Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə95/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   91   92   93   94   95   96   97   98   ...   151

Mak Qerkin evi. Dik divar, şüşə və daşdan otuz çılpaq mərtəbə… Nyu-York buradakı ensiz üçbucaqdan 
dünyanın dörddə birini idarə edirdi. 
Nyu-Yorkla ilk tanışlıq Martini nəinki, heyrətləndirmədi, hətta Çikaqonun "Petle"sində yaşanan bir ildən 
sonra Manhetten ona tənbəlcəsinə sakit göründü. Amma yerüstü dəmiryolunda Vulvort göydələninə 
baxanda o, qəribə bir heyranlıq hiss etdi. Bu vaxta qədər Martin üçün arxitektura anlayışı mövcud 
deyildi. Onun nəzərində binaların bəziləri daha çox, bəziləri isə daha az maraqlı əşya saxlayan böyük və 
ya kiçik yeşiklər anlamını verir. Memarlıqla bağlı indiyə kimi deyə bildiyi ən qızğın söz belə olmuşdu: 
"Şüşəbəndi olan qəşəng bir evdi, orada yaşamaq pis olmazdı". İndi isə "Bu qülləni hər gün görmək yaxşı 
olardı… onun arxasından buludların, küləklərin, hər cür axının necə keçib getdiyini görmək… insan 
məmnunluq hiss edir" kimi fikirlər ağlından keçirdi.  
O, Sider-stritlə dünyanın hər yerinə mal daşıyan yük maşınlarının səs-küyü içində addımladı. Sonra Mak 
Qerkin evinin tunc rəngli qapılarından keçərək parlaq terrakota  divarları olan dəhlizə adladı. Divarlarda 
perulu hindilər freskalarda bir yerə "yığışmışdı", piratlar Qərbi-Hindistan dənizlərindən gileylənirdilər, 
qatarlar mühafizə altında qızıl aparırdılar. Uzaqda isə Kartaxena qalası ucalırdı. Dəhlizin Sider-stritə çıxan 
başında (təkcə elə bu dəhliz uzunluğu bütün kvartal boyunca olan xüsusi şəxsi küçə idi) Ando-Antil bankı 
yerləşirdi (idarə heyətinin sədri Ross Mak-Qerk idi); bankın qızıl suyuna çəkilmiş ibadətgahında kürən 
eksportçular – yankilər çekləri Kitoya göndərir və hesabdarlar isə ləng tərpənən qadınların üstünə 
ispanca nəfəs dərmədən, fasiləsiz olaraq   çığırırdılar. Küçənin Liberti-stritə çıxan ucunda isə lövhə 
vurulmuşdu: "Mak-Qerk gəmiçilik idarəsinin sərnişin kantoru. Qərbi Hindistana və Cənubi Amerikaya 
reyslər həftədə bir dəfədir". 
Preriyanın ortasında anadan olan, heç vaxt uzun müddətə qarğıdalı çöllərinin gözəlliyindən ayrılmamış 
Martin bura düşən kimi dərhal xəyalən ekzotik ölkələrə – qeyri-adi sərgüzəştlərə yollandı. 
Amma tunc hasarın arxasında olan liftlərin birində belə bir lövhə gözünə dəydi: "Mak-Qerk İnstitutuna 
ekspress". Martin qürurla içəri daxil oldu, artıq özünü bu kahinlər ittifaqının üzvü kimi hiss edirdi. Kabinə 
sürətlə yuxarı qalxmağa başladı və mədən şirkətlərinin, meşəsənayesi şirkətlərinin, Mərkəzi Amerika 
dəmiryol şirkətlərinin adları yazılmış tutqun şüşəli qapılar yarım saniyə ərzində gözü qarşısından ötüb 
keçdi. 
Mak-Qerk İnstitutu dünyanın bütün elmi tədqiqat institutlarının arasında yeganə yer idi ki, işgüzar 
kantorlarla bir binada yerləşirdi. O, Mak-Qerk evinin iyirmi doqquzuncu və otuzuncu mərtəbələrini 
tutmuşdu, binanın damı isə institutun vivariumu  kimi fəaliyyət göstərirdi və kafel yolun altında  alimlər 
osmosları   Spirogyranı  fərəhlə xəyal edərək  ora-bura gəzişirdilər. Onların çalışdığı bu məkan stenoqrafçı 
qadınların, hesabdarların və ən yaxşı kostyumları Argentina varlılarına satmağa hazırlaşan centlmenlərin 
dünyasının üstündə yerləşirdi.  
Handan-hana Martin fikir verdi ki, institutun qəbul otağı öz ağ paneli və "çippendal" stulları ilə balaca, 
amma daha soyuq və daha mərifətlidir; bununla da Raunsfild klinikasının qəbul otağından yetərincə 
fərqlənir. Amma bu gün Martin, otaqlara diqqət etmədi, katibənin kəskin stakkatosunu eşitmədi, yalnız 
bir şeyi hiss etdi: o, indi Maks Qotlibi görəcək. Özü də beş il ərzində ilk dəfə. 


Martin gözlərini acgözlüklə geniş açaraq  laboratoriyanın qapısının ağzında dayandı. 
Qotlibin yanaqları elə əvvəlki kimi dartılmışdı,  burnu da həminki sərt qarğa burnu idi… Qaynar gözləri 
həmişəki kimi nəzakətlə baxırdı, amma saçları ağarmış, ağzının kənarındakı qırışlar bir az da 
dərinləşmişdi. Sevimli professorunun necə çətinliklə ayağa qalxdığını gördükdə Martin az qaldı ki, 
ağlasın. Qoca uzun müddət əlini onun çiyininə qoyaraq Martinə öz boyu hündürlüyündən baxdı, sonra 
yalnız bunu söyləyə bildi: 
– Aha! Bu yaxşıdır. Sizin laboratoriya bu dəhlizdə sonrakı otaqda yerləşir, üçüncü qapı… Amma mənə 
göndərdiyiniz məqalədə bir bəndə etirazımı bildirirəm. Siz deyirsiniz: "Streptolizinin yox olmasının 
müntəzəmliyi belə fikirləşməyə imkan verir ki, riyazi formul tapmaq olar…" 
– Doğrudan da, mümkündür, cənab! 
– O zaman nə üçün siz onu tapmadınız? 
– Hə, doğrudan da… bilmirəm. Pis riyaziyyatçı olduğum üçün. 
– Deməli, riyaziyyatın öhdəsindən gəlməyincə məqaləni çap etdirmək lazım deyildi. 
– Mən… Doktor Qotlib, həqiqətən elə fikirləşirsiniz ki, burada, sizin yanınızda işləmək üçün biliyim kifayət 
edər? Mən uğur qazanmağı çox istəyirəm. 
– Uğur? Haradasa bu sözü eşitmişəm. İngilis sözüdür? Ah, hə, balaca məktəblilər ondan Uinnemak 
universitetində istifadə edirdilər. Bu söz imtahan vermək anlamındadır. Amma burada imtahan vermək 
lazım deyil. Martin, gəlin açıq danışaq. Siz laboratoriya texnikasından baş çıxarırsınız. Cürbəcür basillər 
haqqında məlumatlısınız; O qədər də nümunəvi kimyaçı deyilsiniz, riyaziyyatçı isə… dəhşət!.. pis 
riyaziyyatçısınız! Amma öyrənmək həvəsiniz var və inadkarsınız. Hazır  qaydaları isə qəbul etmirsiniz. Ona 
görə də düşünürəm ki, ya sizdən çox yaxşı alim çıxacaq, ya da həddindən artıq pis... Pis alim olsanız, varlı 
xanımların arasında populyarlaşacaqsınız, o xanımlar isə Nyu-York şəhərini idarə edirlər. Həmçinin 
pullanmaq üçün mühazirələr oxuya, bu qabiliyyətinizlə lazımi adamların etimadını qazana bilərsiniz. Sizi 
hətta  kollec rektoru da təyin edə bilərlər. Bir sözlə, belə və ya başqa cürə, bu, maraqlı olacaq. 
Yarım saat sonra onlar qızğın mübahisə edirdilər: Martin isbat etməyə çalışırdı ki, bütün dünya 
müharibələrə, ticarətə və roman yazılmasına son qoymalı və  yeni hadisələri müşahidə etmək üçün 
laboratoriyalara üz tutmalıdır. Qotlib isə etiraz edirdi ki, elmdə onsuz da səthi adamlar çoxdur. Yalnız bir 
şey vacibdir – əvvəllər müşahidə edilmiş hadisələrin riyazi analizi; addımbaşı keçirilən, həm də təkziblərlə 
dolu bir analiz...   
Bu, çox acıqlı səslənirdi və hər dəqiqə Martində xoş bir hiss yaradırdı:  nəhayət, evdədir. 
Onların söhbət etdikləri laboratoriyada (Qotlib ensiz kürəyinin arxasında əlini buraraq əcaib bir düyün 
yaratmışdı və bir küncdən o birinə doğru addımlayırdı, Martin gah hündür kətildə oturur, gah da onların 
üstündən ora-bura tullanırdı) su borusu, stol, piştaxtanın üstünə yığılmış nömrəli cihazlar, mikroskop, bir 
neçə dəftər və pH cədvəli... Və o, heç nə ilə diqqəti cəlb etmirdi. Laboratoriyada sadə mətbəx stolunun 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə