Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə117/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   113   114   115   116   117   118   119   120   ...   151

mübahisə etmiş və gizli çaxır məclislərində olmuşdu. Amma, hər halda, ona xatırlamağa kömək etdilər… 
Beləcə bir həftə sonra Sondelius, Terri və Martin birlikdə gəzir, birlikdə nahar edir, ya da Erousmitlərin 
mənzilində yeni mövzuların və cinin  təsirindən xumarlanırdılar. 
Sondeliusun kətan rəngli gur saçları, demək olar ki, tamamilə ağarmışdı, amma pəhləvan çiyinləri kimi 
çiyinləri, enli alnı və dünyanı yoluxucu xəstəliklərdən qorumaq üçün ideyalarla aşıb-daşan beyni elə 
əvvəlki idi. Buna baxmayaraq, müəyyən ziyanverici şeylərdən – nə qədər ki onların zamanı keçməyib – 
həzz almağı özünə qadağan etmirdi. 
O, yuxu xəstəliyi haqqında məqaləni başa çatdırmağı, Nyu-Yorkda Tropik Tibb İnstitutu yaratmağı 
qarşısına məqsəd qoymuşdu. 
Sondelius Mak-Qerkin və Tabzın vasitəsilə özünə hami tapdığı varlı Minnigenin, vaxtlı-vaxtsız da Qotlibin 
zəhləsini tökürdü. 
O, Qotlibin qarşısında sitayiş edirdi və bu pərəstişini hər yerdə hay-həşirlə elan edirdi. Qotlib onun 
cəsurluğuna və merkantilizmə olan nifrətinə hörmət edirdi, amma Sondeliusun yanında olmasına 
dözmürdü. Sondelius öz həyatsevərliyi ilə onu qıcıqlandırırdı, öz komplimentləri, öymələri, öz yekəliyi ilə 
onu özündən çıxarırdı. Doğrudur, onların yaşı arasındakı fərq cəmi on bir il idi (əlli səkkiz altmış doqquza 
qarşı), bununla belə, Sondeliusun otuz yaş cavan və yarım əsr şən görünməsi Qotlibə toxunurdu.  
Sondelius bu ədavəti hiss edən zaman daha gurultulu və daha coşqun olmaqla onu aradan qaldırmağa 
çalışdı. Qotlibin doğum günündə ona yasəməni işləməsi olan albalı rəngli məxmərdən ev gödəkçəsi 
bağışladı və Qotlibin evinə qonaq getdiyi vaxt – bu isə tez-tez baş verirdi – qoca bu iyrənc şeyi geyinməli 
və Sondelius nərilti ilə o qədər də yaxşı olmayan şorbalar və o qədər də yaxşı olmayan musiqiçilər 
haqqında danışanda dodaqaltı donquldanaraq onun gözləri önündə oturmalı idi. Bununla belə, 
Sondeliusun bu görüşlərin xətrinə həddindən artıq dəbdəbəli qonaqlıqları qurban verdiyini Qotlib heç 
zaman bilmədi. 
Martin Sondeliusdan cəsarətli olmağı öyrənməyə çalışırdı. Bir vaxtlar Terridən fikrini bir yerə cəmləməyi 
öyrəndiyi kimi.  
İnstitutun ağlını itirdiyi bu günlər ərzində öz işi ilə məşğul olmaq istəyən adam üçün isə cəsarət və fikrini 
cəmləmək çox vacib idi. 
Martin  öz işi ilə məşğul idi. 
 

 
Martin Qotliblə məsləhətləşərək, bu cür mikroblarla rabitənin təhlükəsi haqqında Leora ilə heç də asan 
olmayan söhbətə davam gətirərək, bubon taununa girişdi. Daha doğrusu, onun qarşısını almaq 
imkanlarına və faqın köməkliyi ilə müalicəsinə…  


Onun Sondeliusu taun epidemiyası ilə bağlı sorğu-suala tutduğunu eşidənlər şübhələnirdilər ki, Martin 
Qara Ölümü çox cəlbedici hesab edir. Onun dilini marçıldadaraq və nəvazişli sözlər deyərək qorxulu 
xəstəliyi arıq, ətiacı siçovullara necə peyvənd etdiyini görən hər kəs ağlını itirdiyini güman edə bilərdi. 
O, öyrəndi ki, faq yeyən siçovullar taun xəstəliyinə yoluxmurlar, faqla qidalandırıldıqdan sonra Bacillus 
pestis  onun daşıyıcıları olan siçovullarda yoxa çıxır. Əvəzində isə heyvanlar taundan həlak olmur, onun 
üçün sığınacaq rolu oynayır və onu yayırlar. Nəhayət, Martin aydınlaşdırdı ki, taunu müalicə edə bilər. O, 
Faktor İksin ilk günlərində olduğu kimi öz təcrübələri ilə bərk məşğul idi, özünü də elə həmin vaxtdakı 
kimi xoşbəxt və həyəcanlı hiss edirdi. Gecələr səhərə qədər işləyirdi… Lampanın işığında mikroskop 
üzərinə əyilərək tük kimi uzanmış taun basillərini şüşə damcıtökənlə tək-tək çəkib çıxarırdı. 
Heyvanlarla işləyəndə birələr vasitəsilə yoluxmamaq üçün rezin əlcəklər, hündür dəri çəkmələr, qollarına 
isə kəmərciklər taxırdı. Bu ehtiyat tədbirləri onu qürurlandırırdı, amma digər "mak-qerkçilər" üçün 
Martinin hərəkətlərində əlkimyaçıların magiyasından olan nəsə qəribə sirlər var idi. O, azacıq 
qəhrəmana, amma bundan daha artıq da zarafatların hədəfinə çevrilmişdi. Elmi işçilərin zarafatyana 
dedi-qodu etmək kimi zəhlətökən vərdişləri, kontorlarda olan qayğısız işbazlarda və kəndlərdəki 
zəhmətkeş qocalarda olduğundan heç də az deyil. Kimyaçılar və bioloqlar Martini "taun" adlandırır, onun 
laboratoriyasına getməkdən boyun qaçırır və özlərini elə aparırdılar ki, guya, onunla dəhlizdə 
qarşılaşmaqdan qorxurlar. 
Elmin dramına qapılaraq təcrübədən təcrübəyə sürətlə keçən Martin isə öz düşüncələrində yüksəklərə 
qalxır və görürdü ki, başqaları da onu ciddi qəbul etməyə başlayırlar.  
O, taun əleyhinə faqla bağlı ehtiyatlı bir məqalə çap etdirdi və məqalə bir çox elmi jurnallarda dərc 
olundu. Hətta qayğılardan başını itirməsinə baxmayaraq Qotlib belə məqaləni təriflədi, halbuki, bu arada 
o, Martinə böyük diqqət göstərməmişdi, heç kömək də etməmişdi. Bircə Terri Uiket laqeyd qaldı. O, 
Martinin öz-özlüyündə parlaq görünən işinə paxıllıq etmədiyini göstərmək üçün azacıq şövqlə danışdı, 
amma davamlı olaraq yeni eksperimentlə yanaşı, faqın təbiəti ilə bağlı tədqiqatını və fiziki kimya 
məşğələlərini aparıb-aparmadığını soruşdu.  
Sonra Martinin elə bir assistenti peyda oldu ki, beləsinə hələm-hələm rast gəlmək olmazdı. Bu, Qustav 
Sandelius idi.  
Tropik Tibb İnstitutu ideyası baş tutmamışdı. Sandelius ona qarşı soyumuşdu və indi yeni həyəcanlar 
axtarışında idi. O, öz əsrində çox fərqli epidemiyalar görmüşdü və tauna qarşı aşiqanə bir nifrət hiss 
edirdi. Sandelius Martinin nə ilə məşğul olduğunu başa düşdükdə, qızışdı: 
– Uca göylər! Siz, deyəsən, elə bir şey tapmısınız ki, İersini, Xavkini, hətta  kimi istəsəniz qatlayıb cibinizə 
qoya bilərsiniz. Ola bilsin, dünyanı taundn xilas edəcəksiniz… Bütün bu zavallı hinduları qurtaracaqsınız… 
milyonlarla həyat… İcazə verin sizinlə işləyim. 
Və budur, o Martinin köməkçisinə çevrilib – müftə, yorulmaq bilməyən, o qədər də bacarıqlı olmayan, 
amma bitib-tükənməyən gümrahlığı ilə dəyərli bir köməkçiyə. Elə Martin kimi o da düzgün həyat 
qaydasını sevmirdi. Prinsipi üzündən heç vaxt iki gün dalbadal eyni saatda nahar etməzdi və ehtiyac 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə