275
Alt təbəqənin (1) səviyələri
kütlə tərəfindən
doldurulur.
Cəmiyyətin strukturunun aşağı səviyyələrini tutan
insanlar intellektual səviyyələrinə və düşünjə tərzinə görə bir
birinə daha çox bənzəyir, daha çox oxşardır. Bu səbəbdən də
onlar
seçilməməzlik prinsipinə tabedirlər.
Bu insanların
jəmiyyət qarşısında siyasi məsuliyyəti çox azdır. Onlar anjaq
seçkilərdən - seçkilərə siyasətə qatılırlar. Kəndli təbəqəsində
bu oxşarlıq fəhlə sinifi ilə müqayisədə daha çoxdur. Fəhlələr
kəndlilərlə müqayisədə bir birindən daha çox fərqlənirlər.
Tarixdə fəhlənin, hətta qulun Ali hakimiyyət səviyyəsinə
qalxmasına, bəlkə də, misal tapmaq olar, amma kəndlinin
hakimiyyətə gəlməsinə misal tapmaq çətindir. İstənilən
səviyyələrdə üfqi istiqamətdə, yəni sağdan sola, soldan sağa
keçid maneəsizdir.
İki gənj ekiz qardaşın oxşarlığı daha çoxdur, nəinki fərqli
jəhətləri. Genetik kod öz işini görür. Yaşlı iki qardaşın ekiz
olsa belə, fərqli jəhətləri daha çoxdur, nəinki oxşarlıqları. Çünki
təhsil, həyat təjrübəsi öz işini görür. İnsanlar yaşa dolduqja,
təhsil aldıqja alt qatlardan orta qatlara, oradan da üst qatdakı
səviyyələri dolduraraq yuxarıya doğru hərəkət edir.
Postulat 1. Alt qatın aşağı səviyyələrində yüzlərlə -
minlərlə insanın yer tutması mümkündür.
Eyni cür fəaliyyətlə məşğul olan yüzlərlə fəhlə, kəndli
ola bilər.
Beləliklə, belə nətijəyə gəlmək olur ki, cəmiyyətin alt
təbəqələrinin təmsilçiləri bir-birini əvəz edə bilərlər. Alt
təbəqənin təmsilçilərinin bir-birini əvəz etməsi cəmiyyətdə
hiss olunan görüntülər yaratmır. Bu təbəqə daxilində
seçilməməzlik prinsipi əsas rol oynayır. Onların fəaliyyətində
yaşama, həyati problemlər əsas yer tutur.
Orta təbəqə (2) əsasən
ziyalılardan təşkil olunur. Yəni
orta təbəqənin səviyyələrini cəmiyyətin ziyalı təbəqəsi
doldurur.
276
Yuxarıda qeyd olundu ki, alt təbəqə daxilində əvəz
olunmaz şəxs yoxdur. Bu fikiri orta təbəqənin təmsilçiləri üçün
demək çətindir. Bu təbəqə daxilində həm
seçilməməzlik, həm
də
individuallıq prinsipləri fəaliyyət göstərir. Alimlər, yazarlar,
rəssamlar bir - birindən daha çox fərqlidirlər, nəinki oxşardırlar.
Onlar eyni yaradjı jərəyanın təmsilçiləri olsalar belə, fərdi
yaradıcılıqları biri – birindən kifayət qədər seçilir. Bununla
bərabər bu təbəqə daxilində
seçilməməzlik prinsipi tətbiq
edilsə, cəmiyyətdə qlobal olaraq hiss oluna bilən sarsıntılar,
görüntülər baş verməz, amma lokal olaraq həyajanlanma baş
verə bilər. Bunların fəaliyyətində həm şəxsi, həm də
cəmiyyətin problemləri əsas yer tutur.
Orta təbəqənin özü də injə quruluşa malikdir və bir-
biindən seçilə bilən bir neçə subtəbəqəyə bölünür: a) şairlər,
b) rəssamlar, s) bəstəkarlar, d) həkimlər, texniki ziyalılar,
müəllimlər və s.
Üst təbəqədəki (3) səviyyələri - cəmiyyətin
elitar
hissəsi doldurur. Siyasi elita, hərbi elita, iqtisadi elita və
cəmiyyətin digər adlı - sanlı şəxsiyyətləri bu təbəqədə təmsil
olunurlar. Cəmiyyəti idarəedən və ya bu funksiyanı
bacara bilən
siyasətçilər də bu təbəqədə cəmləşirlər. Dövlət adamları,
parlament üzvüləri, ictimai xadimlər, beynəlxalq səviyyəli
yaradıcı insanlar (alimlər, şairlər, bəstəkarlar, rəssamlar) bu
təbəqənin təmsilçiləridir. Bir sözlə xalqını dünyayda təmsil
edənlərin yeri elitar təbəqədədir. Hər bir topluma məxsus
pramidanın zirvəsi
milli lider üçündür. Lider ali siyasi və
dövləti keyfiyyətlərlə bərabər, həm də yüksək insani və mənəvi
keyfiyyətlərə də malik olmalıdır.
Üst təbəqənin hər səviyyəsində
fərqlilik, individuallıq
prinsipi əsas rol oynayır. Üst təbəqənin təmsilçiləri bir-
birindən daha çox fərqlənir. Bunların fəaliyyətində siyasət,
siyasi hakimiyyət əsas yer tutur.