259
Məktəblə çıxar zahirə-əsrari-xəfaya,
Məktəblə yaşar rahətü məsud rəaya,
Eylər qələmin şu sözü təkrar vəsaya.
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.
Azmışlar üçün
elmü ədəb nuri səhərdir,
Cəhl ilə kor olmuşlar üçün köhl bəsərdir
İnsana şərəfbəxş fəqət elmü hünərdir.
Bimərfət adam canı yox xüşk şəcərdir
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.
Əlavələr
260
1. Düzgün yaşama formulası
“Sizin istənilən qərarınız səhvdir”.
Eduard Dalberq
Molla Nəsrəddinin bir lətifəsində söylənilir:
«Bir gün
Molla oğlu ilə səfərə çıxır. Molla oğlunu eşşəyə mindirir, özü isə
piyada gedir. Yoldan keçən bir neçə adam onları görüb deyir:
«Bu da indiki cavanlar. Heç böyüyə hörmət etmirlər. O boyda
sağlam oğlan eşşəyə minib, yazıq qoca kişi piyada gedir».
Bu sözdən utanan uşaq atasına eşşəyə minməyi təklif edir.
Özü isə eşşəkdən düşüb piyada gedir. Bu dəfə onların qarşısına
başqa adamlar çıxırlar.
«Bunlara bir baxın. O boyda kişi eşşəyə minib, yazıq
uşaq piyada gedir» - deyə bu adamlar onlara irad tuturlar.
Bu dəfə Molla özü də oğlu ilə birlikdə eşşəyə minirlər.
Yenə onların qarşısına bir dəstə adam çıxır:
«Bura bax ey... İki-iki adam minib eşşəyə, yazıq heyvan
nəfəs ala bilmir» deyirlər.
Molla eşşəkdən düşür, oğlunu da düşürür və deyir: «gəl
ikimiz də piyada gedək. Onda camaat bizə heç nə deməz».
Yenə onların qarşısına bir dəstə çıxır: «Bu axmaqlara
baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə
minmirlər» - deyə adamlar onları tənbeh edirlər.
Adamların sözündən təngə gəlmiş molla eşşəyi qaldırıb
dalına alır və deyir: ”Gəl bala, belə eləməsək, camaatın
ağzından qurtara bilmərik».
Mollanın başına gələn bu əhvalat bir çox cəhətdən diqqəti
cəlb edir. Birincisi, Mollanın və oğlunun bəzi hərəkətləri, bir
vəziyyətdən başqa vəziyyətə keçidi (eşşəyə minməsi və eşşəkdən
düşməsi)
xarici qüvvələrin təsiri altında baş verir. İkincisi,
Mollanın öz
ideyası, iradəsi olmadığına görə yoldan keçənlərin
təsiri altına düşür. Molla baş verən hadisələrin idarə edən tərəfi
261
yox, idarə olunan, aktiv yox, passiv tərəfidir. Fəlsəfi dillə desək,
molla hadisələrin subyekti yox, obyektidir.
Son 200 ildə yaşadığımız tarix və məruz qaldığımız siyasi
keçidlərin demək olar ki, hamısı
xarici qüvvələrin təsiri altında
baş vermişdir.
Biz hadisələrin aktiv yox, passiv tərəfi olmuşuq.
Son 80 illik tariximizdə çox saylı siyasi keçidlər
yaşamışıq. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətini
qurduq. 1920-ci ildə bu quruluşdan sol təməyyülü bir quruluşa
keçdik. 1921 –ci ilin sonunda SSRİ-nin tərkibinə qatıldıq. 70
ildən sonra SSRİ –nin tərkibindən çıxaraq bugünkü quruluşa
keçdik.
Bu keçidlərdə bizim və Mollanın başına gələnlər
arasında aydın paralellər görünür. Molla xoş niyyətlə səfərə çıxır.
Biz də xoş niyyətlə 1918-ci ilin may ayında müstəqilliyimizi
bəyan edərək, gələcəyə müstəqil dövlət kimi getməyi
planlaşdırdıq.
Maraqlıdır ki, Molla üçün köməkçi vasitə olan
eşşək
axırda onun özünün yükünə çevrilir. Azərbaycanın çox qiymətli
varı olan
nefti zaman-zaman
yükümüzə çevrilir və bizə bəla
gətirir. Bölgəni diqqət mərkəzinə çəkir, siyasi terminlə desək,
geosiyasi mərkəzə çevirir. Super dövlətlərin diqqəti bu məkanda
kəsişir.
Çox vaxt Azərbaycanda gedən siyasi proseslər, bizim
elitar təbəqənin başa düşdüyündən qəlbidə gedibdir. Başa düşə
bilənlər isə
«zərərsizləşdirilibdir». Misal olaraq, Nəriman
Nərimanovun taleyini göstərmək olar.
Mollanın əhvalatında başqa bir cəhət də diqqəti cəlb edir.
Yoldan keçən dəstələr hadisələrin (keçidlərin) keçmiş tarixçəsini
bilmirlər, bu səbəbdən də yersiz təkliflərlə çıxış edirlər. Mollanın
dünyagörüşü zəif olduğundan, özünün ideyası, iözünə inamı və
xarici qüvvələrə tab gətirə biləcək daxili gücü olmadığından
hərəkətləri (keçidlər) yoldan keçən dəstələr (xarici qüvvələr)
tərəfindən idarə olunur. İlk baxışda ağıllı görünən, Molla
tərəfindən qəbul olunan bu təkliflər əslində nonsensdir. Əgər hər
262
dəstə özündən əvvəlki dəstələrin təkliflərini bilsəydi, yersiz
təkliflərlə çıxış etməzdilər. Ona görə onlar yersiz çıxış edirlər ki,
hadisəni ani olaraq qiymətləndirirlər. Başqa sözlə, əgər hadisə
başlandığı andan müşahidə altında olsa idi, onda yoldan ötənlər o
cür təkliflərlə çıxış etməzdilər.
Bizi müxtəlif quruluşda yaşamağa məcbur edən xarici
qüvvələr (yoldan ötənlərdən fərqli olaraq) etdikləri, hərəkətlərii
yaxşı bilir və qərəzli məqsəd güdürlər. Bölgədə siyasətin aktiv
tərəfi kimi çıxış etmək istəyirlər.
Molladan fərqli olaraq biz xarici qüvvələrin ideyalarının
icraçısına çevrilməməliyik. Bizim öz milli ideyamız, siyasətimiz
olmalıdır,
fəaliyyətimiz
öz
ideyalarımızdan,
daxili
gücümüzdən bəhrələnməlidir.
Qeyri-müəyyənlik prinsipi: təbiətdə və cəmiyyətdə
“Səhv qarşısında qorxu bizi həqiqəti
axtarmaqdan çəkindirməməlidir”.
Helvetskiy.
Təbiətşünaslıqda böyük əhəmiyyət kəsb edən və
Heyzenberq tərəfindən kəşf edilmiş
«qeyri-müəyyənlik
prinsipi»nin məğzi bundan ibarətdir ki, elementar zərrəciklərin
impulsu nə qədər dəqiq ölçülərsə, onun fəzadakı yeri bir o qədər
qeyri-müəyyəndir və ya tərsinə, hissəciyin yeri fəzada nə qədər
dəqiq ölçülərsə, onun impulsunun qiyməti bir o qədər qeyri-
müəyyəndir.
Təbiət hadisələri cəmiyyət hadisələriindən fərqli olaraq
obyektiv qanunlarla idarə olunur. Subyektiv qanunlarla idarə
olunan cəmiyyət hadisələrində obyektiv qanunauyğunluqlar
mümkündür. Misal üçün,
iqtisadiyyatı yüksək olan ölkələrdə
demokratik dəyərlər daha tez bərqərar olur. Və ya adam başına
enerji istehlakı ilə adam başına düşən
milli dəyər arasında
mütənasiblik mövcuddur və s. Başqa sözlə, iqtisadiyyat ilə