Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə89/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   85   86   87   88   89   90   91   92   ...   151

yorulmadan çalışdı və nəticəni asta-asta tərtib etməyə başladı. Martin hesab edirdi ki, məqaləni 
"Yoluxucu xəstəliklər" jurnalına verə bilər. 
Əlbəttə, Almus Pikkerbo da tez-tez elmi məqalələr çap etdirirdi. Onları üç ayda bir dəfə çap olunan və öz 
heyətinə digər on üç redaktordan başqa, Pikkerbonun özünü də salan "Tibbi almanax"da yerləşdirirdilər. 
O, xərçəngin iki fərqli mikrobunu – epilepsiya və xərçəng mikrobunu kəşf etmişdi. Adətən ona yeni bir 
kəşf etmək, məqalə yazmaq və onu çap etdirmək üçün iki həftə lazım olurdu. Martin isə belə bir qibtə 
ediləcək yüngüllüyə malik deyildi.  
O, təcrübə aparır, onları təkrar edir, hamıya lənət yağdırır, Leoranı yatmağa qoymur, ona mühit 
hazırlamağı öyrədirdi və aqarla   bağlı söylədiyi iradlara görə əsəbiləşirdi. Martin stenoqrafçı qadının 
üstünə bağırırdı. Bu müddət ərzində Konqresional kilsənin Conatan Edvards adlı pastoru dəfələrlə onu 
Bibliya məktəbində məruzə oxumaq üçün çağırsa da, yola gətirə bilməmişdi. Aylar sürətlə keçir, onun 
məqaləsi isə  yekunlaşmaq bilmirdi. 
İlk dəfə etiraz səsini Nautilusun ən hörmətli insanlarından biri olan mer qaldırdı. Necə oldusa, bir dəfə 
gecə saat ikidə F.Ks.Cordanın iştirakı ilə çox maraqlı jelezka  oyunundan evə qayıdan mer yolun kəsə 
olması üçün maşını Siti-Holl tinindən döndərmişdi. Və döngədə mer Ryu Martinin qaşqabaqlı halda 
cihazları termostata necə qoyduğunu gördü. Həmin vaxt Leora bir küncdə əyləşərək papiros çəkirdi. 
Səhəri gün  o, Martini yanına çağırdı və ona nəsihət oxumağa başladı: 
– Dok, sizin şöbənin işinə qarışmaq istəmirəm. Mənim qaydam belədir: başqalarının işinə burun soxma! 
Amma düzünü deyim ki, heyrət edirəm: Pikkerbo kimi bir işbazın, yetmiş at gücündə bir təşviqatçının 
məktəbini keçdikdən sonra siz başa düşməliydiniz ki, laboratoriyaya bu qədər vaxt sərf etmək 
axmaqlıqdır. Əslində, siz işə həftədə otuz dollara laborant götürə bilərdiniz. Sizin ilk işiniz müdiriyyətə 
hücum etməyi əsas vəzifələri bilən boşboğazları yola gətirməkdir. Kilsələrdə və klublarda nitqlə çıxış 
edin, mənə uğrunda mübarizə apardığımız ideyaları yaymağa kömək edin. 
"O, deyəsən, haqlıdır, – Martin düşündü, – mən işə yaramayan bakterioloqam. Yəqin ki, heç vaxt bu 
təcrübənin öhdəsindən gələ bilməyəcəyəm. Burada mənim işim tütün çeynəyənlərə səkiyə tüpürməyi 
tərgitməkdir. Kim icazə verib ki, vergi ödəyicilərinin pulunu başqa şeylərə sərf edim?" 
Amma elə həmin həftə Martin Nyu-Yorkdakı Mak-Qerk Biologiya İnstitutunun çap etdirdiyi qısa bir 
məlumatı oxudu. Yazıda bildirirdi ki, doktor Maks Qotlibə sintetik yolla – in vitro – anticismlər əldə 
etməyə müyəssər olub. 
O, təsəvvür edirdi ki, azdanışan Maks Qotlib qələbəsindən  ləzzət almadan öz laboratoriyasına qapanıb 
və onun işinə şişirdilmiş qiymət verdiyinə görə jurnalları tikə-tikə edir. Bu obraz gözləri önündə daha 
aydın görünürdü və Martin tənha adada xidmət edən, polkunun əyləncəli şənliyə getdiyini – sərhəd 
döyüşünə göndərildiyini eşidən təvazökar bir zabitin keçirdiyi hissi keçirməyə başladı. 
Sonra isə missis Mak-Kedlesin qəzəbi onun başında partladı. 
 


 

 
Missis Mak-Kendles bir zamanlar ev qulluqçusu idi, sonra xəstə baxıcısı, sonra istəkli qadın, sonra isə 
əldən düşmüş baqqal, topdansatış taciri və ev sahibi cənab Mak-Kendlesin xanımı oldu. Mak-Kendles 
vəfat etdikdən sonra onun bütün əmlakı bu qadına miras qaldı. Əlbəttə, məhkəməsiz keçmədi, amma 
onun vəkili yetərincə yaxşı idi. 
Missis Mak-Kendles qaşqabaqlı, çirkin, şübhəli şöhrətə malik xırdaçı bir qadın kimi tanınırdı. Hələ bu 
azmış kimi,  o həm də o nimfonamaniyaya  mübtəla idi. Nautilisun yüksək cəmiyyəti öz qapılarını onun 
üzünə bağlamışdı. Amma öz evində, boğanaq qonaq otağında, kif atmış dəri taxtda o vaxtaşırı kilkəbaş, 
həmişə boğazını arıtlayan yaşlı və ailəli adamları, tez-tez borc pul verdiyi gənc polismeni və podratçı-
siyasətçi F.Ks.Cordanı qəbul edirdi. 
İsveç Yarğanında Nautilusun ən çirkli evlərindən ibarət böyük bir məhəllə ona məxsus idi. Martin bu 
evlərdə vərəmin yayılma xəritəsini tərtib edib, Doktor Okford və Leora  ilə məsləhətləşdikdən sonra 
onları "ölüm mənşəyi" elan etmişdi. Martin bu evləri yer üzündən silmək istəyirdi, amma Xalq Səhyyəsi 
Şöbəsinin direktorunun polis səlahiyyəti yox idi. Pikkerbo isə bir vaxtlar ona görə böyük ixtiyar sahibi idi 
ki, ondan heç vaxt istifadə etməmişdi.  
Martin məhkəmə vasitəsilə Missis Mak-Kendlesin evlərinin uçurulmasına nail olmaq istədi. Amma onun 
vəkili, eyni zamanda, F.Ks.Cordanın da vəkili idi. Məhkəmədə isə Martinin əleyhinə doktor Ervinq Uoters 
ən kəskin və sərt şahid kimi çıxış etdi. Amma iş elə gətirdi ki, daimi hakimin yoxluğu üzündən 
məhkəməyə avam və təmiz bir insan sədrlik etdi. O, missis Mak-Kendlesin vəkilinin çalışaraq əldə etdiyi 
məhkəmə qadağasını ləğv etdi, sonra da Xalq Səhiyyəsi Şöbəsinə səlahiyyət verdi ki, şəhər qanunlarının 
təlimatına uyğun olaraq, belə fövqaladə vəziyyətdə görülməli olan lazımi işləri görsün.  
Həmin axşam Martin gənc Okfordla danışır, gur-gur guruldayırdı: 
– Rufus, siz əlbəttə bir dəqiqəlik olsa belə, düşünmürsünüz ki, Mak-Kendleslə Cordan kassasiya 
məhkəməsinə şikayət edə bilərlər. Bilirsiniz, nə qədər ki qanuna müavfiq hüququmuz var, gəlin evlərin 
əncamını çəkək. Hə, nə deyirsiniz? 
– Oldu, kapitan, – Okford dedi və sonra əlavə etdi, – nə zamansa bizi buradan qovsalar, Oreqona gedərik, 
orada şəxsi təcrübə ilə məşğul olarıq. Yeri gəlmişkən, sanitar inspektoruna güvənmək olar. Cordan yarım 
il əvvəl onun bacısını yoldan çıxarıb. 
Sübh tezdən Martin və Okfordun başçılıq etdiyi göy kombinezonlu, şən, hiddətli gənclər dəstəsi miss 
Mak-Kendlesin sahib olduğu torpaqlara soxuldu, sakinləri küçəyə çıxardı və köhnə tikililəri dağıtmağa 
başladı. Günorta, vəkillər gəlib çıxdıqları vaxt, sakinlər artıq Martinin müsadirə etdiyi yeni mənzillərə 
köçrülmüşdülər. "Quldurlar" isə aşağı mərtəbələri yandırırdılar. Beləliklə, yarım saat ərzində tikililər 
məhv edildi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə