Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə105/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   101   102   103   104   105   106   107   108   ...   151

çağırılmışdılar. Onlardan biri ordenli oberst   olmuş, ikincisi heç nə ilə fərqlənməmiş, üçüncüsü isə on 
gündən sonra ölmüşdü və indi torpağın altında çürüyürdü. Qotlib ürəyi ağrıya-ağrıya olsa da, bununla və 
oğlu Robertin Amerika ordusuna leytenant getməsi və öz əmioğlularına qarşı döyüşməsi ilə barışmağa 
məcbur idi. Amma nə abstraksiyalar, nə elmi qanunların canlı bədəndən daha çox məna daşıması bu 
adamı sarsıtmırdı. Onu sarsıdan militarizmdən uzaq gəzən Amerikanı zəbt edən bir şey – insanın insana 
nifrət bəsləməsi idi. Qotlib Amerikaya yunkerlərə  nifrətinə görə emiqrasiya etmişdi.  
Öz gözlərinə inanmayaraq o, bütün almanların balaca uşaqları öldürdüyünü iddia edən qadınlara, Henrix 
Heynenin sözünün kökünü kəsən universitetlərə, Bethovenin musiqisini qanundan kənar ifa edən 
orkestrlərə, etiraz edə bilməyən dəftərxana işçilərinin üstünə bağıran hərbi formalı professorlara 
baxırdı… 
Nəyin daha çox təhqir olunduğunu söyləmək çətin idi – onun Amerikaya olan məhəbbətininmi, yoxsa 
xudbinliyininmi?! Qotlib necə belə aldana bilərdi?! Amma maraqlıdır ki, həmişə Amerikanın maşın 
tərbiyəsini darmadağın edən Qotlib, ölkə sevincək halda köhnədən də köhnə olan müharibənin 
avtomatlaşdırılması təlxəkliyinə atılanda çox təəccübləndi.  
İnstitut müharibəni qəbul edəndə isə Qotlib əmin oldu ki, daha hamı üçün adi immunoloq deyil, şübhəli 
alman yəhudisidir. 
Düzdür, artileriyada xidmət edən Terri  ona nifrətlə baxmırdı, əksinə mayor Riplton Holaberd onunla 
dəhlizdə qarşılaşarkən qəribə şəkildə özünü dikəldirdi. Qotlib bir dəfə səhər yeməyində Tabza söylədi: 
– Mən bütün ləyaqətli insanları fransız kimi qəbul etməyə hazıram, çünki başqalarına bənzəməyən bu 
xalqı çox sevirəm. Amma ehtimal nəzəriyyəsinə görə, altmış milyonluq almanlar içərisindən bir neçə 
yaxşı insan çıxa bilər.  
Polkovnik Tabz Qotlibə cavabında, az qala, bağırdı: 
 – Məncə, dünyəvi faciənin qarşısında bu cür zarafatlar heç yerinə düşmür, doktor Qotlib! 
Mağazalarda və yerüstü dəmiryol vaqonlarında qırmızı sifətli, tərli adamlar aksentini eşidən kimi Qotlibə 
tərəf çəpəki baxır və bağırırdılar: "Onlardan, lənətə gəlmiş o hunlardan, quyu suyuna zəhər qatanlardan 
biridir!"  
Onun kütləyə nifrətinə və özünü endirməməyə çalışmasına baxmayaraq, bu sancmalar Qotlibi iddialı 
alimdən ehtiyatlı, sarsılmış, büzüşmüş qocaya çevirirdi. 
Bir dəfə isə əvvəllər professor Qotliblə tanışlığıyla lovğalanan ev sahibəsi, Ştraufnabel familiyasını 
daşıyan və adlı-sanlı ingilis Rosmonta ərə gedən xanım,  Qotlib  sağollaşarkən "Auf Ciedersehen"  
dedikdə, onun üstünə qışqırdı: 
– Doktor Qotlib, bağışlayın, amma mənim evimdə bu iyrənc dil qadağandır!  
O, demək olar ki, son illər Uinnemakda  və Hanzikerin yanında yaşanmış həyəcanını yaddan çıxartmışdı. 
Qotlib yaxşılaşmışdı. O, tədricən alimləri, musiqiçiləri, ağıllı həmsöhbətləri... qonaq qəbul etməyə 


başlamışdı. İndi isə o, yenidən özünə qapılırdı. Terrinin getməsindən sonra Qotlib ancaq Miriama, 
Martinə və Ross Mak-Qerkə etibar edirdi, onun qırış basmış göz qapaqlarının altında çuxura düşmüş 
gözləri həmişə iztirabla dolu olurdu.  
Amma  hələ ki, yeri gəldikcə sancmağı da bacarırdı. Məsələn, Kapitolaya öz evinin pəncərəsindən 
üzərində institutun hərbi əməkdaşlarının sayı qədər ulduz olan Vətənpərvər Bayrağı asmağı məsləhət 
görmüşdü.  
Kapitola məsləhəti ciddi qəbul edərək həqiqətən də pəncərədən bayraq asdırmışdı. 
 

 
Mak-Qerk İnstitutu personalının vəzifəsi hərbi geyim geyinmək, hərbi salam vermək və təntənəli səhər 
yeməyi zamanı polkovnik Tabzın "Demokratik Avropanın dirçəlməsi üçün Amerikanın oynamalı olduğu 
rol" haqqında nitqi dinləməklə məhdudlaşmırdı.  
Onlar zərdab hazırlayırdılar. Biofizika şöbəsi rəhbərinin köməkçisi elektrikləşdirilmiş məftilli çəpər kəşf 
etmişdi; yarım il əvvəl Lyuxov zirzəmisində alman tələbələrinin mahnılarını oxuyan doktor Bill Smit, indi 
alman dilində mahnı oxuyanların hamısının zəhərlənməsi üçün qaz üzərində eksperiment aparırdı. 
Martinə isə saxta vaksin hazırlamaq əmri verilmişdi. O, bitki yağında sürtülmüş paratifi  və qarın yatalağı 
basillərini hərəkətə gətirməli idi... İş çirkli və darıxdırıcı idi. Martin onu vicdanla yerinə yetirir və demək 
olar ki, hər səhər hazırladıqlarını təhvil verirdi… Amma həmişə olduğundan daha pis söyüş söyür və elmi 
jurnallar bu vaksini adi duzlu məhluldan heç də yararlı olmadığını deyəndə ədəbsizcəsinə sevinirdi. 
O, Qotlibə necə çətin olduğunu başa düşürdü və ona ürək-dirək verməyə çalışırdı. 
Martinin ən böyük qüsuru ondan ibarət idi ki, o, qorxaq və tənha, həmçinin ağlını itirmiş və yaşlı 
adamlara qarşı mehriban deyildi; heç qəddarlıq da etmirdi, sadəcə onlara əhəmiyyət vermir, ya da 
bacardıqca uzaq qaçırdı, çünki bu adamların şikayətləri onu əsəbiləşdirirdi. Leora onu məzəmmət 
edəndə isə özünə haqq qazandırmaq üçün dodaqaltı mızıldanırdı: 
– Yaxşı, amma mən… Fərsizlərə vaxt sərf etmək üçün həddindən artıq məşğulam. İşimlə, təhsilimlə… Bu 
ki, pis deyil. Pis olan odur ki, bizdə hansısa  adam donuzdan, heç olmasa, bir pillə yuxarı qalxıbsa, mütləq 
filantropiyaya aludə olur. Bununla da hər şeyə son qoyur, çünki daha həyatda heç nəyə nail ola bilmir. 
Sənin fağır adlandırdığın insanlar – onları görüm lənətə gəlsinlər – mənən düşkün adamlardılar. Oh, 
rəhmdil olmaq, mehriban-mehriban mırıldanmaq, tamamilə prinsipsiz yaşamaq və öz-özünə təskinlik 
vermək o qədər asandır ki… Amma irəliyə getmək, səni harasa aparıb çıxara biləcək işlə məşğul olmaq 
çətindir! Həddindən artıq az adamın cəsarəti çatır ki, necə lazımdırsa xudbinlik edə bilsin. Məsələn, boş-
boş məktublara cavab verməsin, öz iş hüquqlarını qorusun. İmkan versən, sənin bu sentimentalların 
Nyutonu, hətta bəlkə də, İsanı da vadar edərlər ki, dünya üçün etdiklərini bir kənara tullayıb mitinqlərdə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə