263
demokratiya, enerji istehsalı ilə milli gəlir arasında əlaqə var və
bu əlaqə obyektiv əlaqədir.
Yuxarıda söylənilən mühakimələrdən Heyzenberqin
«qeyri-müəyyənlik prinsipi»”nə analoji qanunauyğunluğu
cəmiyyət hadisələri üçün də formalaşdırmaq mümkündür.
Cəmiyyətdə baş verən hadisələri nə qədər az zaman
intervalında (
t) araşdırsaq, öyrənsək o halda qəbul edəcəyimiz
qərarın xətası (
Q) bir o qədər çox olacaqdır. Və ya tərsinə, qəbul
edəcəyimiz qərarın
xətasız olması üçün hadisə geniş zaman
intervalında tədqiq edilməlidir.
1990-cı illərdə Azərbaycanda baş
vermiş hadisələrə həmin
illərin hadisəsi kimi baxıldığından (zaman qısa götürüldükdə) ,
200 ildən çox bir tarixi prosesin davamı kimi baxılmadığından,
1988-1993-cü illərdə Azərbaycan iqtidarları və Azərbaycan
cəmiyyəti səhv qərarlar qəbul etdilər. Bu səbəbdən də ağır
nəticələrlə qarşılaşdıq. Nə AXC-çilər, nə də partokratlar başa
düşmək istəmədilər ki, Azərbaycan son 200 il ərzində dəfələrlə
zamanın faciələr zolağından keçibdir . I faciəvi zolaq zamanı
Azərbaycan iki yerə bölündü, II faciəvi dövrdə Zəngəzur,
Dərələyəz və Göycə mahalını və digər torpaqlarımızı itirdik.
Zamanın III faciəvi zolağında həmvətənlərimiz Ermənistan SSR-
dəki torpaqlarından qovuldular, Dağlıq Qarabağ isə mübahisə
predmetinə çevrilibdir.
Beləliklə, dediklərimizdən çıxaracağımız ən böyük fəlsəfi
nəticə bundan ibarətdir ki, hadisəni nə qədər qısa zaman
intervalında araşdırsaq, çıxaracağımız qərarın xətası o qədər
böyük olacaq. Hadisə ilə bağlı qərarlar qəbul edilərkən həm
tarixilik, həm də müasirlik nəzərə alınmalıdır.
Dediklərimizi riyazi formula ilə belə ifadə etmək olar:
Q
t =S =const
hardakı,
Q - qəbul edilmiş qərarın xətasıdır və: