100
Adına eləyib hörmət, ehtiram,
Bir ay yas saxladı onunçün tamam.
Hörmət üçün bir ay çıxmadı təxtə,
Qara paltar geydi o qara bəxtə. (1, 324)
Yasda icra edilən başqa bir adət ölmüş insanın
paltarlarının ehtiyacı olanlara verilməsidir. Xosrov da vəfat
edəndə Şirin onun hər şeyini ehtiyacı olanlara paylayıb,
möhtacları sevindirir:
Sonra da Xosrovun bütün varını,
Təzə-köhnəsini, paltarlarını
Yoxsula, möhtaca payladı Şirin.
Ondan razı qaldı hər yoxsul, miskin. (1, 451)
Yas mərasimi, yəni yasda icra edilən adətlər Nizaminin
“Leyli və Məcnun” əsərində də təsvir edilmişdir. Burada Ley-
linin ölümü zamanı anasının saçını yolub, üzünü cırması,
oxşamalar, ağılar deyib, qızı üçün ağlaması təsvir edilmişdir.
Yasda əziz insanın ölümü münasibəti ilə icra edilən elə bu
hərəkətlər indi də xalqımızın yas mərasimlərində icra edilən
adətlərdəndir:
Qızını o halda görüncə ana
Elə bil qiyamət göründü ona.
Ağarmış başından götürüb örpək,
Saçını küləyə verdi səmən tək.
Anıb övladının qara gözünü,
Yolub saçlarını, cırdı üzünü.
Nə oxşama varsa dedi əzbərdən,
Nə saçı vardısa yoldu o birdən.
Ağladı, baxdıqca qızın boyuna,
Gözündən qan tökdü həyat suyuna.
Gah qızın üstündə sıxdı gözünü,
Gah onun alnına qoyub üzünü,
Gözünün yaşını tökdü fəğanla,
Yudu o çeşməni bu axan qanla.
Ananın naləsi göyə yüksəldi,
Fələk bu nalədən naləyə gəldi. (3, 249)
101
Qonaqpərvərlik xalqın milli dəyərlərini, mənəvi keyfiy-
yətlərini özündə əks etdirir. Xalq özünün humanist adət-
ənənələrini belə vasitələrlə yaşadır və gələcək nəsillərə
çatdırır. Qədim tarixə malik olan bu adət özündə xalqın
mənəvi aləmini ehtiva edir.
Azərbaycan xalqına məxsus qonaqpərvərlik adətləri
Nizami Gəncəvinin əsərlərində də təsvir edilmişdir. Onun
təsvir etdiyi qonaqlıq adətləri xalqımızın mədəniyyəti, milli
xüsusiyyətlərindən xəbər verir. Yaradıcılığında
qonaqpərvərlik adətindən dəfələrlə söhbət açan şair "Yeddi
gözəl" əsərində belə yazır:
Bağ qönçəsi kimi qonaq sevəndi,
Yanağı gül kimi gülürdü, şəndi.
Vardı işrət üçün mehman otağı,
Göydə Sürəyyaya dəyərdi tağı.
Süfrələr salmışdı, döşənmiş yerə,
Ədəb öyrətmişdi xidmətçilərə.
Gəlsəydi bir nəfər uzaqdan əgər,
Cilov tutub, qonaq eyləyərdilər.
Süfrə salardılar otağa layiq,
Yemək verərdilər qonağa layiq. (4, 129)
Verilən bu nümunədə xalqın qonaqlıq adətləri, qonağı
qarşılamaq, ona qulluq, ümumiyyətlə, qonaqpərvərliyə məxsus
olan bütün xüsusiyyətlər aydın görünməkdədir. Şair qonağa
xüsusi otaq ayrılması, diqqətlə qulluq göstərilməsi, ləziz
yeməklərdən ibarət süfrə açılmasının təsvirini verməklə hər bir
ailədə qonağın hörmətlə qarşılandığını göstərir. Xalqımızın
adətinə görə evə qonaq gələrkən onun qabağına gedib, əgər atlı
gəlibsə tez cilovundan yapışıb “xoş gəlmisiniz” deyərək
düşürüb gülərüzlə evə dəvət edirlər. Şair də burada atlı
qonağın qarşılanmasını təsvir etmişdir.
Qonaqlıq haqqında danışan Nizami həmçinin evə gələn
qonağa hədiyyə verilməsi adətini də təsvir edir. O göstərir ki,
qonaqla ev sahibi bir-birlərinə hədiyyələr təqdim edirlər. Bil-
102
diyimiz kimi, bu da xalqımızın qədimdən gələn
qonaqpərvərlik adətləri sırasında xüsusi yer tutur:
Elə ki, qonaqçı yığdı süfrəni,
Saysız töhfələrə qərq etdi məni.
Verdiklərimi də onlara qatdı... (4, 133)
Azərbaycanda qonağa olan hörməti şair xüsusi qeyd et-
məklə xalqının qonaqpərvərliyini belə qeyd edir:
Sən mənim hörmətli bir mehmanımsan,
Əziz tutulmalı daima mehman. (4, 141)
“İskəndərnamə” əsərində də qonaq qarşılamaq adəti ilə
bağlı təsvirlər vardır. Nizami əsərin “Şərəfnamə” hissəsində
göstərir ki, Bərdə hökmdarı Nüşabə İskəndəri şahlara layiq
bir təntənə ilə qarşılayır, onun şərəfinə ziyafət verir; ölkənin
naz-nemətləri, hər cür şirniyyat, yemək-içmək süfrə üstünə
düzülür. O, bu torpağın zənginliyi, var-dövləti, xalqın qonağa
hörmət və ehtiramı və s. ilə İskəndəri heyran qoyur:
Hər çeşid yeməklər axdı hər yandan
Yeməklər bişmişdi qoçdan, toğludan.
Uzun və yuvarlaq inçə çörəklər,
Saraydan boşalmış qapıya qədər.
Kökələr yoğrulmuş yağla, şəkərlə
Şəkərli küncütdə dada bax hələ
Ənbərlə yoğrulmuş dadlı yeməklər,
Cənnət yeməyindən verirdi xəbər
Süfrədə quzular coşğun sevincdən
Quş kimi qol qanad açmışdı şən-şən.
Ən dadlı mürəbbə, limonlu şərbət
Püstədə, badamda var başqa ləzzət
Var hədsiz paludə-ənbər qoxuyan
Çox məğzi palüdə sağalar ondan
Tər halva və badam halvası daşır,
O qədər çoxdur ki, qablardan aşır.
Gülabla çəkilmiş şərbət, gülşəkər,
Saçdığı şirənin nəfəsi ənbər. (2, 220-221)
103
Göründüyü kimi, Nizami milli adət-ənənələrimizə
uyğun olaraq süfrəmizin bolluğunu təsvir etmişdir. Süfrədə
bu çeşiddə nemətlərin təqdimi xalqımızın qonaqpərvərlik və
səxavətinin göstəricisidir.
Qonaqlıqla bağlı təsvirlər Nizaminin əsərlərində
dəfələrlə verilir. Onun “Leyli və Məcnun”, “Xosrov və
Şirin”, “İskəndərnamə” kimi əsərlərində xalqın qonaqlıq
adətlərini təsvir edən səhnələr çoxdur.
Nizami Gəncəvinin hər bir əsərində xalq adət-ənənələri
ilə bağlı çoxlu nümunələrə rast gəlinir. Bu xüsusiyyət onun
xalq adət-ənənələrini yaxşı bilməsi və qədim adətlərə
hörmətinin bariz nümunəsidir.
Şairin əsərlərində adət-ənənələrlə yanaşı bəzi xalq
inanclarına da rast gəlmək mümkündür. Belə inanclardan biri
övladı olmayanların kasıblara əl tutması, çoxlu nəzir verməsi
və bunun nəticəsində də övladla mükafatlandırılmasına
inamdır. Nəzir-niyazla uşağın dünyaya gəlməsi onun
əsərlərində tez-tez müşahidə olunur. Daima nağıllarda,
dastanlarda görünən bu xüsusiyyət şairin “Yeddi gözəl”
əsərində də özünü göstərir. Nizami bu əsərdə 20 ildən sonra
nəzir-niyazla dünyaya gələn Bəhramdan bəhs edir (4, 52).
Buna “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında da
rast gəlirik:
Əl üstə - səxavət, ayaq üstə - din.
Nəsli ta itməsin qoca dünyadan,
Bir övlad istədi böyük xudadan.
Xeyli nəzir verdi, bir xeyli qurban,
Nəhayət lütf etdi allah bir oğlan. (1, 75)
Nizami əsərlərində müşahidə edilən digər bir cəhət
münəccimlərin ulduzlara baxmaqla gələcəyi təyin etmələri ilə
bağlıdır. “Yeddi gözəl” əsərində də təsvir edilir ki, Bəhram
anadan olanda o, yaşasın deyə atası onu münəccimlərin
göstərişi ilə Ərəbistana göndərir. Bu üsulla insan taleyini
dəyişəcəyinə inanan hökmdarın bu hərəkəti, əvvəlki
dövrlərdə xalqın baş verən bəzi hadisələr qarşısında əlacsız
Dostları ilə paylaş: |