Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə88/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   84   85   86   87   88   89   90   91   ...   151

Qatar saat üç əlli beşdə yola düşürdü. Pəncərələrdən boylanan məlumatsız sərnişinlərin təəccübünə 
rəğmən platforma camaatla dolmuşdu. 
Qatarın arxa meydançasında mer Pyu nitq söyləyirdi. Nautilus şəhərinin nəfəs alətləri orkestri üç 
patriotik marş ifa etdi. Sonra Pikkerbo öz ailəsinin əhatəsində meydançada dayandı. O, kütləyə baxırdı, 
gözlərində yaş parlayırdı. 
– Həyatımda birinci dəfə, – dili dolaşa-dolaşa dedi, – deyəsən, danışmaq iqtidarında deyiləm. Lənət 
şeytana! Həyəcan məni boğur. Uzun bir nitqlə çıxış etməyə hazırlaşırdım, amma söyləyə bildiyim hər şey 
bundan ibarətdir ki, hamınızı sevirəm. Sizə hədsiz dərəcədə minnətdaram, mənim dostlarım, öz gücüm 
daxilində sizi təmsil edəcəyəm. Allah köməyiniz olsun! 
Qatar hərəkətə gəldi… Öz həmvətəndaşlarına gözdən itənə kimi yaylıq yelləyən Pikkerbonu özü ilə 
apardı…  
Bu an Martin Leoraya dedi: 
– Hər halda, yaxşı oğlandır! O… Yox, heç də yaxşı deyil. Həyat elə qurulub ki, insanlara yalnız xeyirxah 
ürəkləri olduğu üçün əllaməlik etməyə imkan verilir. Mən isə burada ən sonuncu qorxaq kimi 
dayanmışdım. Bütün ştatlarda olmaq üçün bu idiotizm qasırğasını necə yola saldıqlarına bir  söz belə 
söyləmədən baxırdım. Yəni həyatda hər şey bu qədər sadədir? Yaxşı! Gedək şöbəyə, mən bu gündən 
yeni fəaliyyətə başlayacağam. Həm də vicdanla! 
 
 
XXIV FƏSİL 
 

 
Demək olmaz ki, Martin böyük təşkilatçılıq qabiliyyəti nümayiş etdirirdi, amma onun vaxtında Xalq 
Səhiyyəsi Şöbəsi köklü surətdə simasını dəyişdi. O Uinnimaklı dekan Silvanın məsləhət gördüyü doktor 
Rufus Okford adlı  zirək bir gənci   özünə köməkçi götürdü. Gündəlik iş – yeni doğulanların müayinədən 
keçirilməsi, karantinlər, vərəm əleyhinə plakatların yapışdırılması – öz qaydası ilə gedirdi. 
Su boruları və qida sənayesi üzərində nəzarət artırılmışdı, bəlkə də, bu, əvvəlkindən daha əsaslı surətdə 
aparılırdı. Çünki Martin Pikkerbo qədər könüllü inspektorlara ümid bəsləmirdi və alman koloniyasının 
böyük narazılığına baxmayaraq onlardan birini Homdel kvartalına dəyişmişdi. O, siçovulları və birələri 
qırmaq fikri ilə gəzib dolaşırdı. Statistikada adi doğuş və ölüm qeydiyyatından daha əsaslı şeylər görürdü.  
Martin ümumiyyətlə, statistikaya çox böyük əhəmiyyət verirdi və bu da qeydiyyatçını həddindən artıq 


əyləndirirdi. Çünki yeni direktor milliyətin, ixtisasın və onlarla digər faktların xəstəliklərin səviyyəsinə   
nüfuzunu əks etdirən məlumat vərəqi tələb edirdi. 
Əsas fərq ondan ibarət idi ki, Martin və Rufus Okfordun indi istənilən qədər boş vaxtları qalırdı. Martin 
hesablamışdı ki, Pikkerbo öz vaxtının böyük hissəsini bəlağətli danışığa və kütlənin ruhlandırılmasına sərf 
etməli olurdu.  
Öz ilk səhvini isə Martin yarım maaşa işləyən iki həkimə kömək etmək məqsədilə, Okfordun həftədə bir 
neçə gün pulsuz şəhər xəstəxanasında işləməsi üçün sərəncam verməklə etdi. Bu, Evancelin dairəsinin 
tibb cəmiyyətində əsl mərəkə qopartdı. Restoranda Martini görən Ervinq Uoters onun stoluna yaxınlaşıb 
öz narahatlığını çatdırdı.  
– Eşitmişəm ki, xəstəxanaya ştat artırmısan? – doktor Uoters soruşdu. 
– Aha! 
– Bundan sonra da artırmaq fikrindəsən?  
– Pis olmazdı. 
– Qulaq as, Mart. Bilirsən ki, biz missis Uoterslə sənin və Leoranın burada yaxşı qarşılanmağı üçün hər 
şey eləmişik. Mən Uinnemakdan olan yoldaşıma hər cür kömək etməyə şadam. Amma bilməlisən ki, hər 
şeyin bir həddi var. Aydın məsələdir ki, öz-özlüyümdə pulsuz müalicənin əleyhinə deyiləm. Təcrübə 
keçən həkimlərin pul ödəməyənlərlə əlləşməkdən canlarını qurtararaq, kasıb təbəqənin bit basmış 
avaralarını havayı müalicə etməyə çalışırsınızsa, bunu ancaq alqışlamaq olar. Amma digər tərəfdən də, 
siz bunu pul ödəməyə imkanı olan pasiyentlərə də aid edəcəksinizsə və onlar da pulsuz müalicə olunmaq 
üçün sizin yanınıza gələcəksə, o zaman bizim şəhərin həkimlərinin təkcə maddi deyil, mənəvi 
maraqlarına da ziyan vuracaqsınız. Halbuki həkimlər, Allah bilir, nə qədər zamanlarını xeyriyyəçiliyə sərf 
edirlər.  
Martin anlaşılmaz və düşüncəsiz bir cavab verdi: 
– Ervi, əzizim, lənətə gəlmiş nənənin dalınca cəhənnəmə yollana bilərsən! 
O saatdan sonra Uoterslə Martin artıq rastlaşanda danışmırdılar. 
Martin gündəlik işi buraxmadan laboratoriya işlərinə qapılmaq həzzinə də imkan tapırdı. Əvvəlcə iş 
arasında xırda-para məsələlərlə əlləşirdi, amma gözlənilmədən maraqlı bir "izə düşdü" və öz 
təcrübəsindən başqa, hər şey haqqında unutdu. 
Martin daha çox Klopçuk və streptokok haqqında düşünərək ayrı-ayrı fermalarda ayrı-ayrı adamlardan 
götürülmüş analizlə əylənirdi. Təsadüfən aşkar etdi ki, qoyunun qanı digər heyvanların qanı ilə 
müqayisədə həddindən artıq gemolizin hasil edir. Nə üçün streptokok qoyunda qan kürəciklərini daha 
asanlıqla həll edir, ancaq dovşanda yox? 


Əlbəttə, vəzifəsinə görə Səhiyyə Şöbəsinin kirayəyə götürülmüş bakterioloqunun haqqı yox idi ki, 
cəmiyyətin satın aldığı zamanı öz marağına sərf etsin, amma Martinin içindəki məsuliyyətsiz xəfiyyə hissi 
vicdanlı çinovnikə üstün gəldi. 
Vərəm bəlğəmi analizləri siyahısında artan uğursuzluğu bir kənara tulladı və gemolizin tapmacasının 
açılması ilə məşğul olmağa başladı. Martin streptokokkları bir günlük kulturalarda qan üçün məhvedici 
olan zəhər hasil etməyə vadar etmək istəyirdi. 
O, əzəmətli və həyəcanlandıran bir məğlubiyyət yaşadı. Sonra uzun müddət dərin fikrə getdi. Qərara 
gəldi ki, altı saatlıq kulturadan istifadə etsin. Onu sentrifuqadan keçirtdi, çöküntünün üzərində olan 
mayeni qırmızı qan kürəciklərindən olan qarışıqla qarışdırdı və termostata   yerləşdirdi. Martin iki 
saatdan sonra geri qayıtdıqda hüceyrələr həll olmuşdu. 
Leoraya zəng etdi: 
– Li! Nəsə axtarıb tapmışam! Sən mənim üçün bir neçə buterbrod hazırlayıb, axşam bura gələ bilməzsən 
ki? 
– Əlbəttə, gələ bilərəm, – Leora dedi. 
Leora gəlib çıxanda Martin ona izah etdi ki, kəşf təsadüfən edilib. Onu da bildirdi ki, elmi tapıntıların 
böyük əksəriyyəti təsadüfi alınır. Martin dedi ki, heç bir tədqiqatçı, hətta ən dahisi belə öz müşahidələrini 
zamanında dəyərləndirməkdən daha böyük iş görə bilməz.  
Onun səsi inamla, hətta bir az da əsəbi səslənirdi. 
Leora bir küncdə əyləşib, çənəsini qaşıyır və tibb jurnalı oxuyurdu. Aradabir çox da yaxşı işləməyən 
bunzenlə kofe isidirdi. Səhər  tezdən şöbəyə gələn işçilər Almus Pikkerbonun hakimiyyəti dövründə baş 
veməyən bir şeyin şahidi oldular: direktor kulturanın səpini ilə məşğul idi, onun arvadı isə stolun üstündə 
yatmışdı. 
Martin doktor Okfordun üstünə qışqırdı: 
– Donuzların yanına cumun, Rufus, şöbəni isə bu gün öz boynunuza götürün, bu gün mən yoxam, 
ölmüşəm… Hə, bir də… Loeranı evə aparın, ona qayğanaq bişirin və gələndə "Günbatana yollar"dan 
mənim üçün vetçinalı buterbrod gətirərsiniz! 
– Oldu, kapitan, – Okford dedi. 
Martin öz təcrübəsini bir daha təkrar etdi – gemozilin üzərində iki saatlıq, dörd saatlıq, altı saatlıq, səkkiz, 
doqquz, on iki, on dörd, on altı və on səkkiz saatlıq kulturaları yoxladı. Müəyyən etdi ki, qanda 
gemozilinin maksimal hasil edilməsi kultura termostatda dörd saatdan on saata qədər saxlanıldıqdan 
sonra baş verir. Martin onun yaranması düsturunu çıxarmağa çalışdı və ümidsizliyə qapıldı. Bu müddət 
ərzində əsəbiləşir, özündən çıxır, tərləyirdi. Sonda Martin əmin oldu ki, onun riyazi bilikləri uşaq 
bilikləridir, elmi məlumatı isə həddindən artıq azdır. Kimya üzərində əlləşdi, riyazi hesablamalar üzərində 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə