Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   40   41   42   43   44   45   46   47   ...   90

 
149 
 
Milli  təhsil  sisteminin  qarşısında  duran  məqsədlərə  nail 
olmaq  üçün  ya  münasib  quruluş  seçilməli,  ya  da  təhsilin  köhnə 
strukturunu  saxlamaqla  onu  yeni  məzmunla  zənginləşdirmək 
lazımdır. Burada nə strateji, nə də taktiki səhv yolverilməzdir. 
 
  
 
Müxtəlif strukturlu təhsil sistemlərinin bəşəri nailiyyətləri 
müxtəlifdir.  Bu  sahədə  Şərq  təhsil  sisteminin  geriliyi  göz 
qabağındadır.    Belə  ki,  yuxarıda  dəfələrlə  qeyd  edildiyi  kimi 
fiziki  və  əqli  gücümüzü  qat-qat  artıran  motor    və    kompüter 
Qərbdə  icad  edilibdir.  XX  əsrdə  Fizika  sahəsində  160  nəfərdən 
çox  alim  Nobel  mükafatı  alıbdır.  Bunlardan  ancaq  biri  -  Adil 
Salam  müsəlmandır. Nəzərə alsaq ki, dünya əhalisinin üçdən biri 
müsəlmandır, onda bu say 50 nəfərdən çox olmalı idi. Kəsir göz 
qabağındadır.  Bu  qüsur  müsəlman  əhlinin  düşüncə  tərzindən  və 
müsəlman  dövlətlərinin  təhsilə  münasibətindən  törəyən 
qüsurudur.  Allah  tərəfindən  50  nəfərdən  çox  Şərqli  müsəlman 
əhlinə  verilmiş  intellektual  potensialın  açılmasına  vaxtında, 
zamanında  şərait  yaradılmayıb,  tədbir  görülməyibdir.  Dövrün, 
zamanın  çağırışına  vaxtında  reaksiyamız  olmayıbdır.  Müasir 
tələblərə  cavab  verən  universitetləri  və  təhsil  sistemi  olmayan 
ölkə elm sahəsində bəşəri uğur qazana bilməzdi. 
 
Günəş  Şərqdən  çıxmasına  baxmayaraq,  uğurların 
gözqamaşdırıcı  mənbələri  niyə  Qərbdədir?  –    sualına  düzgün 
cavab tapmalıyıq ki, geriliyimizə son qoya bilək. 
 
“Şərq-Qərb“”  məsələsinə  toxunduğuma  görə  “Sony”“ 
firmasının  sahibinin  “Dialoq  Avrasiə”“  dərgisinin  2001-ci  il 
tarixli  5-ci  sayında  çap  edilmiş  bir  fikrini  də  dəyərli  oxucuların 
nəzərinə çatdırmaq istəyirəm: “Qərb insanları kərpic kimidir, biri 
digərini  əvəz  edə  bilir.  Şərqdə  isə  hər  kəs  çox  fərqlidir.  Şərq 
adamı ilə işləmək divar çəkmək kimidir. Daşları bir-birinə uyğun 
seçməlisən”.  Buradan  çıxaracağımız  nəticə  bundan  ibarətdir  ki, 
orta  məktəblərimiz  şagirdlərimizi  “sənaye  üsulu”  ilə 
hazırlamalıdır.  Sənayedə  hər  məhsul  standarta  uyğun  istehsal 
edilir.  Standart  pozulanda  məhsul  zay  hesab  edilir.  Məşhur  rus 


 
150 
alimi  Kapitsanın  “təhsil  gələcəyə  yönəlmiş  sənaye  şəhəridir”“ 
fikri indi çox böyük əhəmiyyət kəsb edir. İmkan verməməliyik ki, 
məktəblərimiz kustar emalatxanalara çevrilsin. 
 
Orta məktəblərimiz şagirdlərimizə fənn proqramlarını 80-
100%,  yəni  4  ilə  5  qiymət  arasında  (və  ya  560  ilə  700  bal 
intervalında)  bilik  verməyi  bacarmalıdır.  Şagirdlər    proqram 
materiallarını 
təqribən  eyni  dərəcədə  mənimsəməlidirlər. 
Mənimsəyə  bilməyənlər  (standarta  uyğun  gəlməyənlər)  yuxarı 
sinfə  buraxılmamalı,  sinifdə  qalmalıdırlar.  Belə  olan  halda  orta 
məktəb şagirdləri bilik səviyyəsinə görə eyniləşdirər və təqribən 
kərpiclər kimi bir-birinə bənzər edər. 
 
Orta  təhsil  sahəsində  “ÇAĞ“  Öyrətim  İşlətmələri 
şirkətinin ölkəmizdə olan məktəbləri bizim üçün örnək ola bilər.   
İndoneziyada  2002-ci  ilin  22-30  iyul  tarixində  keçirilən  33-cü 
Beynəlxalq Fizika Olimpiadasında şagirdlərimiz əfsanəvi  uğur 
qazanmışlar.  Belə  ki,  Azərbaycan  Respublikasının  komandasını 
təşkil edən 4 şagirddən 3-ü qızıl, biri isə gümüş medal qazanaraq, 
69  ölkə  arasında  (İran  və  Çindən  sonra)  dünyada  üçüncü  yerə 
çıxmışlar.  Cəmiyyətimizin  bu  şagirdlərimizi  tanımasına, 
alqışlamasına ehtiyac vardır.  
 
“ÇAĞ”  Öyrətim  İşlətmələri  şirkətinin  Quba  Özəl  Türk 
Liseyinin  şagirdləri  -  Tural  Bədirxanov  (XI  sinif),  Aqşin 
Heybətov (X sinif) və Dədə-Qorqud Özəl Türk Liseyinin şagirdi 
Zöhrab  Niftəliyev  I  yerləri  tutaraq  qızıl  medallar  qazanmışlar. 
Quba Özəl Türk Liseyinin IX sinif şagirdi Emil Nurməmmədov 
isə  II  yeri  tutaraq  gümüş  medala  layiq  görülmüşdür.  Mən  bu 
şagirdləri  təbrik  edirəm.  Onları  xalqımızın  layiqli  övladları  və 
gələcəyimizin təminatçıları sayıram. 
 
Quba Özəl Türk Liseyinin müəllimi Mülkmir İsmayılovu, 
İbrahim  Şeralı,  Dədə-Qorqud  Özəl  Türk  Liseyinin  müəllimi 
Ayxan Yamanı və Erdal Körkməzi təbrik edir, onlara bu dəyərli 
işlərində yeni-yeni uğurlar diləyirəm.  
 
Bu  faktın  özü  sübut  edir  ki,  yeni  tip  ümumi  orta  təhsil 
müəssisələrinə  ehtiyac  böyükdür.  «ÇAĞ”»  Öyrətim  İşlətmələri 


 
151 
şirkətinin  məktəbləri  gənclərimizin  intellektual  potensialını  və 
vaxt  potensialını  biliyə  uğurla  çevirə  bilirlər.  Bu  təcrübəni 
öyrənmək və tətbiq etməklə təhsildə keyfiyyəti xeyli yüksəltmək 
olardı.  
 
Azərbaycan Prezidenti cənab Heydər Əliyev bu liseylərin 
fəaliyyətini  yüksək  qiymətləndirmişdi:  “Bu  uğurlar  çox 
sevindiricidir.  Mən  bilirəm  ki,  bu  liseylər  “ÇAĞ”  Öyrətim 
İşlətmələri  şirkətinə  aiddir.  Mən  onların  işindən  çox 
məmnunam,  o  liseylərdə  şagirdlərə  çox  gözəl  təhsil  verirlər, 
ona  görə  də  oranın  tələbələri  dünyanın  bir  çox  yerlərində 
böyük  müsabiqələrdə  qalib  olurlar,  medallar  qazanırlar.  Bu 
liseylərin  fəaliyyəti  Azərbaycanda  təhsilin  səviyyəsinin 
yüksəlməsinə xeyli kömək edir. Biz bu liseylərin işini nümunə 
kimi göstəririk. O biri məktəblər bu liseylərin fəaliyyətindən 
öyrənirlər.  Mən  bütün  bunlara  görə  lisey  rəhbərliyinə  öz 
təşəkkürümü bildirirəm”. (Zaman” qəzeti, 15.10.02) 
 
Cənab  prezident  orta  təhsillə  bağlı  öz  istəyini  bu  fikirdə 
söyləmişdir.  Mütərəqqi  təcrübəni  öyrənmək  lazımdır.  Belə 
təcrübəni  öyrənmək  üçün  uzağa  getmək  lazım  deyildir.  Belə 
məktədlər Azərbaycanda fəaliyyət göstərir.   Yeri 
gəlmişkən, 
qeyd  edək  ki,  bu  məktəblər  dövlətdən  maliyyələşmirlər.  Bu 
məktəblərin məxsusi cəhəti bundan ibarətdir ki, onları Türkiyə və 
Azərbaycan  cəmiyyətləri  maliyyələşdirir.  Bu  baxımdan  bu 
məktəblər  Azərbaycan  və  Türkiyə  cəmiyyətləri  arasında  bir 
körpüdür. 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə