Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə94/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   90   91   92   93   94   95   96   97   ...   151

Elə hey artmaqda olan etiraf və dərketmə saatlarında Leora ilə bir məsələni müzakirə edirdi: "Martin 
Erousmit kimdir və o hara gedir?" Sonra isə etiraf edirdi ki, şöhrət qazanmış cərrahlarla tanışlıq onun 
insanlar üzərində üstünlüyü ilə bağlı əvvəlki inamını sarsıdıb. Leora isə ona təskinlik verməyə çalışırdı: 
– Sənin lənətə gəlmiş tərifli cərrahların üçün əla bir təyinat tapmışam. Düzdür, onlar nəzakətlidirlər, 
iddialıdırlar, qeyri-adi gülümsəyirlər… Deməli, belə! Yadındadır, mənə demişdin ki, professor Qotlib belə 
cənabları "rütbəli əyləncə adamları" adlandırır.  
Martin bu ifadəni göydə tutdu. Onlar birlikdə oxudular və ondan məzəli, şuluq bir mahnı düzəltdilər: 
Rütbəli əyləncə  adamları! 
Rütbəli əyləncə adamları! 
Bütün çinovniklər cəhənnəm olsun! 
Onlar büsbütün rədd olsunlar, 
Rütbəli əyləncə adamları! 
Hiyləgər təbəssümlü adamlar, 
Başçılar, varlılar! 
Cəhənnəm olsun rütbəli əyləncə, 
Cəhənnəm olsun onların təkəbbürlü baxışları, 
Cəhənnəm olsun şirin təbəssümləri! 
 

 
Martin Uitsilvaniya oğlanından yetkin insana çevrildikcə, onunla Leora arasındakı münasibət də dəyişir, 
hər bir dəyişkənliyə hazır olan gənc qız və oğlan arasındakı bağlılıqdan sarsılmaz və qırılmaz münasibətə 
keçirdi. Onların arasında yalnız ər və arvada, özü də nadir nüsxə olan ər və arvada məxsus qarşılıqlı 
anlayış var idi. Bir-birindən fərqlənmələrinə baxmayaraq, göz və əllər kimi Tamın hissələrini təmsil 
edirlər. Amma aralarındakı bu münasibət onların hər zaman çəhrayı səadət içində yaşadıqları anlamına 
gəlmirdi. Çünki Martin Leoranı dəhşətli dərəcədə sevir və ona inanırdı; qəzəb və yaşanan haqsızlıq hissi 
bu  inamı meydana çıxarır… Bəzən Martin Leora ilə elə əsəbi və öcəşkən olurdu ki, başqa heç bir qadınla, 
heç bir gözəl Orxideya ilə belə olmağı özünə rəva bilməzdi.   
Arvadı ilə höcətləşdikdən sonra başını qürurla arxaya ataraq, Leoaraya bir söz belə demədən çıxıb 
gedirdi. Onu incitdiyini hiss etdiyindən, Leoranın evdə tək oturmasından, gözləməsindən və ola bilər ki, 
ağlamasından ləzzət alaraq uzun müddətə arvadını yalqız qoyurdu. Çünki onu sevirdi… Arvadı və dostu 


kimi sevirdi. Martin onu Anqus Dyuerin yanında qarşılaşdığı qadınlardan daha az baxımlı, daha az kübar  
görəndə isə dilxor olurdu. 
Missis Raunsfild çox hörmətli qoca toyuq idi – onun yanında Leora parlaq və gözəl görünürdü. Amma 
missis Dyuer kəhrəba və buz  kimi insanı üşüdürdü. Varlı ailədən olan bu gənc qadın çox gözəl geyinir, 
tayı-bərabəri olmayan elə bir istehzalı astagəlliklə danışırdı ki, üslubunda vərdişin mövcudluğu o dəqiqə 
hiss olunurdu. O, şöhrətpərəst idi, ürək və ağıl olmadan da keçinə bilərdi. O, əslində, missis Ervinq Uoters 
özünü necə təqdim edirdisə, elə o cür idi. 
Nautilus Qrupunun sadəlövh dəbdəbəsində yalnız missis Kley Tredqold Leoranın nazını çəkir və onun 
tuflisində toqqa çatışmayanda, ya da qrammatikaya zidd gedərək səhv edəndə bunu yalnız təbəssümlə 
qarşılayırdı. Amma sığallı-bəzəkli missis Dyuer başqalarının səliqəsizliyini nəzakətli və yüngül istehza ilə 
ələ salmağa adət etmişdi.  
Bir dəfə, onlar Dyuerlərin evindən taksi ilə geri qayıdarkən, birdən Martin özündən çıxdı: 
– Doğrudanmı, sən heç nə öyrənməyəcəksən? Yadımdadır ki, Nautilusda biz kəndarası yolda dayanıb 
xeyli söhbət etmişdik… Lənət şeytana, az qala, sübh açılana kimi danışdıq, sən də qərara gəldin ki, özünü 
ələ alacaqsan. Amma indi görürəm, hər şey əvvəlki kimidir… Aman allah, bu gün sən heç fərqinə belə 
varmırdın ki, burnun hisə bulaşıb. Missis Dyuer gördü, narahat olma! Axı nə üçün bu qədər pintisən? Nə 
üçün heç olmasa, azca da olsa özünə baxmırsan? Nə üçün, heç olmasa, nəsə deməyə azacıq da olsa səy 
göstərmirsən? Nahar süfrəsi arxasında oturur, ancaq və ancaq… fısıldayırsan. Doğrudanmı, mənə kömək 
etmək istəmirsən? Missis Dyuer, yəqin ki, Anqusa təxminən iyirmi il sonra Amerika Həkimlər 
Assosiasiyasının prezidenti olmağa kömək edəcək, sənin Martinin isə həmin vaxta kimi Gesselinkin 
yardımçısı kimi yenidən Dakotaya qayıtmalı olacaq! 
Leora taksidə onun yanında adət etmədiyi dəbdəbə içində nazlanırdı. Amma bu sözlərdən sonra dik 
atıldı. Danışmağa başlayanda səsindəki həmişəki qayğısız sərbəst ahəng bu dəfə hiss olunmadı. 
– Bağışla məni, əzizim. Bu gün səhər yeməyindən sonra gedib üzümü massaj etdirdim, bunu sənin 
xətrinə elədim. Həm də elə bilirdim ki, danışanda sənin xoşuna gəlirəm. Onun üçün də müasir incəsənət 
haqqında bir kitab da tapıb çıxartmışam… Yadındadır, elə bu yaxınlarda almışdıq. Onu necə lazımdırsa 
öyrənmişəm, amma bu gün tərs kimi söhbəti heç cürə müasir rəssamlığın üstünə çəkib apara bilmədim 
ki, bilmədim… 
Martin onun başını özünə tərəf çəkərək, az qala, ağlayacaqdı: 
– Mənim zavallı, ürkmüş gözəlim! O, bu dollar ovçularının arasında necə də ağıllı görünmək istəyir! 
 

 


Raunsfild klinikasının ağ kafelinin və qeyri-adi səliqəsinin ilk məstliyi keçəndən sonra Martin 
streptolizinlə bağlı tədqiqatını başa vurmaq və bəzi dəqiqləşdirmələr aparmaq istədi. 
Bundan xəbər tutan Anqus Dyuer fürsətdən istifadə etmək qərarına gəldi: 
– Qulas as, Martin, elmin daşını atmadığın məni sevindirir, amma sənin yerinə olsaydım, adi maraq 
xətrinə bu qədər güc sərf etməzdim. Doktor Raunsfild o gün elə bu barədə danışırdı. Tədqiqatla nə qədər 
istəyirsənsə məşğul ol – biz bunu ancaq alqışlaya bilərik. Amma istərdik ki, yararlı bir işin qulpundan 
yapışasan. Məsələn, apendisit hadisəsində yüzlərlə qan analizinin nəticələrini tutuşdura və çap etdirə 
bilərsən – bu, artıq konkret olardı. Sən  məqaləndə bizim klinikanın adını da çəkə bilərsən ki, bu da bizim 
şöhrətimizi artırar. O zaman öz aramızda qalsın, illik məvacibini üç minə qaldıra bilərik. 
Bu alicənablıq Martinin elmi tədqiqata olan həvəsini öldürdü. 
"Anqus haqlıdır. O, əslində, bir şeyi demək istəyirdi: alim kimi işi bitmiş adamam. Elədir ki, var. Daha 
müstəqil tədqiqatlara girişməyin mənası yoxdur". 
Martin Raunsfildin yanında bir ilə yaxın işlədikdən sonra, nəhayət, "Yoluxucu xəstəliklər"də streptolizin 
haqqında məqaləsi çap olundu. Məqaləni Raunsfildə və Anqusa verdi. Onlar da oxumadıqlarını açıq-
aydın göstərən komplimentlər söylədilər və yenə də qanın analizinin qeydiyyatını aparmağı təklif etdilər. 
Martin yazını Mak-Qerkov Biologiya İnstitutuna – Maks Qotlibə göndərdi. 
Qotlib öz sıx və hörümçək torunu xatırladan xətti ilə ona cavab yazdı: 
"Əziz Martin! 
Məqalənizi böyük məmnuniyyət hissi ilə oxudum. Gemolizinin hasil edilməsinə kulturanın köhnəliyinə 
görə yanaşmanız çox maraqlıdır. Sizin haqqınızda Tabzla danışmışam. Bizim yanımıza, mənim yanıma nə 
zaman gələcəksiniz? Artıq laboratoriyanız və preparatçınız  yolunuzu gözləyir. Mən mistikaya qapılmaq 
istəmirəm, amma klinikanızın hansısa Raunsfildin adı ilə gözəl həkk edilmiş ştapmını görəndə, hiss etdim 
ki,  nümunəvi vətəndaş rolu oynamaqdan yorulmusunuz, işə qayıtmağa hazırsınız. Yanımıza gəlsəniz, 
hamımız, həmçinin doktor Tabz çox şad olacaq. 
Səmimyyətlə, sizin M. Qotlib" 
– Mən Nyu-Yorku bütün qəlbimlə sevəcəyəm, – bu dəfə də Leora belə dedi. 
 
XXVI FƏSİL 

 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə