Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə116/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   112   113   114   115   116   117   118   119   ...   151

Beləcə, Maks Qotlib Mak-Qerk biologiya institutunun rəhbərliyini öz üzərinə götürdü və bir aydan sonra 
institutda əməlli-başlı tənəzzül dövrü başladı.  
 

 
Qotlib işə gündə bir saat vaxt sərf etmək niyyətində idi. O epedimioloq, ionkersli çalışqan xristian və 
georginlərin pərəstişkarı olan doktor Aaron Şolteysi müavin təyin etdi. Qotlib Martinə izah etdi ki, 
Şolteys, əlbəttə, axmaqdır, amma o, yeganə adamdır ki, müəyyən elmi bacarıqlarla inzibati işin 
darıxdırıcılığını,  təmtərağını və kompromisini daşımaq qabiliyyətini özündə birləşdirib.    
Qotlibə çox güman, elə gəlirdi ki, başağrıdan məmurları  əvvəlki kimi lağa qoyaraq, bununla özünün 
məmura çevrildiyinə haqq qazandırır.  
Amma o, rəsmi işin öhdəsindən bir saat müddətində gələ bilmirdi. Çünki həddindən artıq çox iclaslar 
keçirilir, olduqca məşhur qonaqlar gəlir, imza üçün ona gətirilən kağızların sayı yetərincə olurdu. Onu 
xüsusi təşkil edilmiş naharlara sürüyüb aparırdılar, direktorun iştirakı tələb olunan uzun, mənasız səsli-
küylü səhər yeməklərində olmalı idi və bütün bu işgəncələrin zamanının dəqiqləşdirilməsi üçün uzun-
uzadı telefon danışıqları onun qiymətli saatlarını əlindən alırdı. Hər gün inzibati vəzifələr iki saata, üç 
saata, dörd saata qədər uzanırdı və o əsəbiləşirdi. Personalla, ya da maliyyə ilə bağlı yaranan 
çətinliklərdə özünü itirirdi… buna görə daha acıqlı və özbaşına olurdu. İnstitutda həmkarlar açıqdan-açığa 
bir-biri ilə dalaşırdılar. Tabz isə  onları bəzən nəvazişlə, bəzən isə təhdidlə, heç olmasa, üzdə 
əminəmanlığı qorumağa vadar edirdi. 
Qotlib bu yaxınlarda doktor A.de-Uitt Tabzın əyləşdiyi direktor kabinetində ətrafa lütfkarlıq saçmalı 
olduğu halda, pişik stol altında öz yastığına qısılan kimi laboratoriyasına və darısqal kabinetinə qısılıb 
qalırdı. Bir neçə dəfə o, ciddi bir görkəmlə direktor kabinetində oturmağa cəhd göstərmişdi, amma bu 
geniş və təmiz boşluqdan, bir də miss Robinsin ara vermədən çıqqıldayan çap maşınından qaçaraq 
proqressiv məziyyət deyil, tütün və köhnə kağız qoxusu verən mağarasına dürtülmüşdü. 
Hər bir elmi müəssisəyə olduğu kimi, Mak-Qerk institutuna da müalicə vasitələrini əldə etmək məqsədilə 
yüzlərlə fermer və feldşer qadınlar, Oklaxoma, ya da Oreqonadan gəlmək üçün qatara böyük pullar 
ödəmiş kənd qəssabları gəlirdilər. Onlar vərəm xəstəliyini müalicə edən  naqqa balığının yağını, 
xərçəngdən müalicəyə zəmanət verən arsenat mazları istəyirdilər... Bu insanlar sürtünməkdən dağılmış 
çamadanlarda əzilmiş ağ alt paltarlarının arasında gizlətdikləri məktublar və fotoşəkillərlə gəlirdilər; 
imkan düşən kimi çantalarına tərəf əyilir və böyük ümid içərisində pastorları tərəfindən yazılmış 
şəhadətnamələri çıxarırdılar. Onlar insanları sağaltmaq imkanı əldə etməyə çalışırdılar, şəxsən özləri 
üçün isə sadəcə cüzi miqdarda pul istəyirdilər – məsələn, qızlarını konservatoriyaya göndərmək üçün. Elə 
əminliklə, elə kədərlə and verirdilər ki, heç bir təlim keçmiş klerk  onların qarşısını kəsə bilmirdi. 
Və budur, onlar Qotlibin yanına – onun kabinetinə daxil ola bilirdilər. Qotlibin bu insanlara yazığı gəlirdi. 
Cüzi əmək haqqı üçün iş axtaran bu adamlar onun öz rəhmsizliyinə inamını əlindən alırdılar. Onlar elə 


zavallı cəsarətsizliklə yalvarırdılar ki, Qotlib vəd vermədən yaxasını qurtara bilmirdi, sonra isə öz-özünə 
etiraf edirdi ki, bir qədər qəddarlıq nümayiş etdirsəydi, bu heç də az rəhmsizlik olmazdı.      
Əvəzində lazımlı adamlarla o, kobud rəftar edirdi. 
Direktorluq Qotlibə immunitetin spesifikliyi ilə bağlı tədqiqatı haqda fikrə dalmağa imkan vermirdi, bu isə 
öz növbəsində onun vaxtını və əsəbini yeyirdi… Eyni zamanda da, tədqiqat işi ona institutun dağılmaması 
üçün kifayət qədər diqqət ayırmağa imkan vermirdi. Qotlib Şolteysə arxayın idi və bütün işləri onun 
ixtiyarına buraxmışdı. Şolteys isə onsuz da uğurlu direktorluq etdikdə şöhrətin Qotlibə qismət olacağını 
bildiyi üçün, öz elmi işini inkişaf etdirməyə üstünlük verirdi, işləri isə Perl Robinsin ixtiyarına buraxmışdı. 
Beləliklə, instituta, əslində, məlahətli və qısqanc Perl direktorluq edirdi. 
Bütün yer üzündə ondan daha diribaş və daha vicdansız direktor ola bilməzdi. Perl zövq  alırdı. O, 
hərarətlə və ciddiyyətlə Mak-Qerkin xidmətləri ilə bağlı danışır və onu sədaqətli olduğuna əmin edirdi; 
Riplton Holaberdi yaltaqcasına tərifləyirdi; Terri Uiketin kəskin ədavətinə qarşı çıxır, öz işi ilə bağlı 
material istədikdə onu sıxışdıraraq elə şəfqətlə cavab verirdi ki… İnstitut intriqalardan lap karusel kimi 
fırlanırdı. 
Yio Şolteyslə danışmırdı. Terri Holaberdə hədə qorxu gəlirdi ki, "bir gün onu necə lazımdırsa əzişdirəcək". 
Qotlib həmişə Martindən məsləhət istəyirdi, amma heç vaxt məsləhətlərə qulaq asmırdı. Ağıldan seyrək, 
amma fizikanı yaxşı bilən Caust Martin və Terrinin Qotlibə qarşı hiss etdiyi yüksək hörmət və məhəbbəti 
duymadığından, onun üzünə qarşı deyirdi ki, "yaramaz direktordur və yaxşı olardı çıxıb getsin". Yeri 
gəlmişkən, o, bu sözdən sonra işdən çıxarıldı və vecsiz biri ilə əvəz edildi.  
Maks Qotlib Martinlə söhbətlərinin birində "allahların zarafatı" haqqında danışmışdı. Bu zarafatların 
içərisində Martin üçün bundan daha qəddarı ola bilməzdi: onda bu qədər kin yaradan Tabz təxəyyüldən 
uzaq olsa da, lovğalıq və qayğıkeşliklə dolu yaxşı müdir idi, amma Qotlib istedadına baxmayraq gücsüz bir 
tirana çevrilmişdi. Məgər bu ağrılı  deyildimi? Beləliklə, həddindən artıq peşəkarlıqla idarə olunan, 
yüksək standartlara uyğunlaşdırılmış institut çox pis vəziyyətə salınmış və çox aşağı səviyyədə rəhbərliyi 
olan instituta çevrilmişdi. Və Martin – hələ bu yaxınlarda o, qəzəblə bunu inkar edə bilərdi – yatır və 
yuxuda görürdü ki, Tabz geri qayıdıb. 
İnstitutun vəziyyəti bundan daha artıq qəlizləşməsə də, hər halda, Qustav Sondeliusun gəlişindən bir az 
da pozuldu.  
Sondelius elə bu günlərdə yuxu xəstəliyini araşdırdığı Afrikadan qayıtmışdı və qonaqlar üçün nəzərdə 
tutulan laboratoriyaların birində hay-küylə özünə yer eləmişdi. 
Bir zamanlar oxuduğu məruzələrlə Martini Uitsilvaniyadan Nautilusa gətirən Qustav Sondelius – 
profilaktik tibbin əsgəri – indiyə qədər də onun qəhrəmanlar qalereyasında öz yerini qoruyub saxlayırdı. 
O, müəyyən mənada Qotlibin dərin fərasətinə, dekan Silvanın tükənməyən mehribanlığına, Terrinin 
inadcıl düzgünlüyünə malik idi – hərçənd ki onun ədəb qaydalarına olan nifrətindən uzaqdı… Amma 
bütün bunlardan savayı onda bütünlüklə özünə məxsus olan aşıb-daşan bir mənəvi gözəllik var idi. 
Düzdür, Sondelius Martini xatırlamırdı. Minneapolisdəki həmin axşamdan sonra bir çoxları ilə içki içmiş, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə