Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə110/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   106   107   108   109   110   111   112   113   ...   151

Məsələn, uşaq kimi qaranlıqdan qorxmağa başladı. Martin bütün gecəni oğrulardan ehtiyat edərək
demək olar ki, yatmırdı. Qarşı otaqdan gələn addım səsləri soyğunçunun gizlincə yaxınlaşdığından xəbər 
verirdi. Ehtiyat pilləkəndə səs gəlirdisə, bu o demək idi ki, əlində silah olan qatil yuxarı dırmaşır. Martin 
bunu o qədər aydın təsəvvür edirdi ki, çarpayıdan atılaraq qorxa-qorxa pəncərəyə yaxınlaşır, aşağı 
boylanır, aşağıda – səkidə həqiqətən də kimsə dayanırdısa, dəhşət içində donub qalırdı.  
Martin üçün göy üzünü işıqlandıran qırmızı şəfəq mütləq yanğın demək idi. Özü də hər dəfəsində yanğın 
onu çarpayıda yaxalayırdı. O isə tüstüdə boğulur və qovrularaq ölürdü. 
Martin çox gözəl bilirdi ki, qorxuları mənasızdır, amma onun varlığına hakim kəsilməsinə mane ola 
bilmirdi. 
O, hətta Leoraya belə bu zəifliyini etiraf etməyə utanırdı. Axı necə danışsın ki, balaca uşaq kimi qorxur?  
Bütün gecəni qımıldanmağa cəsarət etmədən, amma qışqırmağa hazır vəziyyətdə yerində uzanır, qatilin 
kəndirini açıq-aydın boğazında hiss edirdi. Ta ki, sübh çağı bütün dünyanı öz sakit düzəninə 
qaytarmayınca. Martin əvvəlcə bir müddət yuxusuzluq haqqında danışır, sonra Leoranın ağuşunda 
gizlənir, Leora isə onu dəhşətlərdən və oğru-basqınçılardan qoruyaraq yuxuya getməsinə çalışırdı.  
O, özü üçün nevrastenik qorxuların kontrol siyahısını tərtib etmişdi: aqorafobiya, klaustrofobiya, 
pirofobiya, antropofobiya və sairə və sairə… Bütün bunlar ona səbəb oldu ki, Martin belə bir nəticəyə 
gəldi: "Lənətə gəlmiş fobiyaların arasında ən axmağı və ən iddialısı siderodromfobiyadır, yəni, dəmiryolla 
getmək qorxusu".  
Gecələrin birində o, özünü pirofobiya ilə bağlı yoxlaya bilərdi: onlar Leora ilə müzik-holla getmişdilər. 
Səhnədəki rəqqasə manqalda odu alışdıranda Martin oturduğu yerdəcə quruyub qaldı, gözlədi ki, indicə 
teatrda yanğın başlayacaq. O, qorxa-qorxa kreslolarda əyləşmiş adamları gözdən keçirir (buna görə 
özünə həddindən artıq əsəbiləşirdi), yanğın başlayarsa, çıxışa çatmaq üçün nə qədər şansı olduğunu 
hesablayırdı. 
Martin yalnız küçəyə çıxdıqdan sonra sakitləşə bildi. 
Bir qədər sonra hiss etdi ki, yavaş-yavaş antrofobiyaya tutulmağa başlayır. Məsələn, küçədə hansısa bir 
adamın ona həddindən artıq çox yaxınlaşdığını görəndə özünü itirir.  
Beləliklə, Martin siyahısına soyuqqanlılıqla nəzər salıb özündə bir çox fobiyaların olduğunu düşündü. 
Yalnız bundan sonra istirahət etməli olduğuna qərar verdi. 
O, Vermonta qaçdı ki, dörd gün ərzində ətrafı – dərələri, təpələri dolaşsın. Həm də bu qısamüddətli 
gəzintiyə tək getdi ki, əsəblərini sakitləşdirmək üçün tez-tez addımlaya bilsin. Hər halda, Leora ilə belə 
gəzə bilməyəcəkdi.  
Vermonta gecə – yataqlı vaqonda yola düşdü. Bununla da  siderodromfobiya ilə bağlı çox maraqlı 
müşahidələr etmək imkanı qazanmış oldu.  


Martin aşağı yatacaqda uzanmışdı, yumaq kimi yığılan balaca yastığı da başının altına qoymuşdu. Yaşıl 
pərdənin yellənməsinə, qarmaqdan asılmış pencəyinə toxunmasına və onu yırğalatmasına tamaşa edirdi. 
Altı düymlük pəncərə pərdəsi göydə qalmışdı, aşağı çatmırdı. Pərdənin aşağı hissəsindəki boşluqda süd 
rəngli ağ ləkə görünürdü. Boşluğun üstündə  sarı işıq zolaqları oynaşırdı. Bu zolaqlar onun balaca 
kamerasının səsli-küylü qaranlığını təngə gətirəcək dərəcədə parlaq idi və ora-bura qaçışırdılar. O, 
qorxudan əsirdi. Nə qədər çalışırdı ki, yaxşıca dincəlsin, ürəyədammalar onu polad çənbər kimi yenə də 
və yenə də öz qoynuna alaraq sıxırdı. Qatar stansiyalar arasında dayananda və parovozdan sual dolu
həyəcanlı fit eşidiləndə, Martin nəsə baş verdiyinə əminliklə yerindəcə donub qaldı: mütləq ya körpü 
uçmuşdu, ya qarşıdan sürət qatarı gəlirdi, ya da bəlkə də, başqa bir qatar arxadan onların qatarının 
üstünə şığıyırdı… Elə bu dəqiqə saatda altmış mil sürətlə onlara çırpılacaqdı… 
O, bədbəxt hadisənin necə baş verəcəyini gözləri önündə canlandırırdı. Bu vaxt o, hansısa bədbəxt 
hadisə baş versə, çəkə biləcəyindən daha çox əzab çəkirdi. Çünki fəlakətin onun xəyalında düz altı çeşidi 
canlanırdı… Məsələn, getdiyi vaqonun altında olan təkər belə bərk taqqıldamamalı idi…  Nə üçün o 
lənətə gəlmiş əli çəkicli tip son dayanacaqda təkərə fikir verməyib? Beləcə vaqonun altındakı təkər uçub 
gedir, vaqon yana əyilir, yıxılır, onu da böyrü üstə sürüyüb özü il bərabər dartır… Toqquşma, gurultu, 
vaqon bir anın içində iyrənc bir palçığa dönüb. Onun özü – Martin isə bir-birinin içinə girmiş yataq yerləri 
arasında sıxışıb qalıb…  
Cığ-vığ, ölüm, iniltilər, sürünən alov… Vaqon çevrilir, torpaq təpəsindən çaya yıxılır, o, çalışır ki, 
pəncərədən çölə çıxsın, amma su artıq içəri sızıb keçir, bütün bədənini öz ağuşuna alır… Dağılmış 
vaqonun yanında dayanıb, fikirləşir ki, öz işinin müqəddəsliyini pozaraq kənardamı qalsın, yoxsa insanları 
xilas etmək üçün geri qayıtsın və özü də həlak olsun? 
Qarabasma o qədər real idi ki, uzandığı yerdəcə məsələnin sona kimi gözləməyə səbri çatmadı. O, yataq 
yerinin üstündəki işığı yandırmaq üçün əlini uzatdı, amma elektrik açarını tapmadı. Həyəcan içində 
paltosunun cibindən kibrit qutusunu çıxartdı, kibriti çıqqıldatdı, işığı yandırdı. Yuxarı yatacağın cilalanmış 
taxtasında əks olunan şəkildə özünü döşəkağının altında gördü – sanki tabutda uzanmış meyit idi. Tələsə-
tələsə əynində şalvar və köynəyin üstündən geyindiyi palto ilə bərabər sürünə-sürünə oradan çıxdı (o 
qatarda getmək qorxusuna görə pijama geyinməyə cəsarət etməmişdi) və ayaqqabısız ayaqlarını 
çimçəşə-çimçəşə yerə basaraq qatarın papiros çəkənlər üçün nəzərdə tutulan hissəsinə  keçdi.  
Bələdçi ayaqlarını yığaraq qatlama stulda əyləşmişdi və cərgə ilə düzülmüş başmaqları təmizləyirdi.  
Onun təskinlik verən aurası Martini özünə çəkdi. Bələdçi ilə söhbət etmək üçün ilk addımı atdı: 
– İsti gecədir. 
– Aha – bələdçi dedi. 
Papiros çəkənlər üçün nəzərdə tutulmuş otaqda Martin soyuq dəri oturacaqda yarıya qədər əyilərək 
oturmuşdu və mis əlüzyuyanı diqqətlə gözdən keçirirdi. Hiss edirdi ki, bələdçi məzəmmət dolu baxışlarla 
ona baxır, amma onun bu yolu həftədə üç dəfə  – ildə on minlərlə mil – qət etməli olduğunu yadına salıb 
təskinlik tapdı. Fikirləşdi ki, indiyə qədər həlak olmayıbsa, deməli, səhərə kimi yaşamaq şansı var. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə