Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə122/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   118   119   120   121   122   123   124   125   ...   151

Sandelius Sent-Hubertdə bütün gəmiriciləri məhv etmək, ciddi karantinə nail olmaq, İersin zərdabından, 
Xavkinin profilaktik vaksinindən istifadə etmək və dərhal bütün əhaliyə Martinin tapdığı faqı – hamısına 
bir nəfər kimi – yeritmək istəyirdi. 
Martin etiraz etməyə başladı. İndi o lap Qotlib kimi danışırdı. 
"Mən bilirəm ki, – az qala, sözlərini onların sifətinə çırpırdı, – humanizm hissi zavallı əzabkeşlərdən 
eksperiment obyekti kimi istifadə etməyə qadağa qoyur, amma kontrol vacibdir, xəstələrin müəyyən 
hissəsini faqla müalicəsiz qoymaq lazımdır, öz təcrübəmi müxtəlif vasitələrin istifadəsi ilə korlayaramsa, 
lənətə gəlim. Həm də qəyyumların qarşısında lənətə gəlim… Çünki sonra müəyyən etmək  mümkün 
olmayacaq ki, sağalma İersin zərdabı, Xavkin vaksini, yoxsa faq, ya da tamamilə başqa bir şeyin 
nəticəsində baş verib".  
Qəyyumlar onun planını bəyəndilər. Onlar, əlbəttə, bəşəriyyəti xilas etmək istəyirdilər, amma bunun 
Mak-Qerk İnstitutunun nümayəndəsi tərəfindən həyata keçirilməsi daha yaxşı olardı, nəinki İersin, ya da 
Xavkinin və ya bu əcnəbi Sandeliusun! 
Qərara gəldilər ki, Sent-Hubertdə taunun çox toxunmadığı rayon tapmaq mümkün olarsa, Martin, orada 
təcrübə keçirməyə çalışar – əhalinin yarısına faq vurar, yarısını isə faqsız qoyar. Güclü yoluxmuş 
rayonlarda isə faqı başdan-başa hamıya vura bilər,  epidemiya kəskin halda zəifləyərsə, bu, əlavə sübut 
rolunu oynayacaq. 
Sent-Hubertin rəhbərliyi (hər halda, onlar yardım istəməmişdilər) Martinə öz təcrübəsini keçirmək, 
Sandeliusa isə polis səlahiyyəti vermək üçün razılaşacaqdımı – bunu qəyyumlar bilmirdilər. Baş həkim, 
hansısa İnçkep Cons onların kabloqrammına belə cavab vermişdi: "Həqiqi epidemiya yoxdur, kömək 
lazım deyil". Amma Mak-Qerk Sent-Hubertə Mak-Qerk komissiyasının yaxşı qarşılanması üçün hansısa 
qüvvələri hərəkətə gətirəcəyinə söz vermişdi (sədr Martin Erousmit, B.İ. və D.M). 
Sandelius hələ də təkid edirdi ki, belə ağır vəziyyətlərdə eksperiment keçirmək insafsızlıqdır, lakin 
Martinin acıqlı və məntiqli sözlərini heyranlıq hissi ilə dinlədi. Çünki deyilən hər söz ona yenilik kimi 
görünürdü və qismən həqiqət idi. Bu isə qüdrətli, amma daim uşaq olan adamı həyəcanlandırırdı. O, 
Almus Pikkerbo kimi elmi baxışlarda  fikir ayrılığını şəxsi təhqir hesab etmirdi. 
O, danışmağa başladı. Bildirdi ki, özü müstəqil şəkildə, Martindən və Mak-Qerkdən asılı olmadan Sent-
Hubertə gedəcək, amma qəyyumlar "hər cürə zərdablarla özünüzü gicliyə qoymasanız, bu, daha yaxşı 
olar, çünki biz sizi siçovul əleyhinə vasitələrlə təmin edəcəyik, nə qədər könlünüz istəyirsə, məhv edin" – 
söyləyərək onu sakitləşdirdilər. 
Sandelius göyün yeddinci qatında idi. 
– Oooo, mən sizə göstərəcəyəm! Mən siçovul məhvediciləri arasında general-marşalam. Yalnız anbara 
girmək bəs edər ki, siçovullar desinlər: "Qoca şeytan gəldi – heç nə eləmək mümkün deyil!" Elə bu sözü 
deyən kimi də pəncələrini yuxarı qaldıraraq uzanıb ölürlər! Çox şadam ki, sizə arxalana bilərəm: pulla 
bağlı bir az həddimi aşmışam – neft aksiyaları almışam, onlar isə son vaxtlar nəsə ucuzlaşırlar. Ancaq 
mənə xeyli sianid turşusu lazımdır.  Oh, mənim siçovullarım! Görəcəksiniz! Hə, mən qaçım teleqrafa, 


gələn həftə olacaq mühazirəni təxirə salım… Uffff! Niyə də siçovul dilində danışmağı bacardığım və 
məhvedici tələnin yeddi növünü bildiyim halda, qadın kollecində mühazirə oxuyum ki?! Qətiyyən! 
 

 
Martin həyatı boyu Zenitdəki daşqın zamanı yaşadığı təhlükədən daha böyüyünə məruz qalmamışdı. 
Səhər tezdən gecə yarısınadək faqın hazırlanması ilə və bütün institut personalının məsləhətlərinə qulaq 
asmaqla elə məşğul idi ki, taun epidemiyasının təhlükəsi haqqında düşünməyə imkan tapmırdı. Amma 
yatağa uzandıqda – o zaman ki beynində öz planlarını yenidən bir-bir gözdən keçirirdi – heç də cazibədar 
olmayan ölümün mümkünlüyü bütün dəqiqliyi ilə gözləri qarşısında canlanırdı. 
Leora onun, üzərində ölüm yeriyən adaya, qəribə adətləri, qəribə ağacları və sifətləri (orada çox güman 
ki, maraqlı dillərdə danışırlar, kino və diş pastası yoxdur) olan məmləkətə yola düşdüyünü eşidəndə, 
sakitcə aradan çıxdı ki, bu barədə fikirləşsin. Adətən stolun üstündən şirniləri bu cür gizlicə götürür və 
gizlədirdi ki, gecələr yesin. Özü də ən gözlənilməz saatlarda və nadinclik etmiş uşağın məmnun görkəmi 
ilə… Martin sevinirdi ki, öz narahatlığını onun əzablarının üstünə yükləmir. Üç gündən sonra Leora, 
nəhayət, dilə gəldi: 
– Mən səninlə gedəcəyəm. 
– Getməyəcəksən! 
– Gedəcəyəm! 
– Ora təhlükəlidir! 
– Cəfəngiyatdır! Tamamilə qorxusuzdur. Sən mənə öz möcüzəli faqından vurarsan, qorxmağa lüzum 
olmaz. Mənim ərim elə bunun üçün doktordur da. İndi gedəcəyəm və yüngül paltarlar üçün necə 
lazımdırsa pul xərcləyəcəm. Amma mərc gələk ki, Sent-Hubertdə Dakotanın avqustundan isti deyil.  
– Qulaq as, Li, əzizim! Qulaq as! Mən həqiqətən də düşünürəm ki, faq taun əleyhinə immunitet yaradır – 
əmin ol… Əlbəttə, sənə əsaslı peyvənd edərəm, amma heç nəyə əmin deyiləm. Faq özünü tamamilə 
təsdiq etsə belə, həmişə bir neçə insan tapılacaq ki, onları xilas etmək mümkün olmasın. Sənə, sadəcə, 
getmək olmaz. İndi isə, əzizim, mən yatmaq istəyirəm.  
Leora zarafatcıl acıqla, sanki, oynayan pişik balasıymış kimi onun pencəyinin yaxasından yapışdı. Amma 
nə onun gözlərində, nə də ağlayan səsində gülüş yox idi. Bu, əsgər arvadlarının əbədi  dinməyən göz yaşı 
idi. 
– Kürən, məgər bilmirsən ki, səndən uzaqda həyatım yoxdur? Ola bilərdi, amma düzünü desəm, özüm 
məni qamarlamağına imkan verdim. Mən tənbələm, avamam, vecsizəm, ancaq sənə qulluq etməyə 
yarayıram. Getsən, hər şeyin qaydasında olduğunu bilməsəm, sən ölsən,  mən yox, başqa biri çox 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə