Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   13   14   15   16   17   18   19   20   ...   151

– Bəli, yəqin ki, bir müddətdən sonra vaqonlar hər iyirmi dəqiqədən bir işləyəcəklər, – Martin ciddi 
şəkildə dedi. 
("Tfu zəhrimar! Niyə o yatmağa getmir! Ura! Toxuduqlarını yığışdırır. Yox… Hara gedir e? Hələ təzə kələf 
açır!") 
– Oooo, əlbəttə, əminəm ki, rabitə yaxşılaşacaq, – missis Foks dedi. 
("Cavan oğlan, sizinlə çox az tanışam, amma düşünürəm ki, Madelina üçün uyğun deyilsiniz. İstənilən 
halda, sizin getmək vaxtınızdır"). 
– Hə, əlbəttə! Əməlli-başlı yaxşılaşacaq! 
("Görürəm ki, çox oturub qalmışam, görürəm ki, sən bunu anlayırsan, amma vecimə də deyil!") 
Ona elə gəlirdi ki, missis Foks onun inadkarlığı qarşısında davam gətirə bilməyəcək. Martin təsir etmə 
gücünü işə saldı, iradəsinin gərginliyini, hipnozu sınaqdan keçirtdi; amma xeyri olmadı. Martin məğlub 
vəziyyətdə getməyə hazırlaşdığı vaxt ana hələ də soyuqqanlı bir sakitliklə yerində əyləşmişdi. Elə də 
səmimi sağollaşmadılar. Madelina onu qapıya qədər ötürdü, beləcə, o, yarım dəqiqəni qızla təklikdə 
keçirdi: 
– Elə istəyirdim ki… Sizinlə danışmaq istəyirdim. 
– Bilirəm. Təəssüf edirəm. Başqa vaxt! – qız pıçıldadı. 
Martin onu öpdü. Bu,  çox tələsik, amma şirin bir öpüş idi. 
 

 
Pomadka  hazırlanması ilə yadda qalan əyləncələr, xizək üzərində səyahətlər, rəqslər, Zenitdə çıxan 
"Advokat-tayms" jurnalında "kübar xəbərləri köşəsi"ni aparan tanınmış yazıçı-jurnalist qadının qatıldığı 
ədəbi gecələr… Madelina gözəl, amma çox yorucu əyləncələrin burulğanında idi. Martin isə 
itaətkarcasına və narazılıqla onun arxasınca gəzirdi. Qız, görünür, özünə lazımi sayda kavaler cəlb 
etməkdə çətinlik çəkirdi, bunun üçün də Martin ədəbi gecəyə hirsli Klif Klosonu da dartıb gətirirdi. Klif 
donquldanırdı: "Həyatım boyu toyuq hinində belə tər tökməmişdim";  Amma deyinməsinə baxmayaraq, 
bu toyuq hinində ən dəyərli bir şeyi kəşf etdi – Madelinanın Martini öz incə səsi ilə "Martikins" 
adlandırdığını eşitdi. Bu, çox dəyərli tapıntı idi. Bundan sonra Klif də onu "Martikins" çağırmağa başladı 
və başqalarını da buna məcbur etdi. Dostlar gonbul Pfaff və Ervinq Uoters də artıq Martinə "Martikins" 
deyirdilər. Martin yuxuya getməyə hazırlaşdığı zaman Klif hıır-hır hırıldayırdı: 
– Hi-hi-hi-hi! Nəbadə onunla evlənəsən ha! Qız düz hədəfə düşüb. Gənc D.M-ə səksən addımdan sərrast 
ilişdirib. Hə… Bu arvad ətrafı vəlvələyə salmağa başlayanda sizin necə elmlə məşğul olacağınızı 


görəcəyik… O, dəbdə olan "ədəbi quşcuğazlar"dandır. Ədəbiyyata aid hər şeyi bilir, amma bax, oxumağı, 
elə bil, öyrənməyib… Düzdü, özünə görə pis deyil… hələ ki... Amma vaxt keçdikcə anası kimi kökələcək.  
Martin hər dəfə Klifin cavabını necə lazımdırsa, verirdi: 
– Buradakı kollec bitirmiş qızların içərisində o, ən qabiliyyətlisi və ən cazibədarıdır. O birilərin hamısı 
oturub boş-boş danışmaqla məşğuldurlar, o isə müxtəlif tədbirlər təşkil edir… 
– Məsələn, öpüş dolu axşamlar? 
– Qulaq as! Bilirsən, mən əsəbiləşə bilərəm! Biz səninlə qaba kütbeyinlərik, Madelina Foks isə… O, bir az 
Anqus Dyuer kimidir… Artıq bizim kimi adamlarda nəyin çatışmadığını anlamağa başlayıram… Bütün bu 
materiya… Musiqi, ədəbiyyat  və yaxşı geyim… Hə, yaxşı kostyumun özü də pis şey deyil…  
– Hə də, budur, indicə sənə nə deyirdim? O,  sənə sürtuk geyindirəcək, kraxmallı döşlük taxdıracaq, 
sonra da yollayacaq ki, varlı dul qadınlara diaqnoz qoyasan. Sən bu cür fəndgir arvada necə bənd ola 
bilmisən axı? Bəs kontrolun harada qalmışdı? 
Klifin müxalifliyi Martini Madelinaya təkcə fəndgir və acgöz bir maraqla deyil, həm də onunla evlənmək 
istədiyini bildirən dramatik bir əminliklə baxmağa vadar edirdi. 
 

 
Çox az qadınlar kişini islah etmək istəklərini uzun müddət yenə bilərlər; islah etmək isə insanı olduğu 
şeydən başqa bir şeyə çevirmək deməkdir. Madelina Foks kimi artistik xarakterə malik və incəsənət 
sahəsində işləməyən qızlar, "düzəltmə" əməliyyatı olmadan bir həftədən artıq qala bilməzlər. Səbirsiz 
Martin isə qızın məftunu olduğunu büruzə verən kimi, Madelina yeni və daha böyük himayəedici enerji 
ilə onun geyimini düzəltməyə girişdi – plisdən tikilmiş şalvardan, qatlama yaxalıqdan, köhnə və 
yöndəmsiz boz fetr şlyapadan tutmuş leksikasına və ədəbi zövqünə kimi… Yeri düşdükcə qızın işlətdiyi 
"Aydındır, kim bilmir ki, Emirson böyük mütəfəkkir olub" kimi atmacalar Martini özündən çıxarırdı; o qızı 
Qotlibin kədər doğuran səbri ilə nə qədər möhkəm  müqayisə edirdisə, bir o qədər çox hirslənirdi. 
– Ah, əl çəkin məndən! – o, Madelinanı məzəmmət edirdi, – Siz anladığınız şeylərdən danışdığınız vaxt 
Allahın füsunkar bəndəsi olursunuz, amma siyasət və kimyəvi üsulla müalicə haqqında danışmağa 
başlayanda… Lənət şeytana, nə üçün mənə hökmranlıq edirsiniz? Ola bilsin, danışıq məsələsində 
haqlısınız. Çalışaram ki, "burnunun deşiyini tutacam" və digər çərən-pərən sözləri bir kənara tullayım, 
amma kraxmallı yaxalıq geyinməyəcəm. Qətiyyən! 
Əgər damda keçirtdikləri yaz axşamı olmasaydı, bəlkə də, Martin heç vaxt ona evlənmək təklif 
etməyəcəkdi. 


…Madelina evin yastı damından bağça kimi istifadə edirdi. Ora ətirşah əkilmiş yeşik və adətən məzarların 
yanında gördüyümüz bir çuqun skamya sürüyüb gətirmişdi; hətta iki yapon fənəri də var idi – onlar 
yırtılmış və əyri asılmışdılar. Madelina evin digər sakinləri haqqında nifrətlə danışırdı: "Elə maraqsızdırlar 
ki, yeknəsəqlik və monotonluq içində batıb qalıblar; heç vaxt bu tənha guşəyə də qalxmırlar". O, öz 
sığınacağını mavritan sarayının damı, ispan patsiosu, yapon bağçası, köhnə provansal plezansı ilə 
müqayisə edirdi. Amma Martinə bu "plezans" adi həmişə damı xatırladırdı. Həmin aprel axşamı o, 
Medelinanın yanına dalaşmaq üçün gedirdi. Qapını açan ana laqeydliklə qızın damda olduğunu söylədi. 
– Qotur yapon fənərləri! Bu fənərlərdənsə, qaraciyər yırtığından baxmaq daha yaxşı olardı, – Martin 
dolama pilləkəni çıxa-çıxa donquldanırdı.  
Madelina əllərini çənəsinə dayayaraq məzarlıq skamyasında əyləşmişdi; həmişə olduğu kimi onu hay-
küylə salamlamadı, laqeyd bir "hallo!" dedi. Elə bil, nədənsə kefi pozulmuşdu. Martin istehzalarına görə 
xəcalət çəkdi. Birdən-birə qızın fantaziyası onda qəribə bir şəfqət hissi oyatdı. Ona elə gəldi ki, bu tol  
parçaları və onlar arasında qalan çıxıntılar gözəl bir bağça ab-havası yaradıb. Martin qızın yanında 
əyləşərək dedi: 
– Gör bir ha, bura necə qəşəng həsir salmısınız.  
– Heç də qəşəng deyil! Köhnə əskidir! – O, üzünü Martinə tərəf çevirdi. Qız inildədi: – Ah Mart, bu gün 
mənim özümdən elə zəhləm gedir ki! Həmişə insanları inandırmağa çalışıram ki, guya, nəsə ifadə edirəm. 
Əslində isə heç nəyəm! Sabun köpüyü! 
– Nə olub sizə, əzizim? 
– O-o-o, hamınız birsiniz… Doktor Bramfit… Cəhənnəm olsun görüm… Bununla belə, o haqlıdır… Açıq-
açığına mənə eyham vurdu ki, ciddi-cəhdlə məşğul olmasam, qovulacağam. Deyir ki, mən heç nə 
eləmirəm və diplomum olmayacaqsa, dəbdə olan məktəblərin birində ingilis ədəbiyyatı müəllimi işləyə 
bilməyəcəyəm. İş isə mənə çox lazımdır… Axı… Çətin ki, kimsə zavallı Madelina ilə evlənmək istəyə. 
Martin qızın belindən qucaqlayaraq, yersiz olsa da, mızıldandı: 
– Elə bir adamı çox gözəl tanıyıram… 
– Yox, mən heç kimi tilova salmaq istəmirəm. Bu gün, demək olar ki, vicdanla danışıram. Heç nəyə 
yaramıram. Mart, həmişə insanlara necə ağıllı olduğumu göstərməyə çalışıram. Amma onların mənə 
inanmaları haqqında düşünmürəm də. Yəqin ki, hamı mənə gülür! 
– Heç kim gülmür! Kimsə bu fikrə düşsə… Baxardım görüm buna necə cəsarət edəcək… 
– Siz çox lütfkarsınız, amma mən buna layiq deyiləm! Şairanə Madelina! Öz zərif danışığı ilə… Mən… 
Martin… Mən yalançıyam! Dostunuz Klif məni bəyənməməkdə haqlıdır. O-o-o, inkar etmək üçün zəhmət 
çəkməyin! Onun mənim haqqımda nə fikirləşdiyini bilirəm. Heyif ki, anamla birlikdə evə getmək 
məcburiyyətində qalacam. Mən buna dözməyəcəm, əzizim, dözməyəcəm. Evə getmək istəmirəm! O 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə