Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə123/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   119   120   121   122   123   124   125   126   ...   151

sevdiyim bu bədənini yusa, dəli olaram. Doğrudanmı, bunu görmürsən? Həqiqətən dəli olaram. Başa 
düşürsən… mən – sənəm və sənin yanında olmalıyam. Mənə sənə kömək edəcəyəm. Mühit 
hazırlayacağam, nə desən edəcəyəm. Məgər xatırlamırsan ki, necə tez-tez sənə kömək edirdim? Əlbəttə, 
"Mak-Qerk"də mənim kimi adam az fayda verə bilər – burada hər şey o qədər çətindir ki… Amma 
Nautilusda sənə kömək edirdim, düzdür?  Ola bilsin ki, Sent-Hubertdə də edim… – səsi gecəyarısı 
qorxmuş qadın səsi kimi çıxırdı, – ola bilsin, orada belə kiçik yardımı göstərə biləcək adam tapmayasan… 
Mən yemək bişirərəm, mən hər şey edərəm. 
– Əzizim, vəziyyəti ağırlaşdırma. Bu, elə də asan olmayacaq.  
– Lənətə gələsən, Kürən Erousmit! Bu sarsaq sözləri təkrarlamağa cəsarət eləmə… Onlarla istifadə 
edərək ta qədimdən bəri ərlər arvadlarını sarsaq yerinə qoyurlar. Mən belə arvad deyiləm, elə sən də elə 
ər deyilsən! Sən yaramaz ərsən! Mən gözündən düşmüşəm. Sən mənim əynimdə nə olduğunun fərqinə 
belə varmırsan. Yalnız  paltarımın hansısa əclaf bir düyməsi qırılıb düşəndə mənə fikir verirsən, onda da 
üstümə bağırırsan. Amma yenə də mənim üçün hər cür alicənab ərdən daha yaxşısan. Fərqi yoxdur. Mən 
gedəcəyəm. 
Qotlib etiraz etdi, Sandelius hirsli danışdı, Martin iztirab çəkdi, amma Leora hər halda, getdi və Qotlib 
(bu, onun öz direktor mövqeyindən istifadə edə bildiyi yeganə hadisə idi) onu "Kiçik Antil adalarında 
Taun əleyhinə Bakteriofaq İstifadəsi Mak-Qerk Komissiyasının katibəsi və texniki əməkdaşı" təyin etdi. 
Hətta əməkhaqqı da müəyyən etdi. 
 

 
Komissiyanın  yola düşməsinə bir gün qalmış Martin Sandeliusa faq inyeksiyası vurmağa çalışdı. O, imtina 
etdi: 
– Yox, mən sizi insanpərvər olmaq və onu Sent-Hubertdə hər kəsə vermək üçün yola gətirməyincə heç 
nəyə toxunmayacağam, Martin. Amma yola gətirəcəyəm. Onların necə əzab çəkdiklərini görməyiniz üçün 
bir az gözləyək. Siz hələ buna bənzər bir şey görməmisiniz. O zaman elm haqqında düşünməyəcəksiniz və 
hamını xilas etməyə çalışacaqsınız. Siz mənim bütün qaradərili dostlarıma faq vurmağa razılıq verməyənə 
kimi, mənə də vura bilməyəcəksiniz.  
Elə həmin gün Qotlib Martini yanına çağırdı. Duruxa-duruxa danışmağa başladı: 
– Beləliklə, sabah siz Blekuoterə yola düşürsünüz. 
– Bəli, cənab. 
– Hm. Ola bilsin ki, tezliklə qayıtmayasınız. Mən… Martin, siz mənim Nyu-Yorkda ən köhnə dostumsunuz, 
siz və mənim Miriamım. Deyin görüm, Terri ilə birlikdə elə hesab edirdiniz ki, direktor postunu qəbul 
etmək mənə gərək deyil, amma indi başa düşürsünüz ki, haqlı idim?  


Martin gözlərini geniş açdı, sonra Qotlibin eşitmək istədiyi həmin təsəlliverici yalanı söyləməyə tələsdi.  
– Şadam ki, belə fikirləşirsiniz. Siz mənim nəyə nail olmaq istədiyimi çoxdan bilirsiniz. Mən çox səhvlərə 
yol verirəm, amma deyəsən, institut son vaxtlar ərzində, Tabz və Holaberdin reklam dalınca bu qədər 
qaçmalarından sonra, elmin həqiqi siması olmağa başlayıb… Mən elə hey Holaberdi, bu elmdən uzaq 
lovğanı necə işdən çıxardacağım haqqında düşünürəm. O Kapitola ilə belə yaxın olmasaydı… Ailəvi 
yaxınlıq – onlarda bu, belə adlanır da? Məsələ bunda deyil. 
Burada çoxları deyir ki, Maks Qotlib institutun idarə edilməsi kimi xırda bir işin də öhdəsindən gələ 
bilmir. Ufff! Blaknotlar almaq! Döşəmələrin silinməsi üçün xadimələrin tutulması! Ya da yox, döşəməni 
komendantların tutduğu xadimələr təmizləyirlər – düz deyil? Məsələ bunda da deyil… 
Mən şübhə etdiyiniz üçün sizə və Terriyə hirslənmədim. Çünki həmişə hesab etmişəm ki, hər kəsin öz 
fikri ola bilər. Amma məni sevindirir ki… Sizi həddindən artıq çox sevirəm, mənim oğlanlarım, təkcə sizin 
ikiniz mənim üçün əsl oğul olmusunuz… (Qotlib rəngi solmuş əlini Martinin çiyninə qoydu). Və məni 
sevindirir ki, əsl elmi institut yaratmağa başladığımı artıq görürsünüz. Amma düşmənlərim var. Bəli, 
Martin, burada mənə qarşı necə fitnə-fəsadlar aparıldığını danışsaydım, düşünərdiniz ki, zarafat edirəm.  
Hətta Yio. Mən onu dostum hesab edirdim. Əsl bioloq sayırdım. Amma bu gün mənim yanıma gəlib deyir 
ki, təcrübə üçün kifayət qədər dəniz kirpisi ala bilmir. Sanki, onun üçün dəniz kirpilərini göydən 
endirməliyəm. Dedi ki,  onun üçün material alınmasına xəsislik edirəm. Mən?!  Halbuki həmişə onu 
müdafiə edirdim… Mənim üçün vacib deyil ki, alimə nə qədər pul ödəyirlər, amma hər zaman küt Silva ilə 
mübarizə aparırdım. Elə indi də bütün düşmənlərimlə mübarizə aparıram. 
Siz bilmirsiniz, Martin, bilmirsiniz mənim nə qədər düşmənim var! Onlar açıq şəkildə ortaya çıxmağa 
cəsarət etmirlər. Üzümə gülürlər, özləri isə pıçıldaşırlar ki... Mən Holaberdə göstərəcəyəm… Daima 
ayağımın altını qazır, Perl Robinsi də öz tərəfinə çəkməyə çalışır. Amma o, yaxşı qızdır və nə etdiyimi başa 
düşür…  
Qotlib özünü itirmiş halda diqqətlə Martinin üzünə baxdı, sanki, onu tanıya bilmirdi və yalvarıcı səslə 
davam elədi: 
– Martin, mən qocalıram… illərlə yox, yox… bu, yalandır, guya, mənim yetmişə yaxın yaşım var… amma 
qayğılarım var... Sizə bütün bu illər ərzində olduğu kimi məsləhət versəm, xətrinizə dəyməz ki?! Düzdür, 
indi Kvin-Sitidə ki məktəb şagirdi deyilsiniz… Yox, bu Uinnimakda olub. Siz yetkin adamsınız və 
anadangəlmə bakterioloqsunuz. Amma… 
Möhkəm olun və heç nəyə, hətta öz xeyirxah ürəyinizə belə Sent-Hubertdəki təcrübəni alt-üst etməyə 
imkan verməyin. Mən indi humanizmə əvvəllər olduğu kimi, rişxənd etmirəm. Əksinə, hərdən 
fikirləşirəm ki, ola bilsin bayağı və özünəvurğun insanların gözəlliyi pişiklərinkindən az deyil. Belədirsə, o 
zaman biliklər lazımdır… Həyatda, Martin, həddindən artıq çox mehriban, səmimi insanlar var, amma 
bizim biliklərimizə nəsə əlavə edən şeylər çox azdır. Sizin üçün belə bir fürsət yaranıb. Tauna son 
qoyacaq insan ola bilərsiniz və bəlkə də, qoca Maks Qotlib nə iləsə sizə yardım edib, hə? Düz deyil? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə