Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   42   43   44   45   46   47   48   49   ...   90

 
159 
15.2.  İntellekt əmsalı: İQ 
 
«Azərbaycan xalqı öz köklərinə görə 
zehni  inkşaf  etmiş  xalqdır.  Biliyə, 
inkşafa  həmişə  diqqət  vermiş  və  bu 
yol ilə getmiş xalqdır». 
 
Heydər Əliyev 
 
 
İnkişaf  etmiş  ölkələrdə  uşaqların,  gənclərin  həm  fiziki, 
həm də zehni inkişafı diqqətdə saxlanılır. Fiziki inkişafı izləmək 
üçün  metr  və  tərəzi  kifayət  edir.  İntellektual  inkişafı  «Ay-kü» 
(İQ) əmsalı vasitəsi ilə izləmək mümkündür. 
 
Adətən İQ əmsalını  təyin etmək üçün “ağıl yaşı” deyilən 
anlayışdan  istifadə  edilir.  “Ağıl  yaşı“”  intellektual  qabiliyyətdən 
asılı olaraq xronoloji  yaşa bərabər, ondan çox və az da ola bilir. 
Bu  yaşların  nisbətinin  100-ə  hasili  İQ  əmsalını  verir.  Əgər  ağıl 
yaşı  xronoloji  yaşa  bərabərdirsə,  İQ  =100  olar.  Əgər  ağıl  yaşı 
xronoloji yaşdan çoxdursa, onda İQ > 100, əgər azdırsa, İQ < 100 
olar.  
 
Məlumat  üçün  bildirim  ki,  yəhudi  və  çinli  gəncləri  üçün 
İQ  əmsalı  100-dən  xeyli  çoxdur.  2002-ci  il  abituriyentlərin 
(azərbaycan  bölməsi)  test  imtahanlarının  nəticələrinə  görə  orta 
balı  Me  =158  olmuşdur.  Bu  göstərici  aşağıdakı  fikirləri 
söyləməyə əsas verir: 
 
a)  ya  bizim  təhsil  maşınımız  yaxşıdır,  uşaqlarımızın 
intellekt əmsalı  - İQ çox aşağıdır; 
 
b)  ya  da  bizim  intellekt  əmsalımız  -  İQ  yüksəkdir,  təhsil 
maşınımız  düz  işləmir,  faydalı  iş  əmsalı  çox  aşağıdır..  Üçüncü 
fikir söyləmək çətindir. 
Əgər  xalqımızı  cənab  prezidentin  yuxarıda  dediyi  kimi 
«zehni  inkişaf  etmiş»  xalq  hesab  etsək  (Ü.Hacıbəyovu, 
M.Ə.Sabiri, C.Cabbarlısı, S.Vurğunu, H.Cavidi və digər dahiləri 
olan xalq, şübhəsiz belələrindəndir), onda günah təhsil maşınında, 


 
160 
təhsil sistemindədirBu nəticəni Anadolu Türk Liseyinin 2002-ci 
il göstəricisi (Me =480) də təsdiq edir. 
Prezident Heydər Əliyevin digər bir kəlamında deyilir:  
Xalqımız,  millətimiz  genetik  xüsusiyyətlərinə  görə 
fiziki  cəhətdən  sağlam  insanlardan  ibarət  olan  xalqdır, 
millətdir.  Fiziki  sağlamlıq  və  fiziki  güc,  mənəvi  sağlamlıqla 
bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. 
Xalqımızda istedadlar potensialı böyükdür””” “. 
Çünki  yuxarıda  göstərildiyi  kimi  bütün  normal  xalqların 
gənclərinin  15%-i  talantlı  insanlardır.  Böyük  məsuliyyətlə  qeyd 
etmək  olar  ki,  bizim  xalq  da  belələrindəndir.  Hər  100  min 
məzunun  15  000-ni  talantlı,  3  000-ni  isə  çox  talantlıdır.  Çox 
təəssüf  ki,  orta  məktəblər  nəinki  15  000  talantlı  gəncləri,  heç 
3000 nəfər  çox talantlı  gənclərin  potensialının  açılmasına imkan 
yaratmır. Yaxşı ki, hər il bu gənclərin bir qisminə (ildə təqribən 
600  nəfər)  yüksək  təhsil  vermək  məsuliyyətini  «ÇAĞ»  Öyrətim 
Şirkəti  öz  üzərinə  götürübdür.  2400  nəfər  talantlı  gənc  yüksək 
təhsildən  kənarda  qalır,  potensialı  açılmaz  qalır.  Konstitusion 
normanı  -  dövlətin  talantlı  şəxslərlə  bağlı  üzərinə  götürdüyü 
öhtəliyi təmin edə bilmir. Bu haqda ciddi düşünmək lazımdır. Bu 
sosioloji  nəticə  və  test  imtahanlarının  nəticələri  və  millətimizin 
intellektual səviyyəsi haqqında yüksək fikirlər bir-birini tam inkar 
edir. 
   
Heydər Əliyevin digər bir kəlamında deyilir: «Xalqımızın 
fitri istedadı və XX əsrdə təhsil sahəsində toplanılmış təcrübə, 
yaranmış  məktəblərin  potensialı,  yüksək  təhsil  vermək 
səviyyəsi  Azərbaycanın  indi  orta  məktəbdə  təhsil  alan  gənc 
nəslinin gələcəyi hərtərəfli hazırlanmasına təminat verir. Ona 
görə  də  məktəb,  müəllimlər  Azərbaycanın  gələcəyi  üçün 
məsuliyyət daşıyır”. 
 
Biz  bu  fikirdən  düzgün  nəticə  çıxarmalı,  xalq  qarşısında 
məsuliyyət daşıdığımızı dərk etməliyik. Əfqanstan, İraq ətrafında 
hadisələr  göstərir  ki,  XXI  əsr  XX  əsrdən  amansız  gəlir.  Yaddan 


 
161 
çıxarmayaq  ki,  XX  əsrdə  itirdiyimiz  torpağın  sahəsi  28  000  kv. 
km –dan çoxdur. 
 
 


 
162 
15.3. Orta məktəb 
 
“İnsanlara 
orta 
təhsil 
verin. 
İstibdad  və  ruha-bədənə  edilən 
zülm,  sübh  işığında  cin  kimi  yox 
olacaqdır”. 
Tomas Cefferson 
 
 
Ümumi təhsilin strateji vəzifəsi hər bir təhsialanın həvəs, 
meyl, qabiliyyət və istedadının reallaşdırılmasını təmin etməkdən 
ibarətdir.  Ona  görə  ki,  hər  bir  kəs  Allah  tərəfindən  ona  həvalə 
edilmiş  missiyanı  –  gələcək  nəsillərin  xoşbəxt  yaşaması  üçün 
insani  borcu  ləyaqətlə  yerinə  yetirməli  və  öz  töhvəsini 
verməlidur.  Hər  bir  fərd  öz  fiziki  varlığı  ilə  gələcək  nəsillərə 
problem  yaratmamalıdır.  Bunun  üçün  o  keyfiyyətli  təhsil 
sistemindən keçməlidir. 
 
Orta məktəb pilləsi iki səviyyəlidir (İSCED -də 2 və 3-cü 
səviyyələr):  baza  (ümumi  orta)  və  təmayüllü  (tam  orta) 
məktəblər-liseylər. 
 
Azərbaycanda  təqribən  4560  ümumi-təhsil  məktəbi  var. 
Onlardan  470-i  ibtidai,  920-si    baza,  3169-u  isə  orta  məktəbdir. 
Prezidentin  İcra  Aparatının  şöbə  müdiri  Şahin  Əliyevin 
“Azərbaycan  Respublikasının  Konstitusiyasına  elmi-praktik 
şərh“”  kitabında  (Bakı,  2000,  səh.  163)  qeyd  olunur: 
“Vətəndaşların  konstitusiya  borcu  nöqteyi-nəzərindən  hər  kəs 
mütləq ümumi orta təhsil almalıdır və hal-hazırda bu, ümumtəhsil 
məktəbinin  və  ya  ona  bərabər  başqa  təhsil  müəssisəsinin  9-cu 
sinifidir”.  Azərbaycanın  indiki  reallığı  üçün  bu  şərhin  əksinə 
getmək  düzgün  deyildir.  Tam  orta  məktəbin  icbari  olması 
ətrafında manipulyasiya keyfiyyəti xeyli aşağı salır. 
 
Baza təhsili  natamam  orta təhsil olaraq  İSCED  -in  ikinci 
pilləsinin alt səviyyəsidir və minimum 4 illik təhsili nəzərdə tutur. 
Orta  təhsilin  son  pilləsi  (İSCED  -də  səviyyə  3)  tam  orta  və  ya 
ixtisaslaşmış orta təhsili əhatə edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə