Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə104/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   100   101   102   103   104   105   106   107   ...   151

Martin onu orduya göndərdikləri vaxt  bərk-bərk etiraz etdi. Müharibə onun üçün hər şeydən əvvəl işdə 
yeni əngəllər demək idi. Məsələn, Nautilusda Pikkerbonun "kampaniya"sında iştirak etmək kimi… 
Uitsilvaniyada yaşamaq üçün pul qazanmaq məcburiyyəti kimi... Amma ilk dəfə o, qürurla öz hərbi 
geyimində küçədən keçəndə bu davranış elə xoş təəssürat yaratdı ki, bir neçə həftə Martin özünü 
nümunəvi vətənpərvər kimi apardı. O, görürdü ki, heç vaxt belə yaraşıqlı olmayıb, xaki rəngə bürünərək 
belə qamətli və səliqəli görünməyib. Görürdü ki, sıravilərin hərbi salam verməsi insanı valeh edir… Hiss 
edirdi ki, təmkinli himayəedici və yoldaşcasına təkəbbürlü görünmək eyni dərəcədə maraqlıdır. Digər 
tərəfdən də bu, insana böyük imtiyazlar verir. Martin digər həkimlərlə, pedaqoqlarla, vəkillərlə, 
dəllallarla, yazıçılarla və keçmiş sosialist-ziyalılarla, bir sözlə, onunla birlikdə zabit olan hər kəslə bərabər 
bu təəssüratı hiss edirdi. 
Amma qəhrəmana çevrilmək sevinci bir aydan sonra nədənsə həddindən artıq adiləşdi və Martin yumşaq 
yaxalıq, rahat ayaqqabı və adi cibli pencək üçün darıxmağa başladı. Dəri quncları gəzdirmək sadəcə 
əziyyətli, onları geyinmək isə əsl cəhənnəm əzabı idi. Taxdığı yaxalıq boynunu əyməyə imkan vermir, özü 
də çənəsinə dirənərək bərk ağrıdırdı. Gecə saat üçə qədər inteqralların öyrənilməsi kimi məsuliyyətli və 
təhlükəli bir işlə məşğul olan adamı "kimsə indi hərbi salam verəcəkmi", – deyə həmişə ayıq-sayıq olmaq 
əldən salırdı. 
A.de-Uitt Tabzın ayıq-sayıq gözləri qarşısında Martin institutda forma, ya da heç olmasa, onun daha çox 
diqqət çəkən atributunu gəzdirməli idi, amma axşamlar o, mülki geyim geyinmək vərdişi almışdı. Leora 
ilə kinoya gedərkən kazarmadan özbaşına çıxmış və hər addımda risk edirmiş kimi, sanki, hərbi polis 
tərəfindən həbs oluna və sübh tezdən  edam edilməyəcəkmiş kimi xoş bir hiss keçirirdi.  
Amma hərbi polis, elə bil, acığa düşmüşdü, heç onun üzünə də baxmırdı. Bir dəfə axşam, təmkinli və 
günahsız bir əyləncəyə qapıldıqları vaxt (onlar bir əsgər tərəfindən öldürülmüş başqa bir əsgərin 
cənazəsinə tamaşa edirdilər)  Martin onda ayıldı ki, mayor Riplton Holaberd yanında dayanıb və qəzəbli 
baxışlarla ona baxır. Mayor bu dəfə həmişəki kimi nəzakətlə danışmadı: 
– Kapitan, deyəsən, mülki geyimdə gəzməyi münasib bilirsiniz? Biz elm qulluqçularıyıq, təəssüf ki, əsl 
döyüşlərdə iştirak edən o şərəfli uşaqların imkanlarından məhrumuq. Amma bəzilərinin böyük həvəslə 
getmək istədiyi səngərdə otururmuşuq kimi intizama riayət etməliyik! Əminəm ki, bir daha sizin hərbi 
geyim gəzdirməklə bağlı verilmiş əmri pozduğunuzu görməyəcəyəm. Əks halda… hm… 
Bir qədər gözlədikdən sonra Martin Leoraya ürəyini boşaltdı: 
– Onun yaralanması ilə bağlı əhvalatları eşitməkdən təngə gəlmişəm. Bilmirəm, səngərə qayıtmaq üçün 
ona nə mane olur?! Yarası çoxdan sağalıb. Mən vətənpərvər olmaq istəyirəm, amma vətənpərvərliyim 
antitoksinlər dalınca qaçmağımda, bir də işimdədir. Daha hamısı bir biçimdə olan bu zəhrimara qalmış 
paltarları geyinməyimdə, ya da almanlar haqqında hamı kimi düşünməyimdə deyil. Düzdü, mən alman 
düşməniyəm, amma fikirləşirəm ki, almanlar da, yəqin ki, elə bizim kimi əclafdılar. Oh, gəl gedək evə, 
inteqrallarla məşğul olaq!... Əzizim, axşamlar işləməyim hələ səni bezdirməyib ki? 
Leora nadir istedada malik idi: o, əhvalı yaxşı olmayanda susmağı bacarırdı və bu sükutda heç vaxt 
məzəmmət hiss olunmurdu.  


İnstitutda Martin əmin oldu ki, vətənin müdafiəçiləri arasında qəhrəman geyimindən bezən yeganə 
adam deyil. Elmi əməkdaşların içində hamıdan daha bədbəxt görünən isə doktor Nikolas Yio idi – həqiqi 
yanki, biologiya şöbəsinin kürən bığlı rəhbəri. 
Yio mayor formasını geyinmişdi, amma heç cürə ona adət edə bilmirdi. Bilirdi ki, polkovnik Tabz dediyi 
üçün mayordur və bilirdi ki, forması da mayor formasıdır, çünki, hazır geyim mağazasında prikazçik belə 
demişdi. O, Mak-Qerk Evindən dilxor və günahkar görkəmlə küçəyə çıxırdı. Elə təkcə şalvarının balağı 
çəkməsinin boğazı üzərindən torba kimi asılaraq onu narahat edirdi. O necə vicdanla yadda saxlamağa 
səy göstərirdisə-göstərsin, yenə də bənövşəyi gülləri olan köynəyin üstündən geyindiyi kiteli 
düymələməyi yaddan çıxarırdı (belə köynəyi, – o həmişə deyirdi, – Səkkizinci avenyudan çox ucuz 
qiymətə almaq mümkün idi). 
Amma mayor Yio, hər halda, bir böyük hərbi qələbə çala bildi. O, ideal şəkildə hərbiləşdirilmiş 
yeməkxanaya nizami yerişlə üz tutduğu vaxt bu qələbəsini tutqun səslə Martinə izah etdi: 
– Erousmit, siz rəsmi təzim etmək lazım gələndə dolaşıq salmırsınız ki? Ay zəhrimar! Bütün bu 
nişanlardan heç cürə baş çıxara bilmirəm. Bir dəfə Qurtuluş Ordusunun leytenantını GİXA-dan olan 
general sanmışdım. Bəlkə də, o, Portuqaliya zabiti idi?! Sonra bir fikrin axınına düşdüm – Yio barmağını 
öz böyük burnunun üstünə qoyaraq söylədi – görünüşcə məndən daha yaşlı olduğu bilinən birini görəndə 
ona rəsmi təzim edirəm. Qardaşım oğlu Ted mənə öyrədib… İndi artıq çox gözəl hərbi salam verirəm. O, 
cavabında salam vermirsə, eyibi yoxdur, özü bilər, mən, sadəcə, öz işim haqqında düşünməyə çalışır və 
həyəcanlanmıram. Elmi nöqteyi-nəzərdən baxmalı olsaq, hərbi qulluq, elə də ağır deyil! 
 
 

 
Parisdə, Bonne lidə yaşayarkən Maks Qotlib monarxiya adət-ənənəsindən azad olmasına, qarğıdalı 
çölləri, metal və seçicilərin ümumşəhər yığıncaqları kimi reallıqlarla canlı təmasına görə Amerikaya hərbi 
lovğalığın qarşısını alan bir ölkə kimi baxırdı. O, artıq inanırdı ki, alman olmağa son qoyub və Linkolnun 
həmvətəninə çevrilib.  
Qotlibin Uinnemakdan qovulması nəzərə alınmazsa, Avropa müharibəsi onun mənəvi rahatlığını pozan 
yeganə hadisə idi.  O, müharibədə nə əzəmət, nə də ümid görmürdü, ancaq bitib-tükənməyən faciə 
qoxusu duyurdu. O, uzun aylar idi ki, işlə bağlı xəyallarını və Fransa, İngiltərə, İtaliyada etdiyi yaxşı 
söhbətlər haqqında xatirələri böyük var-dövləti kimi qoruyub saxlayırdı. Qotlib öz fransız, ingilis, italyan 
dostlarını öz köhnə korpsbrüderlərini  sevdiyi kimi sevirdi. Onun sarkazmının dərinliyində həmişə bir 
yerdə işlədiyi və bir yerdə içdiyi almanlarla bağlı həqiqi sevgi gizlənmişdi.  
Onun bacısı oğlanları (o, tətillərdə vətən üçün darıxaraq onlara baş çəkirdi və əksəriyyətini körpə, uşaq 
ikən, tərs yeniyetmə çağlarında görmüşdü) on dördüncü ildə kayzer  bayrağı altında hərbiyə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə