Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə96/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   92   93   94   95   96   97   98   99   ...   151

üstündə bir sıra əcaib-qəraib, bir-biri ilə şüşə və rezin borucuqlarla birləşdirilmiş kolbalar cərgələnmişdi. 
Martin yavaş-yavaş bu otağı ehtiram dolu nəzərlə süzürdü. 
Qotlib mübahisəni dayandırdı: 
– Siz burada hansı işə başlamaq istəyirsiniz? 
– Mən, cənab, sizə kömək etmək istəyirdim… bacararamsa. Gərək ki, anticismlərin sintezi ilə bağlı 
müxtəlif məsələləri öyrənirsiniz?  
– Hə, mənə elə gəlir ki, çoxluq qanununun hərəkəti altında immun-reaksiyanı apara biləcəyəm. Amma siz 
mənə kömək etməməlisiniz. Öz işinizi aparmalısınız. Nə ilə məşğul olmaq istəyirsiniz? Bura sizin üçün 
səhərdən axşama kimi bir-birinin ardınca pasientlərin gəldiyi klinika deyil. 
– Mən gemolizin tapmaq istəyirəm. Stafilolizinini də araşdırmaq fikrim var. Etiraz etmirsiniz ki? 
– Sizin nə iş görəcəyinizin mənim üçün təfavütü yoxdur, bircə buzxanadan stafilokokk  kulturalarımı 
oğurlamayın, yetər. Bir də çalışın ki, həmişə müəmmalı görünüşünüz olsun. Çünki doktor Tabz, yəni bizim 
direktor, elə düşünür ki, siz nəsə çox əhəmiyyətli bir işlə məşğulsuınuz. So! Yalnız bir təklif irəli sürə 
bilərəm: nə zaman hansısa problemin içində batıb qalsanız, bilin ki, kabinetimdə detektiv romanların çox 
gözəl toplusu var. Amma yox. Mən, heç olmasa, bu dəfə ciddi olmalıyam; siz təzə gəlib çıxmısınız, 
düzdür? 
…Ola bilsin ki, qəribə adamam, Martin. Bir çoxları mənə nifrət edirlər… Oooo… siz elə bilirsiniz ki, bu 
uydurmadır? Tezliklə özünüz görəcəksiniz. Mən səhvlərə yol verirəm. Amma yalnız bir şeyi həmişə təmiz 
saxlayıram: alimlik əqidəsini. 
Alim olmaq, sadəcə, işin xüsusi bir növü deyil. Onu, seçmək də olmur: insan alimmi olsun, yoxsa 
səyahətçimi, kommivoyajermi, həkimmi, kralmı, fermermi?! Bu, həddindən artıq qarmaqarışıq 
emosiyalar kələfidir... Lap mistisizm kimi, ya da şeir yazmaq ehtiyacı kimi. O, öz qurbanını normal vicdanlı 
insandan kəskin şəkildə fərqləndirir. Normal insan etdiyi hərəkətlərlə bağlı az narahatlıq keçirir, təki işi 
ona yeməyə, yatmağa və sevməyə imkan versin. Alim isə köklü-köməcli dindardı… Eelə bir dindar ki, 
yarımhəqiqəti qəbul etmək istəmir, çünki bu, onun inamını  təhqir edir. 
Alim istəyir ki, hər şey amansız qanunlara tabe olsun. O, axmaqcasına pul yığımını sistemin özü hesab 
edən kapitalistlərə də qarşıdı, insanın mübarizə aparan heyvan olmadığını düşünən liberallara da… O, 
Amerika biznesmeninin və Avropa aristokratının saldığı hay-küyə eyni dərəcədə nifrət edir. Nifrət edir! 
Hər şey elə bu cürdür! Yaradıcı insan əfsanə danışan moizəçiləri də sevmir. Həmçinin antropoloqlara, ya 
da yalnız fərziyyələr quraraq özlərini alim adlandırmağa cəsarət edən tarixçilərə da rəğbət göstərmir. 
Bəli, o elə bir məxluqdur ki, şübhəsiz, bütün yaxşı və xeyirxah insanlar ona nifrət etməlidir! 
Alim üçün bizim elmimizi hələ yoxlanılmamış ələ keçirməyə çalışan və insanları sağaltdıqlarını təsəvvür 
edən, əslində isə yerlərində sayan, öz yekə çəkmələri ilə izləri bir-birinə qarışdıran həkimlərin ara 
həkimindən, ya da sınıqçıdan heç bir fərqi yoxdur.  O, yalançı falabaxan alimlərə elm haqqında anlayışı 
olmayan insan-donuzlardan daha artıq, səfehlərdən daha çox nifrət edir. Və nəhayət,  biologiya kimi 


işıqlı səltənətə giriş hüququna malik olanlara, dərslikdən başqa heç bir şey tanımayanlara, sarsaqlara, 
populyar mühazirələr oxumağa adət edənlərə yuxu yozucularından da çox lənət yağdırır. O, yeganə 
həqiqi inqilabçı, həqiqi alimdir, çünki təkcə o, əmindir ki,  biliyi necə azdır. 
Alim rəhmsiz olmalı, soyuq və təmiz havada yaşamalıdır. Amma qəribə məsələdir:  işdə, şəxsi həyatda o 
laqeyd və rəhmsiz deyil – əksinə, professional optimistlərdən daha az laqeyddir. Dünyanı həmişə 
filantroplar  idarə ediblər: başa düşmədikləri terapevtik metodlardan istifadə edən həkimlər; vətəni 
nədən müdafiə edəcəklərini axtaran əsgərlər; hamının məcburi halda onların moizələrini dinləməsini 
arzulayan moizəçilər; öz fəhlələrini sevən xoşxasiyyət fabrik sahibləri; gözəl nitq qabiliyyəti olan dövlət 
xadimləri və rəhmdil yazıçılar… Onların  yer üzərində necə cəhənnəm yaratdıqlarına iki göz lazımdır ki, 
tamaşa etsin! Ola bilsin, indi alimlərin zamanı gəlib çatıb… O alimlərin ki, işləyir, axtarır və hamını, hər 
kəsi sevdiyi haqqında bağıra-bağıra danışmırlar! 
Bununla belə, Martin, yadınızda qalsın ki, elm sahəsində çalışan hər adam alim deyil. Onların çox az qismi 
alimdir! Yerdə qalarlar isə katiblər, perss-agentlər, özgə hesabına yaşayanlardılar. Alim olmaq Gete 
olmaq kimi bir şeydir: belə adamlar istedadla doğulurlar. Bəzən mənə elə gəlir, sizdə bir az istedad var, 
yəni anadangəlmə.  Varsa, o zaman bir şey etmək lazımdır: bacardığınızdan ikiqat artıq inadla işləmək və 
insanlara sizdən istifadə etməyə imkan verməmək! Çalışaram sizi uğurdan mühafizə edim. Mənim 
əlimdən gələn  yalnız budur. So… istəyirəm ki, Martin, siz burada çox xoşbəxt olasınız. Və qoy Kox 
köməyiniz olsun! 
 

 
Martin onun üçün ayrılmış çox da böyük olmayan, amma yaxşı təchiz edilmiş laboratoriyada beş 
valehedici dəqiqə keçirdi: stol düzgün hündürlükdə idi, münasib pedallı çanaq da vardı. O, qapını 
bağlayaraq azadlığa çıxmaq və bu darısqal otağı öz varlığı ilə doldurmaq üçün ruhuna imkan verdi… 
Özünü etibarlı bir sığınacaqda hiss etdi.  
Heç bir pikkerbolar, raunsfildlər bura soxula və onu sürüyüb boşboğazlıq etmək, nəvazişli olmaq və 
özünü cəmiyyətin nökəri kimi göstərmək üçün apara bilməyəcəkdi. Martin azaddır, o, insanların "iş" 
adlandırdıqları bağlamaların göndərilməsi və məktubların imlası ilə deyil, əsl işlə məşğul ola biləcəkdi.  
Öz iş stolunun üstündəki geniş pəncərədən boylandı və düz gözünün qarşısında Vulvort göydələnini 
gördü – hə… buyur, doyunca bax! Burada dəqiq elmin sevincinə qapılarkən hər halda, həyatın axınından 
da təcrid olmayacaqdı. Şimal tərəfdə təkcə Vulvort deyil, həm də Zingerin evi görünürdü… Bu, Siti-
İnvestinqdə yerləşən və təkəbbürlü gözəl görünüşü olan bir bina idi. Qərb tərəfdə isə hündür paroxodlar 
lövbər salmışdı, yedəkdəkilər bir-biri ilə itələşirdilər… Bütün həyat onun yanından ötüb keçirdi. Aşağıda, 
divarların dibində isə küçə həyəcan içində qovrulurdu. Martin özü də gözləmədən insanlığı sevdi. O, 
kolbaların təmiz, səliqəli cərgəsini də belə sevirdi… Bu məqamda ürəyindən keçən alim duası söylədi: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə