Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə86/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   82   83   84   85   86   87   88   89   ...   151

Həftə ərzində daha bir ixtilaf da baş verdi. Yarmarkaya axtarış məqsədi ilə deyil, papirosdan ölən 
siçanların füsunkar tamaşasına baxıb zövq almaq üçün gələn polis serjantı Yevgenik ailəsinin köşkü 
qarşısında dayandı. Boynunun  dalını qaşıdı, polis məntəqəsinə tələsdi və bir dəstə şəkillə geri qayıtdı. O, 
Pikkerboya müraciət edərək  gur-gur guruldayırdı: 
– Hm… Bu yevgenik ailə… Onlar siqaret çəkmirlər, içki içmirlər və ümumiyyətlə.. 
– Tamamilə düzdür! Baxın bir, onlar necə də  sağlamdırlar! 
– Hm… Onlara göz-qulaq olun. Mən sizin sərginizi korlamaq istəmirəm, dok, Siti-Hollda hamımız bir-
birimizdən muğayat olmalıyıq. Nə qədər ki, yarmarka bağlanmayıb, mən onları şəhərdən atmayacağam. 
Amma bu, Holtonun quldur dəstəsidir. Ərlə arvad, ümumiyyətlə, evli deyillər, uşaqlardan isə yalnız biri 
həqiqətən onların oğludur. Onlar hindilərə araq satdıqlarına görə həbsdə yatıblar və maarif işi ilə məşğul 
olana qədər əsas peşələri şantaj olub. Mülki geyimdə bir nəfər göndərəcəyəm ki, onlara göz qoysun. 
Sizin sərgi çox yaxşı alındı, dok, əsl ibrət dərsidir… Şəhər indi uzun müddətə yadda saxlayacaq ki, müasir 
gigiyena metodlarını necə dəyərləndirmək lazımdır. Sizə uğur arzulayıram! Deyin görüm, konqressə 
getmək üçün özünüzə katib seçmisiniz?  Mənim bir qardaşoğlum var – stenoqrafdır, hamını kölgədə 
qoyar… və ümumiyyətlə, axmaq deyil, dilini saxlamağı bacarır. Təbii ki, məsələnin ona dəxli yoxdursa. 
Onu sizin yanınıza göndərəcəyəm, bir söhbət edin. Sağlıqla qalın! 
Bir hadisəni çıxmaq şərtilə (Yevgenik ailənin atası sağlam olmaq üçün tər tökdükdən sonra istirahət 
etmək məqsdilə elə insanlarınca arasında içki şüşəsinə sarıldığı vaxt həbs olundu) Pikkerbo şənbə gününə 
qədər Holtonların hərəkətlərində heç bir pis şey müşahidə etmədi. Şənbə gününə kimi hər şey rəvan 
getdi.  
Dünyada heç bir yarmarka bu cür ibrətamiz deyildi və təşkilatçılara bu qədər geniş reklam gətirməmişdi. 
Seçki dairələrində qəzetlər ona bütöv sütunlar həsr edir və bütün hesabatlarda, hətta demokratların 
mətbuatında belə, doktor Pikkerbonun konqressə namizədliyi ilə bağlı yazılar çap olunurdu. 
Fəlakət şənbə günü baş verdi. Yəni  yarmarkanın sonuncu günü. 
Şiddətli yağış yağır, damdan su damırdı. "Nümunəvi mənzil" köşkündən olan bir xanımı – bu köşkə də 
yağış yağırdı – ağ ciyər sətəlcəmi diaqnozu ilə evə apardılar. Günorta, Yevgenik ailəsi qüsursuz sağlamlıq 
nümayiş etdirdiyi vaxt, onun ən gənc nümayəndəsində ürəkkeçmə baş verdi… Və həyəcan yatmamışdı ki, 
nikatinin əleyhidarı olan çikaqolu xanıma (o, öz yenilməz görkəmilə siçan öldürürdü) viviseksiya  
əleyhidarı başqa bir çikaqolu qadın hücum etdi.  
Hər iki qadının və başıbəlalı siçanların ətrafında camaat toplaşdı. Antiviviseksiya siçanöldürəni 
"antinikatin qatili", "alçaq" və "allahsız" adlandırır və antinikatin qadın isə bütün bunlara hıçqıraraq 
ağlaya-ağlaya, bir də polis çağıraraq dözürdü. Amma viviseksiya əleyhdarı axırda qışqıranda ki, "alimliyə 
olan iddialarınıza gəlincə, sizin elmə heç bir aidiyyatınız yoxdur!" – antinikotin xanım ciyilti ilə 
körpücükdən onun üstünə atıldı, antivivseksiya xanımın saçlarından yapışdı, ucadan və aydın səslə 
bağırdı: 
– Mən indi sənə göstərərəm, elmə aidiyyatım var, yoxsa yox?! 


Pikkerbo onları aralamağa çalışdı. Martin xoşbəxt görkəmlə Leoradan və onların yanğınsöndürən 
dostlarından bir qədər uzaqda dayanmışdı…. Öz şefinə açıq-aydın kömək etmək istəmirdi. Hər iki qadın 
əlbir olaraq, söyüş söyə-söyə Pikkerbonun üstünə atıldılar və onları, nəhayət, ayırdıqları vaxt Pikkerbo 
istehza ilə gülən minlərlə tamaşaçının diqqət mərkəzində – heç vaxt konqressə düşməmək kimi açıq-
aydın bir təhlükə qarşısında qaldı. 
Günorta saat ikidə yağış yavaşımağa başlayanda, səyyar məbədin ətrafında səhər yeməyi yemiş yeni 
izdiham yığışmışdı. Antixanımlar haqqında söhbət sürətlə ağızdan-ağıza ötürülürdü, yanğınsöndürən isə 
növbəti papirosu çəkmək üçün "Təmizliklə yanğının qarşısını alarsan!" eksponatının arxasına keçdi. Bu, 
çox bəxtsiz, balacaboy yanğınsöndürən idi və  dəhşətli dərəcədə yatmaq istəyirdi. Beynində  rahat 
yanğınsöndürənlər deposu və pokerlə bağlı bitib-tükənməyən fikirlər dolaşırdı. O, kibriti söndürmədən 
Təmiz Ev modelinin artırmasına tulladı. Təmiz Ev elə gözəl laklanmışdı ki, lap yandırılmaq üçün kerosin 
hopdurulmuş talaşanı xatırladırdı. Yanğınsöndürən içini çəkdi və göz qırpımındaca nəhəng və qaşqabaqlı 
məbəd alovlanmağa başladı. İzdiham çıxışlara doğru atıldı. 
Çıxışların əksəriyyəti şübhəsiz ki, köşklərlə tutulmuşdu. Çığırtılı bir çaxnaşma qopmuşdu, uşaqları ayaq 
altda tapdalayırdılar. 
Almus Pikkerbo qorxaq və maymaq deyildi. Heç kim bilmədi o, haradan peyda oldu, necə gəldi… Amma 
öz səkkiz qızının qabağında addımlayaraq, səyyar məbəd boyunca təntənəli surətdə keçdi, zəhmlə 
gözlərini parıldatdı və öyüd-nəsihət verərək qollarını geniş açdı. İzdiham özünü itirdi və dayandı… 
Pikkerbo şxun   kapitanına layiq bir səslə uğultunu susmağa vadar etdi və kütləni sağ-salamat oradan 
çıxartdı, sonra geri, alovlanan atəşin içinə atıldı. 
Yağışın islatdığı bina alışıb yanmadı. Martin yanğınsöndürən və Yevgenik ailəsinin başçısı ilə birlikdə 
alovu söndürdü. Təmiz Evdən başqa hər şey zədəsiz ötüşdü və dəhşət içərisində qaçan izdiham indi 
məftunluq hissi ilə aşıb-daşaraq geri qayıdırdı. Pikkerbo onun qəhrəmanına çevrilmişdi. 
İki saatdan sonra Nautilus qəzetləri fövqəladə buraxılışlarını çap etdilər. Aydınlaşdırdılar ki, Pikkerbo 
təkcə görünməmiş və dünyada ən ibrətamiz səhiyyə sərgisi təşkil etməyib, həm də öz sərkərdə cəsarəti 
və istedadı ilə yüzlərlə insanı ayaq altda əzilmək aqibətindən xilas edib. Sonuncu fikir, yəqin ki, doktor 
Almus Pikkerbo haqqında yüz minlərlə qəzet sütunlarının yazdıqları arasında həqiqətə ən uyğun gələn 
yeganə məlumat idi.  
Doktor Pikkerbonun eksponatlarını, bir də təbii ki, böyük yanğını görmək arzusu, antixanımların yeni 
davası ümidi ilə axşam şəhərin yarısı səyyar məbədə üz tutmuşdu və Pikkerbo estradaya yekun nitqini 
söyləmək üçün qədəm qoyanda, onu sürəkli alqışlarla qarşıladılar. Növbəti gün isə seçkiqabağı 
kampaniyanın son döyüşlərinə atıldı. Pikkerbo artıq bütün seçki dairəsinin suveren hökmdarı idi. 
 

 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə