Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə102/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   98   99   100   101   102   103   104   105   ...   151

Beşinci Avenyudan olmayan varlı qadınların arasında təcrübə keçmiş bir məşhur həkim dilli-dilavər 
xanımın sözünü göydə tutdu: 
– Məncə, tamamilə haqlısınız. Məsələn, mən elmi biliklər əldə edirəm, amma heç vaxt yazıq heyvanları 
öldürmürəm! 
Uiket anlaşılmaz bir tələskənliklə şlyapasını götürdü və getdi. 
Dilli-dilavər xanım dedi: 
– Bax, görürsünüz:  əsaslı bir suala cavab tapa bilmədi. Ah, doktor Erousmit, əlbəttə, əminəm ki, hamınız 
çox gözəl insanlarsınız, – Ross Mak Qerk də, doktor Tabz da… sizin hamınız… Amma etiraf edim ki, 
laboratoriyalarınız məni məyus etdi. Əcaib retortalar  və elektrik peçləri görəcəyimi düşünürdüm, ya da 
buna bənzər şeylər… Amma vicdanla desək, burada bir dənə də maraqlı əşya görmürəm. Hesab edirəm 
ki, hamınız ağıllı və qürurlu insanlarsınız, bizim üçün nəsə təşkil etməlisiniz… Bir halda ki, tovlayıb bizi 
bura gətirmisiniz və bu qədər gəzməyə vadar etmisiniz. Amma siz, ya da sizlərdən kimsə tısbağa 
yumurtalarından bir həyat, ya da nə bilim, o sizdə necə adlanır – …  yarada bilərsiniz? Ah, xahiş edirəm! 
Çox xahiş edirəm! Ya da heç olmasa, həmişə geyindiyiniz gülməli xalatı geyinin. Lap diş həkimləri kimi. 
Bu arada Martin bufetdə gördüyü krüşondan   içmək istədiyini bildirdi və ərinin axmaq olduğunu deyən 
Leora ilə birlikdə çıxıb getməyə tələsdi.  
 

 
İşi onu necə sevindirirsə sevindirsin, Martin yavaş-yavaş öz məbədgahının mükəmməlliyini şübhə altına 
almağa başladı. Öz-özündən soruşurdu ki, nə üçün Qotlib səhər yeməyi vaxtı epidemiologiya şöbəsinin 
çalışqan rəhbəri, nəzakətli doktor Şolteyslə belə sərt rəftar edir; hansı səbəbdən doktor Şolteys bu 
qabalığa dözür. Nə üçün doktor Tabz hər hansı bir əməkdaşın laboratoriyasına girərkən mütləq "Sizin öz 
işinizdə rəhbər tutacağınız yeganə şey elmi əməkdaşlıq ideyasıdır", -deyə bağırmalıdır?! Riplton Holaberd 
kimi çalışqan fizioloq  nə üçün bütün günü iş stolunun arxasında boyun əyməkdənsə, Tabzla 
məsləhətləşməklə məşğuldur?!  
Xolaberd beş il əvvəl o qədər də böyük olmayan bir tədqiqat işi aparmışdı, buna görə də onun adı 
ölkənin bütün elmi jurnallarında tanınırdı. O, laboratoriyada itin beyninin qabaq hissəciyinin kəsilməsinin 
onun istiqamət müəyyənləşdirməsinə necə təsir etdiyini müşahidə etmişdi. Martin bu iş haqqında hələ 
Mak-Qerkin yanına düşəcəyini ehtimal etmədiyi vaxtlarda oxumuşdu. Nyu-Yorka köçərkən o, bu işlə bağlı 
Holaberdin məruzəsinə qulaq asmışdı. Amma məruzəni onuncu dəfə dinləyərkən əvvəllər hiss olduğu 
kimi heyranlıq hissi keçirmirdi və öz-özlüyündə fikirləşirdi ki, görəsən, Holaberdin qismətində ömrünün 
sonuna kimi "bir zamanlar…xatırlayırsınız? … hə, həmin o adam ki, itin hərəkətverici mərkəzin üzərində… 
ya da buna bənzər bir şey… sınaq apararaq o qədər səs-küy yaratmışdı…" fikirləri ilə yaddaşlarda qalmaq 
yazılmayıb ki?! 


Həmkarlarının gizlində fraksiyalara parçalandığını biləndə Martinin şübhələri bir az da dərinləşdi. 
Tabz, Holaberd və bəlkə də, Tabzın katibəsi Perl Robins birlikdə rəhbər təbəqəni təcəssüm etdirirdilər.  
Pıçıltı ilə deyirdilər ki, Holaberd bir müddət sonra direktorun köməkçisi olmaq arzusundadır və onun 
üçün məxsusi olaraq bu vəzifə yaradılacaq. Qotlib, Terri Uiket və uzunbığlı, yöndəmsiz doktor Nikolas İyo 
(onu Martin ilk vaxtlar xarrat hesab etmişdi) öz müstəqil fraksiyalarını yaratmış və Martini də ora cəlb 
etmişdilər. Halbuki qəzəbli Uiket onda əməlli-başlı nifrət hissi oyadırdı.  
O qədər də böyük olmayan saqqal və Parisdən gətirilmiş nampinyon  sahibi doktor Uilyam Smit  özünü 
tək ev kimi aparırdı. Rusiyada sinaqoqun qoynunda anadan olan, amma indi İonkersdə ali yepiskopal 
kilsənin tərəfdarına çevrilən doktor Şolteys isə nəzakətlə Qotlibdən özünün elmi işi ilə bağlı tərif 
qopartmağa çalışırdı. Biofizika şöbəsində yumşaq ürəkli şöbə müdirini elə öz köməkçisi bezdirir və hər 
addımda güdürdü. Bütün institutda elə bir əməkdaş yox idi ki, sərxoş və ya ayıq vəziyyətdə haradasa 
hansısa alimin tamamilə məntiqəuyğun iş gördüyünü və ya rəqibləri arasında onun işini oğurlayan, heç 
olmasa, bir nəfərin olduğunu etiraf etmək qabiliyətinə malik olsun. Yay pansionunun eyvanında 
yırğalanan kürsüdə yellənən heç bir aktyor bu yüksək dərəcəli alimlərdən daha böyük həvəslə dedi-qodu 
edərək öz həmkarlarını "səfeh" adlandıra bilməzdi.  
Amma Martin öz qapısını bağlayaraq bu kəşflərdən əl çəkə bilərdi, çünki indi onun elə bir işi var idi ki, 
intriqalar və dedi-qodulara vaxt ayırmaq mümkün deyildi. 
 
 
 
 

 
Bir dəfə Qotlib onun laboratoriyasına gəlmədi, əksinə onu öz laboratoriyasına çağırtdırdı. Kabinetin bir 
küncündə Terri Uiket əyləşmişdi, papiros çəkir və istehzalı baxışla Martini süzürdü. 
Qotlib sözə başladı: 
– Martin, Terri ilə sizin haqqınızda danışmaq cəsarəitini öz üzərimə götürdüm və biz belə bir nəticəyə 
gəldik ki, mühitə yetərincə bələd olmusunuz, yəni işə başlamaq vaxtınızdır. 
– Məncə,  mən işləyirəm, cənab! 
Martinin bəxtiyar günlərinin sakit aydınlığı o dəqiqə yoxa çıxdı. O geri, pikkerbianlığa tərəf qovulduğunu 
açıq-aydın hiss etməyə başladı. 
Uiket söhbətə qarışdı: 


– Yox, siz işləmirdiniz. Siz sadəcə göstərirdiniz ki, fərasətli oğlansınız və nəsə etməyi bacarırsınız. 
Martinin Uiketi "bu nə quşdur belə?" ifadə edən baxışlarla başdan-ayağa süzdüyü vaxt Qotlib sözünə 
davam etdi: 
– Məsələ ondadır ki, Martin, nə qədər riyaziyyatı öyrənməmisiniz, heç nə edə bilməyəcəksiniz. Bizim 
bakterioloqlarımızın əksəriyyəti tək əlinizdə aşpazlıq kitabı olan cızma-qaraçı kimi qalmaq istəmirsinizsə, 
elmin əsası ilə tanış olmalısınız. İstənilən bir canlı varlıq fiziokimyəvi maşındır. Siz fiziki kimyanı 
bilmədiyiniz halda necə irəli getmək istəyirsiniz? Riyaziyyatı bilmirsinizsə, fiziki kimyanın öhdəsindən 
necə gələcəksiniz? 
– Aha! – Uiket dilləndi, – siz ancaq qazon düzəldir, çobanyastığı toplayırsınız, torpağı isə belləmirsiniz.  
Martin çalışdı ki, etiraz etsin: 
– Cəfəngiyatdır, Uiket! İnsan hər şeyi bilə bilməz. Mən bakterioloqam, fizik deyiləm. Mənə elə gəlir ki, 
kəşf etmək üçün intuisiya lazımdır, daha alətlərlə dolu yeşik yox! Yaxşı dənizçi hətta cihazları olmadan 
belə okeanda yolu tapa bilər. Alətlər vasitəsilə bütöv bir "Luzitaniya" qurun, amma yaxşı dənizçidən 
axmaq düzəldə bilməzsiniz. İnsan gərək öz beynini inkişaf etdirsin, daha silahdan asılı vəziyyətdə 
qalmasın. 
– Elə olmağına elədir, amma xəritələr və kvadrantlar mövcud olduğu yerdə, onlarsız üzməyə çıxan 
dənizçi ancaq sarsaq ola bilər! 
Martin düz yarım saat o qədər də nəzakət göstərmədən almaz kimi möhkəm Qotlibdən, qranit kimi 
Uiketdən yaxa qurtarmağa çalışdı. Amma yaşadığı hər dəqiqə dərk edirdi ki, çox cahildir. 
Onlar mübahisəyə maraqlarını itirdilər... Bir qədər sonra Qotlib öz qeydlərinə baxırdı, Uiket isə işləmək 
üçün öz yerinə yollandı. Martin gözlərini Qotlibə zilləmişdi. Bu insan onun həyatında o qədər böyük 
əhəmiyyət daşıyırdı ki… Martin Leoraya, özünə əsəbiləşdiyi kimi ona da bərk əsəbiləşə bilərdi. 
– Çox təəssüf edirəm ki, siz mənim heç nə bilmədiyimi düşünürsünüz! – deyə özündən çıxdı və 
nümayişkaranə narahatlıq içərisində qapını çırparaq getdi. Martin öz laboratoriyasına qapandı. Əvvəlcə 
içində qəribə bir azadlıq hissi peyda oldu, sonra isə iflas... Özü istəməsə də, sərxoş kimi Uiketin yanına 
yollandı: 
– Deyəsən, siz haqlısınız! Fiziki kimyadan heç nə bilmirəm, riyaziyyatdan isə xəbərsizəm. Axı nə 
etməliyəm, nə etməliyəm? 
Barbar özünü itirmiş halda bağırdı: 
– Yaxşı, Cılız, sən şeytanların canı, narahat olma. Biz qoca ilə birlikdə ancaq sizi qızışdırmaq istəyirdik. 
Əslində, o, sizin işdən necə vicdanla yapışdığınızdan məmnundur. Riyaziyyat isə… onunla sizdə vəziyyət 
Holaberddə, ya da Tabzda olduğundan daha yaxşıdır. Siz riyaziyyatdan bildiklərinizi unutmusunuz, onlar 
isə ümumiyyətlə, heç vaxt  riyaziyyatı bilməyiblər. Hə, qoy onlar cəhənnəm olsunlar! Elm guya ki, bilik 
mənasını daşımalıdır. Bu, yunan dilində, yəni çox gözəl bir dildə belədir… O dildə ki, bir vaxtlar sevimli  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə