Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   10   11   12   13   14   15   16   17   ...   151

Dişlərinin arasındakı siqaretin tüstüsü içində (istənilən adam bu cür tüstüdən çoxdan kor olmuşdu) 
Qotlib preparata diqqətlə baxdı.   
O, odluğun alovunu dörddə bir düym azaltdı və yenidən Martinə qaytardı:  
– Çox yaxşı! Sizin əməlli-başlı bacarığınız var! O-o-o, bir para adamlar üçün elmdə böyük ustalıq tələb 
olunur. Siz amerikalılar, daha doğrusu, sizin böyük hissəniz ideyalarla aşıb-daşırsınız, amma səbriniz 
yoxdur, uzun sürən məşğələlərin nəşəli sıxıntısı sizi qorxudur. Çoxdandır laboratoriyada sizi müşahidə 
edirəm; məncə, artıq yuxu xəstəliyinin triponoslarına girişə bilərsiniz. Çox maraqlıdırlar; həm də onlarla 
işləmək böyük incəlik tələb edir. Bu, çox qəribə xəstəlikdir. Afrika kəndlərində əhalinin əlli faizi ona 
tutulub, nəticə isə adətən ölümcül olur. Bəli, düşünürəm ki, siz bu triponoslarla işləyə bilərsiniz.  
Martin üçün bu, döyüşdə briqada komandiri vəzifəsini əldə etmək  kimi bir şey idi.  
– Adətən saat on ikidə, – Qotlib sözünə davam etdi, – mənim üçün buterbrod gətirirlər. O vaxta qədər 
qalsanız, bir tikə çörək kəsmək üçün yanıma gələrsiniz. 
Saat on ikidə Martin tərəddüdlə Qotlibin tərtəmiz laboratoriyasına doğru getdi. Artıq stolun üstündə 
qəhvə, qeyri adi dərəcədə balaca və gözəl buterbrodlar düzülmüşdü. Tələbə yeməkxanasının yeməyinə 
alışmış Martin "ah, əcnəbilər, əcnəbilər", – deyə fikirləşdi.  
Qotlib danışırdı, artıq Klif yaddan çıxmışdı, Dyuer isə ona gülünc vəzifəpərəst kimi görünməyə başlamışdı. 
O, London laboratoriyalarını, Stokholmun şaxtalı axşamlarında verilən qonaqılqları, müqəddəs Pyotr 
günbəzinin arxasında par-par parlayan Monte-Pinçoda qürub gəzintilərini xatırlayırdı;  Marselin yoluxucu 
xəstəliklərlə dolu baraklarında ifrazata bulaşmış paltarlardakı qorxunc təhlükəni və qarşısıalınmaz 
iyrəncliyi yada salırdı. Təmkini bir kənara atıb özü və ailəsi haqqında danışırdı, elə bil, Martin onun 
həmyaşıdı idi.  
Söhbət əsnasında məlum oldu ki, Qotlibin bir əmioğlusu Uruqvayda polkovnik olmuş, başqa birisi, 
Rusiyada yəhudi qırğını zamanı əziyyət çəkmişdi. Arvadı xəstədir – çox güman ki, xərçəngdir. Üç uşağı var 
– kiçiyi qızdır, Miriyam, yaxşı musiqiçidir; amma on dörd yaşlı oğlu valideynlərini məyus edir, ədəbsizdir, 
oxumaq istəmir. Özü isə uzun illərdir anticisimlərin  sintezi üzərində işləyir. İndi artıq çətin vəziyyətə 
düşüb; çünki Moqalisdə onun işi ilə maraqlanan bir adam belə yoxdur; ya da heç olmasa, ona təkan 
verən; bununla belə, opsonin nəzəriyyəsinin öhdəsindən gələndə o xeyli nəşəli saatlar keçirib və bu, onu 
əməlli-başlı həvəsləndirib.  
– Yox, mən heç nə eləməmişəm, amma öz iddialarımla insanları yaxşıca təngə gətirmişəm. Mən, sadəcə, 
gələcəkdə edəcəyim əsl kəşflər haqqında xəyal qururam.  Yox. Heç beş ildə peşə vərdişinin, gümanlarda 
dəqiqliyin, üstəgəl cəsarətli təxəyyülün nə olduğunu başa düşən beş tələbəylə belə qarşılaşmamışam. 
Mənə elə gəlir ki, sizdə bu xüsusiyyətlər var. Sizə kömək edə bilsəm… Belə!.. 
Mənə elə gəlir ki, siz yaxşı həkim ola bilməyəcəksiniz. Yaxşı həkim olmaq pis şey deyil, onların arasında 
da əsl sənətkarlar var; amma onların sənəti bizə – laboratoriya guşənişinlərinə görə deyil. Bir dəfə 
yaxamdan "D.M." yarlıkı asmışdım. Bu, Heydelberqdə olmuşdu… Allah yaddaş versin! Min səkkiz yüz 
yetmiş beşinci ildə! Amma kiminsə topuğunu bintlə sarımaq, ya da dilini diqqətlə nəzərdən keçirmək 


mənim üçün maraqlı olmadı. Helmqoltsun məsləkdaşı oldum – bax, o, əsl insan idi! Şən, fədakar!… 
Orada akustika sahəsində tədqiqat aparmağa çalışırdım – çox pis işləyirdim, çox pis; amma bir şeyi 
öyrəndim: öyrəndim ki, bu məşəqqətli həyatda kəmiyyət analizi metodundan başqa gerçək heç nə 
yoxdur. Kimyaya girişdim, amma bu sahədə ən son cızma-qaraçı oldum. Kimyadan biologiyaya keçdim – 
əngəlli iş olduğunu anladım. Amma vaxtımı boş yerə itirmədim.  Bəzi şeylər kəşf etdim. Düzdü, özümü 
hərdən sürgün olunmuş adam kimi hiss edirəm, soyuqluq duyuram… amma…  
Bilirsinizmi, bir vaxtlar mən "Die Cacht am Rhein"  oxumaqdan imtina etdiyim və bir süvari zabiti 
öldürməyə çalışdığım üçün Almaniyadan qovulmuşam…  Zabit çox nəhəng idi, amma az qala, onu 
boğmuşdum… Gör bir ha… özümü necə təriflədim! Hmm… Belə! 
Filosofluq etmək fikrinə düşəndə bakterioloqu ancaq bir şey pərt edə bilər: niyə biz bu sevimli patogen  
bakteriyaları məhv etməliyik? Məgər GİXA-ya daxil olan, zəhlətökən psalomlar  oxuyan, astarı yazılı 
şlyapalar gəzdirən bu maraqsız gənc tələbələri yaraşıqlı bığları olan yatalaq basilindən qorumaq üçün bu 
qədər zaman sərf etməyə dəyər?  Bilirsinizmi, bir dəfə dekan Silvadan soruşdum ki, "patogen 
bakteriyaları azadlığa buraxmaq və bu yolla bütün iqtisadi problemlərə son qoymaq yaxşı olmazmı?" 
Amma mənim metodum onun xoşuna gəlmədi. Düzdür, o, yaşca məndən böyükdür; özü də eşitdiyimə 
görə, hərdənbir yaxşı geyinmiş kilsə keşişlərini və hakimləri dəvət edərək  ziyafətlər də verir. O, əlbəttə 
ki, qoca Nitsşeni, qoca Şopenhaueri, qoca Koxu, qoca Pasteri və qoca olmayan Jak Lebi və Arreniusu 
sevən alman yəhudisindən daha dərin fikirləşə bilər. Hərçənd, Şopenhauer – lənət şeytana – teleoloji 
nəzəriyyəyə  meyil edirdi… Boş-boş danışıram! Gedək sizin şüşə qırıntılarınıza tamaşa edək… Sonra da 
bir-birimizə xeyirli gecələr arzulayaq! 
Qotlibi qəhvəyi rəngli yöndəmsiz evinə yola salıb sağollaşanda Martin onun adamayovuşmaz sifətinə bir 
daha nəzər saldı. Sanki, gecəyarı şam yeməyi və rabitəsiz söhbətlər, ümumiyyətlə, heç olmamışdı da... 
Martin öz evinə üz tutanda isə,  elə bil, sərxoş idi... 
 
V FƏSİL 
 

 
Düzdü, bakteriologiya Martinin bütün həyatını zəbt etmişdi, amma universitetdə elə hesab edirdilər ki, o, 
patologiyanı, gigiyenanı, topoqrafik anatomiyanı və dahilərin belə içində itib batdığı bir çox digər fənləri 
dərindən öyrənir. 
Martin və Klif Kloson güllü-çiçəkli divar kağızı olan, başdan-başa çirkli paltarlarla dolu, dəmir çarpayılı və 
tüpürcəkqablı böyük bir otaqda yaşayırdılar. Onlar səhər yeməyini özləri hazırlayır, günorta yeməyini 
ayaqüstu "Səyyar yeməkxana"da, ya da "Şeh damcısı" qəlyanaltısında edirdilər. Düzdü, Klif yenə də 
aradabir Martinin əsəblərinə toxunurdu. O, açıq pəncərələrə nifrət edir, çirkli corablar haqqında danışır, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə