Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə81/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   77   78   79   80   81   82   83   84   ...   151

heç bir şeyə görə sevimli Leoranın əhvalını pozmaq, nəsə pis bir iş görmək istəməzdim. Amma  
ətrafımızda bu qədər meşşan olduğu halda, biz onlardan çox-çox yüksəyə qalxa bilirik.  Çox güclü sədanın 
çağırışı ardınca gedirik… Amma mən mütləq GİXA-nın yığıncağına getməliyəm. Bu gün orada qadın-vəkil 
bizə "Müasir qadın və karyera" mövzusunda məruzə oxuyacaq. 
O getdikdən sonra Martin başa düşdü ki, özünü məhəbbətdə qazandığı uğura görə təbrik edə bilər. "O, 
mənimdir", – Martin şadyanalıq etdi. Çox güman ki, hələ heç vaxt kimsə bu cür bərbad və tərəddüdlü 
şadyanalıq etməmişdi. 
Martin öz mənzilində Ervinq Uoterslə, məktəb ambulatoriyasının diş həkimi və şəhər xəstəxanasının 
gənc həkimi ilə poker oynadığı vaxt telefon zəng çaldı və həyəcanlı, amma şipşirin bir səs eşidildi: 
– Mənəm, Orxideya. Sizə zəng etməyimə sevindiniz? 
– Hə, çox şadam, – o çalışdı ki, bu sözləri aşiq olmuş adamın sevinci ilə desin… Bir də üç adamoynadan 
həkimi aldatmaq üçün yetə biləcək laqeydliklə… Onlar pencəklərini soyunaraq pivə içirdilər. 
– Bu axşam məşğulsunuz, Martin? 
– Hə, əslində… hm!.. Dostlarım buradadır, kart oynayırıq. 
– Belə de! Deməli siz… Ax, mən lap balaca uşaq kimi gülüncəm, sizə zəng edirəm… Atam evdə yoxdur, 
Verbena da yoxdur… Hamı çıxıb gedib və o qədər gözəl axşamdır ki…  Fikirləşdim ki… Sizə elə gəlmir ki, 
mən çox axmağam? 
– Yox, yox, əlbəttə, yox… 
– Nə yaxşı! Heç istəməzdim fikirləşəsiniz ki, axmaq hərəkət edirəm… 
– Yox, yox! Nə danışırsınız? Yox. Sadəcə, başa düşürsünüz, mən bacarmaram. 
– Bilirəm. Sizin vaxtınızı almaq istəmirdim, sadəcə, eşitmək istəyirdim ki, məni axmaq saymırsınız, çünki 
mən… 
– Nə danışırsınız! İnanın ki, yox. Düz sözümdür! 
Üç ağır dəqiqənin arxasınca ona ünvanlanan kişi təbəssümü hiss etdikdən sonra qızdan canını qurtardı. 
Partnyorları Nautilusda belə vəziyyətə uyğun ola biləcək hər şeyi söylədilər: "Ay sizi, altdan-altdan iş 
görürsünüz… Hər şey aydındır, arvadı bir həftəlik gedib, bizim Donjuan isə…" "Kimdir ki, doktor, hə, paxıl 
olmayın, gətirin görək onu bura". Və nəhayət: "Aha, mən bilirəm o kimdir, Preri-avenyudan olan bir 
modabaz". 
Səhəri gün saat on ikidə Orxideya aptekdən zəng etdi ki, bütün gecəni yatmayıb və dərin düşüncələrdən 
sonra belə bir qərara gəlib ki, onlar daha belə şeylər etməməlidirlər və… Martin onunla saat səkkizdə 
Krimins-stritlə Missuri-avenyunun tinində görüşə bilməzmi? Onlar mütləq danışmalıdırlar.  
Saat ikidə  bir daha zəng etdi və görüşü saat doqquzun yarısına keçirtdi. 


Saat beşdə bir daha, sadəcə, xatırlatmaq üçün zəng etdi. 
Martin bu gün laboratoriyada kultura səpmədi. O, yaxşı eksperimençi üçün həddindən artıq insancasına 
zəif və həyəcanlı, günahkar üçün isə həddindən artıq soyuqqanlı və ağıllı idi… Bütün bu vaxt ərzində 
Leoranın verə biləcəyi təskinlik üçün bərk darıxırdı. 
"Mən bu gün onunla istədiyim kimi uzağa gedə bilərəm"… 
"Amma o axmaqdır, özü də kişilərdən asılır". 
"Lap yaxşı, mən zəhlətökən filosof olmaqdan bezmişəm". 
"Doğrudanmı, haqqında romanlarda və şeirlərdə oxuduğumuz xoşbəxt sevgililər özlərini mənim kimi 
iyrənc hiss edirlər?" 
"Orta yaşlı ehtiyatlı, birarvadlı, əxlaqlı kişi olmaq istəmirəm. Bu mənim əqidəmə ziddir. Mən azadlıq 
hüququmu tələb edirəm". 
"Cəhənnəm olsun! Bütün bu "azad fikirlər" öz azadfikirliliklərinin əsiridilər. Onlar öz metodist atalarından 
heç də yaxşı deyillər. Məndə kifayət qədər sağlam təbii əxlaqsızlıq var… Ona görə də özümü əxlaqlı 
aparmağa icazə verə bilərəm. Ağlımın aydınlığını iş üçün saxlamalıyam. Öpmək mümkün olan icarəyə 
götürülmüş hər qızın dalınca qaçaraq beynimi dumanlandırmaq istəmirəm". 
"Orxideya həddindən artıq əlçatandır. Mən xoşbəxt günahkar olmaq hüququmdan imtina etmək fikrində 
deyiləm, amma  həmişə düz yolla getmişəm… Leoranı və öz işimi tanımışam… İndi mən öz həyatıma 
qarışıqlıq gətirmək istəmirəm. Öz işini və öz arvadını sevən hər bir kəsə yardım et, Tanrım! O, əvvəlcədən 
qalib gəlib!" 
Səkkiz otuzda Orxideya ilə görüşdü və iş həddindən artıq pis tərəfə yönəldi. Dünənki cəsur Martin də, 
bugünkü cansıxıcı və ehtiyatlı Martin də eyni dərəcədə iyrənc idilər. Evə kədərli tərki-dünya kimi qayıtdı 
və bütün gecəni Orxideya üçün darıxdı.  
Bir həftə sonra Leora Uitsilvaniyadan qayıtdı.  
Martin onu vağzalda qarşıladı. 
– Hər şey qaydasındadır, – o dedi, – Mən özümü yüz on yeddi yaşlı adam kimi hiss edirəm. Mən namuslu, 
əxlaqlı gənc oğlanam və aman Allah… Mənim çöküntü reaksiyalarım və sən olmasaydın, bu necə də 
ürəkbulandırıcı olardı… Nə üçün həmişə yük qəbzini itirirsən? Mən, yəqin ki, belə asanlıqla təslim 
olmaqla başqalarına pis nümunə göstərirəm. Yox, yox, əzizim, məgər sən görmürsən ki, bu qəbz yox, 
bələdçinin sənə verdiyi biletdir?! 
 
 
XXII FƏSİL 


 

 
Həmin yay Pikkerbo naqqallıq edərək və lazım olan adamların əlini sıxaraq, Ayovadakı "Şatokva"dan 
tutmuş, Nebraska və Kanzasa qədər bir çox yerlərdə turnedə oldu. Martin, Qustav Sodeliusla 
müqayisədə Pikkerbonun gicbəsər olduğuna əmin idi, amma onu da bilirdi ki, o, natiqlik qabiliyyətinə 
malikdir və qismətinə Amerikada Sondeliusdan on dəfələrlə, Maks Qotlibdən isə min dəfələrlə məşhur 
olmaq yazılıb. 
O, portretləri və aforizmləri jurnallarda tez-tez görünən bir çox tanınmış adamlarla yazışırdı: 
"təşəbbüskarlıq və optimizm" haqqında broşürlər hazırlayan  reklamçılarla; qiyabi kurslarda oxuyan və 
kişiliyin qatili olan pivədən uzaq gəzən kantor qulluqçularıyla; ikinci Gete və ya yeni "Daş hasar" – Cekson 
ola biləcəklərini söyləyərək öyüd-nəsihət verən jurnal redaktoru ilə; maliyyədə, xarici siyasətdə, 
biologiyada, nəşriyyat işində, peru etnologiyasında və natiqlik vasitəsilə pul qazanmaq sənətində  eyni 
dərəcədə səriştəli olan kənd müdrikləri ilə… Bu bilicilər Pikkerbonu öz adamlarından biri hesab edir və 
ona zarafat dolu məktublar göndərirdilər. O da cavab yazarkən, altında qırmızı karandaşla "Pik" deyə 
imza atırdı. 
Uğur qazanmış insanların bioqrafiyasını özünə istiqamət bilən "Hər zaman irəli" jurnalı öz oçerkləri 
arasında Pikkerbo haqqında da kiçik bir məqalə dərc etmişdi. Bu məqalədə o, "öz kilsəsini neoqotika 
üslubunda konserv bankalarından tikən pastor" adlandırılmışdı. Məqalə 2698 fəhlə qadını yeddi il 
ərzində rüsvayçılıq yoluna düşməkdən çəkindirən bir qadın barədə, öz-özünə fin, sanskrit və esperanto 
dilində oxumağı öyrənən Oreqon çəkməçisi haqqında olan məqalələrin arasında çap olunmuşdu… 
"İcazə verin, sizə cəsur insanı, qoca doktor Almus Pikkerbonu təqdim edək, Sam Frink onu "qüvvətli 
döyüşçü, həkim və şair" adlandırmışdı. Əsl alim olan Pikkerbo öz valehedici kəşflərini həyata keçirməyi 
bacarır, amma mühafizəkar məktəb direktoru kimi, bütün ali və nəcib dəyərləri utanmadan ələ salan və 
bizim Dinin, bizim konstitusiyanın bünövrəsini dağıdan yalançı ateist alimlərin ağzından vurur", – deyə 
məqalə müəllifi yazırdı. 
Martin oturmuşdu və Pikkerbo onu öz yanına çağıranda, "Doğrudanmı, bu məqalə milyonlarla tirajı olan 
məşhur Nyu-York jurnalında dərc olunub", – deyə təəccüblənərək, qəzetdən kəsilmiş parçanı oxuyurdu.   
– Mart, – dedi, – şöbəyə rəhbərlik etmək üçün özünüzü kifayət qədər səriştəli hesab edirsiniz? 
–  Doğrusu… Necə məgər? 
– Necə düşünürsünüz, hərəkatı müstəqil şəkildə inkişaf etdirə və şəhərdə təmizliyi qoruyub saxlaya 
bilərsiniz? 
– Axı nəyə görə soruşursunuz? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə