Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə37/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   33   34   35   36   37   38   39   40   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/8 


Yardımçı yol  

 

Şəkil 5.5-də göstərildiyi kimi yardımçı yol aşağıdakıları əhatə edəcək: 



 

 

Əvvəlki İNL yolu; və 



 

ŞD2 infrastruktur ərazisinə doğru mövcud boru kəməri dəhlizi ilə kəsişmədən sonrakı 

nöqtədə  əvvəlki  İNL yoluna birləşən tikinti materiallarının daşınması üçün nəzərdə 

tutulan yeni çınqıl yol. 

 

Yardımçı yolun tikintisi işləri İNL yolundan terminala doğru gedən mövcud yolun bağlanması 



ilə başlanacaq. Bundan sonra əvvəlki İNL yolunun təmiri və inşaat materiallarının daşınması 

üçün nəzərdə tutulan yolun tikintisi işləri başlanacaq. İşlərə aşağıdakılar daxil olacaq: 

 

 Bakı-Tbilisi dəmir yolu ilə kəsişən yolun bərpası və modernləşdirilməsi; 



 Yardımçı yol ilə Bakı-Salyan şosesinin qərbə doğru gedən hərəkət zolağı arasında yol 

qovşağının təşkil olunması; 

 

Dəmir yolu keçidində müvəqqəti buraxılış məntəqəsinin yaradılması; və 



 Yerin 

üstündə müvəqqəti boru kəmərləri kəsişmələrinin tikintisi. 

 

İlkin giriş yolu kimi İNL yolunun bərpası  hər hansı  səbəbdən mümkün olmadığı halda, yeni 



giriş yolunun tamamlanmasına qədər  ŞD2  İnfrastruktur  ərazisinə giriş  təmin etmək üçün  

alternativ giriş yolundan istifadə oluna bilər (aşağıda 5.5.3 və 5.5.4 Bölmələrinə baxın). 

Hazırda,  3-cü tərəfin boru kəməri dəhlizində BP boru kəmərinə aid olmayan yeniləndirmə 

işinə yardım üçün tikiləm giriş yolu mövcuddur (Terminalın cənub-qərb istiqamətində, 

Səngəçal qəsəbəsinin şimalında).İNL yolu bərpa  olunmadığı halda, bu yoldan alternativ giriş 

yolu kimi istifadə oluna bilər.  



 

Şəkil 5.5  Faza 2 - Yardımçı yol 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 


Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/9 


Yerdən yüksəkdə elektrik kabel xətləri  

 

Yardımçı yol təmin olunandan sonra yerdən yüksəkdə elektrik kabel xətləri üzrə  işlər 

başlanacaq. Gözlənilir ki, bir neçə elektrik kabel xəttinin aşağıda göstərilən obyektlərin 

üzərindən keçirilməsi tələb olunacaq: 

 

 

Əvvəlki İNL yolu; və 



 Yeni 

giriş-çıxış yolunun marşrutu. 

 

Hazırda  ŞD2 infrastruktur ərazisinin cənub-qərb hissəsi üzərindən keçən bir neçə elektrik 



enerji xəttinin ya ŞD2 infrastruktur ərazisini yanından ötməklə, ya da aşağıdakıları icra 

etməklə istiqamətinin dəyişdirilməsi planlaşdırılır: 

 

 

Şimal tikinti yaşayış düşərgəsi və  cənub tikinti obyektləri də daxil olmaqla ŞD2 



infrastruktur ərazisi obyektlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün birləşmələrin 

təmin olunması;  

 

ŞD2 obyektlərinin gələcəkdə qoşulması üçün birləşmələrin təmin olunması; və 



 Hazırda mövcud olan terminala yenidən qoşulmanın təmin edilməsi. 

 

Bu işlərin elektrik xətlərinin sahibi tərəfindən layihələndirilməsi və icra olunması planlaşdırılır 



ki, o, işlərin idarə edilməsinə, o cümlədən enerji təchizatında mümkün dayandırmalara 

cavabdehlik daşıyacaq. 

 

5.5.3  Faza 3 – Sahənin hazırlanması 

 

Faza 3 aşağıdakılardan ibarətdir: 



 

 

Təmizləmə işləri, o cümlədən: 



o

 Torpağın üst və bitki qatının çıxarılması; və 

o

 Hazırda mövcud olan iki torpaq qalağının çıxarılması və yayılması. 



 Yeni 

giriş-çıxış yolu üçün torpaq təməlin çəkilməsi; və 

 Su 

daşqınından qoruma bəndlərinin, drenaj kanalı üzrə  işlərin (o cümlədən vadinin 



təmizlənməsi işləri) və boru kəməri dəhlizi ilə kəsişmənin tikintisi. 

 

Bundan  əlavə, sahədə aparılmış  əvvəlki işlərdən qalan betonlu ərazilərin çıxarılması üçün 



ŞD2 Genişləndirmə Sahəsi hüdudları çərçivəsində betonsındırma işlərinin həyata keçirilməsi 

tələb oluna bilər. 

 

Şəkil 5.6-da Faza 3 işləri ilə əlaqədar layihə sahələri göstərilir. 



 


Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/10


 

Şəkil 5.6  Faza 3 – Sahənin hazırlanması  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Təmizləmə işləri 

 

Təmizləmə işlərinə aşağıdakılar daxil olacaq: 



 

 

Torpağın üst və bitki qatlarının götürülməsi  – təmizləmə  işlərinə bitki qatının 

götürülməsi və torpağın üst qatının təxminən 0,15 m dərinliyə  qədər çıxarılmasının 

planlaşdırılması daxil olacaq. Götürülmüş bitki qatı (daxilində bitkilərin kökləri olan 

torpağın üst qatı ilə birlikdə) ya təkrar istifadə olunacaq və ya mulçalanacaq, ya da 

müvafiq  şəkildə atılacaq. Sahədə  çıxarılmış bitki qatının yandırılması  həyata 

keçirilməyəcək. Torpağın üst qatından sahədə xüsusən su daşqınından qoruma 

bəndinin düzəldilməsi məqsədilə istifadə olunacaq (bax Şəkil 5.7); və 

 

Torpaq qalaqlarının götürülməsi  –  əsas təmizləmə  işlərinə  Şəkil 5.6-da göstərildiyi 

kimi iki mövcud torpaq qalağının yayılması daxil olacaq, onlardan doldurma məqsədilə 

istifadə olunacaq.    

 

Üçüncü tərəfin boru kəməri  ərazisində  və  Şahqaya Vadisi yaxınlığındakı aparılmış ekoloji 



araşdırma işi nəticəsində tikinti işləri  ərzində qarşıya çıxa bilən, neftlə çirklənmiş torpaq və  

səth suyu əraziləri aşkar edilmişdir 6-cı  Fəslin 6.4.4 Bölməsinə baxın). Bu ərazilər mövcud 

Səngəçal Terminalı sərhədi xaricindədir. Neftlə çirklənmiş torpaq, torpaq suları, səth suları və 

ya mövcud Səngəçal Terminalı xaricindəki digər materiallar qarşıya çıxdığı və onların daşınıb 

kənarlaşdırılması tələb olunduğu halda, aşağıdakı prosedurdan istifadə olunacaq:   

 

 Torpaq, 



səth suları, torpaq suları və digər materiallar adekvat ətraf mühit keyfiyyətinə 

və funksiyasına malik əraziyə daşınacaq; 

 Daşınma fəaliyyətləri elə yerinə yetiriləcək ki, ətraf mühitə  əlavə  zərər yetirməsin və 

çirkləndiricilərin təbii yolla azalmasına imkan yaratsın; və 

 

Aşağıdakı informasiya qeydə alınacaq: aşkar edilmiş çirkləndiricilər, ətraf mühitə əlavə 



zərər dəyməsinin qarşısının alınması üçün qəbul edilmiş daşınma metodları, aşkar 

edilən çirklənmiş materialın yeri və həcmi. 

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə