Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə112/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   108   109   110   111   112   113   114   115   ...   151

şadam… Siz elə cavansınız ki… Ancaq otuz dörd yaşınız var, elə deyil? Necə də parlaq gələcəyiniz olacaq! 
Bir fikirləşin, Martin (mayor Holaberd öz təkəbbürünü bir kənara ataraq, stulda at minirmiş kimi tərsinə 
oturdu), bir fikirləşin sizi  gələcəkdə nə gözləyir! İşinizdən həqiqətən də nəticə çıxacaqsa, üzərinizə 
sonsuza qədər şöhrət yağışları yağacaq. Siz xoşbəxtsiniz. Arzu etdiyiniz istənilən elmi cəmiyyətlərə 
seçiləcəksiniz. Mükafatlar alacaqsınız. Ən böyük alimlər sizinlə məsləhətləşməyə can atacaqlar, 
cəmiyyətdə çox gözəl mövqeyiniz olacaq! 
İndi isə qulaq asın, dostum: yəqin bilirsiniz ki, doktor Tabzla necə yaxınam və bizə qoşulmamağınız üçün 
heç bir səbəb yoxdur. Belə olarsa, üçlükdə buradakı işləri öz bildiyimiz şəkildə fırladardıq. Məgər sizə 
qarşı ilk addımı atmaq direktor tərəfindən xoş rəftar deyilmi? Belə bir səmimilik, belə bir ürəyiaçıqlılıq 
pisdir? İndi onu əməlli-başlı tanıdınız. Və biz üçlükdə… Olsun ki, elmi əməkdaşlığımızı bir təşkilat halına 
sala və onu şöhrətləndirə bilərik. Bu təşkilat təkcə Mak-Qerk İnstitutuna deyil, digər institutlara və bütün 
Amerika universitetlərinin təbiət elmləri şöbələrinə nəzarəti ələ ala bilər. O zaman tədqiqatlar həqiqətən 
də məhsuldar olar. Doktor Tabz işlərdən uzaqlaşdığı zaman – sizinlə mən açıq danışa bilərəm – 
Qəyyumlar Şurasının onun yerinə məni qoyacağını güman etməyə hər cür əsasım var.  Və o zaman, 
dostum, işiniz uğurla nəticələnərsə, sizinlə birlikdə böyük işlər görəcəyik!  
Açıq desəm, bizim çevrədə elmdəki nailiyyətləri ilə şəxsi keyfiyyətləri uyğun gələn çox az adam var. 
Zavallı qoca Yionu xatırlayın! Xarakterinizdəki qabalığı  çıxsaq, bir də məşhur ictimai xadimləri, gözəl 
qadınları qiymətləndirə bilməməyinizi aradan qaldırsaq, sizin üçün hər şey yaxşı olacaq. Frak geyinməyi, 
şükür allaha ki, bacarırsınız… əlbəttə, istədiyiniz vaxt… Həqiqətən də sizinlə bütün ölkədə elmin diktatoru 
ola bilərdik! 
Martin cavab tapa bilmirdi… Holaberd çıxıb getdi. 
Onu "uğur" adlandırılan gərəksiz həşərat qarşısında ikrah hissi bürüdü. Bu həşərat onu öz sakit işini 
buraxaraq gözükor pərəstişkarlara tərəf itələyirdi. Həmin adamlar isə onu yaltaqcasına boğa bilərdilər… 
Bu həşərat onu kor olmuş düşmənlərin əlinə verə bilərdi – düşmənlər isə, şübhəsiz ki, onu çirkaba 
bulayacaqdılar.  
O, yenə də Qotlibin yanına qaçdı, sanki, müdrik və şəfqətli atanın yanına gedirdi. Ondan xahiş etdi ki, onu 
Uğurdan, bir də Holaberdlərdən və A.de-Uitt Tabzdan, onların məruzələr oxuyan alim sürüsündən, rütbə 
dalınca qaçan müəlliflərdən, kilsə natiqlərindən, jurnalistlərə qulluq göstərən tanınmış cərrahlardan, 
titullu idmançılardan, sentimental ticarət krallarından, ədəbiyyatla əylənən siyasətçilərdən, siyasətə 
qoşulan generallardan, müsahibələr verən senatorlardan, hikmətli sözlər söyləyən yepiskoplardan 
qorusun. 
Qotlib bərk həyəcanlandı: 
– Tabz pişik kimi miyovuldayaraq mənim yanıma gələndə başa düşdüm ki, o nəsə idealistcəsinə və 
murdar bir şey təşkil edir. Amma düşünməzdim ki, belə tez, yəni bir günün ərzində  sizdən qrammofon 
borusu düzəltməyə çalışacaq. Mən isə belimə qurşaq bağlayaraq, aşkarlığın qara qüvvələri ilə döyüşə 
atılmaq məcburiyyətində qalacağam. 


Qotlib Tabzın qarşısında müvəffəqiyyətsizliyə uğradı. 
– Heç vaxt sizin əl-qolunuzu bağlamamışam, doktor Qotlib, – deyə Tabz ona cavab verdi, – amma lənət 
şeytana, mən hər halda, direktoram! Deməliyəm ki, ola bilər tayı-bərabəri olmayan kütəm və buna görə 
də Erousmitə minlərlə əzab çəkən insanı müalicə etmək üçün şərait yaradılmasında pis bir şey 
görmürəm. Heç onun cəmiyyətdə nüfuz və ehtiram qazanmasında da pis heç nə yoxdur. 
Qotlib Ross Mak-Qerkə müraciət etdi. 
– Maks, – Mak-Qerk dedi, – sizi qardaşım kimi sevirəm, amma Tabz direktordur, o elə hesab edirsə ki, 
Erousmit ona lazımdır  – bu həmişə sizin laboratoriyanıza tez-tez gələn həmin o arıq oğlandır da –  o 
zaman ona mane olmağa haqqım yoxdur. Ona dəstək verməliyəm… İstənilən bir gəmimizin kapitanına 
dəstək olduğum kimi. 
Martin tərkibinə Mak-Qerkin özündən başqa Uilminqton universitetinin rektorunun və digər 
universitetlərdən olan üç tanınmış professorun daxil olduğu Qəyyumlar Şurası yığışmayana və öz 
razılığını verməyənə kimi şöbə müdiri ola bilməzdi. Həmin vaxt ərzində isə Tabz təkid edirdi: 
– İndi isə Martin, təcili surətdə əldə etdiyiniz və əminliyinə şübhə etmədiyiniz nəticələrini mətbuatda çap 
etdirməlisiniz. Təcili olaraq işə girişin. Əslində, çoxdan bunu etməli idiniz. Nə qədər mümkündürsə, öz 
işinizlə bağlı materialların qeydlərini tez çap edin. Eksperimental Biologiya və Tibb cəmiyyətinə göndərin 
ki, özlərinin "Əmək"lərinin tezliklə çıxacaq nömrəsinə salsınlar. 
– Amma mən çap üçün hazır deyiləm! Nəsə elan etməmişdən qabaq bütün dəlmə-deşiyi tutmaq 
istəyirəm. 
– Cəfəngiyatdır! Sizin baxışlarınız köhnəlib. Bizim işimizdə dar çərçivədə qapanıb qalmaq olmaz – təkcə 
kommersiyada deyil, eyni zamanda, incəsənətdə və elmdə də rəqabət əsri başlayıb. Öz qrupunla 
əməkdaşlıq et, bəli! Amma bu qrupdan kənarda olanlarla rəqabət isə həyat üçün yox, ölüm üçündür! 
Çatları necə lazımdırsa, tutun, amma indi yox. Sonra: kiminsə bizi qabaqlamasına imkan verə bilmərik. 
Yaddan çıxarmayın, siz məşhurlaşmalısınız.  Və hər şeydən doğrusu budur ki, bu məşhurluğu  mənimlə 
birlikdə işləyərək qazanasınız.  
Martin hər dəqiqə istefa haqqında düşünərək məqaləsini yazmağa başladı, amma bir qədər sonra bu 
fikirdən imtina etdi. Hər halda, Tabz onda sevmədiyi Pikkerbodan daha müsbət təəssürat yaradırdı. Onun 
gözləri qarşısında hər biri üstüaçıq kamerada işgüzarlıqla ora-bura vurnuxan alimlərlə dolu bütöv bir 
dünya görünməyə başlamışdı. Allaha bənzər Tabz öz möhtəşəm bakenbardları ilə buludların üstündə 
əyləşərək, bircə hərəkətiylə balaca adamcığazların hər birini süpürüb atmağa hazır idi və diqqətlə onları 
müşahidə edirdi. Martin öz ciddi görkəmini itirərək Tabzın onun üçün sərəncam vermədiyi nəsə 
haqqında düşünməyə başlayarsa, hər şey başqa cür olacaqdı.  
Ədəbi şərh Martin üçün asan başa gəlmirdi. O, özünün məqaləsini bacardığı qədər uzadır, Tabz isə 
əsəbiləşir və onu tələsdirirdi. Təcrübələr dayanmışdı, Martinin balaca kamerasını kədər və qələm cırıltısı, 
bir də yazılan cırılan vərəqlərin qalağı doldurmuşdu.   


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə