Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə126/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   122   123   124   125   126   127   128   129   ...   151

həkiminin katerində getməyə imkan veriləcək, amma Sent-Hubertin sakinlərindən heç kim gəmiyə 
buraxılmayacaq. Gəmi həkiminin əsaslı surətdə dizinfeksiya edəcəyi dövlət poçtu istisna olmaqla, taunlu 
adadan bir əşya belə paroxoda gətirilməyəcək. 
(Gəmi həkimi bu arada bir məsələ üstündə baş sındırırdı: məktubları necə dizinfeksiya etsin? Tüstüyə 
versin, nədir? Kükürdü rütubətli havada yandırmaq olacaqmı?) 
Tərsanə sahibləri ilə mübahisə edə-edə kapitan natiqlik sənətində püxtələşmişdi və onu dinləyən 
turistlər sakitləşdilər. Amma Martin öz Komissiyasının üzvlərinə pıçıldadı: 
– Əvvəllər bu barədə heç fikirləşməmişdim. Siz bilirsinizmi ki, sahilə düşdükdən sonra düz epidemiya 
qurtarana kimi – o da nə zamansa qurtaracaqsa – əsirə çevriləcəyik, taun adasında əsirə…  
– Hə, əlbəttə ki, – Sandelius dedi. 
 

 
Barbados adasının çox gözəl limanı olan Brictaunu  günün günorta çağı tərk etdilər. Blekuoterə çatanda 
gecə idi və sərnişinlərin hamısı artıq yatmışdı. Martin kimsəsiz, rütubətli göyərtəyə çıxdı, bura xəyal və 
səssiz düşmən kimi görünürdü, gələcək döyüş meydanından isə yalnız narahat su zolağının arxasında 
qalmış sahil işıqlarının cərgəsi boylanırdı.  
Onların gəlişində cəsarətsiz və qanunsuz nəsə var idi. Gəmi həkimi qayğılı görünüşlə ora-bura qaçırdı, 
körpünün üstündə dayanan kapitanın necə donquldandığı eşidilirdi. Kapitanın birinci köməkçisi tələm-
tələsik onun yanına qaçdı, pıçıltıyla nəsə danışdı və yenidən lyuka tərəf cumdu. Onları heç kim 
qarşılamadı. Paroxod xırda, ölgün ləpələrin üzərində yırğalanaraq gözləyirdi, adama elə gəlirdi ki, sahil 
isti, üfunətli nəfəsini ona tərəf üfürür. 
– Biz burada sahilə enəcəyik və qalacağıq – Martin göyərtədəki qara işıq zolağında yırğalanan 
çamadanların və faqla dolu yeşiklərin yanında – pilləkənin yuxarıdakı qurtaracağında dayandıqları vaxt 
Leoraya dedi.  
Sərnişinlər xalatla göyərtəyə çıxır və laqqırtı vururdular: "Hə, budur o ada, bax,  işıqları görünür. Dəhşətli 
yerdir. Nəəə? Kimsə düşür? Ah, yəqin ki, o iki doktor... Yaman qoçaqdırlar! Onlara qibtə etmirəm!" 
Martin bunu eşidirdi. 
Sahildən gəmiyə üzən işıq yavaş-yavaş yaxınlaşdı, burnu ilə suya dalaraq gəminin ətrafında dolandı, 
sonra gəmi nərdivanına yan aldı. Pillələrin aşağısında dayanmış stüardın tutduğu fanarın bulanıq işığında 
Martin kölgədə gizlənmiş gözəl bir kater gördü. Onun komandası dəniz geyimində və qara lentli həsir 
şlyapada olan qaradərili matroslardan ibarət idi. Başçıları mülki geyimli və hansısa rəsmi işarəsi olan 
furajka taxmış Adam idi, görünüşünə görə şotlandiyalıya bənzəyirdi. 


Kapitan bortdan kənarda yırğalanan pilləkənlə ağır-ağır aşağı endi. Kater islanmış günlüyü ilə 
parıldayaraq dalğaların üzərində yırğalandığı vaxt, kapitan uzun-uzadı və qəmgin halda komandirilə 
söhbət edirdi, sonra poçt olan çantanı – göyərtəyə gəlməsinə icazə verilən yeganə əşyanı qəbul etdi. 
Gəmi həkimi ikrah hissi ilə donquldana-donquldana onu kapitandan aldı: 
"Mən indi bu zəhrimara qalmış məktubları dizinfeksiya etmək üçün çəlləyi haradan alacağam?" 
Martin, Leora və Sandelius həyəcansız gözləyirdilər. 
Onlara bir qarapaltarlı arıq qadın da qoşuldu, bütün səyahət boyu bu qadını birinci dəfə idi ki, 
görürdülər. O, sahilə düşmək zamanı gələnə kimi gözdən gizlənən sirli sərnişinlərdən biri idi.  Göründüyü 
kimi, o da Blekuoterdə düşürdü. Rəngi ağarmışdı, əlləri əsirdi.  
Kapitan onlara tərəf qışqırdı: 
– Hər şey qaydasındadır! Buyurun! Çölə çıxa bilərsiniz! Xahiş edirəm, tələsin! Lövbəri qaldırmaq vaxtıdır. 
Yaman uzun çəkdi! 
"Sent-Barian! Elə də böyük və dəbdəbəli paroxod deyildi, amma indi, Martin laxlayan pilləkənlərlə asta-
asta düşdükcə, o fırtınalar arasında vəfalı istinadgah kimi dayanmış qəsrə bənzəyirdi, bortu isə çox böyük 
divar kimi görünürdü. Və birdən-birə belə bir fikir peyda oldu: "İndi artıq dönmək olmaz, edam 
kürsüsünə gedən kimi gedirsən, səni aparırlar, müqavimət göstərmək mənasızdır". Sonra başqa biri: 
"Aha, deyəsən, hələ də öz xəyallarından ayrılmamısan! Kifayətdir!" Daha bir fikir yarandı: "Lini evdə, 
göyərtədə qoymaq hələ də gec deyil!" Və nəhayət, sonuncu həyəcanlı fikir: "Aman Allah, onlar faqı necə 
düşürdürlər! Yetərincə ehtiyatlıdırlarmı?" Budur, o, artıq pilləkənin aşağısında olan balaca meydançada 
dayanıb, yuxarıda kayutların illüminatorlarının işıqlandırdığı bort görünür. Kimsə katerə düşməyə kömək 
edir. 
Qara paltarlı naməlum qadın düşdükdə, Martin fanarın işığında onun dodaqlarını bir-birinə sıxdığını 
gördü, sonra qadının sifəti küt bir maskaya – ümidsizlik içində gözləyən insan sifətinə çevrildi. 
Leoraya  katerə düşməyə kömək edən Martin onun əlini möhkəmcə sıxdı. 
Sonra sirenanın vıyıltısı altında danışmağa başladı: 
– Cəld! Sən hələ də qayıda bilərsən! Sən qayıtmalısan! 
– Nə? Bu gözəl gəmicikdən düşüm? Nə danışırsan, Kürən? Bir bax, onun necə maraqlı mühərriki var. Oh, 
necə də qorxuludur!... 
Mühərrik fısıldamağa başlayanda, kater sərt hərəkətlə çevrilib burnunu suya soxdu və xırda ləpələrin 
üzərində rəqs edərək parlayan sahil işıqlarına tərəf üz tutdu. Bu zaman kürən rəis Martindən soruşdu: 
– Mak Qerk komissiyası sizsiniz? 
– Hə. 


– Çox yaxşı. 
Səs sevincli idi, amma nəsə bir qədər soyuq səsləndi – işgüzar, yumordan uzaq. 
– Siz isə liman həkimisiniz? – Sandelius soruşdu. 
– Tam deyil. Mən Sent-Svitinsdən gəlmiş Stoksdam. Biz indi burada hamımız hər işə qaçırıq. Liman 
həkimi… Bilirsinizmi, o, iki gün əvvəl öldü. 
Martin dodaqaltı nəsə dedi. Amma xəyallar onu narahat etmirdi.  
– Belə başa düşürəm ki, siz doktor Sandeliussunuz? Sizin Afrikada, Almaniyanın Şərqində gördüyünüz 
işlərdən xəbərdaram… Mən özüm də o yerlərdə olmuşam. Siz isə doktor Erousmitsiniz? Taun faqı 
haqqında məqalənizi oxumuşam. Çox gözəl işdir! Nə qədər ki, sahilə enməmişik, fürsətdən istifadə edib 
xəbərdar edim… Burada sizi süngü ilə qarşılayacaqlar. Baş həkim İnçkep Cons lap başını itirib. Ora-bura 
qaçır, bubonları kəsir… bütün epidemiyanın mənbəyi olan Karib kəndini yandırmaqdan isə qorxur. 
Erousmit, burada nə cür təcrübə aparmaq istədiyinizi başa düşürəm. İnçkep mane olmaq istəsə, mənim 
yanıma gəlin, Sent-Svitinə… Əlbəttə, həmin vaxta kimi ölməsəm… Adım Stoksdur. Ey, oğlan, sən hara 
fırladırsan? Birbaşa Venesuelaya üzmək istəyirsən?.. İnçkep və zat-aliləri o dərəcədə qorxublar ki, hətta 
meyitləri də yandırmağa ehtiyat edirlər – zəncilərin bununla bağlı nəsə dini inancları var… cadugərlik, ya 
da nəsə buna bənzər bir şey… 
– Başa düşürəm, – Martin dedi. 
– Bu günə kimi sizdə neçə adam taundan ölüb, – Sandelius soruşdu. 
– Kim bilir! Ola bilsin ki, min. On milyon siçovulu da bura əlavə edin… Necə də yatmaq istəyirəm… 
Deməli, belə: sizə uğurlar olsun, centlmenlər! – O əsəbi halda qollarını açdı, – Qesperid adasında sizə 
uğurlar olsun! 
Qaranlıqda, iylənmiş lillə örtülü kiçik düzəngahda ləngər vuran baraklarla birlikdə Blekuoter yellənərək 
onlara tərəf üzürdü. Şəhər, demək olar ki, bütünlüklə qaranlığa qərq olmuşdu – qaranlığa və iyrənc bir 
sükuta. Qaşqabaqlı sahil küçəsində bir insan belə gözə dəymirdi – anbarlar, tramvay stansiyası, orada-
burada o qədər də böyük olmayan mehmanxanalar…. Onlar gömrük işçilərinin diqqətini cəlb etmədən 
sahilə yan aldılar və düşdülər. Nə keb  vardı, nə taksi. Keçmişdə günün və gecənin istənilən vaxtı "Sent-
Barian"ın turistlərini təngə gətirən mehmanxana agentləri də, elə bil, qırılmışdılar, ya da gizlənmişdilər. 
Qara geyimli müəmmalı sərnişin qadın öz çamadanını sürüyərək yoxa çıxdı, yolboyu bircə kəlmə belə 
danışmamışdı və Mak Qerk komissiyanın üzvləri onu daha heç vaxt görmədilər. Komissiya Stoksla və 
katerin komandasını təşkil edən liman polisi ilə birlikdə girintili-çıxıntılı cığırla, eyvanlarla kölgələnmiş 
küçələrlə yeriyərək baqajı (faqla dolu yeşiklərin birini Martin özü aparırdı) "San-Sarino" otelinə doğru 
daşıdı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə