Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə118/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   114   115   116   117   118   119   120   121   ...   151

olmadan, sadəcə, öz kefindən gecəni səhərə kimi işləyərdi, dan yeri söküləndə isə şeir yazardı – həm də  
çox bərbad şeirlər. 
Martin bütün həyatı boyu tənha sərgərdan olmuşdu. Ola bilsin ki, o, Leoranın öz varlığını qəribə formada 
gözəçarpmaz etmək bacarığını sevmişdi. Ona görə də Sandeliusun səsli-küylü iştirakı, taun daşıyıcıları 
olan siçovullarla (Sandelius onlara heç bir nifrət hiss etmirdi, amma aşiqanə bir ehtirasla milyonlarla 
siçovulu tələyə romantik şəkildə cəlb edir və zəhərli qazla məhv edirdi) bağlı odlu-alovlu nitqləri nə qədər 
maraqlı olsa da, Martini qıcıqlandırırdı. Bnunla belə, söhbət vaxtı səsli-küylü olan Sandelius iş vaxtı 
dinməz-söyləməz ola bilirdi. O, Martin heyvanların plevrasına  inyeksiya etdikdə onları necə tutmaq 
lazım gəldiyini dəqiqliklə bilirdi. Taun basillərinin kulturalarını səpir, preperatçı gecə saat birdə evə çıxıb 
getdiyi zaman (Qarson Martini sevirdi və elmə hörmətlə yanaşırdı, amma altı saat yatmaq lazım gəldiyi 
ilə bağlı fikirə şərik idi və hərdənbir Harlamda arvadı və uşaqlarıyla görüşmək üçün getməli olurdu), 
sevinə-sevinə kolbaları və şprisləri sterilizə edir, yeni qurbanlar gətirmək üçün damdakı siçovul 
yetişdirmə məntəqəsinə qalxırdı. 
Sandeliusu Martinin bilicisindən onun köləsinə çevirən dəyişiklik elə xəlvəti baş verdi ki…  Nə o, nə də 
Martin bu çevrilişlə bağlı heç nə hiss etmədilər. Sandelius sensasiyaya duyduğu Pikkerbo sevgisinə 
baxmayaraq, üstünlük və şöhrət haqqında az narahat olurdu. Onlar bir-birindən papiros alır, ən bivaxt 
zamanlarda gecə qəlyanaltısında blinçiklərlə kofe içir və ölüm daşıyan cihazlarla birlikdə işləyirdilər. 
 
XXXI FƏSİL 
 

 
Gün işığında görünməyən və gecə qaranlığında yuxulamayan bir şey Çindəki Yunnanyadan, bazarlardakı 
səs-küydən ayrılaraq sürünməyə başlamışdı... İməkləyərək sürünürdü, həm də uğursuz və sona 
yetməyən bir hərəkətlə; Himalaydan keçərək, bazarların hasarlanmış divarları boyunca addımlayaraq, 
səhradan adlayaraq, sarı isti çaylardan, Amerika missioner yardımçı stansiyasından ötərək sakitcə və 
əminliklə üzüaşağı sürünürdü. Onun keçdiyi yolda – hər yerdə taunun zəhərləyib öldürdüyü adamlar 
yıxılıb qalırdı… 
…Bombeydə yeni liman gözətçisi, qara dərili adam, bir kasa düyü yeyə-yeyə öz ailəsinə siçovulların yeni, 
qəribə vərdişləri haqqında danışırdı. 
Çirkab borularının sakinləri hər zaman elə cəld olublar ki… aradan çıxdı və artıq  yoxdur… Amma indi, 
sanki, hamısı quduzlaşıb. Onlar qarovulçudan çəkinməyərək anbarda meydançanın ortasına çıxır və elə 
tullanmağa başlayırlar ki (qarovulçu gülə-gülə inandırmağa çalışırdı), sanki, uçmaq istəyirlər. Sonra da elə 
oradaca ölü düşürlər. Dartışdırırsan, tərpənmirlər. 


Ölümünə az qalmış həmin bu adamın işlədiyi körpüdən buğda yüklü bir gəmi Marselə istiqamət alaraq 
aralandı. Bütün reys boyu bortda heç kəs xəstələnmədi. Marseldə paroxoda yan almamaq üçün heç bir 
səbəb yox idi. Montevideoya gedərkən o paroxodda xüsusi sensasiya doğuran heç bir şey baş vermədiyi 
üçün, (əgər superkarqo ilə ikinci köməkçi arasındakı mübahisə nəzərə alınmazsa) kapitan, tilov ipi 
yükünə əlavə olaraq kakao da götürmək üçün yola düşəcək "Pendaun Qəsri" gəmisinin yanında lövbər 
ata bilərdi.  
Sen-Hubertə yolda "Pendaun Qəsrin"də gəmi şagirdi, əslən Qoadan olan balaca oğlan, onun ardınca isə 
kayut-kompaniyanın stüartı xəstəlikdən öldülər. Bu xəstəliyi kapitan inflüensa adlandırdı. Amma 
gəmidəkiləri hər şeydən daha çox küll halında meydana çıxan siçovullar heyrətləndirirdi. Ağac kimi bir 
qidadan razı qalmayan siçovullar ərzaq olan anbara soxulur, sonra şkansa   dırmaşır və məlum olmayan 
səbəblər üzündən açıq göyərtədə gəbərirdilər. Gəbərməmişdən əvvəl isə gülməli şəkildə rəqs edirdilər, 
sonra cəng olmuş və pırtlaşmış vəziyyətdə şpiqatda  atılıb qalırdılar. 
"Pendauns Qəsri" beləcə Sen-Hubert adasının baş şəhəri və limanı olan Blekuoterə gəlib çatdı. 
Cənub-Qərbi Hindistanda bu, balaca bir adacıqdır, amma onun köməyi ilə yüz minlərlə əhali dolanırdı: 
ingilislər, plantasiyaçı və kontorçular, hindu qazmaçı fəhlələr, zəncilər,  şəkər plantasiyalarında fəhlələr, 
çinli tacirlər. Onun qumlarında və dağ yüksəkliklərində tarix nəfəs alırdı. Burada bir zamanlar piratlar öz 
gəmilərini gizlədirdilər, Markiz Uismberi də ağlını itirdiyi zamanlarda burada saatsazlıqla məşğul olub. O, 
öz kölələrinə bütün şəkər qamışlıqlarını yandırmağı əmr etmişdi. 
Yaraşıqlı kəndli Qaston Lopo xanım de Merlemonu bura qaçırtmışdı və onunla birlikdə məhz burada 
kübar həyatı sürmüşdü. Sonra isə belə oldu ki, tez-tez çubuqla döydüyü kölələr bir gün o, saqqalını 
qırxan zaman yanına gəldilər və… elə o saat sabun köpüyü əcaib qırmızı rəngə boyandı. 
Bizim günlərdə Sent-Hubert başdan-başa şəkər qamışları və "ford"lar, apelsinlər, çinarlar, kakaonun sarı-
qırmızı qabığı, bananlar və kauçuk ağacları, bambuk cəngəlliyi və eriodendron kökləri arasındakı çuxurları 
paltar yumaq üçün istifadə edən qara dərili paltaryuyan qadınlar, bir də rütubətli bürkü, əzəmətli 
palmalar, vadiləri öz  tünd qırmızı rəngi ilə bürüyən solmaz çiçəkləri deməkdir. Hazırda bu gözəllik turist 
sıxıntısı və şəkər qamışının qiymətləri ilə bərabər amansız günəş şüaları altında alışıb-yanırdı. 
Blekuoter bürkülü bir şəhərdir və dəmir damlı palçıq evlərdən ibarətdir. Küçələr qızılbalıq əti kimi 
qıpqırmızı şaron qızılgülləri və eyvanlı, öz qaranlıq dərinliklərini düz boğanaq küçəyə açan dükanlarla 
bəzənib. Şəhərin bir ucu limana dirənir, o biri isə bataqlığa. Amma şəhərin arxasında Penrit dağları ucalır 
və onun bərəkətli, palmalardan tac qoyulmuş yüksəkliklərində qubernatorun evi görünür. Bu ev, sanki, 
uzaqlardan süzən yelkənlərə baxır. 
Burada – ağır tərpənən süstlükdə Sent-Hubertin qubernatoru, zat-aliləri, polkovnik, cənab Robert 
Ferlemb yaşayır. 
Cənab Robert Ferlemb çox yaxşı oğlan idi, süfrə başında lətifələr söyləyər, adi günlərdə siqaret çəkməzdi. 
Amma çox pis qubernator idi. Vəzifə pilləsində ondan sonrakı yerdə arıq, çalışqan,  təkəbbürlü despot, 
Sent-Svitinə gedən yolda minlərlə akr şəkər qamışı plantasiyasının sahibi, hörmətli Sesil Erik Corc Tviford 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə