Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə124/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   120   121   122   123   124   125   126   127   ...   151

Sent-Hubertdə yalnız yaxşı həkim olmağa çalışmayın. Gərək gələcək nəsillərə şəfqətlə yanaşasınız. Elə bir 
şəfqətlə ki, o sizə gözünüzün qarşısında ölən insanlara yazığınız gəlməsinə imkan verməsin.  
Ölmək… rahatlıq tapmaq deməkdir.  
Qoy heç bir şey  – nə gözəl mərhəmət hissi, nə ölüm qarşısında qorxu hissi sizə taunla təcrübəni başa 
çatdırmağa mane olmasın.  Siz, dostum kimi… bunu həyata keçirsəniz, deməli, mənim direktorluğum 
instituta nəsə verdi. Heç olmasa, nə iləsə haqq qazandıra bilsəydim ki…  
Martin ürək ağrısı ilə öz laboratoriyasına qayıdanda Terri Uiket onu gözləyirdi.  
– Qulaq as, Cılız, – Terri onu söz yağışına tutdu, – bura sənə bir söz deməyə gəlmişəm: müqəddəs 
Qotlibin xətrinə, faqla bağlı qeydlərini nə qədər mümkünsə tam şəkildə apar, gündən günə – özü də 
mütləq mürəkkəblə! 
– Terri, deyəsən, axı sən mənim qayıtmamaq şansımın olduğunu demək istəyirsən. 
– Bircə bu qalmışdı! – Terri tərəddüdlə söylədi. 
 

 
Sent-Hubertdə epidemiya, görünür, güclənmişdi. Belə ki, Mak-Qerk Komissiyasının yola düşməsi 
ərəfəsində doktor İnçkep Cons adanın karantində olduğunu elan etdi. Gəlməyə imkan verilirdi, amma 
heç kim adanı tərk edə bilməzdi. Qubernator cənab Robert Ferlembin bütün şübhələrinə və turistlərin 
hesabına dolanan mehmanxana sahiblərinin, turistləri "ford"unda daşıyan işdən çıxarılmış 
siçovultutanın, onlara bilet satan Kellet-Qırmızıayağın və Sent-Hubertdə sağlam kommersiyanın bütün 
nümayəndələrinin  etirazlarına  baxmayaraq, buna yol vermirdi. 
 

 
Faqla ampulaların və lyuerov şprislərinin hazırlanmasından başqa, Martin tropik aləmə yollanması ilə 
bağlı özü üçün də şəxsi tədarük görmüşdü. On yeddi dəqiqə ərzində özünə ağ kostyum, iki yeni köynək 
almışdı. Bəllidir ki, Sent-Hubert İngiltərəyə məxsusdur, Martin isə eşitmişdi ki, bütün ingilislər əl ağacı ilə 
gəzirlər. Ona görə də  bir dənə bambuk əl ağacı almışdı. Satıcının sözlərinə görə,  əsl malay ağacından 
heç də geri qalmırdı. 
 



 
Beləliklə, qış səhəri Martin, Leora və Qustav Sandelius "Sent-Barian" adlı altı min tonnajlı "Mak-Qerk" 
paroxodunda  yola düşdülər. Bu paroxod adətən Kiçik Antil adalarına un, treska və avtomobillər daşıyır, 
oradan patka , kakao, avokado, Trinidad asfaltı gətirirdi. Çox yox, iyirmi nəfərdən ibarət turist  səyahətə 
yola düşürdü, yola salan demək olar ki yox idi.  
Mak-Qerk gəmiçiliyinin dayaq nöqtəsi Cənubi Bruklinddə – qonur rəngli simasız evlərlə dolu rayonda idi. 
Rəngsiz səma çirkli qarın üzərindən asıla qalmışdı. Sandeliusun çox məmnun görkəmi var idi. Onlar 
qarşısı dərilərlə və yeşiklərlə, bir də üçüncü dərəcəyə məxsus kədərli sərnişinlərlə dolu körpüyə 
yaxınlaşdıqları vaxt o, yüklə doldurulmuş taksidən boylandı və söylədi ki, "Sent-Barian"nın burnu – 
gəmidən görünən yeganə şey – bir zamanlar Yaşılburun adasına getdiyi ispan paroxodunu xatırladır. 
Amma körpülərdə faciəvi ayrılıqlar, qucaq-qucaq çiçəklərlə sürətlə keçib gedən stüardlar, reportyorlar 
tərəfindən haqlanmış hersoqlar və boşanmış baronessalar, bir də "Ulduzlu bayraq" çalan orkestrlər 
haqqında çox oxumuş Martinə və Leoraya "Sent-Barian" qeyri-romantik göründü. Onun adiliyi hər ikisinə 
məyusluq gətirdi. 
Yalnız Terri Leora üçün bir qutu konfet gətirərək onları yola salmağa gəlmişdi. 
Martin heç vaxt motorlu qayıqdan böyük gəmidə üzməmişdi. Heyrət dolu gözləri ilə yuxarı – bortun qara 
divarına baxırdı. Taxta körpü ilə qalxdıqları vaxt elə bir hiss yarandı ki, sanki, özünü etibarlı və  doğma 
torpaqdan qoparır. Bir də onu yuxarıdan sakitcə tamaşa edən təcrübəli sərnişinlərin laqeydliyi çaşdırdı. 
Bortda ona elə gəldi ki, polubak   köhnə dəmir  alverçisinin anbarına oxşayır, "Sent-Barian" bir tərəfi üstə 
çox əyilib, hətta körpünün yanında belə gəmi xoşa gəlməyəcək halda asta-asta yırğalanır, yellənirdi… 
Fit səsi eşidildi, sağollaşdılar. Terri dalğaqıranda dayanmışdı. Sonra paroxod Martin Leora və bortdan 
sallanan nəhəng Sandeliusla birlikdə onun yanından sürüşüb keçdi. Terri birdən sərt hərəkətlə çevrildi və 
çıxıb getdi. 
Martin dəqiq dərk etdi ki, təhlükəli dənizlə daha təhlükəli tauna doğru üzür. Onu da anladı ki, hansısa 
uzaq bir adaya çatana kimi paroxoddan düşmək imkanı olmayacaq. Bu ensiz göyərtə yeganə evidir. Geniş 
limanda dolaşan küləkdə isə dəhşətli soyuqluq var idi. Ümumiyyətlə, qoy Allah köməkləri olsun! 
"Sent-Barian"ı çayın ortasında yedəyə alıb çəkdikləri zaman, Martin öz Komissiyasına "Bəlkə, baxaq 
görək aşağıda içməyə bir şey tapırıqmı" deyə təklif edən, körpüdən nəfəsi kəsilən taksinin səsi eşidildi və 
arıq, hündür, qaçan fiqur göründü. O elə asta və elə qətiyyətsiz qaçırdı ki, elə qaçışından Maks Qotlib 
olduğunu başa düşdülər. Qaçan fiqur yaxınlaşanda gördülər ki, Qotlib gözləri ilə onları axtardı, sınamaq 
üçün salamlamaq məqsədilə nazik əlini yuxarı qaldırdı, Martini və qrupa aid olan adamları məhəccərin 
yanındakı insanlar arasında tapa bilmədiyindən kədərli halda geri çevrildi. 
 

 


Ross, Mak-Qerkin, onun qəddar və xeyirxah təşəbbüsünün nümayəndələri kimi onlar üçün orta 
göyərtədə lüks kayutalar ayırmışdılar. 
Martin boranlı Sandi-Xukun yanında donurdu, Qatteras burnunda ürəyi bulanırdı, onların ikisinin 
arasında isə özünü yorğun və ruhdan düşmüş hiss edirdi. Leora da üşüyürdü, onun da ürəyi bulanırdı, 
amma yorğunluq hiss etmirdi. Qərbi Hindistanla bağlı soraq kitabçasından oxuduğu məlumatlar 
haqqında maraqla danışırdı. O, sadəlövhlüklə bu məlumatları tapıb  əldə etmişdi. 
Sandelius bütün gəmi boyu gəzib dolaşırdı. Kapitanla çay içir, matroslarla raqu  yeyir, aşağı göyərtədə 
zənci-missionerlə ağıllı söhbətlər edirdi. Hər yerdə və hər zaman onu eşitmək olurdu. Oxuyur, göyərtədə 
gəzişir, bolşevizmi bosmanın hücumlarından müdafiə edir, birinci köməkçi ilə neftin yanması haqqında 
mübahisə edir və büfetçiyə şirnisi artırılmış cinin hazırlanması qaydasını izah edirdi. Gah da üçüncü 
klassda uşaqlar üçün səhər tamaşaları quraşdırır və bu tamaşalar arasında öyrənmək üçün birinci 
köməkçidən dəniz naviqasiyası üzrə kitabça əldə edirdi.   
Sandelius "Sent-Barian"ın adi reyslərindən birinə maraq  qatmışdı, amma bir səhvə yol verdi: darıxdırıcı 
səfər ərəfəsində ruhlandırmaq üçün miss Qvilyama həddindən artıq diqqət göstərdi.  
Miss Qvilyam Nyu-Cersidə öz mühitinin ən yaxşı familiyalarından birinə mənsub idi. Atası vəkil və kilsə 
ağsaqqalı, babası isə varlı fermer idi. Otuz üç yaşında ərdə deyildisə, bunun səbəbi ancaq və ancaq 
müasir cavanların yelbeyinliyi idi. Onlar caz sədaları altında rəqs edən dilli-dilavər qızlara üstünlük 
verirdilər. Amma o, nəinki ədəbli gənc xanım, həm də müğənni idi. Məsələn, Qərbi Hindistana yerli 
əhalinin balladalarını qədirbilən nəsli üçün  toplamağa gedirdi. Miss Qvilyam onları yığır və vəcdə gələn 
publikanın qarşısında oxumağa hazırlaşırdı – oxumağı əməlli-başlı öyrənə bilərsə. 
O, Qustav Sandeliusa diqqətlə göz qoyurdu: bu yelbeyin adam onun şəhərkənarı klubda görüşməyə adət 
etdiyi sığorta agentlərindən, kontor müdirlərindən daha az centlmen idi. Ən pisi də o idi ki, ümumiyyətlə, 
incəsənət və nəzakət haqqında onun fikrini soruşmurdu. Sandeliusun generallar və yüksək mövqeli 
insanlar haqqında danışdığı əhvalatlar, yəqin ki, başdan-başa yalan idi, axı o, cürbəcür hisli-paslı 
mexaniklərlə yoldaşlıq edirdi. Onu yumşaq şəkildə, gülə-gülə məzəmmət etmək lazım idi. 
Onlar ikilikdə bortun yanında dayananda və Sandelius öz gülməli isveç şivəsi ilə gözəl axşamdan vəcdə 
gəldiyini söyləməyə başlayanda, qız onun sözünü kəsdi: 
– Hə, cənab Kobud, bu gün yaxşı bir oyun çıxara bildinizmi? Yoxsa,  istisna hal kimi, bu gün kiməsə 
danışmaq imkanı verdiniz? 
Qızın sakit təəccübünə rəğmən Sandelius çevrildi və əvvəlki kimi sakit hörmət nümayiş etdirmədən çıxıb 
getdi. Halbuki, hər bir mədəni amerikalı xanım hər kişidən, hətta xaricidən belə, hörmət gözləmək 
hüququna malikdir. 
Sandelius Martinin yanına gəldi və şikayətlənməyə başladı: 
– Cılız, – Terri kimi sizi belə adlandırmağa icazə verirsinizsə…. Mənə elə gəlir ki, Qotliblə siz haqlısınız: 
axmaqları xilas etmək lazım deyil. Səmimi olmaq çox böyük səhvdir. Həmişə qoca Tabz kimi 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə