Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə38/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   34   35   36   37   38   39   40   41   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/11


Neftlə çirklənmiş torpağın, torpaq sularının, səth sularının və digər materialların mövcud 

Səngəçal Terminalı  sərhədi daxilində mövcudluğu gözlənilmir, lakin, mövcud Səngəçal 

Terminalı  sərhədi daxilində çirklənmiş materiallara rast gəlinərsə, onlar BP-nin tullantıların 

idarə olunması prosedurlarına müvafiq olaraq tullantı kimi təsnifatlandırılacaq və idarə 

olunacaq.  

 

Bütün çirkləndirilməmiş  təmiz materialların, o cümlədən torpağın üst qatı  və torpaq 



qalaqlarının təkrar istifadə olunması planlaşdırılır. Bu materialların  əksəriyyəti  ŞD2 

infrastruktur ərazisinin qərb hissəsində su daşqınından qoruma bəndinin tikintisi, drenaj kanalı 

üzrə  işlərin, yol üçün torpaq təməlin və  şimal tikinti yaşayış düşərgəsi və  cənub tikinti 

obyektləri kimi layihə sahələri üçün doldurucu materialların təmin olunması üçün istifadə 

olunacaq. Çıxarılmış torpağın üst qatından, tikilən obyektlər üçün inşaat doldurucusu kimi 

istifadə olunması planlaşdırılmır (misal üçün: yolun torpaq təməli).    

 

Su daşqınından qoruma bəndi   

 

1-3 metr hündürlükdə (hidroloji modelləşdirmə  işlərinin nəticəsində müəyyənləşdirilən su 



basma riski yüksək olan tikinti obyektləri və tikinti yaşayış düşərgəsi arasındakı bölmədə daha 

hündür olacaq) yeni su daşqınından qoruma bəndi (Şəkil 5.6-ya baxın) tikiləcək. Bəndin tipik 

yan görünüşü Şəkil 5.7-də təqdim olunur. 

 

Şəkil 5.7  Su daşqınından qorunma bəndlərinin tipik yan görünüşü   



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 5.7-də göstərildiyi kimi, bəndin tikintisi üçün torpaq qazıntı  işlərinin qorunması 

məqsədilə altında geosel (xüsusi sintetik material) və geotekstil ara qatları olan çınqılla 

doldurulmuş səthin qorunması tədbirləri həyata keçiriləcək. Bəndin üst hissəsi boyunca qəza 

giriş marşrutu (minimal eni 3m) təmin olunacaq. 

 

Drenaj kanalı və vadinin təmizlənməsi işləri  

 

Buraya aşağıdakılar daxil ediləcək: 



 

 

Vadinin təmizlənməsi işləri – Bir hissəsi bağlı olan mövcud Qərb və  Mərkəzi vadi 

sahilyanı dəniz zolaqlarından süxurlar, bitki qatı və lil kimi maneələr götürüləcək. 

 

Drenajın idarə edilməsi – İNL yolunun qərb hissəsində  Şəkil 5.8-də göstərilən 1-ci 

planda təsvir olunan drenaj borusunun yaxınlığında hündür olmayan bənd tikiləcək. Bu 

bənd qərb drenaj borusunun çıxışına istiqamətləndirilən zəif su axınını tənzimləmək və 

torpaq sahəsinin  şərq hissəsinin müntəzəm su daşqınlarından qorumaq məqsədini 

daşıyır; və 

 

Yeni drenaj kanalı üzrə  işlər  –  Şəkil 5.8-də göstərildiyi kimi yeni drenaj kanalları 

tikiləcək. Buraya yerlərindən və torpağın vəziyyətindən asılı olaraq üzü çəkilmiş 

(betonla və ya geoparça ilə) və ya profillənmiş  xəndəklərin və  bəndin tikilməsi daxil 

olacaq. Boru kəmərləri ilə  kəsişmələrin yaxınlığındakı  ərazilərdə eroziyanın qarşısını 

almaq üçün layihədə qorunma tədbirləri nəzərə alınacaq. Drenaj sisteminin yekun 

layihəsinin su basma axınlarının 100 illik təkrarlanma müddəti  əsasında aparılan 

 

~ 1 - 3 m 



~ 4 m 

Qərb 


İnşaat doldurucusu 

Qeyri-inşaat 

doldurucusu   

~ 10 m 


Altında geotekstil ara qatı olan çınqılla 

doldurulmuş səth 

Şərq 



Şahdəniz 2 İnfrastruktur Layihəsi  

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 5: 

Layihənin Təsviri 

 

Dekabr 2011 



Yekun variant 

5/12


təfsilatlı hidroloji modelləşdirmə  işləri və hal-hazırda aparılan geotexniki tədqiqat 

işlərinin nəticələri əsasında müəyyən olunması planlaşdırılır. Yeni giriş-çıxış yolunun və 

yeni drenaj kanallarının  əhatə olunması üçün daxili yolların altında tikiləcək drenaj 

borularının təxmini yeri Şəkil 5.8-də göstərilir. Drenaj boruları 4-cü Faza ərzində inşa 

ediləcək (aşağıda Bölmə 5.5.4-ə baxın).     

 

Drenaj kanallarının və vadinin təmizlənməsi işləri ərzində aşkar olunan istənilən çirkləndirilmiş 



materiallar və ya sızmalar, yuxarıda təsvir olunduğu kimi, bitki qatının, torpağın üst qatının və 

çıxarılan torpaq qalaqlarının aparılması üçün tətbiq olunan eyni metodla idarə ediləcək.  

 

Şəkil 5.8  Drenaj kanalı üzrə işlər, təxmini drenaj boruları və boru kəməri ilə kəsişmə  

                nöqtələri  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Mümkün olan yerlərdə vadinin təmizlənməsi və yeni drenaj kanalının tikintisi zamanı qazılıb 

çıxarılan çirkləndirilməmiş torpaqdan inşaat doldurucusu kimi istifadə olunması planlaşdırılır. 

 

Yolun Torpaq Tökümləri

 

 

Yolun torpaq tökümlərinin  əksəriyyətinin istifadə olunmuş materiallardan inşa ediləcəyi planlaşdırılır. 



Torpaq tökümün səth örtüyünün əlavə qorunması  tələb olunduğu halda, çınqıldan və ya geotekstildən 

istifadə olunacaq və ya ərazi yaşıllaşdırılacaq. Daşqına meylli ərazilərdə, yerli torpaqlarda suyun 

yumşalmasına meylliliyin məlum olması səbəbindən,  idxal edilmiş materiallardan (məsələn, qırma daş) 

istifadə tələb oluna bilər. 

 

Bütün yeni daimi yollar torpaq təməlləri ilə tikiləcək. Minimum 0,4 metr hündürlüyündə olacaq 



təməllər yolların və müvafiq piyada keçidlərinin yer səthindəki axımlardan qorunmasını təmin 

edəcək.    



 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə