Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə92/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   88   89   90   91   92   93   94   95   ...   151

– Çox gözəl, azaldın. Sizi görüm lənətə gələsiniz! – Martin bağırdı. 
Bu çox effektiv və orijinal səsləndi, amma Leorayla Martin ev sahibi ilə bağlanmış müqaviləyə əsasən ən 
cüzi qənaətlə belə ildə mindən az məbləğə yaşaya bilmədiklərini hesabladıqda, vəziyyət o qədər də yaxşı 
görünmürdü.  
Məsuliyyətdən azad olmuş Martin Şöbənin xilas edilməsi üçün öz fraksiyasını yaratmağa başladı. Ravvin 
Rovin, pater Kostello, şəhərdə qalmağa və şəxsi təcrübəyə keçməyə qərar verən Okford, Həmkarlar 
İttifaqarları Şurasının katibi, Tredqoldu həddindən artıq yelbeyin hesab edən bankir, bir də məktəb 
ambulatoriyasının diş həkimi olan çox yaxşı bir oğlan...  
– Bu cür müttəfiqlərlə nəyəsə nail olmaq mümkündür, – ağzıdolu Leoraya deyirdi, – Mən geri çəkilmək 
fikrində deyiləm. ONZ-u GİXA-a çevirmələrinə imkan vermərəm. Bisseks də Pikkerbo kimi boşboğazdı, 
sadəcə, onda Pikkerbonun enerjisi və vicdanı yoxdur. Mən onun öhdəsindən gələrəm!  Natura etibarilə 
məmur deyiləm, amma xəyalımda artıq yeni ONZ yaranıb; o qaz halında deyil, bərkdir, o, doğrudan da, 
uşaqları xilas edə və yoluxucu xəstəliklərin qarşısını ala bilər. Mən geri çəkilməyəcəm! Görərsən! 
Onun tərəfdaşları Ticarət Palatasını ayağa qaldırdılar, eyni zamanda, onlar əmin idilər ki, "Sərhədçi"nin 
qoca reportyoru onların tərəfini tutacaq, "öz şefinə döyüşə girmək cəsarəti verəcək".  
Amma yaşadığı xəcalət hissi Martinin döyüşkənliyini sarsıtdı. Hesabları ödəmək üçün onun həmişə pulu 
çatmırdı, o isə özündən çıxmış baqqalları yola gətirməyə, borcunu xatırladan zəhlətökən məktublar 
almağa, qapının ağzında dayanaraq azğınlaşmış kreditorlarla mübahisə etməyə alışmamışdı. Bir neçə gün 
əvvəl vəzifəli bir adam olan Martin indi borc sahiblərinin "Yaxşı! Artıq deyəcək bir söz yoxdur! Elə bu 
dəqiqə ödəyin, yoxsa mən polis çağıracağam!" qışqırığına dözmək məcburiyyətində qalırdı. Xəcalət hissi 
dəhşət hissinə çevrildiyi vaxt doktor Bisseks gözlənilmədən onun məvacibini daha iki yüz dollar  kəsdi. 
Martin izahat tələb etmək üçün yel kimi merin kabinetinə soxuldu və cənab Pyu ilə Frenk Ks.Cordanın bir 
yerdə oturduğunu gördü. Aydın idi ki, onların hər ikisi əməkhaqqının ikinci dəfə azaldılmasından 
xəbərdar idilər və bunu şən bir zarafat hesab edirlər. 
Martin yenidən öz fraksiyasını topladı. 
– Mən məhkəməyə verəcəyəm! – özündən çıxdı. 
– Çox gözəl, – pater Kostello dedi, ravvin Rovin isə əlavə etdi: 
– Ceniks… O radikal vəkildir və sizin işinizi havayı aparacaq. 
Amma müdrik bankir onların sözünü kəsdi: 
– Nə qədər ki, heç bir səbəb olmadan işdən çıxarılmamısınız, məhkəməyə getmək üçün əlinizdə əsas 
yoxdur. Qanuna görə, Bisseks sizin əməkhaqqını nə qədər istəyirsə, o qədər də azalda bilər. Onun belə 
bir hüququ var. Şəhər Qanunlar Külliyyatında yalnız direktora və sanitar inspektorlarına dəyişməz 
əməkhaqqı nəzərdə tutulur. Başqa heç kəsə. Yəni heç nədən şikayət edə bilməzsiniz. 


Martin melodramatik jestlə etiraz etdi: 
– Deyirsiniz ki, heç nədən şikayət edə bilmərəm? Axı o gözlərimin qabağında Şöbəni məhv edir? 
– Şəhər üçün bunun əhəmiyyəti yoxdursa, heç nədən... 
– Yaxşı! Mənim üçün axı bu əhəmiyyətsiz deyil. Acından ölərəm, amma istefa verməyəcəyəm!  
– İstefaya getməsəniz, həqiqətən də acından öləcəksiniz. Amma yaddan çıxarırsınız ki, sizin yanınızda 
arvadınız da var. Mənim planım belədir, – bankir sözünə davam etdi, – burada, bu şəhərdə şəxsi təcrübə 
ilə məşğul olacaqsınız, kabinetinizin təchiz olunması və digər işlər üçün vəsait verəcəyəm, beş ildən, on 
ildən sonra biz yenidən birləşərik və sizi tam səlahiyyətli direktor qoyarıq. 
– On il gözləmək?! Nautilusda? Bacarmaram! Mən burada boğuluram. Otuz iki yaşımda tamamilə müflis 
olmuşam. İstefa verəcəyəm. Yenidən səyahətə çıxacağam, – Martin sözünü yekunlaşdırdı. 
– Əminəm ki, Çikaqonu sevəcəyəm, – Leora yenə də ona təskinlik verirdi. 
 

 
O, Anqus Dyuerə məktub yazdı. Onu Raunsfild klinikasına patoloq təyin etdilər. Sadəcə, Anqus cavabında 
bildirdi ki, indiki zaman üçün ona dörd min beş yüz ödəmək imkanına malik deyillər, amma iki min beş 
yüzü böyük məmnuniyyətlə verə bilərlər. 
Martin razılaşdı. 
 

 
Nautilus qəzetlərində Martinin istefa verdiyi ilə bağlı məlumat çap olunanda vətəndaşlar altdan-altdan 
gülməyə başladılar: "İstefaya getdi? Yox a?! Onu boynunun dalından tutub işdən atdılar". Qəzetlərin 
birində isə zərərsiz bir yazı çap olunmuşdu: 
 
"Bizlərdən, günahkarlardan heç kim, azacıq da olsa riyakarlıq payından xali deyilik. Amma vəzifəli bir 
adam işdə  günahın içində batdığı halda müqəddəs insan rolu oynamağa başlayırsa və siyasi intriqalara 
vararaq öz kobud cahilliyini, tutarsızlığını gizlətməyə çalışırsa, hələ bu azmış kimi, məsum görünüş alırsa, 
üstəgəl məlum olur ki, o həm də bivec siyasətçidir – o zaman – köhnə fırıldaqçıların arasındakı ən 
fırıldaqçı belə, fəryad etməyə və qisas almağa hazırdır". 


 
Pikkerbo Vaşinqtondan Martinə yazdı: 
"Çox böyük təəssüf hissi ilə öyrəndim ki, istefa vermisiniz. Necə məyus olduğumu sözlə ifadə edə 
bilmirəm. Özü də sizi işə gətirənə və ideallarımla tanış edənə qədər çəkdiyim bu əziyyətlərdən sonra… 
Bisseks mənə məlumat verdi ki, şəhər maliyyəsində olan böhrana görə müvəqqəti olaraq əmkhaqqınızı 
azaltmağa məcbur qalıb. Mən bu nəcib və quruculuq işlərindən imtina etməkdənsə, yəqin ki, ONZ-da 
pulsuz işləyə çörəkpulu qazanmaq üçün harasa gecə qarovulçusu düzələ bilərdim. Mənim üçün çox 
ağırdır. Sizə səmimi  simpatiya bəsləyirdim… Dönüklüyünüz, yalnız mənfəət xətrinə yenidən şəxsi 
praktikaya qayıdışınız, çox yüksək əməkhaqqıya görə satılmaq qərarınız mənim son zamanlar qismətimə 
düşənlər arasında ən böyük zərbə oldu". 
 

 
Çikaqoya yaxınlaşarkən Martin düşündüklərini ucadan dedi: 
– Heç vaxt ağlıma gəlməzdi ki, belə bir iyrənc məğlubiyyətə dözə bilərəm. Bundan sonra məni daha 
laboratoriyaya, nə də xalq sağlamlığının mühafizəsi idarəsinə sala bilməzsən. Vəssalam! Ancaq pul 
qazanacağam! 
Raunsfildin klinikası, güman etmək olar ki, axmaqlar üçün qızıla tutulmuş tələ idi: bədbəxt milyonçuları o 
dərəcədə qorxudurdular ki, onlar tibbi kommersiyanın təklif edə bildiyi ağıla gələn və ağıla gəlməyən 
bütün müayinələrə, cərrahiyyə əməliyyatlarına külli miqdarda pul xərcləyirdilər. Ümid edirəm ki, belədir! 
Mən nə gözləməliyəm ki? Ömrümün sonuna kimi kommersant həkim, ticarət assosiasiyasının üzvü 
olacağam. Yəqin ki, buna ağlım yetəcək! 
Bütün ağıllı adamlar soyğunçudurlar! Onlar öz dostları ilə səmimidirlər, amma bütün başqalarına nifrət 
edirlər. Necə nifrət etməsinlər ki, kütlənin özü çapıb talamayanlara nifrət edir. Anqus Dyuerin fərasəti 
bunu elə əvvəlcədən, hələ universitetdə oxuyarkən başa düşməyə yetdi. Çox güman ki, cərrah 
texnikasına mükəmməl yiyələnib, amma onu da bilir ki, insan yalnız qamarlaya bildiyi şeyləri qazana 
bilər. Amma işə bir bax, ona həmişə aydın olan sadə bir şeyi başa düşmək üçün mənə neçə il lazım gəldi. 
Bilirsən, neyləyəcəyəm? Mən Raunsfild klinikasından bərk-bərk yapışacağam, ta ki ildə, otuz min 
qazanmayana kimi… O zaman Okfordu öz yanıma dəvət edəcək, şəxsi klinika açacağam. Orada həm 
terapevt kimi çalışacağam, həm müəssisəmin tam sahibi olacağam… xəstələrdən nə qədər mümkünsə, 
pul qoparacağam.  
Çox gözəl, insanlara daha az müalicə, daha çox pul lazımdırsa, neyləmək olar, qoy ödəsinlər! 
Heç vaxt inanmazdım ki, belə bir vəziyyətə düşə bilərəm: kommersant olmaq və başqa heç nə 
arzulamamaq! Əşşi, mən başqa biri olmaq istəmirəm! İnan mənə! Artın dirənmişəm!  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə