Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   41   42   43   44   45   46   47   48   ...   90

 
152 
 


 
153 
Rusiya Federasiyasının Təhsil Sistemi 
 
 
 
 


 
154 
 
Gürcüstan Respublikasının Təhsil Sistemi 
 
  
                                                               
 
 
 


 
155 
Türkiya Respublikasının Tahsil Sistemi 
 
 
 


 
156 
 
Bu  paraqrafda  verilmiş  müxtəlif  dövlətlərin  təhsil 
sistemlərinin  strukturlarını  şərh  etməyə  ehtiyac  yoxdur.  Ancaq  
türk  təhsil  sisteminə  inteqrasiyamızı  nəzərə  alaraq  bu  təhsil 
sistemi  barədə  verilən  sxemlə  əlaqədar  «ÇAĞ»  Öyrətim 
İşlətmələri  Şirkətinin  əməkdaşı  Veysəl  Seyfinin  verdiyi  şərhi 
olduğu kimi oxucuların nəzərinə çatdırırıq: 
 
1.  Uşaq  bağçası-xüsusi  icazə  ilə  müstəqil  məktəb  və  ya 
orta məktəbin tərkibində sinif kimi yaradılmış və icbari olmayan 
təhsil müəssisəsidir.  
 
2.  İbtidai  sinif  (1-8  sinif)-  dövlət  və  özəl  məktəblər 
tərəfindən  verilən  8  illik  icbari  təhsil  müəssisəsidir.  8-ci  sinfi 
bitirənlərə diplom verilir. 
 
3. Orta məktəblər: 
 
3.1.  Təbiət  fənləri  təmayüllü  lisey-  İbtidai  sinif 
məzunları imtahan verməklə qəbul olunurlar və bir il ingilis dili 
üzrə  hazırlıq  keçməklə,  4  illik  icbari  olmayan  təhsil 
müəssisəsidir. Bu liseyləri bitirənlərə orta məktəb diplomu verilir. 
 
3.2.  Normal  orta  məktəb  –  ibtidai  sinif  məzunlarının 
imtahansız  başlaya  biləcəyi  3  illik  icbari  olmayan  təhsil 
müəssisəsidir. Bu məktəbi bitirnlərə orta məktəb diplomu verilir. 
 
3.3. İngilis dilli təmayüllü Anadolu liseyi – ibtidai sinif 
məzunları imtahan verməklə qəbul olunurlar və bir il ingilis dili 
üzrə  hazırlıq  keçməklə,  4  illik  icbari  olmayan  təhsil 
müəssisəsidir. Bu liseyləri bitirənlərə orta məktəb diplomu verilir. 
 
3.4.  Peşə  liseyləri  (ilahiyyət,  səhiyyə,  sənaye,  ticarət, 
pedaqoji və s.)  -  ibtidai sinif məzunlarının imtahanla başladığı 
və  təmayüllü,  icbari  olmayan  3  illik  təhsil  müəssisəsidir.  Bu 
liseyləri  bitirənlərə  orta  məktəb  diplomu  verilir.  Sənaye 
təmayüllü liseyi bitirənlərə “texnikor” adı verilir. 
 
3.5. Super lisey – ibtidai sinif məzunlarının diplomundakı 
orta  balın  yüksəkliyinə  görə  başlaya  biləcəyi  və  bir  illik  ingilis 
dili  üzrə  hazırlıq  keçməklə,  4  illik  icbari  olmayan  təhsil 
müəssisəsidir. Bu liseyləri bitirənlərə orta məktəb diplomu verilir. 
4.
 
Ali məktəblər: 


 
157 
4.1. Texnikumlar – orta məktəb məzunlarının   imtahanla 
başlaya  biləcəyi  iki  illik  təhsil  müəssisələridir.    Texnikumu 
bitirənlərə  natamam  ali  təhsil  diplomu  verilir.  Sənaye  təmayüllü 
texnikumları bitirənlərə “texniksiyən” adı verilir. 
4.2. Bakalavr – orta  məktəb  məzunlarının       imtahanla 
başlaya  biləcəyi  4-6  illik  təhsildir.  Bəzi  universitetlərdə 
başlanğıcda bir illik ingilis dili tədris olunur. Məzunlara ali təhsil  
diplomu verilir. 
 
4.2.1.  Magistratura  –  bakalavriaturanı  bitirənlərin 
imtahanla  başlaya  biləcəyi  2  illik  təhsildir.  Məzunlara  magistr 
diplomu verilir. 
 
4.2.2.  Doktorantura  –  magistratura  məzunlarının 
imtahanla başlaya biləcəyi 3 illik təhsildir. 
 
4.2.3.  Dosent  –  doktorantura  məzunlarının  başlaya 
biləcəyi və elmi məqalələri, dosentlik imtahanı olan təhsildir. 
 
4.2.4.  Professor  –  dosent  məzunu  olmaqla,  elmi 
məqalələri və kitablar müəllifi olan və təhsil sahəsində işləyənlərə 
verilən ən yüksək elmi addır. 
 
4.3.  Hərbi  Akademiya  –  orta  məktəb  məzunlarının 
xüsusi  imtahanla  başlaya  biləcəyi  hərbi  təmayüllü  4  illik  təhsil 
müəssisəsidir. 
  
4.3.1.  Polis  Akademiyası  –  orta  məktəb  məzunlarının 
xüsusi imtahanla başlaya biləcəyi 4 illik təhsil müəssisəsidir. 
 
Bu izahat türk təhsil sistemi haqqında  yetərincə məlumat 
verir.  Qeyd  etmək  lazımdır  ki,  bu  təhsil  strukturu  kifayət  qədər 
mükəmməldir  və  təhsildə  yüksək  keyfiyyəti  əldə  etməyə  imkan 
verir.  
 
 


 
158 
15.1 İlkin məktəb 
 
«Hzx bkx ksüas hghs ğzmaç asaeas 
etdşpeşdş ohsezs baəpamlxüa, ksüasls 
əhşxpş ğzmaçl, tsşs ozpz- özmk, tsşs 
özrkmmzçez uyhsz mjx çşçraül 
rznçzbezs baəpamlx». 
Heydər Əliyev 
 
 
 
İlkin  təhsildən  öncə  məktəb  yaşına  çatmayan  uşaqların 
təhsili  (İSCED  -də  səviyyə  “0“”)  ilə  məktəbəqədər  təhsil 
müəssisələri  (uşaq  bağçaları,  körpələr  evi)  məşğul  olurlar.  İlkin 
təhsil  ilk  məktəblərdə  verilir.  Bu  məktəblərə  ruslar  “naçalğnaə 
şkola“,  ingilislər  “primary  school”“  deyirlər.  İlkin  məktəb 
müstəqil  fəaliyyət  göstərə  bilər.  İlkin  təhsil  (İSCED  -də  səviyyə 
1)  ya  ilk  təhsil  məktəblərində  və  ya  məktəbəqədər  təhsil 
müəssisələrinin bazasında uşaqların elementar bilikləri (oxumağı, 
yazmanı,  hesablamanı)  və  bəzi  sadə  əşyaların,  hadisələrin 
öyrənilməsini  təmin  edir.  Dünya  dövlətlərinin  əksəriyyətində 
ilkin  təhsil  pulsuz  və    icbaridir.  Bizdə  də  ilkin  təhsil  pulsuz  və 
icbaridir. Bəşəri təcrübədə diqqət çəkən məqam bundan ibarətdir 
ki, ilkin təhsilin müddəti bir çox qabaqcıl ölkələrdə 6 ildir. 
İlkin  məktəbin  saxlanılmasına  sərf  olunan  maliyyə 
vəsaitinin Respublika Statistik Məlumat kitabçalarında olmaması 
təəssüf  doğurur.  Diqqətli  oxucularımız  əgər  fikir  veriblərsə, 
cədvəl 13.1-də bu qrafa məlumatsızlıq səbəbindən boş qalmışdır.  
 
Azərbaycanda  yeni  fəaliyyətə  başlamış  şəhər  və  rayon 
bələdiyyələri  ilkin  təhsil  məktəblərinə  əlavə  qayğı  göstərərək, 
təhsilin səviyyəsini xeyli yüksəldə bilərlər.   
 
Heydər  Əliyevin  kəlamı  ilə  başlayan  bu  yarım  paraqrafı 
Sokratın bir kəlamı ilə bitirmək istəyirəm: 
 
«Yunanlıları  yunanlı  edən      yunanlı  olaraq  doğuluşu 
deyil, gördüyü təhsil və tərbiyədir». 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə