Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə98/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   94   95   96   97   98   99   100   101   ...   151

musiqiçilər üçün eyvan düzəldilmişdi. Divarların palıddan hazırlanan haşiyəsini elmin ilk kahinlərinin al 
qırmızı mantiyalarda  cürbəcür portretləri və Maksfild Parrişin fırçasından çıxmış freska bəzəyirdi. Ortada 
isə yüzlük elektrik çilçıraq yavaş-yavaş dalğalanırdı. 
– Lənət şeytaya! Aman Tanrım! – Martin dedi, – heç ağlıma gəlməzdi ki, belə bir otaq hazırlamaq 
mümkündür! 
Xloberdin comərdliyi tutdu. O gülümsəmədi. 
– Zal, məncə, həddindən artıq gözəldir. Bu, Kapitolanın ən sevimli yaradıcılıq məhsuludur. Missis Ross 
Mak-Qerki "Kapitola" adlandırırlar, yəni İnstitutun əsasını qoyan insanın arvadı. Gözəl qadındır, amma 
cürbəcür hərəkatları və assosiasiyaları çox sevir. Terri Uiket – buranın kimyaçılarından biri, bu zalı 
"Göylər imperiyası" adlandırır. Amma, hər halda, yorğun və əldən düşmüş halda səhər yeməyi üçün bura 
gələndə, zal insanın əhval-ruhiyyəsini qaldırır. İndi isə direktorun kabinetinə gedək. O, məndən xahiş 
edib ki, sizi onun yanına aparım. 
Zalın dəbdəbəli həngaməsindən sonra Martin gözləyirdi ki, direktor A.de-Uitt Tabzın kabineti roma 
hamamlarına oxşayacaq, amma otağın bir küncündə üzərində cihazlar qoyulmuş iş stolunu nəzərə 
almasaq, bura Martinin həyatı boyu gördüyü ən ciddi və ən işgüzar otaq idi.  
Doktor Tabz teryer  kimi pırtlaşıq saçlı adam idi, savadlı görünüşü vardı və Amerikada "elmi 
əməkdaşlığın" ən  qüdrətli tərəfdarı idi. Bununla bərabər, o, həm də ayaqqabı və jilet seçimində çoxdə 
vasvası olan kübar cəmiyyətin nümayəndələrindəndi. Harvardda kurs bitirmiş, Avropada təhsil almış, 
Minnesota Universitetində patologiya kafedrasında işləmişdi, Xartford Universitetinin rektoru, 
Venesuelada diplomatik nümayəndə, "Uikli Steytsmen" jurnalının redaktoru, Sağlamlıq Liqasının sədri  
olmuşdu və nəhayət, Mak-Qerk İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdi. 
O, Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının, bununla bərabər, Elmlər Akademiyasının da üzvü 
idi. Verdiyi naharlarda yepiskoplar və generallar, liberal ravvinlər və musiqi sevən bankirlər iştirak 
edirdilər. O, qəzetlərin bütün məsələlər üzrə müsahibə almaq üçün müraciət etdiyi görkəmli 
şəxsiyyətlərin sırasında idi.  
Tabzla on dəqiqə belə danışmadan əmin olarsınız ki, qarşınızda bəşəriyyətin ən nadir başçılarından biri 
dayanıb və bu adam elmin istənilən sahəsi ilə bağlı fikir mübadiləsi apara, eyni zamanda, təcrübi işlərə 
rəhbərlik edə, çaşıb qalan bəşəriyyəti sağlam, səmərəli işlərə istiqamətləndirə bilər. Hansısa Maks Qotlib 
ola bilər ki, öz tədqiqatlarında istedad nümayiş etdirsin, amma onun məhdudluğu və qalmaqalçı yumoru 
təhsildə, siyasətdə, kommersiyada və digər yüksək məsələlərdə geniş fikirlərin inkişaf etməsinə mane ola 
bilər… Doktor A.de-Uitt Tabz isə məhz bu bacarığı ilə fərqlənirdi.  
Direktor hələlik balaca adam olan Martin Erousmiti elə bir mehribanlıqla qarşıladı ki, sanki, qonaq gəlmiş 
senator idi. Tabz hərarətlə onun əllərini sıxdı, səmimiyyətlə gülümsədi və Martin fikir verdi ki, onun 
bariton səsi çox məlahətlidir:  
– Doktor Erousmit, mənə elə gəlir ki, sizi görməyimizə şad olduğumuzu söyləmək azdır. Hesab edirəm
gəlişinizə necə sevindiyimizi işdə də göstərəcəyik. Doktor Qotlib demişdi ki, əsl tərkidünyalar kimi sizdə 


elmi işə anadangəlmə maraq var, amma laboratoriyaya gəlməmişdən qabaq tibbi təcrübə keçmiş və 
səhiyyə sahəsində çalışmısınız. Mən həyat təcrübənizi artırmaqla necə ağıllı iş gördüyünüzü ifadə 
etməkdə çətinlik çəkirəm. Uğursuzluğa düçar olan bir çox alimlərə məhz bu cür geniş dünyagörüşü 
çatışmır. Dünyagörüşü isə mənəvi fəaliyyətin müxtəlif şaxələrinin uzlaşması nəticəsində meydana gəlir. 
Martin, indiyə kimi öz həyat təcrübəsini artırmaqla məşğul olduğunu eşidəndə heyrətləndi. 
– İndi, doktor Erousmit, yəqin ki, müəyyən bir müddət – bir il, ya da bir neçə ill relsə düşməli olacaqsınız. 
Sizdən hesabat tələb etməyəcəyəm. Madam ki, doktor Qotlib sizin öz işinizin gedişindən razı olduğunuzu 
düşünür, deməli, mən də məmnunam. Hər hansı bir məsləhətim ilə yararlı olaramsa – hər halda, elmi 
işdə daha çox təcrübəm var – inanın ki, böyük sevinc hissi ilə yardım edərəm. Şübhə etmirəm ki, doktor 
Holaberd də eyni köməyi eyni cür həvəslə göstərə bilər. Hərçənd, düzünü desəm, sizə qısqanclıq hissi ilə 
baxmalıyam, çünki o bizim ən gənc işçilərimizdən biridir. Hətta onu enfant terrible   adlandırıram.  Sizin 
isə deyəsən, cəmi otuz üç yaşınız var. Deməli, o yazığı çox asanlıqla qatlayıb cibinizə qoya bilərsiniz.  
Xloberd şən halda etiraz etdi: 
– Yox, yox, doktor məni artıq çoxdan məğlub ediblər. Siz Terri Uiketi yaddan çıxarırsınız. Onun heç qırx 
yaşı da yoxdur. 
– Hə, Uiketi deyirsiniz, – doktor Tabz asta-asta dilləndi. 
Martin heç vaxt bilməzdi ki, insanı eyni zamanda həm bu cür acı-acı, həm də bu cür nəzakətlə hesab-
kitabdan çıxarmaq mümkündür. Göründüyü kimi, bu cənnətin də öz ilanları vardı – Terri Uiket. 
– İndi isə, – doktor Tabz dedi, – ola bilsin mənim apartamentimə baxmaq sizin üçün maraqlı olar. Bizim 
kartotekanı və yazışmalarımızı görmək istəsəniz, bu arzunuz  məni ancaq qürurlandırar. Onu da deyim ki, 
bu kartlarda nəsə ekzotik bir şey var.  
O, mavi, elmi görünüşlü kartlarla ağzına kimi dolu olan ensiz yeşikli şkafı Martinə göstərmək üçün xırda 
addımlarla qarşı tərəfdəki divara sarı getdi. Amma kartotekanın nəyə aid olduğunu söyləmədi və Martin 
də bunu heç vaxt bilmədi. 
Sonra otağın sonundakı iş stolunu göstərdi və gülə-gülə etiraf etdi: 
– Bu da mənim necə fərasətsiz adam olduğumun sübutu. Hər zaman söyləyirəm ki, eksperimental 
patologiyanın dinc sevincini direktorluğun insanı tamahlandıran, amma çox əhəmiyyətli və məşəqqətli 
qayğılarına görə atmışam. İnsan belə zəif məxluqdur da… Bəzən kiçik təcrübi işlərə vaxt ayırmalı 
olduğum halda, patologiya üzrə hansısa bir ideya məni cənginə alır… Ola bilsin ki, absurd ideyadır, 
amma… Elə bir əcaib adamam ki, bütün dəhliz boyunca gedib öz laboratoriyama çıxmağa hövsələm 
çatmır, həmişə əlimin altında stol olmalıdır və həmişə təcrübə apara bilməliyəm.  
Ah, deyəsən, cəmiyyət arasında təqdim edildiyim kimi, elə də əxlaqlı deyiləm. Mən inzibati işlə 
evlənmişəm, amma ilk məhəbbətim miledi Elm yenə də məni özünə cəlb edir.  
– Məncə, sizin ona həvəsinizi qoruyub saxlamanız çox yaxşıdır, – Martin cürətləndi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə