ŞAHİN ƏHMƏdov


 Tullantısız və aztullantılı texnologiya



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə96/107
tarix02.04.2023
ölçüsü6,54 Mb.
#104027
1   ...   92   93   94   95   96   97   98   99   ...   107
B.Rəna-Mühəndis-ekologiyası

 9.4. Tullantısız və aztullantılı texnologiya
Ətraf mühitin mühafizəsi ilə əlaqədar problemlərin 
həlli tullantısız və aztullantılı texnologiyanın geniş şəkildə 
tətbiqi ilə mümkündür. 
Təmizləyici qurğuların tətbiqi zəhərli tullantıların tamamilə 
zərərsizləşdirilməsinə imkan vermir. Daha mükəmməlləşdiril-
miş təmizləyici sistemlərin tətbiqi küllüi miqdarda kapital 
qoyuluşunu tələb edir. Məsələn, böyük maşınqayırma 
müəssisələ-rində 
(çirkab 
suların 
90% 
səmərəliklə 
təmizlənməsi asanliqla həyata keçirilir. Lakin səmərəliyin 
sonrakı hər bir faiz artırıl-ması böyük хərс1ər tələb edir və 
sistemin mürəkkəbləşməsinə və ölçülərin artmasına gətirib 
çıxarır. Bu problemin həllində tullantısız va aztullantılı 
texnologiyanın tətbiqi altemativ həll kimi öz rolunu oynaya 
bilər. 
Tullantısız texnologiya, tullantısız istehsal dedikdə bu 
və ya digər məhsulun sadəcə istehsal deyil, bütövlükdə 
regional 
sə-naye-istehsalat 
birliklərinin, 
sahə-istehsalat 
komplekslərinin təşkili və istehsalın fəaliyyəti nəzərdə tutulur. 
Bu halda xam-mal və enerjinin bütün kompanentləri qapalı 
şəkildə səmərəli istifadə edilir (birinci xammal ehtiyatları - 


209 
istehsal-istehlak -ikinci xammal ehtiyatları) və biosferada 
yaranmış ekoloji taraz-lıq pozulmur. 
Aztullantılı 
texnologiya 
tullantısız 
istehsalın 
yaradılmasında aralıq pillə təşkil edir. Aztullantılı istehsalatda 
zərərli tullantıla-rın atraf mühitə təsiri sanitar orqanları 
tərəfindən buraxılan normaların səviyyəsindən artiq olmur və 
xammal və materialların bir hissasi iqtisadi, təşkilati, texniki 
və digər səbəblər üzündən tullantılara çevrilir və uzun müddət 
saxlanılmağa, yaxud basdı-rılmağa yönəldilir. 
Maşınqayırmada aztullantılı texnoloji proseslərin tətbiqi 
bi rinci növbədə metaldan istifadə əmsalını (MİƏ) artırmaqla 
əla-qədardır. MİƏ-nin artırılması iqtisadi-texniki səmərəliklə 
yana-şi tullantıların azaldılmasına da səbəb olur. 
Тökmə istehsalında yeni texnoloji prosesin-tezbərkiyən 
for ma qarışıqlarının tətbiqi nəinki iqtisadi cəhətdən 
əlverişlidir, eyni zamanda xeyli miqdarda tozayrılmanın 
qarşısını alır. Bu üsulda forma və çubuqlar kimyəvi usulla 
bərkiyir və
tökmədə MİƏ-95-98% çatır. KamAZ zavodunda 
forma qarışiqlarının tarn reqenerasiyası (yenidən istifadə 
olunması) həyata keçirildi-yindən tullantıların ləğvi məsələsi 
ortadan qaldırılmışdır. 
İngiltərədəki "But" firması tökmədə üzvi birləşdirici forma 
qarıçıqlarından 
imtina 
edərək əvəzində qum su 
ilə 
nəmləşdirilərək forma hazırlanır, sonra isə maye azotla 
doldurulur. Bu cür formalarda alınan çuqun və rəngli 
xəlitələrdən olan töküklər yaxşı strukturaya və hamar səthə 
malik olurlar. 
Başqa bir texnoloji metal itgisi onu qızdırdıqda 
oksidləşmə nəticəsində əmələ gələn yanıqlardır. Bu itgi alovla 
qızdırdıqda pəstahı kütləsinin 3% təşkil edir. Xüsusilə qalın 
yanıq qatları pəstahını qeyri-bərabər qızdırdıqda əmələ gəlir. 
Bunun qarşısının alınması pəstahının müdafiə olunan 
oksid-ləşdiricisiz mühitdə, həmçinin toxunma və induksion 


210 
üsullarla qizdırmaqla həyata keiçirilir və metalın itkisi 0,5% 
qədər çatdı-tılır. 
Bu məqsədlə pəstahının neytral mühitdə yüksək tezlikli 
cə-rəyanla qızdırılması üsulu da tətbiq edilir. 
Cilallama və itiləmə əməliyyatlarında almaz-obraziv 
alətləri nin və sintetik materialdan olan dairavi yonucularının 
tətbiqi abraziv şlamı azaldır və tərkibində zərərli maddələr 
(nitritlər və s.) olan soyuducu-yağlayıcı məhlulun isləmə 
müddətini artirir. 
Rəngləmə texnologiyasının təkmilləşdirilməsi ətraf 
hava mühitinin çirklənməsini xeyli dərəcədə azaldır. Adi 
usulla, yəni pnevmatik boyaq səpələyici ilə rəngləmə 
əməliyyatı aparıldıq-da boyaq maddəsinin 40-60% qədəri 
itərək ətraf mühitdə yay lır və havanı çirkləndirir. 
Elektrostatik sahəsində yeni texnoloji rəngləmə 
əməliyyatı 
lak-boyaq 
maddasinin 
itgisini 
minimuma 
endirməklə, prosesin sanitar-texniki göstəricilərini xeyli 
dərəcədə artırır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, boyaq 
maddəsi mənfi potensiallı səbəkə ilə müsbət potensiallı 
məmulatlar arasındakı yüksək gərginlikli elektrostatik sahəyə 
çilənir. Nəticədə, mənfi yüklə-nən boyaq maddasinin 
hissəcikləri məmulat tərəfindən cəlb olunaraq səthdə çökürlər. 
Bu sahədə başqa bir istiqamət-rəngləmə prosesində 
atraf miihitə zərərli təsir edən toksik (zəhərli) maddələrin 
azaldılma-sıdır. Bu məqsədlə üzvi həlledici lak-boyaq 
materialları, suhəl-ledici materiallarla əvəz edilir. 
Metallurgiya sahəsində mühüm nailiyyətlərdən biri 
ovuntu texnologiyasının maşınqayırmanın müxtəlif sahələrində 
geniş tətbiqidir. Bu üsul unikal tərkibə, struktur və
xassələrə 
malik material və masın hissələrinin alınmasına və
materialın 
itgisini 5-7% qədər endirməye, materialdan istifadə əmsalını 2-
3 dəfə artırmağa imkan verir. Halbuki, tökmə və yayma üsulları 
ilə alı-nan məmulatların metal yonma dəzgahlarında sonrakı 
emalında metalın 60-70% qədəri yonqar şəklində itgiyə gedir. 


211 
Yastıqların istehsalında cilalama prosesində əmələ 
gələn şlakdan ovuntu texnologiyası usulu ilə alınan yastıq 
həlqələri-nin tətbiqi ildə on min tonlarla keyfiyyətli leqirlənmis 
polad ovuntularına qənaət etməyə imkan verir. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə