Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə97/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   93   94   95   96   97   98   99   100   ...   151

– Allahım, mənə aydın görə bilmək qabiliyyəti ver və tələskənlikdən xilas et. Allahım, mənə dinclik ver və 
bütün süni şeylərə, yalançı, zəif və başa çatdırılmamış işə mərhəmətsiz olmaq bacarığı bağışla. Tanrım, 
mənə yorulmazlıq hissi ver, qoy yatmayım, tərifləri eşitməyim… Ta ki, müşahidələrimdən çıxan 
nəticələrin hesablarımın nəticələri ilə üst-üstə düşdüyünü görənə kimi… Ta ki, itaətkar sevinc içində öz 
səhvimi aşkar və ifşa edənə kimi. Tanrım, mənə Allaha inanmamaq üçün güc ver! 
 
 
 
 

 
O, nömrə tutduqları sadə mehmanxanaya Otuzuncu küçə ilə piyada yollandı… Bütün yolboyu yanından  
ötüb keçənlər gözlərini ona zilləmişdilər – arıq, rəngi qaçmış, qara gözlü və ətrafa işıq saçan gənc 
oğlana… O isə izdihamın içindən, az qala, qaçaraq və heç nəyə fikir vermədən gedirdi, bununla belə, 
duman içində olsa da, hər şeyi görürdü: təkəbbürlü binaları, çirkli küçələri, qaynar gediş-gəlişi, xoşbəxtlik 
axtaranları, axmaqları, xoş görünüşlü qadınları, möhtəşəm mağazaları, küləkli səmanı… Ayaq səslərinin 
tappıltısı altında isə bu sözlər qulaqlarında cingildəyirdi: "Mən öz işimi tapmışam, mən öz işimi 
tapmışam!" 
Leora onu gözləyirdi… Taleyinə ucuz mehmanxana nömrələrindəki cırıldayan kürsülərdə əbədi olaraq 
onu gözləmək yazılmış Leora. Martin otağa şığıyanda qadın gülümsədi; onun incə, zərif bədəni, sanki, işıq 
saçırdı. Danışmağa macal tapmamış Leora qışqırdı: 
– Kürən, elə şadam ki! 
Martin otaqda Maks Qotlibə, Mak-Qerk İnstitutuna, Nyu-Yorka və stafilolizinin gözəlliyinə təriflər 
yağdıraraq ora-bura var-gəl edirdi… Leora bir sualı ilə onun sözünü ağzında qoydu: 
– Əzizim, sən nə qədər alacaqsan? 
Martinin dili dolaşdı. 
– Lənət şeytana! Soruşmaq yadımdan çıxıb! 
– Belə, belə… 
– Başa düş! Bu, sənin üçün Raunsfildin klinikası deyil! Mən ancaq pul haqqında düşünən o koryapalaqları 
həzm edə bilmirəm.  


– Başa düşürəm, Kürən. İnan ki, mənim üçün, fərqi yoxdur. Sadəcə, bilmək istəyirdim, necə mənzildə 
yaşamaq imkanımız olacaq. Yəni artıq axtarmağa başlayardım. Hə, yaxşı. Deməli, doktor Qotlib dedi ki… 
Onlar nahar etməyə ancaq üç saatdan sonra – axşam səkkizdə gedə bildilər. 
 
 
 
 
 

 
Bu möcüzələr şəhərində Martin tezliklə həm şəhəri, həm də onun möcüzələrini görməyi yadırğadı. O 
qarşısında yalnız qabaqcadan müəyyənləşdirilmiş və cızılmış yol görürdü: mənzil, metro, institut, 
seçdikləri ucuzvari restoran, camaşırxana, qastronom mağaza, bir də kinoteatrları olan bir neçə küçə…  
Amma bu gecə bütün şəhər sehrli duman içində üzürdü. Onlar Qustav Sondeliusun haqqında danışdığı 
Brevurtda nahar edirdilər. Min doqquz yüz on altıncı il idi – hələ ölkəni sağlam və ayıq etməmişdilər. 
Hələ Brevurt fransız mundirləri, ikra, uzun qalstuklar, Nyu-Sen-Jorj, illustrasiyaçı rəssamlar, Qran 
Marnye, Britaniya kəşfiyyat xidmətinin zabitləri  və birja dəllaları söz-söhbətlə, bir də köhnə Martel 
konyakı ilə dolu idi. 
– Əzizim, buranın əhalisi bir az dəlisovdur, – Martin dedi, – Başa düşürsən? Biz özümüzə ləyaqətli 
görünüş verməyə məcbur deyilik. Burada nə Ervinq Uoters, nə də Anqus Dyuer bizə nəzarət etmir! 
Görəsən, bir şüşə şampan şərabı soruşmaq ədəbsizlik olmaz ki? 
…Səhəri gün yuxudan həyəcanlı bir fikirlə oyandı: Nautilusda və Çikaqoda olduğu kimi, bu işdə də fırıldaq 
yoxdur ki? Amma işə başlayan kimi ona elə gəldi ki, ideal bir dünyaya düşüb. İnstitut davamlı olaraq onu 
bütün materiallarla və şəraitlə təmin edirdi. Bunu sadəcə, xəyal edə bilərdi: heyvanlar, termostatlar, şüşə 
qablar, kulturalar, mühit… Martinin çox yaxşı təlim keçmiş preparatçısı – "qarsonu" var idi.  Onları 
institutda belə adlandırırdılar. İnstitutda ona həqiqətən də azadlıq vermişdilər.  Müstəqil işə 
həvəsləndirirdilər. O, həqiqətən də elə insanların mühitinə düşmüşdü ki, onların beyinlərində qafiyəli 
plakatlar, cərrahiyyə əməliyyatı üçün iki minlik çeklər deyil, kolloidlər , sporulyasiyalar   və elektronlar, 
bir də onları idarə edən qanunlar dolaşırdı. 
Birinci iş günündə Martin fiziologiya şöbəsinin müdiri doktor Riplton Holaberdlə tanış oldu. 
Bu ada fiziologiya jurnallarının səhifələrində çox rast gəlsə də, Holaberd onun gözünə həddindən artıq 
gənc və şöbə müdiri üçün həddindən artıq qəşəng göründü: hündür, arıq, səliqəli bığları olan mülayim 
bir adam... Martin Klif Kloson məktəbini keçmişdi. Yəni nə qədər ki, doktor Holaberdin sürətli 


salamlamasını eşitməmişdi, ağlına belə gətirməzdi ki, bir kişi səsi bu qədər valehedici ola bilər. 
 
Xolaberd onu institu¬tun¬ hər iki mərtəbəsini gəzdirdi və Martin yalnız yuxuda görə biləcəyi 
bütün möcüzələrlə tanış oldu. Düzdür, Mak-Qrek İnstitutu, Rokfeller, Paster, Mak-Kormik və Lister 
institutlarından balaca idi, amma təchizatına görə onlardan geri qalmırdı. Martin şüşənin sterilizəsi və 
mühitin hazırlanması üçün nəzərdə tutulan otaqlara baxdı, üfürməklə şüşə hazırlanan emalatxananı, 
spektroskop  və polyariskop  üçün otaqları, dəmir-beton divarları olan yanma kamerasını gördü. 
Patologiya və bakteriologiya muzeyinə tamaşa etdi və onun genişləndirilməsi üçün elə o dəqiqəcə 
yardım etməyə hazır olduğunu hiss etdi. Burada həmçinin direktor, doktor Tabzın redaktorluğu ilə 
İnstitutun işlərini  və "Coğrafi Patologiya Amerika Jurnalı"nı çap edən nəşriyyat şöbəsi də var idi. 
Fotolaboratoriyalar, çox gözəl kitabxana, hidrobiologiya şöbəsi üçün akvarium (bu, doktor Tabzın ideyası 
idi) və xarici qonaqların istifadəsinə təqdim olunan bir sıra laboratoriyalar yerləşdirilmişdi. İndi onlarda 
bir macar bioloqu və Portuqaliyadan gəlmiş hansısa kimyaçı işləyirdi, bir zaman isə – Martini bu xəbər 
çox həyəcanlandırdı – onların birində Qustav Sondelius çalışırdı. 
Sonra Martinə Berkli-Sondersin sentrifuqa  sistemini göstərdilər. 
Sentrifuqa qaymaq üçün separator  prinsipi ilə işləyirdi.  O, məhluldan bakteriya ayıran kimi mayedən 
onda üzən möhkəm hissəcikləri ayırırdı.  Sentrafuqların əksəriyyəti ya əllə, ya da su axını vasitəsi ilə işə 
salınırdı. Bu cihaz isə öz böyüklüyü ilə kokteyl qarışdıran kasanı keçməsə də, diametrində dörd fut ağırlıq 
daşıyan qurğu elektrik ötürücüsü ilə təchiz edilmişdi. Onun mərkəzi kasası sualtı gəminin lyuku kimi 
linglərlə bərkidilmiş və poladdan düzəldilmiş lövhəyə keçirdilmişdi. Bütün bunların hamısı beton dirəyin 
üstündə qurulmuşdu. 
– Dünyada ancaq üç belə sentrifuqa mövcuddur, – Holaberd izah etdi, – onları İngiltərədə Berkli Sonders 
düzəldib. Yəqin bilirsiniz ki, hətta ən yaxşı sentrifuqa üçün normal sürət dəqiqədə dörd min dövriyyədir?! 
Bu isə bir dəqiqədə iyirmi min dövriyyə edir – yəni dünyada ən sürətlisidir. Pis deyil, hə? 
– Aman allah! İş üçün burada necə lazımdırsa, material verirlər. (Martin həqiqətən də Holaberdin 
müsbət təsiri altında idi. Çünki "Lənət şeytana" əvəzinə "Aman Allah!" dedi).  
– Hə, Mak-Qerk və Tabz elm dünyasında ən səxavətli insanlardı. Mənə elə gəlir ki, burada işləmək sizin 
üçün çox yaxşı olacaq, doktor. 
– Əlbəttə, şübhəsiz! Burada hər şeyi mənə göstərməyiniz, böyük lüftkarlıqdır. 
– Məgər görmürsünüz ki, öz məlumatlılığımı nümayiş etdirmək üçün yaranan imkana necə şadam? 
Eqoizmi təmin etmək üçün özünü bələdçi kimi təqdim etməkdən daha yaxşı vasitə yoxdur... Amma  biz 
hələ institutun əsl möcüzəsinə baxmamışıq, doktor. Bura gəlin, aşağı. 
İnstitutun əsl möcüzəsinin zahirən elmlə heç bir əlaqəsi yox idi. Bu əməkdaşların səhər yeməyi yediyi və 
müəyyən təsadüflərdə missis Mak-Qerkin sədrliyi ilə elm adamlarına nahar verildiyi zal idi. Martin 
baxışlarını par-par parlayan parketdən qara-qızılı tavana qaldırdıqda içini çəkdi və başını arxaya ataraq 
yerindəcə donub qaldı. Zal həddindən artıq hündür idi və iki tərəfdən işıqlandırılırdı. Taxta meydançanın 
yuxarısında, direktor və yeddi şöbə müdirinin səhər yeməyi yediyi yerdə  hündür divar boyunca 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə