Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə113/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   109   110   111   112   113   114   115   116   ...   151

İlk dəfə o, təskinliyini Leorada tapdı. Leora deyirdi: 
– Niyə də olmasın? İldə on min almaq heç də pis deyil, Kürən! Uff! Biz həmişə elə kasıb olmuşuq ki, sən 
isə yaxşı mənzilləri və yaxşı əşyaları çox sevirsən. Bir də,  öz şöbənə rəhbərlik etməyin nəyi pisdir? Sən axı 
əvvəlki kimi Qotliblə məsləhətləşə bilərsən. O da şöbə müdiridir, hə? Bununla belə, doktor Tabzdan asılı 
olmadan qala bilir. Oooo, mən lehinə səs verirəm! 
Yavaş-yavaş, institutda ümumi səhər yeməkləri zamanı ona göstərilən və artmaqda olan hörmətin təzyiqi 
altında Martin özü də "lehinə səs verməyə" meyillənirdi. 
"Biz Park-Avenyuda olan yeni evlərin birində mənzil tutarıq. Mənə elə gəlir ki, onlar ildə üç mindən baha 
deyillər, – o fikirləşirdi, – insanları belə evdə qonaq etmək daha maraqlıdır. Əlbəttə, bunun işə mane 
olmasına yol vermək olmaz... Amma hər halda,  xoşdur". 
Beləliklə, Martin üçün cəmiyyətdə nüfuz qazanmaq daha xoş olurdu. Hətta bu nüfuzu qəbul etmək nə 
qədər əzabverici olsa da. 
İndiyə kimi dəfələrlə onunla rastlaşan, amma onda sentrifuqa Qledisdən daha maraqlı bir şey görməyən 
Kapitola Mak–Qerk bir gün Martinə zəng etdi: "…Doktor Tabz elə sevinir ki… Rosla biz elə şadıq ki… Yaxşı 
olardı siz və missis Erousmit bu həftə bizə nahar etməyə gələsiniz, cümə axşamı, doqquzun yarısında". 
Martin hökmdarın əmrinə tabe oldu. 
O əmin idi ki, Anqus Dyuer və Riplton Holaberdin evində qonaqlıqda olarkən əsl dəbdəbəni görüb və 
ziyafətin nə olduğunu başa düşür. Ona görə də Leora ilə birlikdə xüsusi həyəcan keçirmədən Ross Mak-
Qerkin Beşinci Avenyunun yaxınlığında, Yetmişinci küçədə olan evinə yollandılar. Küçədən ev qeyri-adi 
daş yapmalar, rezin karnizlər və tunc şəbəkələrlə maraqlı təsir bağışlayırdı, amma böyük görünmürdü. 
İçəridə isə daş tağtağanlar kilsədə olduğu kimi yüksəklərə ucalırdı. Lakeylər Erousmitləri çaş-baş qoydu, 
avtomat lift həyəcanlandırdı, möhtəşəm holl isə əməlli-başlı öz təsiri altına aldı. Orada  italyan mücrüləri 
və dəri foliantlar   vardı… Bir də onların akvarellərlə bəzədilmiş qonaq otaqları çox gözəl idi. Şahanə ağ 
atlasa və Kapitolanın mirvarilərinə baxarkən  onlar özlərini kənddən gəlmiş adam kimi hiss edirdilər. 
Kapitolanın evində doqquz-on nəfər mühüm qonaq vardı – əhəmiyyətsiz xarici görünüşləri olan kişilər və 
qadınlar, amma onların adları "Snejinka" sabununun adı kimi tanış səslənirdi. 
Martin çaş-baş qalmışdı, anlamağa çalışırdı ki, burada hansısa tanımadığı qadına əlini uzadaraq onu 
nahar süfrəsinə müşayiət etmək lazımdırmı? Amma onun sevincinə rəğmən, hamı bir yerdə Mak-Qerkin  
lütfkar bas səsi altında yemək otağına keçdi. 
Yemək otağı da gözəl idi, eyni zamanda da çox biabırçı təsir bağışlayırdı: basmanaxış dərilər, qızıl suyuna 
çəkilmiş əşyaların isterikası və qonaqların qulançar üçün nəzərdə tutulan çəngəllərdən istifadə 
etmələrinə nəzarət edən qulluqçuların tam assortimenti… Martini (o, deyəsən, hələ də başa düşmürdü 
ki, burada ən hörmətli qonaqdır) Kapitola Mak-Qerk və haqqında yalnız hansısa qrafinyanın bacısı 
olduğunu öyrənə bildiyi bir qadının arasında oturtdular.  


Kapitola özü ağ və ağır təmtərağı içində ona tərəf əyildi. 
– Doktor Erousmit, siz hansı kəşf üzərində işləyirsiniz? 
– Mən, doğrusu… çalışıram aydınlaşdırım ki… 
– Doktor Tabz bizə deyib ki, siz xəstəliklərlə mübarizə üçün çox yaxşı yol tapmısınız – onun "L" hərfi yay 
çaylarının şırıltısından daha məlahətli səslənirdi, "r"-sı isə kolluqdakı bülbülün zənguləsini xatırladırdı.  – 
Oooo… bizim acınacaqlı qoca dünyamızın xəstəlik yükünü yüngüllşdirmkdən daha gözəl nə ola bilər ki? 
Amma dəqiq izah edin, siz nə eləyirsiniz? 
– Hə, doğrusu… hələ əminliklə söyləmək üçün tezdir, amma əgər… bilirsinizmi, iş nədədir. Siz aşkar 
mikrobları götürürsünüz, məsələn stafilo… 
– Ah, elm maraqlı məsələdir… amma onu başa düşmək mənim kimi sadə insana çətindir.  Bizim hamımız 
elə təvazökarıq ki... İtaətkarlıqla sizin kimi alimlərin dünyanı dostluq və məhəbbət naminə dincliklə təmin 
etmələrini gözləyirik… 
Bundan sonra Kapitola Martini rahat buraxdı və bütün diqqətini digər  qonşusuna yönəltdi. Martin düz  
qarşısına baxır, yeyir və əzab çəkirdi. Qrafinyanın bacısı, sarışın arıq qadın gözləri ilə onu yeyirdi. O üzünü 
bədbəxt və itaətkar ifadə ilə ona tərəf çevirdi (bu arada Martin fikir verdi ki, qadının bir çəngəli 
onunkundan çoxdur, görəsən, haradasa səhvə yol verməyib ki?!). 
Qadın, az qala, gurultu ilə danışırdı: 
– Eşitdiyimə görə, siz alimsiniz? 
– H-hə… 
– Alimlərin əsas çatışmazlıqları gözəlliyi başa düşməmələrindədir. Onlar sox laqeyddirlər. 
Riplton Holaberd olsaydı, şən bir zarafatla cavab verərdi, amma Martin yalnız mızıldanmağa imkan tapdı: 
– Yox, mən elə gəlir ki, bu belə deyil. 
O götür-qoy edirdi ki, görəsən, ikinci bakal şampan içmək qüsur sayılmaz ki? 
Portvey şərabından sonra onları yenidən qonaq otağına topladılar, Kapitola ağ yırtıcı qanadları ilə səs-
küy salaraq, yenə də onu sorğu-suala tutdu: 
– Doktor Erousmit, əzizim, nahar zamanı sizdən soruşmağa imkan tapmadım ki, nə ilə məşğulsunuz?... 
Ah! Siz mənim Çarlz-stritdəki yetimxanada olan sevimli balacalarımı görmüsünüz? Əminəm ki, onların 
əksəriyyəti çox yaxşı ziyalı olacaq. Mütləq ora gəlməli və onlara məruzə oxumalısınız. 
Həmin gecə o Leoraya şikayətləndi: 


– Bu hay-küyə davam gətirmək getdikcə çətinləşir. Amma, görünür, bundan zövq almağı öyrənmək lazım 
gələcək. Bir fikirləş, mən şöbə müdiri olanda özümüz qonaqlıqlar təşkil etməli olacağıq…  Amma biz əsl  
insanları qonaq dəvət edərik, yaxşı? Xüsusilə Qotlibi... 
Növbəti səhər Qotlib sakitcə Martinin laboratoriyasına daxil oldu. O, pəncərənin kənarında dayandı, elə 
bil, Martinin gözlərinə baxmaqdan çəkinirdi. Qotlib köksünü ötürdü: 
– Yaramaz bir şey baş verib… Amma bəlkə, elə də yaramaz deyil. 
– Nə baş verib, cənab? Mən kömək edə bilərəmmi? 
– Mənim üçün yaramaz deyil. Sizin üçün isə bilmirəm... 
"Yenə də sürətli uğurun təhlükələri haqda söz salacaq! – Martin pərt halda fikirləşdi, – bu məni artıq 
təngə gətirib". 
Qotlib ona yaxınlaşdı: 
– Mənə ağır gəlir, Martin, amma siz "İks faktoru"nu kəşf edən ilk adam deyilsiniz. 
– N..n..nə? 
– Onu  başqa birisi də kəşf edib. 
– Mümkün deyil! Mən bütün ədəbiyyatı ələk-vələk eləmişəm. Tuortdan başqa heç kim bu məsələ 
haqqında xəyal belə etməyib… Aman Tanrım! Doktor Qotlib, axı bu o deməkdir ki, həftələrlə gördüyüm iş 
havaya uçub… Həm də axmaq vəziyyətə düşmüşəm… 
– Heç nə etmək olmaz. Paster İnstitutundan D””’”Erell təzəlikcə "Comptes Rendus, Academie des 
Sciensces"-də ("Elmlər Akademiyasının məruzələri") öz materiallarını dərc etdirib. Bu, sizin "İks 
Faktoru"nuzdur, eynilə. Sadəcə, o onu "bakteriofaq" adlandırıb. 
– Deməli, mən… 
Martin fikrində sözünü tamamladı: "Deməli, mən nə şöbə müdiri olacağam, nə məşhur alim, nə də heç 
nə! Yenə də sınıq təknənin yanına qayıdıram!"  
Birdən-birə bədəni boşaldı. Sanki, qüvvəsi azaldı, məqsədi yoxa çıxdı və bir az əvvəl Allahın onun 
ürəyində yandırdığı məşəl çirkli-bozumtul yarımqaranlığa çevrildi. 
– Əlbəttə, – Qotlib dedi, – siz indi eyni zamanda edilmiş kəşf üçün iddia irəli sürə bilərsiniz. Hətta bütün 
həyatınızı sizi qəbul etmələri üçün mübarizədə də məhv etmək imkanınız var. Amma başqa yol da var – 
bunu unuda, D’”Erellə gözəl bir təbrik məktubu göndərə və öz işinizin başına qayıda bilərsiniz.  
Martin donquldandı: 
– Əlbəttə, işimə qayıdacağam. Başqa yolum yoxdur. Mənə elə gəlir ki, Tabz yeni şöbə fikrindən əl 
çəkəcək. Mənim isə yeni tədqiqatı necə lazımdırsa işləyib axıra çatdırmağa zamanım olacaq. Ola bilsin


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə