Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə99/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   95   96   97   98   99   100   101   102   ...   151

O, özü-özlüyündə anlaya bilmirdi ki, doktor Tabz son zamanlar hansı sınaqlar keçirir. Çünki ona elə gəlirdi 
ki, küncdəki stoldan son dövrlər, ümumiyyətlə, istifadə etməyiblər.  
– İndi isə, doktor, icazə verin sizi institutun həqiqi direktoru ilə tanış edim – mənim katibəm Perl Robins... 
Martin artıq özü də missis Robinsə diqqət etmişdi. Hər halda, missis Robinsə nəzər yetirməmək mümkün 
deyildi. Bu, otuz beş yaşlı, boy-buxunlu, ağ-çəhrayı rəngli ilahə idi. O, Martinin əlini sıxmaq üçün ayağa 
qalxdı: möhkəm və inamlı salamlaşma idi.  Sonra öz gözəl kontraltosu  ilə danışmağa başladı:  
– Doktor Tabzın mənim haqqımda yaxşı danışmasının səbəbi qorxmasıdır. Qorxur ki, belə deməsə, onu 
çaysız qoyacağam. Doktor Erousmit, sizin istedadınız haqqında doktor Qotlibdən o qədər çox eşitmişik ki, 
bu görüşdən, az qala, ehtiyat edirdim. Amma yenə də tanış olmağıma şadam. 
Bir qədər sonra hələ özünə gəlməmiş Martin öz laboratoriyasında dayanaraq Vulvort göydələninə 
tamaşa edirdi. İndi ona məxsus olan bütün bu möcüzələrdən onun başı gicəllənirdi… Şən, yaraşıqlı və hər 
halda, heysiyyət dolu Riplton Holaberdlə dost olacağına ümid edirdi. Doktor Tabz ona bir qədər 
sentimental təsir bağışlamışdı, amma Martin onun mehribanlığından və miss Robins tərəfindən 
göstərilən hörmətdən mütəəssir olmuşdu.  
Qapı açılanda və laboratoriyaya otuz yeddi yaşlarında, sərt üz cizgiləri olan yumşaq yaxalıqlı kürən adam 
soxulanda Martinin başı gələcək şöhrətin dumanı içində gicəllənirdi.  
– Erousmit? – o, az qala, nərə çəkdi, – mənim adım Uiketdir, Terri Uiket. Kimyaçıyam. Qotlibin yanında 
işləyirəm. Hə…m.. gördüm ki, müqəddəs Holaberd sizə bizim heyvanxananı göstərir... 
– Doktor Holaberd? 
– Özüdür ki var… Hə…məgər Qotlib ata sizi işə yaxın buraxıbsa, deməli, axmaq deyilsiniz… Biz nədən 
başlayacağıq? Siz kim olmaq istəyirsiniz? Cəmiyyətə çıxmaq və varlı arvad qamarlamaq üçün institutdan 
faydalananlardan biri?... Yoxsa mənim kimi, Qotlib kimi davakarlara qoşulacaqsınız? 
Martin həyatında Terri Uiketin "qarıltı"sından daha qıcıqlandırıcı bir səs eşitməmişdi. O, qəribə də olsa, 
Riplton Holaberdin səsinə bənzəyən bir səslə cavab verdi: 
– Məncə, nahaq yerə narahat olursunuz. Məlumunuz olsun ki, mən artıq evliyəm. 
– Oooo… bu sizi utandırmamalıdır, Erousmit. Şanlı Nyu-York şəhərində boşanma elə də bahalı deyil. 
Belə! Bəs müqəddəslər müqəddəsi sizə gözəlçə Qledisi göstərdi? 
– Nə? 
– Gözəlçə Qledisi, yaxud da dördayaq çapan sentrifuqanı? 
– Oooo! Siz Berkli-Sonders sentrifuqası haqqında danışırsınız? 
–  Düz  tapdınız, canımın canı. Onun haqqında nə fikirləşirsiniz? 


– Çox gözəl sentrifuqadır, ömrümdə ondan daha gözəlini görməmişəm. Doktor Holaberd  deyir ki… 
– Gəlsin bir danışmasın da, onu əldə etmək üçün qoca Tabzı o yola gətirib. Bizim Müqəddəs ona əməlli-
başlı vurulub. 
– Burada qəribə nə var ki… ən sürətli… 
– Şübhəsiz. Bütün Vereinigten  üzrə ən zirək sentrifuqadır. Özü də diş qurdalamaq üçün nəzərdə tutulan 
ən yaxşı poladdan düzəldilib. Amma bir bəlası var: məhlulları sıçradır və mikrobları elə tüpürür ki, yalnız 
əleyhqaz geyinərək ondan istifadə etmək mümkündür… Bəs qoca Tabzi və misilsiz Mirvari dənəsi 
xoşunuza gəldi? 
– Gəldi. 
– Çox yaxşı! Əlbəttə, Tabz savadsız uzunqulaqdır, amma heç olmasa, Maks Qotlib kimi təqib edilmə 
maniyasından əziyyət çəkmir. 
– Bilirsiniz, Uiket… yoxsa doktor Uiket? 
– Aha... Tibb və fəlsəfə doktoru, amma bununla bərabər, həm də mükəmməl kimyaçı. 
– Deməli belə, doktor Uiket,  təəssüf edirəm, amma... Sizin kimi istedadlı bir adam Qotlib, Tabz və 
Holaberd kimi əbləhlərin şirkətinə başçılıq etmək məcburiyyətindədir. Mən elə bu yaxınlarda bir Çikaqo 
klinikası ilə vidalaşmışam, oradakı bütün əməkdaşlar ləyaqətli və sağlam düşüncəli insanlardır. Sizi ora işə 
tövsiyə etməkdən məmnun olardım. 
– Pis olmazdı. Heç olmazsa "Göylər imperiyası"nda səhər yeməyi zamanı boşboğazlardan canımı 
qurtarardım. Hirsləndirdimsə, bağışlayın, Erousmit, ümumiyyətlə, mənim xoşuma gəldiniz. 
– Təşəkkür edirəm! 
Uiket həyasızcasına dişlərini ağartdı. Kürən, kobud, damarları görünən bu adam sonra  fısıldadı: 
– Yeri gəlmişkən, müqəddəs Holaberd sizə danışdı ki, müharibənin ilk ayında Britaniya ordusunda 
feldmarşal, ya da lazaretdə əmraparan işləyəndə necə yaralanıb? 
– Yox, o heç müharibə haqqında söz salmadı da. 
– Hə, onda danışacaq. Yaxşı, Erousmit, qardaş, ümid edirəm ki, biz Qotlib atanın ayağının altında 
oynaqlaşaraq, burada birlikdə çoxlu şən, xoşbəxt illər keçirəcəyik. Hələlik bu qədər! Mənim 
laboratoriyam sizinki ilə qonşudur! 
"Axmaq! – Martin öz-özünə dedi, – amma yenə də… Yanında Qotlib və Holaberd varsa, ona birtəhər 
dözmək olar! Hər halda, özündənrazı sarsaqdır! Lənət şeytana, deməli, Holaberd müharibədə olub! 
Yəqin yaralandıqdan sonra tərxis olunub. Mən isə Uiketin əməlli-başlı zəhləsini tökdüm! "O sizə 
müharibədəki qəhrəmanlığı haqqında danışıbmı?" – dedi, mən isə cavabında: "Çox təəssüf ki, sizi 


sevindirə bilməyəcəyəm, amma doktor Holaberd müharibənin adını da çəkmədi". Axmaq! Yaxşı, o, 
mənim zəhləmi tökə bilməyəcək, çünki necə lazımdır, başımdan rədd edəcəyəm". 
Martin səhər yeməyində bütün heyətlə tanış oldu və yalnız Uiketi gülərüz görmədi. Heyət isə onu çox 
qısa şəkildə salamladı. Martin onları çətinliklə bir-birindən fərqləndirə bilirdi: uzun müddət, demək olar 
ki, iyirmi elmi işçinin hamısı onun üçün dumanlı bir ləkə kimi göründü. Bir dəfə isə necə oldusa, Martin 
doktor Yionu – biologiya şöbəsinin müdirini rəfləri asmağa gəlmiş xarrat hesab etdi. 
İnstitutun heyəti zalda biri taxta səkinin üstündə olan,  digəri isə aşağıda qoyulmuş iki uzun stolun 
arxasında əyləşirdi: nəhəng tavanın altında iki ovuc balaca həşərat … Onlar bu potensial darvinlər, 
hekslilər və pasterlər görkəmcə elə də alicənab deyildilər. Heç birinin alnı Platonun alnı kimi qabarıq 
görünmürdü. Riplton Holaberd, Maks Qotlib və bəlkə də, Martinin özü istisna olmaqla hamısı qəlyanaltı 
edən baqqala oxşayırdılar: şən cavan adamlar, hamısı da eyni sifətli; Onların arasında gonbul, bığlı, yaşlı 
adamlar, eynəkli, balaca yupyumru adamcığazlar da vardı. Bu adamcığazların boyunlarındakı yaxalıqlar 
bir-birinə yaxın gəlmirdi. Amma üzlərində qəribə bir rahatlıq hiss olunurdu. Martinə elə gəlirdi ki, 
səslərində pulla bağlı narahatlıq, yaxud paxıllıq və dedi-qodunun yaratdığı həyəcan yoxdur. Onlar öz işləri 
haqqında təmkinlə, ya da zarafatla danışırdılar. 
Martin Terri Uiketin (öz jarqonunda Terri özünü "möcüzəli kimyaçı", institutu "qəşəng mağaza", Martini 
isə "bizim sadəlövh yeni qardaşımız – Erousmit"  adlandırırdı) arıq və seyrək saqqallı adamla – biokimya 
üzrə assistent doktor Uilyam T.Smitlə necə söhbət etdiyini görürdü. Onlar  rentgen şüalarının vasitəçiliyi 
ilə bütün enzimlərin fəaliyyətinin öyrənilməsinin mümkünlüyünü müzakirə edirdilər. Onun yanında 
institutun əməkdaşlarından biri digərinin kimya sahəsindəki hüceyrələrlə bağlı savadsızlığına 
təəccüblənəndə və Erlixi "tibbin Edisonu" adlandıranda Martin çox maraqlı tədqiqatların yeni yolları 
haqqında düşünməyə başlamışdı. O, dağın başında durmuşdu və yüksəklikdən sirli vadilərə, cəzbedici 
qayalıqlara aparan cığırlara tamaşa edirdi. 
 
 

 
Gəldikləri gündən bir həftə sonra doktor Holaberd və arvadı onları nahara dəvət etdi. 
Xolaberdin kostyumunun yanında Kley Tredqoldun qəşəngliyi ifrat dərəcədə süni və iddialı görünürdü. 
Nahar Martinə bir həqiqəti də açdı ki, Anqus Dyuerin təşkil etdiyi ziyafətlər Çikaqoda şablon və fərəhsiz, 
həm də bir qədər gərgin imiş... Holaberdin evində isə Martinin tanış olduğu hər kəs şəxsiyyət idi – bəlkə 
də, əhəmiyyətsiz, amma hər halda, şəxsiyyət. Qonaqların içərisində görkəmli redaktor, yaxud gələcəyi 
ümidli görünən etnoloq vardı və onların hər biri Holaberd kimi eyni iltifatlı sadəlikləri ilə fərqlənirdilər. 
Əyalətdəngəlmə Erousmitlər vaxtında gəlmişdilər – yəni lazım olduğundan on beş dəqiqə əvvəl.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə