30/12/1997 Sənaye obyektlərində radiasiya təhlükəsizliyinin təmin olunması üzrə tələbləri özündə əks etdirir. Qanunda
hökumətin radiasiya təhlükəsizliyinə dair siyasətinin əsas prinsipləri, eləcə də potensial olaraq radioaktiv
mənbələrdən istifadənin təsirinə məruz qalan ərazilərdə işçilərin və əhalinin təhlükəsizliyinin qorunması üçün
ekoloji normalar müəyyən edilir. Bu qanun qəza hadisələri zamanı sağlamlığa, əmlaka və insan həyatına
dəymiş ziyan üçün kompensasiyanın verilməsini təmin edir.
“Torpaq sahələrinin geri alınması və dövlət
və ictimai ehtiyaclar üçün ayrılması barədə
vəsatətlərin qaldırılması və onlara baxılması
Qaydaları”, Azərbaycan Respublikasının
Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-
hüquqi aktlar haqqında Qərar No. 42.
15/03/2000
Torpaq sahələrinin geri alınması və dövlət və ictimai ehtiyaclar, o cümlədən sənaye təyinatlı obyektlərin və
boru kəmərləri üçün ayrılması barədə vəsatətlərin qaldırılması prosesini müəyyənləşdirir.
Əhalinin
sağlamlığı və
təhlükəsizliyi
Stasionar Avadanlıqlar üçün Dövlət
Standartı
SSRİ-nin Metrologiya və Standartlaşdırma
üzrə Dövlət Komitəsi, 1987-07-01 tarixli
QOST No. 27409-87
01/07/1987 Stasionar
avadanlıqların istismarı üçün səs-küy səviyyəsinə dair məhdudiyyətləri özündə ehtiva edir.