Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə119/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   115   116   117   118   119   120   121   122   ...   151

dururdu.  Zat aliləri haqqında Tviford bir dəfə "maymaq və axmaq" sözlərini demişdi, onun söylədiyi bu 
cür fikirlər Ferlembə gözlənildiyindən də tez çatdırıldı. Bu azmış kimi, onu qəti olaraq cana gətirmək üçün 
deputatlar palatasını, Sent-Hubertin qanunvericilik orqanını Kelletlə – Qırmızı Ayaqla Corc Uilyam 
Vertigen arasındakı ədavət də parçalayırdı.  
Sent-Hubertə iki yüz il əvvəl qanunla təfsir edilərək qul kimi gəlmiş şotland-irland əsilli kasıb ağların 
tayfalarını burada "qırmızıayaqlılar" adlandırırdılar. Əksəriyyəti indiyə kimi ya balıqçılıq edir, ya da 
plantasiyalarda nəzarətçi işləyirdilər. Amma onlardan biri, hirsli, simic və yorulmaq bilməyən Kellet 
kuryer oğlandan paroxod agentliyinin sahibinə qədər böyümüşdü. Onun bu vaxtlarında belə, atası hələ 
də Karib burnunun dayaz yerlərdə balıq üçün tor atırdı. Kellet deputatlar palatasının bəlası idi, pula 
qənaət olunmasına nəzarət edirdi, xüsusilə də öz sənət yoldaşının – Corc Uilyam Vertigenin qanını 
qaralda biləcəyi yerlərdə... 
Bəzən "qoca Co Uim" və "Buz Evinin Kralı" adlandırılan Corc Uilyam "dağıdıcı bar" deyilən baptist 
ibadətgahının qara məhləsində anadan olmuşdu. Sent-Hubertdə ən böyük mağaza olan "Mavi Bazar" 
ona məxsus idi. Venesuelaya kontrabanda tütün  gətirirdi. Həmçinin başdan–ayağa kimi mahnılar, 
diqqətsizlik və romla, bir də Kellet və Qırmızıayaq kimi rəqəmlərlə, paxıllıq  və ədəb qaydaları ilə dolu idi.  
Budur, Kellet və Corc  Uilyam palatanı parçalaya bildilər. Hörmətli insanlar üçün onların ikisindən 
hansının daha çox ləyaqətli olması müzakirə mövzusu deyildi: Kellet ədalətli və ciddi, xoşxasiyyət, 
ailəcanlı idi, cəmiyyət arasında yüksəlişi gəncləri ruhlandırırdı. Corc Uilyam isə oyunçu, kontrabandaçı, 
fırıldaqçı, brak çitlərin alverçisi idi. Yeganə xoş xasiyyəti həddindən artıq ucuz təsir bağışlayan safqəlbliliyi 
idi. 
Kellet qənaət  sahəsində öz ilk uğurunu Sent-Hubert siçovul ovçusunun yanında rəsmi vəzifə tutan, 
qaraqabaq londonlu qoboyçalanı işdən azad etdirməsi ilə qazandı.  
Rütubətdən çürümələr və cənab Robert Ferlemblə Corc Uilyam Vertigenin şəxsi söhbətləri göstərdi ki, 
siçovullar ərzağı məhv edirlər və xəstəlikləri yaya bilərlər, buna görə də zat-aliləri bill  üzərinə öz 
vetosunu qoymalıdır.  Cənab Robert həyəcanlanırdı. O, baş hərbi həkimi – doktor R.E.İnçkep Consu öz 
yanına çağırdı (bu adam özünün doktor deyil, cənab adlandırılmasına üstünlük verirdi). 
Doktor İnçkep Cons arıq, hündür, narahat, gənc və iradəsiz adam idi. "Evdən" cəmi iki il əvvəl gəlmişdi və 
vətənə, Serridə tennis meydançasını təşkil edən vətənin bir guşəsinə olan meyli çəkirdi. Doktor cənab 
Robertə izah etdi ki, siçovullar və onların dəyişməyən yol yoldaşları – birələr, doğrudan da, yoluxucu 
xəstəlik yayırlar: taun, infeksion sarılıq, sodoka və təxminə görə cüzam xəstəliyini. Sent-Hubertdə bu 
xəstəliklər yoxdur və deməli, ola da bilməz. İngilis olmayan yerli əhalinin qaçılmaz bəlası – cüzam isə 
istisna təşkil edirdi. Əslində, – İnçkep Cons əlavə etdi, – Sent-Hubert yalnız malyariyanı, dengeni və 
hamıya üstün gələn çox şiddətli sıxıntını tanıyır, belə ki, Kellet və digər qırmızıayaqlar taundan və 
sodokadan ölmək istəyirlrsə, nəzakətli insanlar onlara mane olmamalıdırlar. 
Beləliklə, Sent-Hubert palatası deputatlarının və qubernator həzrətlərinin suveren hakimiyyəti ilə ingilis-
siçovultutana, onun gənc köməkçisi – qara dərili məzəli oğlana öz mövcudluğuna son qoymaq əmri 
verildi. Siçovultutan sürücüyə çevrildi. O, Barbadosdan Trinidada gedərkən Sent-Hubertə baş çəkən 


kanadalı və afrikalı turistləri öz qırıq-salxaq maşını üçün daha az çətinliklər törədən dağ yolları ilə gəzdirir 
və onlara yerli flora ilə bağlı yalan məlumatlar verirdi. Siçovultutanın köməkçisi ən hörmətli 
kontrabandaçı və veslian  oxuyanlarının regenti   idi. Siçovullar isə firavan, gen-bol yaşayırdılar və hər bir 
dişi siçovul ildə iki yüzə qədər nəsil artırırdı. 
Gündüzlər nadir hallarda gözə dəyirdilər. Kellet Qırmızıayaq "Siçovullar çoxalmırlar, onları pişiklər məhv 
edir", – deyirdi. Amma axşam düşən kimi anbarlarda ortaya çıxır və dəniz kənarındakı şxundan kənara və 
şxuna   adlayaraq ora-bura qaçışırdılar. Bir qədər sonra cəsarətlənərək hətta adanın dərinliklərinə 
getməyə başladılar və öz birələrini Karib kəndi ətrafında sürü ilə yaşayan dələlərə pay verdilər.  
Siçovultutanın işdən çıxarılmasından yarım il keçəndən sonra – artıq "Pendaun Qəsri" Montovideoya 
gəlmişdi və Məşvərətçilər Dalğaqıranına yan almışdı – körpüdən on minlərlə parıldayan göz onu böyük 
maraqla təqib edirdi.  
Müəyyən edilmiş qaydaya əsasən – bu heç də "inflüensiya"nın öldürdüyü iki nəfərlə bağlı deyildi – 
"Pendaun Qəsri"nin komandası siçovullardan qorunmaq üçün şvartovları  sipərlərlə hasarladılar. Amma 
gecə taxma körpünü qaldırmadılar və gah bu, gah da başqa siçovullar Bleukoterdə olan qohumlarının 
yanına möhkəm lövhələrdən daha yağlı yemək axtarmağa yollandılar. "Pendaun Qəsri" rahatca öz 
doğma sahillərinə yola düşdü, tezliklə baş həkim İnçkep Cons Evonmautdan göndərilən kabloqramma ilə 
xəbərdar edildi ki, gəmi saxlanılıb, bortunda daha bir neçə nəfər ölüb. Məlum oldu ki, onlar taundan 
ölüblər… 
Qısa kabloqrammada, sanki, bu söz alovlu hərflərlə yazılmışdı. 
Kabloqramma alınmamışdan iki gün əvvəl isə bir blekuoterli malyükləyən fəhləni naməlum xəstəlik 
öldürmüşdü: sayıqlaması, bubonları   olan iyrənc bir xəstəlik… İnçkep Cons dedi ki, bu, taun ola bilməz
çünki Sent-Hubertdə heç zaman taun olmayıb. Onun həmkarı Stoks da etiraz etdi ki, "xeyr, necə yəni bu  
taun ola bilməz, şübhəsiz ki, taundur". 
damarları görünən, qaraqabaq Doktor Stoks Sent-Svitinsdən gəlmə həkim idi. O təhkim edildiyi Sent-
Svitins kəndində oturmur, İnçkep Consu təngə gətirərək, bütün ada boyu dolaşırdı. Cənab Floks tibb 
fakültəsini Edinburqda bitirmiş, Cənubi Afrikada xidmət etmiş, tropik malyariyasına, vəbasına və bir çox 
başqa xəstəliklərə yoluxmuşdu. Sent-Hubertə isə yalnız yenidən qırmızı qan hüceyrələri toplamaq və 
zavallı İnçkep Consa rahatlıq verməmək üçün gəlmişdi. Həddindən artıq ləyaqətsiz adam idi! O, İnçkep 
Consa tennisdə iyrənc və idmançıya yaraşmayan ötürmələrin köməkliyi ilə qalib gəlirdi – belə bir 
ötürməni yalnız və yalnız amerikalıdan gözləmək olardı.  
Bu Stoks, bu kobud, bu darıxdırıcılıq mücəssəməsi özünü bakterioloq hesab edirdi. Məgər bu həyasızlıq 
deyilmi ki, hansısa bir doktorcuq dokları   fırlanır, siçovulları tutur, sonra isə kürən, qırmızısifətli, arıq, 
xoşagəlməz görkəmi ilə sizdən yapışır və sübut etməyə çalışır ki, siçovullar tauna yoluxublar. 
– Mənim əzizim, siçovullarda həmişə müəyyən sayda taun basilləri mövcud olur, – İnçkep Cons yumşaq 
tonla, amma təkəbbürlə dedi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə