Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə90/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   86   87   88   89   90   91   92   93   ...   151

F.Ks.Cordan hərbi hərəkatlar teatrına tamaşanın ikinci saatında gəlib çatdı. O gələndə donuz piyi ilə 
yağlanmış Martin və toz qatı ilə örtülmüş Okford  Leoranın gətirdiyi kofeni içirdilər. 
– Belə, uşaqlar, – Cordan dedi, – siz bizi taladınız, amma növbəti dəfə zarafat etmək fikrinə düşəndə 
dinamitdən istifadə edin: vaxtınıza əməlli-başlı qənaət edər. Bilirsiniz, uşaqlar, çox xoşuma gəlirsiniz, 
amma təəssüf edirəm ki, sizinlə haqq-hesab çürütməli olacağam. Qoy bütün müqəddəslər yardımçınız 
olsun. Mənə bir az vaxt verin, özünüz görəcəksiniz ki, odla oynamağı sizə necə tərgidirəm. 
 

 
Kley Tredqold onların həvəskar işindən vəcdə gəldi: 
– Çox gözəl! Mən bütün işlərdə sizin ONZ-ni müdafiə edəcəyəm. 
Bu vəd Martini o qədər də sevindirmədi, çünki Tredqold və kompaniya həddindən artıq tələbkar olmağa 
başlamışdı. Onlar Martinlə Leoranı özləritək azadfikirli və məşhur insanlar kimi qəbul edirdilər. Amma öz 
aralarında qərar vermişdilər ki, (Erousmitlərin Nautilusa köçməsindən çox-çox əvvəllər) qrupları azad 
düşüncəli və məşhur monopoliyaya sahibdir və bu səbəbdən Erousmitlərin hər şənbə-bazar onlarla 
kokteyl içməyə, poker oynamağa gəlməsinə təkid edirdilər. Onlar başa düşə bilmirdilər ki, nə üçün 
Martin laboratoriyada "streptolizin" adlandırılan və kokteyllərlə, avtomobillərlə, polad külək mühərrikləri 
ilə, ya da sığorta əməliyyatları ilə ortaq heç nəyi olmayan cəfəngiyat üzərində yorulmadan əlləşməyi 
üstün tutur.  
Bir dəfə axşam, Mak-Kendles evlərinin dağıdılmasından iki həftə sonra, Martin laboratoriyada işləyirdi. 
O, Qrupu əyləndirə biləcək təcrübə ilə məşğul deyildi. Halbuki, məsələn, bakteriya kolonyasından  
mayenin necə bulandığını, yaxud maddənin öz rəngini bir an içində necə dəyişdiyini göstərməklə onları 
heyran qoya bilərdi.  
Martin hər şeyi unutmuş, gözlərini loqarifmlər  cədvəlinə dikərək stol arxasında fikrə getmişdi. Leora yox 
idi. O, dodaqaltı deyinirdi: 
– Lənət şeytana, o da xəstələnməyə vaxt tapdı! 
Tredqold, Şlemil və arvadları Köhnə Kənd Karvansarasına səyahət təşkil etmişdilər. Onlar Martinin 
mənzilinə zəng edərək onun harada olduğunu öyrəndilər. Siti-Holl dalanından çıxdıqdan sonra 
laboratoriya üz tutdular və onu orada tənha, qanıqara vəziyyətdə tapdılar. 
Tredqold coşdu: 
– Oğlanı buradan çıxarmaq lazımdır, qoy özünə gəlsin. Amma əvvəlcə evə gedək, kokteyl düzəldək, sonra 
da onun üçün yaxşı bir süprpiz hazırlayarıq. 
Yarım saatdan sonra Tredqol səs-küylə laboratoriyaya soxuldu.  


– Siz aylı yaz gecəsini belə keçirirsiniz, ey gənc Eroukədər?!  Gedək bizimlə, rəqs edək. Cəld! Papağını 
götür! Qaçaraq! 
– Lənət şeytana, Kley! Çox şad olardım, amma, doğrudan da, gedə bilmərəm. İşləməliyəm: inanın ki 
bacarmaram. 
– Boş sözdür! Axmaq-axmaq danışmayın! Siz onsuz da çox işləmisiniz. Bir baxın, atanız sizə nə gətirib. 
Sözəbaxan olun! Bir-iki kokteyl aşırarsınız, sonra hər şeyi tamamilə yeni rəngdə görəcəksiniz. 
Martin özünü "ağıllı apardı", amma heç nəyi yeni rəngdə görmədi. Tredqold  etiraz dinləmək istəmirdi. 
Martin boyun qaçırmaqda davam edirdi – əvvəlcə nəzakətlə, sonra isə bir qədər kobudcasına. Şlemil 
pəncərənin altında avtomobilin siqnalını basır, susmaq bilmirdi. Davamlı və əsəb qıcıqlandıran səs 
Martinin bağırmasına səbəb oldu: 
– Allah xətrinə çıxın, ona söyləyin ki, səsini kəssin! Xahiş edirəm. Məni rahat buraxın! Sizə dedim ki, 
işləməliyəm! 
Tredqold gözlərini bərəltdi. 
– Mən əlbəttə, gedəcəyəm. Diqqət göstərməklə özümü insanlara sırımağa adət etməmişəm. Narahatlığa 
görə üzr istəyirəm! 
Üzrxahlıq etməli olduğu Martinin ağlına gələnə kimi avtomobil yerindən tərpəndi. Martin səhəri gün, 
sonra da bütün həftə  Tredqoldun zəngini gözlədi. Tredqold da öz növbəsində Martindən zəng gözləyirdi. 
Beləliklə, ədavət halqası daha çox sıxılmağa başladı. Bu müddət ərzində Leora və Klara Tredqold bir-iki 
dəfə görüşdülər, amma hər ikisi özünü narahat hiss edirdi. İki həftə sonra Tredqoldların evində nahar 
vaxtı şəhərin ən məşhur həkimi Martini dar dünyagörüşlu, özündənrazı gənc  adlandıraraq, onun 
qarasına danışırdı. Kley və Klara Tredqoldlar isə dinləyir və razılaşırdılar. 
…Müxalifətçilər birdən-birə Martinin əleyhinə qalxdılar.  
Bir çox həkimlər təkcə elə pulsuz müalicəni genişləndirdiyi üçün ona qarşı köklənməmişdilər. Digər səbəb 
də o idi ki, Martin nadir hallarda onlardan kömək istəyirdi. Məsləhət isə, ümumiyyətlə, heç vaxt almazdı.  
Mer Pyu Martini nəzakətsiz hesab edir, Klopçuk və F.Ks.Cordan onu satqınlıqda ittiham edirdilər. 
Reportyorlar isə sirverməzliyinə və kəsin çıxışlarına görə onu sevmirdilər. O ki qaldı qrupa,  o, belə bir 
durumda Martini müdafiə etməyə son qoydu.  
Martin az, ya çox – düşmən qüvvələrin artdığını hiss edirdi. Başa düşürdü ki, onların arxasında şübhəli 
işbazlar, saxtalaşdırılmış süd və dondurma satıcıları, antisanitar dükanların və çirkli evlərin sahibləri 
dururlar. Bu insanlar həmişə Pikkerboya nifrət ediblər, amma populyarlığına görə ona hücum etməyə 
cəsarətləri çatmayıb. İndi isə birləşəcək və var gücləri ilə Xalq Səhiyyəsi Şöbəsini darmadağın etməyə 
çalışacaqlar.  
Belə bir vəziyyətdə artıq Pikkerbonu layiqincə qiymətləndirə bilirdi. Martin əsgər kimi öz şöbəsini 
qorumalı olduğunu anlayırdı. 


Mer Pyu Martini başa saldı ki, pis hadisələrin baş verməsindən qaçmaq üçün ən yaxşı addım istefadır. 
Martin isə istefa vermək istəmirdi. O, həmvətənlərindən ona dayaq olmağı da xahiş etmədi. Yalnız 
Leoranın sarsılmaz sakitliyinə arxalanaraq öz işini vicdanla yerinə yetirməyə və təqib edənlərə fikir 
verməməyə çalışdı. Amma bacarmadı. 
Qəzetlərdə felyetonlar və üç sətirlik "redaksiyadan" qeydləri onun tiraniyasını, məlumatsızlığını, 
təcrübəsizliyini gülüş hədəfinə çevirmişdi. Xəstəxanada müalicə aldıqdan sonra bir qarı öldü və 
müstəntiq danışmağa başladı ki, "bu ətcəbala – bizim qüdrətli sağlamlıq nəzarətçisinin köməkçisi 
günahkardır". Kimsə "padşah məktəbli" ayamasını ortaya atdı və o, bərk-bərk Martinə yapışdı.  
Səhər yeməkləri zamanı, Valideynlər və Pedaqoqlar Assosiasiyasının iclaslarında baş tutan 
müzakirələrdə, merə göndərilmiş yeganə açıq imzalı məktubda Martini südü həddindən artıq ciddi 
yoxlamada təqsirləndirir və qeyri-kafi yoxlamada günahlandırırdılar. Zibili yığmayan insanlara qarşı 
səhlənkarlıq və istirahət bilməyən süpürgəçilərin, zibilyığanların cana gətirilməsi müzakirə mövzusuna 
çevrilirdi. Çex kvartalında çiçək xəstəliyi baş qaldıranda isə dedilər ki,  Martin şəxsən xəstəliyə qarşı 
peyvənd aparıb.  
Martinin çatışmazlıqları ilə bağlı şəhər sakinlərinin təsəvvürü nə qədər dumanlı olsa da, bir dəfə 
inamlarını itirdikdən sonra insanlar onu həmişəlik unutdular. Əhali öz-özünə yayılan şayiəni də havada 
tutdu:  guya, Martin Orxideyanı yoldan çıxararaq öz hamisinə, onların sevimlisi doktor Pikkerboya 
xəyanət edib. 
Bu həyəcanlandırıcı xüsusiyyətlə, yəni əxlaqsızlıqla o bütün mötəbər kilsələri özünə qarşı qaldırdı. 
Conatan Edvards kilsəsinin pastoru "Vaal bütxanalarında günahkarlıq" moizəsini (moizədə özünü padşah 
təsəvvür edən bir insan haqqında danışılırdı; o, şəhəri  xəyali xəstəliklərdən qoruyur eyni zamanda da, 
gizli yerlərdə yuva salan gizli günahla oynaşırdı)  yenidən oxudu. Xəbər yayıldı ki, o, şərin və əclaflığın 
qara qüvvələri ilə, bir də vicdanlı, amma aldadılmış zəhmətkeşlərin hesabına piylənən soyğunçularla 
ittifaq bağlayıb. Sonra da dedilər ki, o,  mərd kişi mühitində ayağa qalxıb bu sözləri deməyə cəsarət edə 
bilmir: "Mənim ürəyim də təmizdir, əllərim də". 
Düzdür, vəcdə gələn gəlmələrdən kimlərsə düşünürdülər ki, bu əhvalat merə işarə vurur, başqaları isə 
onu F.Ks.Cordana aid edirdilər. Amma  gözüaçıq sakinlər bütün işlərin arxasında xəyanət və əxlaqsızlıq 
yırtıcısına – doktor Erousmitə qarşı cəsarətli həmlə görə bilirdilər. 
Şəhərdə onu yalnız iki din xadimi müdafiə edirdi: irland katolik kilsəsindən pater Kostello və ravvin Rovin. 
Onlar, sən demə, öz aralarında dost imişlər və hər ikisi kilsə pastoru Conatan Edvardsı sevmirdi. Bu iki 
dost öz pastvalarının  başına ağıl qoymağa çalışırdılar. Hər biri təkid edirdi: 
– Burada bir çoxları əl altından bizim səhiyyənin yeni direktorunu günahlandırır. Kimisə günahlandırmaq 
istəyirsinizsə, bunu açıq-aşkar söyləyin. Mən qorxaq eyhamlar eşitmək istəmirəm. Bir də icazə verin 
deyim ki, o, xalq sağlamlığının gözətçisi kimi, vicdanlı və elmli adamdır. Belə bir həkimə malik olmaq 
şəhərimiz üçün böyük xoşbəxtlikdir. 
Amma bu dindarlar kasıb idilər.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə