Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə120/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   116   117   118   119   120   121   122   123   ...   151

Yükvuran fəhlə vəfat edəndə Stoks qəzəblə Sent-Hubertdə taunun peyda olması ilə bağlı rəsmi təsdiq 
tələb etməyə başladı. 
– Bu, doğrudan da, taun olubsa belə, o hələ müəyyən edilməyib, – İnçkep Cons yenə də etiraz etdi, – səs-
küy qaldırmaq və çaxnaşma yaratmaq üçün əsas yoxdur. Bu, yeganə hadisə idi. Yeniləri olmayacaq. 
Amma yeniləri peyda olmağa başladı. Bir həftə ərzində limanda çalışan fəhlələrdən daha üçü və Karib 
burnunda bir balıqçı xəstəlikdən öldü. O zaman hətta İnçkep Cons belə bu adamlardakı xəstəliyin 
Mensonun "Tropik xəstəliklər"də təsvir etdiyi taunla oxşar olduğunu etiraf etməli oldu – "prodromal 
mərhələdə xarakterik depressiya, yeməkdən imtina, ətraflarda ağrı", sonra istilik, başgicəllənmə, dolaşıq 
baxış, çuxura düşmüş və qan yığılmış gözlər, qasıqda bubon. Gözəlliyi olmayan bir xəstəlik!  
Bu hadisədən sonra İnçkep Cons öz söhbətcilliyini, seyrə çıxmağa olan marağını itirdi və demək olar ki, 
Stoks qədər qaraqabaq oldu. Amma adam arasında hələ də ümid bəslədiyini deyir, hələ də inkar edirdi… 
Sent-Hubert isə bilmirdi… Xəbərsiz idi… 
 

 
İçməyi və xəyala dalmağı sevənlər üçün  həddindən artıq darıxdırıcı və boğanaq olan Blekuoter şəhərində 
ən xoşagələn yer  "Buz Ev" lövhəsi olan bar-restoran idi. 
O, ikinci mərtəbədə yerləşirdi – Kellet Paroxod Agentliyinin və guya, Oksford Universitetini bitirmiş bir 
çinlinin dükanının üstündə. Həmin bu çinli oymalı tısbağa qını və ovçuların başı üstündə gəzdirdikləri 
trofeyə  bənzəyən hindqozu ilə alver edirdi.  
Müştərilərin aşağıda eşələnən dilənçi hindulara, oyun çıxaran və xəyal kimi görünən ingilis uşaqlarına 
tamaşa edə-edə səhər yeməyi yedikləri eyvan istisna olmaqla, "Buz Ev" bütünlüklə mürgülü alaqaranlığa 
dalmışdı.  Bu alaqaranlıqda yalnız və yalnız mavritan şəbəkələrini, ağ divarların yüngül qızıl suyuna 
çəkilmiş naxışlarını, çox böyük qırmızı piştaxtanı və mərmər stolları dumanlı şəkildə görə bilərdiniz. 
Burada kokteyl saatlarında bütün yurdsuz-yuvasızlar, öz ictimai vəziyyətinə görə Sent-Hubertin Devonşir 
klubuna yol tapa bilməyən ağdərili hökmdarları yığışırdılar: paroxod agentliklərinin klerklərinə, əsli-
nəcabəti olmayan tacirlərə, İnçkep Consun katiblərinə, Venesuaelaya kontrabanda çatdırılması ilə 
məşğul olan italyanlara və portuqallara da burada rast gələ bilərdiniz.  
Yalnız rom svizli içdikdə (bu ağzıqamaşdıran və tünd qatışıq yalnız "Buz Ev"dən olan zənci ofisiant 
hazırladıqda  mükəmməl alınırdı) sürgündə olanlar sakitləşirdilər. Sonra svizldən ikinci stəkan sifariş verir 
və yenidən xəyallara qapılırdılar. Bu xəyallarda yaşadıqları əminliyi başqa heç yerdə hiss etmirdilər. 
Əminlik isə bu idi: bir il sonra evlərinə yollanacaqlar. Bəli, özlərinə gələcək, sübhün sərin saatında hər 
gün gimnastika edəcək, içməyin daşını atacaq, güc toplayacaq, uğur qazanaraq  evlərinə gedəcəklər… 
Tənbəlliyin əldən saldığı bu xəyalpərəstlər! "Buz Ev"in alaqaranlığında onlar Pikadilli, ya da Kvebekin 


yüksəklikləri haqqında fikirləşəndə, İndiana, ya da Kataloniya haqqında, kəndlərdə olan Lankaşir 
başmaqları haqqında düşünəndə gözləri yaşla dolurdu… Onlardan heç biri heç vaxt evlərinə 
qayıtmırdılar. Amma bu ləzzət saatı hər dəfə "Buz Ev"də svizl stəkanı ilə yaşanırdı. Bu o vaxta kimi davam 
edirdi ki,  onlardan hansısa dünyasını dəyişirdi və elə özü kimi heç bir şeyə yaramayan insanlar 
tərəfindən tabuta qoyularaq qəbiristana yola salınırdı. Yol boyunca onun kimilər bir-birlərinə 
pıçıldayırdılar ki, mütləq öz evlərinə qayıdacaqlar. 
 "Buz Ev"də heç kimdə etiraz doğurmayan Corc Uilyam Vertigen hökmdarlıq edirdi – "Mavi Bazar"ın 
sahibi. Kök, qırmızıyanaq bu adam ingilislərin elə nəslinə mənsub idi ki, onlara Midlentdə tez-tez rast 
gəlinirdi. Onların hər biri ya qızğın nonkonmorfist, ya da qatı alkoqol düşkünü olurlar. Corc Uilyam 
nonkonmorfist deyildi. Hər gün saat beşdən yeddiyə kimi piştaxtaya söykənərək dayanırdı, heç zaman 
sərxoşluq etməzdi , amma tam ayıq da olmazdı. Həmişə üzündən mərhəmət yağardı və musiqini çox 
sevirdi. Adada yalnız evə getmək istəmirdi, çünki "Buz"dan başqa hansısa bir evinin olduğunu 
xatırlamırdı da. 
Adada taundan ölmüş bir adamın mövcudluğu haqqında dedi-qodu yayılanda Corc Uilyam öz 
məhəlləsində elan etdi: "Bu doğru deyil, belə olarsa, Kellet Qırmızıayaq yaxşı dərs almış olardı. Amma 
hamıya məlumdur ki, Qərbi Hindistanın iqlimində taun mümkün deyil". 
Elə bu sözlə də təşvişə düşmüş məhəllə sakitləşdi.  
Üçüncü günün axşamı "Buz Ev"də söz gəzdi ki, Corc Uilyam Vertigen ölüb. 
Nə Devonşir klubunda, nə "Buz Ev"də, nə də işdən sonra zəncilərin toplaşdığı və ləpədöyənin uğultusu 
altında ağacların xışıldadığı parkda heç kim bu haqda danışmağa cürət etmədi. Hamı ölüm haqqında 
eşitmək istəməsə də, birinin, başqasının, üçüncünün ölümündən xəbər tuturdu. Heç kim hətta köhnə 
dostunun belə əlini sıxmağa cürət etmirdi, hamı bir-birindən qaçırdı, bircə siçovullar sədaqətli sakinlər 
kimi öz məskənlərini tərk etmirdilər. Adada Qorxu gəzirdi. Bu qara qatil daha dəhşətli idi. Hətta bacısı 
Taundan belə. 
Hər halda, karantin olmadı, həmçinin rəsmi şəkildə taun xəstəliyinin varlığı da elan edilmədi. İnçkep Cons 
həddindən artıq böyük yığıncaqlardan qaçmağı məsləhət görən cəsarətsiz müraciətnamələr nəşr etdirdi 
və Londona profilaktik Xavkin peyvəndi ilə bağlı tələb göndərdi. Amma cənab Robert  Ferlemb fəlakəti 
dandı: 
– Düzdür, yalnız təkəmseyrək ölüm halları olur. Amma düşünürəm ki, hər şey arxada qalıb. Stoks Karib 
kəndini yandırmağı təklif edir, yalnız o əsasla ki, orada bir neçə adam ölüb. Axı bu vəhşilikdir! Mənə 
xəbər veriblər ki, biz karantin tətbiq etsək, tacirlər hakimiyyətə qarşı ən qəti addımlar atacaqlar. Karantin 
– eksport və turistlərə xidmət edən müəssisələr üçün məhv olmaq deməkdir!  
Amma Sent-Svitindən olan Stoks gizlicə Maks Qotlibə, Mak-Qerk İnstitutunun direktoruna məktub yazdı. 
Məktubda baş qaldıran taunun tezliklə bütün Qərbi Hindistanı cənginə alacağı bildirilirdi. Məktubda 
soruşulurdu: doktor Qotlib nəsə edə bilməzmi? 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə