266
Qurani - Kərimdə də səbirliliymn fəziləti barədə
yazılmışdır. Orada göstərilir ki, 20 səbirli adam 100 adama, 100
səbirli adam 1000 adama qalib gələr.
Misal 3.
«Bir ağıl yaxşıdır, ikisi ondan da yaxşıdır”
kəlamı yuxarıdakı formulanın işığında o deməkdir ki, məsələnin
həllinə iki nəfərin cəlbi sanki problemin çözələnmə vaxtını iki
dəfə artırar. Bu səbəbdən də qəbul ediləcək qərarın xətası azalar.
Azərbaycan Respublikası Ali Sovetinin 7 mart 1991-ci il
tarixli iclasında yeni ittifaq müqaviləsi ilə bağlı keçiriləcək
referendum və digər məsələlər haqqında deputat Heydər Əliyev
sərt çıxış edir və təzyiqlərə məruz qalır. O zaman
«Həyat»
qəzetinin müxbiri Heydər Əliyevə yaxınlaşır və sual verir:
Sual: Sizə elə gəlmir ki, əvvəllərlə müqayisədə siz indi
diametral, əks mövqedən çıxış edirsiniz?
Cavab: Bəli, dünyamız dəyişib, vəziyyət dəyişib,
keçmişimizə münasibət başqadır. Ona görə də biz tariximizi
yenidən təhlil edib, daha obyektiv nəticəyə gəliriksə, burada pis
heç nə görmürəm».
Bu deyilənlərdən çox maraqlı nəticə əldə etmiş oluruq:
İstənilən şəxsin bir hadisə haqqında qəbul etdiyi qərarlardan
son qərar, prinsipcə, daha düzgün qərar hesab olunmalıdır.
Çünki son qərar qəbul edilərkən insan daha çox
informasiyaya malik olur.
Misal 4.
«Ağsaqqal sözünün üstünlüyü». Bu
kəlama
açılış verməmişdən qabaq, yuxarıdakı riyazi formulanı başqa cür
yazaq.
İstənilən təbiət və cəmiyyət hadisəsinin tədqiqat
(müşahidə) müddəti
t ilə həmin hadisə haqqında əldə etdiyimiz
informasiyanın miqdarı
İ arasında əlaqənin olmasında şübhə
yoxdur. Bu əlaqənin düzxətli (düz mütənasib) olduğunu fərz
edək:
Fərz edək ki, problemi həll etməyə başlayanda t
1
–
zamanında problemlə bağlı İ
1
informasiyamız (arqument, fakt)
268
Professional
insanların
həyatı
boyu
topladığı
informasiyanın (biliyin) miqdarı qeyri-professionalların malik
olduqlarından dəfələrlə çox olur. Bu səbəbdən də qarşıya çıxa
bilən problemi professional daha qısa müddətə həll edə bilər.
Qabaqcıl ölkələri zirvəyə aparan yolun fəlsəfəsi bundan ibarətdir.
Misal 6. Məhəmməd peyğəmbər:
“Mənim hümbətimin
müxalif fikir söyləməsində rəhmətlik vardır”. Müxalif fikir
hadisə ilə bağlı informasiyanı çoxaldır, qəbul olunacaq qərarın
səhvini isə azaldır.
ANS şirkətlər qrupunun və Ç. Mustafaev adına fondun
təsis etdiyi “2002-ci ilin adamı””””
” mükafatı və diplomunun
təqdim olunması mərasimində Azərbaycan prezidenti Heydər
Əliyev ANS kanalında qaçqınların həyatı ilə bağlı gördüyü bir
epizod haqqında söylədi:
“Mən gördüklərimi Rəsizadəyə dedim. Əlbəttə, Rəsizadə
bunu görmüşdü. Amma dedi ki, yaxşı biz bunu edirik, daha
televizorda vermək nəyə lazımdır. Mən dedim, sən indi belə
deyirsən. Ançaq onlar bunu verməsəydilər, biz də görməzdik.
Amma bunlar göstərəndən sonra məcburuq bu işə qarışaq və
aydınlaşdıraq
ki həqiqət nə yerdədir
””””.
Misal 7. Bu deyilənlər qərb düşüncə tərzində də özünə
möhkəm yer tutub və dəyərlər şəklində kristallaşıbdır. Qərb
düşüncə tərzindən də bir neçə misal gətirək:
7.1. Dalberq Eduard:
“Sizin istənilən qərarınız səhvdir».
”7.2. T.N.İqnatova “ Engish for Communication” ».
(Bax: səh. 216)
” a)
«Fəaliyyətə başlamazdan əvvəl faktları toplamağa
vaxt ayır».
b)
«Problelmə üzləşəndə qərar qəbul etməzdən
qabaq, faktları analiz et».
Misal 8: «Kimdir fövqəlinsan?» – sualına cavab
verməyə səy göstərək. Yuxarıdakı formulanın tələbinə görə
istənilən hadisə haqqında düşünmə və ya məlumat toplama
müddətini azaltdıqca qəbul edəcəyimiz qərarın xətası artır. Bu