Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə111/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   107   108   109   110   111   112   113   114   ...   151

Dili papirosdan acışana kimi çəkdi… Sonra sakitləşərək təxəyyülündə yaratdığı bədbəxt hadisəyə gülməyə 
başladı. Və yuxulu-yuxulu ağır addımlarla öz yerinə qayıtdı.  
Amma yerinə çatan kimi əsəbləri yenidən oyanmağa başladı və düz səhər açılana kimi gözlərini 
yummadan yerindəcə uzandı. 
Dörd gün Vermontda avara-avara gəzdi, soyuq çaylarda çimdi, ağacların altında, ya da saman tayalarının 
üstündə yatdı və kifayət qədər enerji ehtiyatı ilə geri qayıtdı… Qayıdanda düşünürdü ki, təcrübələri 
başgicəlləndirici qalibiyyətdən sağlam və maraqlı gündəlik işə çevrilənə qədər davam gətirməyi 
bacarmalıdır. 
 
 
XXIX FƏSİL 
 

 
"İks faktoru" ilə bağlı təcrübə artıq altı həftəyə yaxın idi ki, davam edirdi və heyət arasında hansısa 
şübhələr meydana gəlmişdi. Bir çoxları Martinə söz ataraq öz köməyini təklif edirdi. O, isə hamıdan 
qaçırdı. Martin heç bir rəqabət aparan firaksiyaya cəlb olunmaq istəmirdi, halbuki bəzən hələ də 
Fransada döyüşən Terri Uiket üçün darıxırdı – Terri Uiket və onun ədalət tələb edən kobudluğu üçün. 
Martinin qızıl xəzinəsi tapdığından direktorun nə zaman xəbər tutduğu məlum deyil. 
Polkovnik olmaq Doktor Tabzı təngə gətirmişdi. Nyu-Yorkda həddindən artıq çox general peyda olmuşdu 
və o, artıq iki həftə idi ki, heç olmasa, dünyanın balaca bir küncündə dəyişiklik edə biləcək ideyalar 
axtarışında idi. Axtarır və tapa bilmirdi. Tabz bir gün səhər Martinin yanına gəldi. Onun bakenbardları 
dimdik durmuşdu. Polkovnik Martini ittiham etməyə başladı: 
– Siz hansı sirli kəşf üzərində işləyirsiniz, Erousmit? Mən doktor Qotlibdən soruşdum, amma o, xəbəri 
olmadığını dedi. Sonra da dedi ki, əvvəlcə əmin olmaq istəyirsiniz. Mən bu barədə bilməliyəm. Təkcə ona 
görə yox ki, işinizə dostcasına maraqla yanaşıram, həm də ona görə ki, hər necə olsa, direktorunuzam!  
Martin hiss etdi ki, onun yeganə sərvətini əlindən almaq istəyirlər, amma boynundan atmaq imkanı da 
yox idi. O, öz qeydlərini və aqarın balaca kələ-kötür kəsik yerini gətirib Tabza göstərdi. Tabz ah çəkdi, 
bakenbardlarından yapışdı, bir dəqiqəyə yaxın ciddiyyətlə susdu, sonra narazı halda ucadan qışqırdı: 
– Siz demək istəyirsiniz ki, bakteriyalarda yoluxucu xəstəlik aşkar edə bilmisiniz  və bunu məndən 
gizlətmisiniz?  


Bizdə hər hansı bir hədd qoyulmuş şöbələr yoxdur, sadəcə, ətrafında sevimli dostumuz Qotlib kimi qeyri-
adi insanları toplayan şöbələrimiz var. Yeni işçi istedadlı çıxırsa, onun üçün bütün imkanları yaratmağa 
tələsirik, daha qoymuruq ki, individual iş üzərində dayanmadan əlləşsin. Çıxardığınız nəticələri ətraflı 
götür-qoy etdim, Martin. Onlarla bağlı doktor Qotliblə də söhbət etdim. Düzdü, o, mənim bilavasitə 
praktik nəticələrlə bağlı həyəcanıma bir o qədər də şərik deyil. Qərara gəldim ki, sizin rəhbərliyiniz 
altında yeni mikroorqanik patologiya şöbəsinin yaradılması planını Qəyyumlar Şurasına təqdim edim! 
Sizin diplomlu əsl assistentiniz, əlavə otağınız, texniki qüvvəniz olacaq. Bilavasitə mənim qarşımda 
hesabat verəcəksiniz! İşin gedişi ilə bağlı Qotlibə deyil, gündəlik olaraq mənə məruzə edəcəksiniz. 
Sərəncamıma əsasən hər cür işdən azad ediləcəksiniz, amma özünüz istədiyiniz halda mundiri və digər 
bu cür şeyləri saxlaya bilərsiniz. Güman edirəm ki, məvacibiniz – cənab Mak-Qerk və yerdə qalan 
qəyyumlar təklifimi qəbul edərlərsə – ildə beş mindən on minə qədər artırılacaq. Hə… yaxşısı budur ki, 
sizə yuxarıdakı böyük otağı versinlər, liftdən sağda olanı. O indi boşdur. Kabinet isə elə həmin dəhlizdədir 
– üzbəüz. Siz bütün lazımlı yardımı alacaqsınız. Əlbəttə, mənim oğlum, hər işi özünüz görərək, bütün 
gecəni səhərə kimi oturmaq məcburiyyətində qalmayacaqsınız. Siz ancaq planı fikirləşməli və imkan 
dairəsində işi genişləndirməlisiniz. Daha böyük sahələri əhatə etməyə çalışmalısınız. Biz sizin prinsipi hər 
şeyə şamil edəcəyik. Xəstəxanalarda onlarla həkim bizə kömək edəcək, nəticələrimizin doğru olub-
olmadığını yoxlayacaqlar… Həftədə bir dəfə bizim birgə rəhbərliyimiz altında bu həkimlərin və 
köməkçilərin yığıncağını çağıracağıq. Heç fikirləşmisinizmi ki, Paster və Kox kimi insanların əlində belə bir 
sistem olsaydı, onların işinin əhatə dairəsi necə geniş olardı?! Ümumi məhsuldar əməkdaşlıq  müasir 
elmin əsas prinsipidir. Sarsaq, paxıl, iməkləyə-iməkləyə irəlilyən individual tədqiqatın zamanı çoxdan 
keçib. 
Əziz dostum, bəlkə də, biz böyük bir şey tapmışıq. Bəlkə də, bu, ikinci salvarsandır ! Biz kəşfimizi 
mətbuatda birlikdə çap etdirərik!  Bütün dünyanı onun haqqında danışmağa vadar edərik. Bilirsiniz, 
bütün gecəni bizim imkanlarımız haqqında fikirləşərək gözlərimi belə yummamışam. Bir neçə aydan 
sonra ola bilər ki, təkcə stafilakokk infeksiyasını deyil, qarın yatalağı və dizenteriyanı da müalicə etməyi 
öyrənək. Martin, sizin layiq olduğunuz möhtəşəm qiymətin heç kiçicik bir hissəsini belə əlinizdən almaq 
istəmirəm, amma deməliyəm ki, mənimlə birlikdə hərəkət etsəydiniz, çoxdan öz işinizdə praktik 
sübutlara və nəticələrə nail olmuşdunuz. 
Martin öz şöbəsinin, assistentlərinin, ona alqış səsləndirən dünyanın və ildə on minin xəyalı ilə ağır-ağır 
geri – öz otağına qayıtdı… Amma ona elə gəldi ki, işini əlindən alıblar, "mən"ini qoparıblar. O, artıq 
Martin və Qotlibin şagirdi olmayacaq, yox, o doktor Erousmit olaraq nüfuzlu şənliklərin adamına 
çevriləcək. Mikroorqanik patologiya şöbəsinin rəhbəri kimi kraxmallı yaxalıqda gəzməli, nitqlər söyləməli 
və heç vaxt söyüş söyməməlidir. 
Onu şübhə bürüdü. Bəlkə, "İks faktoru" yalnız sınaq şüşəsinin içində inkişaf edə bilir?! Bəlkə, o, 
xəstəliklərin müalicəsində heç bir rol oynamayacaq? Öyrənmək lazımdır, öyrənmək! 
Birdən gözlənilmədən Riplton Holaberd laboratoriyaya soxuldu: 
– Martin, əzizim, direktor elə bu dəqiqə kəşfiniz haqqında danışırdı, sizinlə bağlı gözəl planları olduğunu 
söylədi. Səmimi qəlbdən təbrik edirəm və məsləkdaş, şöbənin rəhbəri kimi sizi salamladığıma çox 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə