11
Öz təbiətinə görə AİA fiziki, kimyəvi, bioloji,
psixofizioloji ola bilər.
Öz təsirinə görə AİA aşağıdakılara bölünür:
zərərli
– təsiri müəyyən şəraitlərdə işləyən insanların
xəstələnməsinə və ya əmək qabiliyyətlərinin aşağı
düşməsinə
səbəb olan AİA ( məs: səs, vibrasiya, elektromaqnit sahələri );
təhlükəli
– təsiri müəyyən şəraitlərdə işləyən insanların
zədələnməsinə və ya sağlamlığının kəskin pisləşməsinə səbəb
olan AİA ( məs: elektrik cərəyanı, müəyyən konsentrasiyalı
qaz şəkilli xlor, səs, vibrasiya və s. );
xüsusi təhlükəli
– təsiri müəyyən şəraitdə sənaye
qəzalarına səbəb olan AİA ( ionlaşdırıcı
şüalanma, yanğın,
partlayış, küllü miqdarda qaz şəkilli xlor tullantısı ).
Beləliklə, mühəndis ekologiyasının tədqiqat predmeti
sənaye –
təbii sistemlərdə, müxtəlif səviyyəli “insan-istehsal
obyekti-ətraf mühit” kimi ekoloji sistemlərdə texnoloji və təbii
proseslərin qarşılıqlı əlaqəsidir.
Sənayenin bəzi sahələri var ki, on
illərdir ətraf mühitin
antropogen çirklənməsində lider rolu oynamaqda davam edir.
Ekoloji vəziyyətin formalaşmasında ən çox neqativ təsir
elektroenerji sektorundan daxil olur.
“İnsan - ətraf mühit” sistemi qapalıdır, ondakı balansın
ixtiyarı pozuntusu faciəli nəticələrə gətirib çıxara bilər.
Məsələn,
təkamül
prosesində
təbiətdə
istilik
balansı
yaranmışdır ki, bu da enerjinin üzvi birləşmələrdə yığılması və
onun istilik şəklində səpilməsi ilə müəyyən olunur.
Günəş enerjisinin üzvü
birləşmələrə çevrilməsilə
başlanan avtotrof bitkilərdən fərqli olaraq,
insan üzvü
maddələrdən istifadə edir. Onları yandırır və toplanmış enerjini
istiliyə çevirir. Enerji sərvətlərini hasil etdikdə, insan torpağın
bioloji tərkibini dağıdır və onun deqrqdasiyasına səbəb olur.
Təbii sərvətlərdən istifadə etdikdə, insanın təsərrüfat fəaliyyəti
olduqca effektsizdir.